Maddenin sirri indd


Maddənin Sirrini Öyrənənlər Böyük Həyəcan Yaşayır



Yüklə 5,07 Kb.
Pdf görüntüsü
səhifə56/63
tarix25.11.2017
ölçüsü5,07 Kb.
#12383
1   ...   52   53   54   55   56   57   58   59   ...   63

Maddənin Sirrini Öyrənənlər Böyük Həyəcan Yaşayır
215
A
şağıdakı  məktublar  daha  əvvəl  başqa  kitablarda  nəşr  edilmiş 
“Maddənin ardındakı sirr” mövzusunu oxuyan şəxslərdən gəlmişdir. 
Sözügedən məktublardan sadəcə bu həqiqəti öyrəndikdən sonrakı 
düşüncələri ilə bağlı bölmələr seçilmişdir.
*
 
Maddənin  xəyal  olması  o  qədər  böyük  bir  hadisədir  ki,  bunu  tərif 
etmək  hər  halda  o  qədər  mümkün  deyil.  Məsələn:  bir  insan  ölüb  dirilərsə, 
necə həyəcan hiss edər, təxmin edə bilərsiniz? Bir insan heç səbəbsiz havada 
uçsa, divardan keçsə, eyni anda bir neçə yerdə olsa, tərifi mümkün olmayan 
şəkildə  həyacanlanar.  Lakin  bu  mövzu  bu  qeyri-adi  hallarla  müqayisə  edilə 
bilməz.  Fövqəladə  olduğunu  desək,  yenə  bu  vəziyyəti  tərif  etmək  olmur. 
Yəni çox qəribə, qeyri-adi dərəcədə həyəcan verici olduğunu desək, yenə də 
bu  vəziyyəti  izah  etmək  olmaz.    Bu, Allahın  dərin,  ucsuz-bucaqsız  sənətinin 
möhtəşəm təzühürüdür. Amma mənim başa düşmədiyim budur ki, bu qədər 
açıq bir məsələ insanlardan necə bu qədər müddət gizlədilib? Çünki mən bir 
dəfə  oxudum  və  dərhal  anladım.  Çünki  hər  şey  çox  açıq  şəkildə  ortadadır... 
K.H.G./Frankfurt

İnsanın ağlını, zəkasını şok edən bu böyük həqiqəti bütün bəşəriyyətə 
dərhal  izah  etməliyik.  Nəyi  gözləyirik?  Bu,  açıq-aydın  həqiqət  deyil?  Bunu 
dünyaya hamımız hər cür imkandan istifadə edərək dərhal çatdıraq. Bəşəriyyət 
bu  həqiqətlə  Allaha  daha  çox  yaxınlaşacaqdır.  Məncə,  bu  böyük  mövzu 
dünyadakı hər şeyi dərindən sarsıdacaq böyük həqiqətdir. Deyəcək başqa söz 
tapa bilmirəm. Sevgilərimlə uca Allaha əmanət olun deyirəm. F.E./Ankara
*
“Təkamül  yalanı”  kitabının  arxasındakı  “Maddənin  ardındakı  sirr” 
bölməsini oxudum. Mən bir şey anlamadım. Ancaq çox qəribə bir şeydir. Hal-
hazırda danışdığım da yenə mənim içimdə, mən də mənim içimdə. Bu, nədir? 
Bu,  nə  möhtəşəm  sirdir?  Görəsən,  insanlar  bunu  nə  vaxt  anlayacaq?  Başa 
düşülməyəcək bir şey deyil, son dərəcə açıq bir həqiqətdir. Amma biz nə üçün 
indiyə qədər bilmirdik? Bu mövzu bütün insanlar tərəfindən başa düşülərsə, 
elmdə saysız-hesabsız inqilablar olacağını düşünürəm. 
Mən də bu vəziyyətə nə 
MADDƏNİN SİRRİNİ ÖYRƏNƏNLƏR 
BÖYÜK HƏYƏCAN YAŞAYIR


XƏYALIN DİGƏR ADI: MADDƏ
216
ad verəcəyimi bilmirəm. Təəccübləndim, heyrətləndim. Uca Allaha çoxlu şükür 
etdim. 
Hər şeyi indi daha yaxşı anlayıram. Ancaq başqalarına izah etməkdə çətinlik 
çəkirəm. Bəzən insanlar bunu anlamırlar. Budur, mən qarşında dayanmışam 
deyirlər.  Halbuki  bunu  söylədikdə  mən  onun  beynində  bir  görüntüyəm.  O, 
məni xarici aləmdə zənn edir. İndi: “Sadəcə dərin heyrətimi necə daha yaxşı 
izah edə bilərəm”, -deyə düşünürəm. Bu mövzuda yeni kitablarınızı gözləyirəm. 
Xüsusilə gündəlik həyatdan nümunələr olarsa, bunları başqalarına daha rahat 
izah edə bilərik. S.K./Muğla

Hörmətli Harun Yəhya bəy, bəzi kitablarınızda işlədiyiniz “Maddənin 
ardındakı sirr” mövzusunu dəfələrlə oxudum. Qəti qənaətim budur ki, maddə 
həqiqətən  xəyaldır.  Ancaq  bu  çox  möhtəşəmdir,  həyatın  yuxu  kimi  olması 
mənə həddindən artıq təsir etdi. Ancaq maddənin əsli ilə təmasda oluruq kimi 
görünməsi  və  mənə  aid  insanda  oyandırdığı  hisslər  o  qədər  inandırıcıdır  ki, 
daha çox həqiqiymiş kimi yaşayıram. Lakin bu mövzunu bir an düşündükdə 
maddənin  xəyal  olduğunu  dərhal  açıq  şəkildə  hiss  edirəm. Ancaq  həqiqətən 
çox  inandırıcıdır.  Vəziyyətimə  gülürəm.  Bəzən  bir  şeyə  əsəbiləşirəm,  səsimi 
yüksəldirəm.  Sonra  beynimdəki  görüntüyə  qışqırdığımı  xatırladıqda  pərt 
oluram. İnsanın nə qədər heyrətamiz bir yaradılışı var. Xəyal olan şeyi maddi 
zənn  etməyimiz  o  qədər  güclüdür  ki,  bilməyən  bir  insanın  bunun  əksini 
düşünməsi mümkün deyil. Bəzən Bosfor mənzərəsini seyr edirəm. “Qarşı sahilə 
keçmək  nə  qədər  vaxtımı  alar?”  -deyirəm.  Çox  uzaq  yerlərə  baxıram.  Sonra 
düşünürəm.  Ən  uzaq  hesab  etdiyim  yer  də  mənim  içimdə,  beynimin  içində, 
yəni görüntü  beynimin içindədir. İnsan qeyri-adi bir varlıqdır. Allah insanı o 
qədər möhtəşəm bir elmlə yaratmışdır ki, necə tərif edim, nə deyim, hansı yolla 
bunu izah edə bilərəm, tam bilmirəm. Ancaq bunu deyə bilərəm. Bizi bu böyük 
elmdən xəbərdar etdiyiniz üçün Allah sizdən və fəaliyyətlərinizdən razı olsun 
inşaAllah. E.M./İstanbul

“Təkamül yalanı” kitabının arxa hissəsindəki maddənin ardındakı sirlə 
bağlı izahınızı maraq və həyəcanla oxudum. Əvvəlcə, nəzəri cəhətdən anladım, 
amma praktik cəhətdən o qədər də anlaya bilmədim. Sonra bir ara düşündükdə 
nəyə işarə edildiyni anidən anladım. Şok dərəcəsində həyəcanlandım. “Aman 
Allahım, bu, ağlasığmaz şeydir”, -dedim. Bu heç ağlıma da gəlməyən haldır. 
Həyatın yuxu kimi olduğunu deyirdilər. Mən onu bir bənzətmə kimi anlayırdım. 
Amma onu söyləyənlər də həqiqi mənada demirlər, bənzətmə kimi deyirlər. 
Bunun həqiqi olduğunu bilsələr, kim bilir, nə edərlər. Qeyri-adi vəziyyətdir. 
Ancaq kitabı oxuyan hər kəs çox sakitdir. “Görəsən, tam şəkildə anlamadılar?” 
-deyə  fikirləşirəm.  Belə  bir  vəziyyət  qarşısında  necə  sakit  olmaq  olar?  Mən 


Maddənin Sirrini Öyrənənlər Böyük Həyəcan Yaşayır
217
ölümü, yenidən yaradılışı, cənnət həyatını, hər şeyi indi daha yaxşı anladım. 
Allah Quranda “Sizi yenidən yaratmaq Bizim üçün çox asandır”, -deyir. İndi 
beynimdə hər şey aydınlaşdı. Bu mövzunu izah etdiyim insanlar bu mövzunu 
bir az çətin anlayırlar. Daha praktiki və asan necə izah edə bilərəm? Bir də bu 
mövzunu izah etdiyim bəzi insanlar həddindən artıq həyəcanlandı. Görəsən, 
mən  birbaşa  izah  etməkdə  səhv  edirəm?  Daha  əvvəl  Allah  sevgisi,  Allahın 
Rəhman  və  Rəhim  olduğunu,  insanların  daha  çox  yaxşılıq  etmələrini,  daha 
yaxşı yaşamalarını istədiyini izah etsəm, daha yaxşı olarmı? Sizin fikriniz nədir? 
Ş.U./Edirne 
*
 
Orta  məktəbdən  etibarən  bütün  duyğuların  beyində  əmələ  gəldiyi 
bizlərə  hər  zaman  izah  edilmişdi.  Çox  yaxşı  bildiyim  həqiqət  idi.  Biologiya 
imtahanlarında  neçə  dəfə  hərtərəfli  izah  edilmişdi.  Ancaq  bu  cür  hadisənin 
həqiqi  tərəfini  görə  bilməmişdim.  Görüntü  beyində  əmələ  gəlir  deyirdim. 
Amma maddə kənarda, məndən uzaqda durur. O, oradadır, mən də görürəm. 
Hətta görüntünün gözümün olduğu yerdə əmələ gəldiyi, bir də beynimdə əmələ 
gəldiyi, bundan başqa, “maddənin varlığı açıqdır, budur, qarşımda durur” kimi 
qarmaqarışıq məntiqim vardı. Əslində elə çox da düşünməmişdim. Sanki nazik 
bir pərdənin üstündəydim, amma seyr edən sanki boşluqdur, ruhun nə olduğu 
başa  düşüləcək  bir  şey  deyil.  Amma  hər  şeyi  qavrayan  bir  gücdür,  həcmi, 
çəkisi, qatılığı olmayan, heçlik olan, amma beş duyğunu qavrayan şüurdur. Bu 
mövzuda daha ətraflı  kitab yazmağı düşünürsünüz? Bir də kitablarınız bizim 
bölgəmizdə satılmır, bunu nəşriyyat evinə bildirməyim kifayətdir? Sevgilərimi 
göndərir, uğurlar diləyirəm. Y.C./ Kayseri
*
...  Mən  bu  mövzunu  bəzi  dostlarıma  izah  etdim.  Universitet  məzunu 
olan çox savadlı uşaqlardır, ancaq bəzi dostlarım heç cür bu mövzunu qavraya 
bilmirlər.  “Necə  olur,  budur,  sən  qarşımdasan,  beynimdə  görüntün  əmələ 
gələ bilər. Amma sən burdasan”, -deyə əlimi çiynimə toxundurur. Bu danışıq 
və  hərəkətinin  onun  beynində  əmələ  gəldiyini  bildirirəm.  Hətta:  “Beyninə 
gedən sinir kəsilsə, məni görə bilməzsən, toxunma hissin də itər”, -deyirəm. 
Yenə anlamır. Bu anlamama mənə “müəyyənedici metafizik bir həqiqətin üzə 
çıxması”  kimi  gəlir.  Çünki  heç  cür  bu  həqiqəti  qavraya  bilmir.  Bu  mövzunu 
orta məktəbdə sonuncu sinifdə oxuyan qardaşımın oğluna izah etdim, dərhal 
anladı.  “Bunu  başa  düşməyən  insanlar  xüsusi  şəkildə  qavramalarına  maneə 
qoyulmuş insanlar ola bilər?”- deyirəm. Yəni: “Şüura sahib deyillər, görəsən?” 
-deyə  fikirləşirəm.  Belə  bir  şey  mümkündür?  Quranda  gözü,  qulağı  qapalı 
insanlardan bəhs edilir. Bəzi insanlarda görmə, eşitmə şüuru olmaya bilərmi? 
Bu mövzuları məktubunuzda və ya kitabınızın yeni nəşrində bildirə bilərsiniz? 


Yüklə 5,07 Kb.

Dostları ilə paylaş:
1   ...   52   53   54   55   56   57   58   59   ...   63




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə