Maddenin sirri indd



Yüklə 5,07 Kb.
Pdf görüntüsü
səhifə60/63
tarix25.11.2017
ölçüsü5,07 Kb.
#12383
1   ...   55   56   57   58   59   60   61   62   63

Təkamül Yalanı
229
“faydalı dəyişikliklər meydana gəlmədiyi müddətdə təbii seleksiya heç bir şey 
edə bilməz”,- demək məcburiyyətində qalmışdı.
59
Lamarkın təsiri
Bəs  bu  “faydalı  dəyişikliklər”  necə  meydana  gələ  bilərdi?  Darvin  öz 
dövrünün ibtidai elm anlayışı içində bu sualı Lamarka əsaslanıb cavablandırmağa 
çalışmışdı.  Darvindən  əvvəl  yaşamış  fransız  bioloq  Lamarka  görə,  canlılar 
yaşayış dövrlərində keçirdikləri fiziki dəyişiklikləri sonrakı nəslə köçürürlər və 
nəsildən nəslə yığılan bu xüsusiyyətlər nəticəsində yeni növlər ortaya çıxırdı. 
Məsələn,  Lamarka  görə,  zürafələr  ceyranlardan  törəmişdir,  yüksək  ağacların 
yarpaqlarını yeməyə çalışarkən nəsildən nəslə boyunları uzanmışdı. 
Darvin də bənzəri nümunələr vermiş, məsələn, “Növlərin mənşəyi” adlı 
kitabında  yemək  tapmaq  üçün  suya  girən  bəzi  ayıların  zamanla  balinalara 
çevrildiyini iddia etmişdi.
60
Amma  Mendelin  kəşf  etdiyi  və  20-ci  əsrdə  inkişaf  edən  genetika  elmi 
ilə  dəqiqləşən  irsilik  qanunları  qazanılmış  xüsusiyyətlərin  sonrakı  nəsillərə 
köçürülməsi əfsanəsini qəti olaraq rədd etdi. Beləcə, təbii seleksiya “özbaşına” 
və dolayısilə, tamamilə təsirsiz bir mexanizm olaraq qalırdı.
Neodarvinizm və mutasiyalar
Darvinistlər  bu vəziyyətə bir həll tapa bilmək üçün 1930-cu illərin sonlarında 
“Müasir sintetik nəzəriyyə”ni və ya daha məşhur adı ilə desək, neodarvinizmi 
ortaya  atdılar.  Neodarvinizm  təbii  seleksiyaya  “faydalı  dəyişiklik  səbəbi” 
olaraq mutasiyaları, yəni canlıların genlərində radiasiya kimi xarici təsirlər və 
ya köçürmə səhvləri nəticəsində yaranan pozulmaları əlavə etdi. 
Bu  gün  də  hələ  dünyada  təkamül  adına  əsaslılığını  qoruyan    model 
neodarvinizmdir.  Nəzəriyyə  Yer  üzündəki  milyonlarla  canlı  növünün  bu 
canlıların  qulaq,  göz,  ağciyər,  qanad  kimi  saysız  kompleks  orqanlarının 
“mutasiyalara”,  yəni  genetik  pozulmalara  əsaslanan  müddət  nəticəsində 
meydana gəldiyini iddia edir. Amma nəzəriyyəni çarəsiz duruma salan açıq bir 
elmi  həqiqət  vardır:  Mutasiyalar  canlıları  inkişaf  etdirməzlər,  əksinə,  həmişə 
canlılara zərər verərlər.
Bunun  səbəbi  çox  sadədir:  DNT  çox  kompleks  bir  quruluşa  malikdir. 
Bu  molekul  üzərində  yaranan  hər  hansı  bir  təsadüfi  təsir  ancaq  zərər  verər. 
Amerikalı genetik B.G.Ranganathan bunu belə açıqlayır:
Mutasiyalar kiçik, təsadüfi və zərərlidirlər. Çox nadir hallarda meydana 
gəlirlər  və  ən  yaxşı  halda  təsirsizdirlər.  Bu  üç  xüsusiyyət  mutasiyaların 


XƏYALIN DİGƏR ADI: MADDƏ
230
təkamüli inkişaf meydana gətirə bilməyəcəyini göstərir. Onsuz da yüksək 
dərəcədə  xüsusiləşmiş  orqanizmdə  meydana  gələ  biləcək  təsadüfi  bir 
dəyişmə ya təsirsizdir, ya da zərərlidir. Bir qol saatında meydana gələn 
təsadüfi dəyişmə qol saatını inkişaf etdirməz. Ona böyük ehtimalla zərər 
verər və ya ən yaxşı halda təsirsiz olar. Bir zəlzələ bir şəhəri inkişaf etdirməz, 
onu dağıdar.
61
Necə  ki,  bu  günə  qədər  heç  bir  faydalı,  yəni  genetik  məlumatı  inkişaf 
etdirən mutasiya nümunəsi müşahidə edilməmişdir. Bütün mutasiyaların zərərli 
olduğu  görülmüşdür.  Aydın  olmuşdur  ki,  təkamül  nəzəriyyəsinin  “təkamül 
mexanizmi” olaraq göstərdiyi mutasiyalar həqiqətdə canlıları yalnız korlayan, 
şikəst  edən  genetik  hadisələrdir.  (İnsanlarda  mutasiyanın  ən  çox  görünən 
təsiri  xərçəngdir). Əlbəttə, korlayıcı bir mexanizm “təkamül mexanizmi” ola 
bilməz.  Təbii  seleksiya  isə  Darvinin  də  qəbul  etdiyi  kimi,  “özbaşına  heç  bir 
şey edə bilməz”. Bu həqiqət bizlərə təbiətdə heç bir “təkamül mexanizmi”nin 
olmadığını göstərir. Təkamül mexanizmi olmadığına görə də təkamül deyilən 
xəyali müddət yaşana bilməz.
Fosil qeydləri: Ara nümunələrin izi yoxdur
Təkamül  nəzəriyyəsinin  iddia  etdiyi  ssenarinin  yaşanmadığının  ən  açıq 
göstəricisi isə fosil (qalıq) qeydləridir.
Təkamül  nəzəriyyəsinə  görə,  bütün  canlılar  bir-birlərindən  törəmişlər. 
Əvvəldən var olan bir canlı növü zamanla bir başqasına çevrilmiş və bütün növlər 
bu şəkildə ortaya çıxmışlar. Nəzəriyyəyə görə, bu çevrilmə yüz milyonlarla il 
davam edən uzun zaman kəsiyini əhatə etmiş və addım-addım irəliləmişdir. 
Bu vəziyyətdə iddia edilən uzun çevrilmə müddətində saysız “ara növlər” 
meydana gəlməli və yaşamalıdırlar. 
Məsələn,  keçmişdə  balıq  xüsusiyyətlərini  daşımalarına  baxmayaraq,  bir 
tərəfdən də bəzi sürünən xüsusiyyətləri qazanan yarı balıq, yarı sürünən canlılar 
yaşamalıdır. Yaxud sürünən xüsusiyyətlərini daşıyarkən bir tərəfdən də bəzi 
quş xüsusiyyətləri qazanan sürünən quşlar ortaya çıxmalıdır. Bunlar bir keçiş 
müddətində olduqları üçün şikəst və qüsurlu canlılar olmalıdır. Təkamülçülər 
keçmişdə yaşadıqlarına inandıqları bu nəzəri varlıqlara “ara keçid nümunəsi” 
adını verirlər. 
Əgər həqiqətən bu cür canlılar keçmişdə yaşamışdırsa, bunların sayı və 
növləri milyonlarla, hətta milyardlarla olmalıdır və bu əcaib canlıların fosillərinə 
mütləq fosil qeydlərində rast gəlinməldir. Darvin “Növlərin mənşəyi”ndə bunu 
belə açıqlamışdır:


Təkamül Yalanı
231
“Əgər nəzəriyyəm doğrudursa, növləri bir-birinə bağlayan saysız ara keçid 
növləri  mütləq  yaşamalıdır...  Bunların  yaşadıqlarının  dəlilləri  də  yalnız 
fosil qalıqları arasında ola bilər.
62
Darvinin puç olan ümidləri
Ancaq 19-cu əsrin ortalarından bu yana dünyanın dörd tərəfində çoxlu fosil 
araşdırmaları aparıldığı halda,  keçiş nümunələrinə rast gəlinməmişdir. Aparılan 
qazıntı işlərində və araşdırmalarda əldə edilən bütün tapıntılar təkamülçülərin 
gözlədiklərinin əksinə, canlıların yer üzündə birdən-birə qüsursuz və nöqsansız 
şəkildə ortaya çıxdığını göstərmişdir.
Məşhur  ingilis  paleontoloq  Derek  W.Ager  bir  təkamülçü  olmasına 
baxmayaraq, bu həqiqəti belə etiraf edir:
Problemimiz budur: Fosil qeydlərini detallı olaraq araşdırdığımızda istər 
növlər, istərsə də siniflər səviyyəsində olsun davamlı olaraq eyni həqiqətlə 
qarşılaşırıq;  pilləli  təkamüllə  inkişaf  edən  deyil,  birdən-birə  yer  üzündə 
yaranan qruplar görürük.
63
 
Yəni fosil qeydlərində bütün canlı növləri arasında heç bir keçiş nümunəsi 
olmadan qüsursuz şəkilləri ilə birdən-birə ortaya çıxırlar. Bu, Darvinin nəzərdə 
tutduğunun  tam  əksinədir.  Əlavə  də  bu  canlı  növlərinin  yaradıldıqlarını 
göstərən çox güclü bir dəlildir. Çünki bir canlı növünün öz-özünə təkmilləşən 
heç bir atası olmadan bir anda və qüsursuz olaraq ortaya çıxmasının tək izahı 
o növün yaradılmış olmasıdır. Bu həqiqət məşhur təkamülçü bioloq Douglas 
Futuyma tərəfindən də qəbul edilir:
Yaradılış  və  təkamül  yaşayan  canlıların  mənşəyi  haqqında  verilə  biləcək 
yeganə  iki  açıqlamadır.  Canlılar  dünyada  ya  tamamilə  mükəmməl  və 
qüsursuz  bir  şəkildə  ortaya  çıxmışlar,  ya  da  belə  olmamışdır.  Əgər  belə 
olmamışdırsa, bir dəyişmə müddəti sayəsində özlərindən əvvəl var olan 
bəzi canlı növlərindən təkmilləşərək meydana gəlməlidirlər. Amma əgər 
qüsursuz və mükəmməl bir şəkildə ortaya çıxmışlarsa, o halda, sonsuz güc 
sahibi olan bir ağıl tərəfindən yaradılmış olmalıdırlar.
64
Fosillər isə canlıların yer üzündə qüsursuz və mükəmməl bir şəkildə ortaya 
çıxdıqlarını göstərir. Yəni “növlərin mənşəyi” Darvinin zənn etdiyinin əksinə, 
təkamül deyil, yaradılışdır.
İnsanın təkamülü nağılı
Təkamül  nəzəriyyəsini  müdafiə  edənlərin  ən  çox  gündəliyə  gətirdikləri 
mövzu insanın mənşəyi mövzusudur. Bu mövzudakı darvinist iddia bu gün 


Yüklə 5,07 Kb.

Dostları ilə paylaş:
1   ...   55   56   57   58   59   60   61   62   63




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə