Maddenin sirri indd


Maddənin Sirrini Öyrənənlər Böyük Həyəcan Yaşayır



Yüklə 5,07 Kb.
Pdf görüntüsü
səhifə58/63
tarix25.11.2017
ölçüsü5,07 Kb.
#12383
1   ...   55   56   57   58   59   60   61   62   63

Maddənin Sirrini Öyrənənlər Böyük Həyəcan Yaşayır
221
halı  çox-çox  qorxuducudur.  Ancaq  həqiqət  çox  qorxuducu  olsa  da,  həmişə 
öyrənməyə  dəyər...  Siz  bu  suallardan  göründüyü  kimi,  çox  ağıllı  və  dərin 
düşünən  insansınız.  Bir  çox  insan  nədən  bəhs  etdiyinizi  anlamadıqda  əsla 
təəccüblənməyin,  hətta  öz  sahələrində  mütəxəssis  olan  filosoflar  belə  bu 
mövzuları anlamaya bilərlər. Fəaliyyətlərinizdə uğurlar diləyirəm. Prof. Steve 
Lehar

Əsrlərdir  filosofları  məşğul  edən  suallar  vermisiniz...  Biz  super 
kompyuterin  içində  xəyali  dünyada  da  yaşaya  bilərik  və  belə  bir  vəziyyətdə 
heç  vaxt  fərqi  anlamarıq;  eynilə  “The  Matrix”  və  “Tron”  filmlərində  olduğu 
kimi. Təbiət qanunları da bu proqramın bir hissəsi olduğu təqdirdə həqiqətlə 
xəyal  arasındakı  fərqi  əsla  bilmərik,  çünki  arada  fərq  olmaz.  Bir  çox  insan 
bunları  düşünməkdən  qorxur,  çünki  onlara  rahat  gələn  dünyagörüşlərini 
təhlükə  qarşısında  qoyduğunu  düşünürlər.  Jon  Roland  (Vanguard  Tədqiqat 
İnstitutunun qurucusu və rəhbəri)


222


223
TƏKAMÜL
 
YALANI


XƏYALIN DİGƏR ADI: MADDƏ
224
D
arvinizm, yəni təkamül nəzəriyyəsi yaradılış həqiqətini rədd etmək 
məqsədi  ilə  ortaya  atılan,  lakin  müvəffəqiyyətli  ola  bilməyən  və 
elmdən kənar olan mənasız fikirdən başqa bir şey deyil. Canlının 
cansız  maddələrdən  təsadüfən  meydana  gəldiyini  iddia  edən 
bu  nəzəriyyə  kainatda  və  canlılarda  çoxlu  möcüzəvi  nizam  olduğunun  elm 
tərəfindən  isbat  edilməsilə  dəlilsiz  hala  gəlmişdir.  Beləcə,  Allahın  bütün 
kainatı və canlıları yaratdığı həqiqəti elm tərəfindən də sübut edilmişdir. Bu 
gün  təkamül  nəzəriyyəsinə  dəstək  olmaq  üçün  dünya  səviyyəsində  aparılan 
təbliğat yalnız elmi həqiqətlərin təhrif edilməsinə, tərəfli şərh olunmasına, elm 
adı altında deyilən yalanlara və  edilən saxtakarlıqlara əsaslanır. 
Ancaq  bu  təbliğat  həqiqəti    gizləyə  bilmir.  Təkamül  nəzəriyyəsinin  elm 
tarixinin ən böyük yalanı olduğu son 20-30 ildə elm dünyasında getdikcə daha 
yüksək səslə dilə gətirilir. Xüsusilə  1980-ci illərdən sonra aparılan araşdırmalar 
darvinist iddiaların tamamilə səhv olduğunu ortaya qoymuş və bu həqiqət bir 
çox alim tərəfindən də dilə gətirilmişdir. Xüsusilə  ABŞ-da biologiya, biokimya, 
paleontologiya  kimi  fərqli  sahələrdən  olan  çoxlu  sayda  tədqiqatçı  alim 
darvinizmin əsassızlığını görür, canlıların mənşəyini artıq yaradılış həqiqəti ilə 
açıqlayırlar.
Təkamül  nəzəriyyəsinin  süqutunu  və  yaradılışın  dəlillərini  digər  bir 
çox  əsərlərimizdə  bütün  elmi  detalları  ilə  göstərdik  və  göstərməyə  davam 
edirik.  Ancaq  mövzunu  daşıdığı  böyük  əhəmiyyət  səbəbilə  burada  da 
yekunlaşdırmaqda fayda vardır.
Darvini yıxan çətinliklər
Təkamül  nəzəriyyəsi  tarixinin  qədim  yunanlara  qədər  gedib  çıxan  bir 
nəzəriyyə  olmasına  baxmayaraq,  əhatəli  olaraq  19-cu  əsrdə  ortaya  atıldı. 
Nəzəriyyəni elm dünyasının gündəliyinə gətirən ən əhəmiyyətli yenilik Çarlz 
Darvinin 1859-cu ildə nəşr olunan “Növlərin mənşəyi” adlı kitabı idi. Darvin bu 
kitabda dünyadakı fərqli canlı növlərinin Allahın ayrı-ayrı yaratdığı həqiqətinə 
qarşı çıxırdı. Darvinə görə, bütün növlər ortaq bir atadan gəlirdilər və zamanla 
kiçik dəyişmələrlə fərqliləşiblər. 
Darvinin nəzəriyyəsi heç bir konkret elmi tapıntıya əsaslanmırdı; özünün 
də  qəbul  etdiyi  kimi,  yalnız  bir  “məntiq  irəli  sürmək”  idi.  Hətta  Darvinin 
kitabındakı “Nəzəriyyənin çətinlikləri” başlıqlı uzun hissədə etiraf etdiyi kimi, 
nəzəriyyə bir çox əhəmiyyətli suala cavab verə bilmirdi. 
Darvin nəzəriyyəsinin önündəki çətinliklərin inkişaf edən elm tərəfindən 
aşılacağını, yeni elmi tapıntıların nəzəriyyəsini gücləndirəcəyini ümid edirdi. 


Təkamül Yalanı
225
Bunu  kitabında  tez-tez  ifadə  etmişdi.  Ancaq 
inkişaf edən elm Darvinin ümidlərinin tam əksinə, 
nəzəriyyənin  təməl  iddialarını  bir-bir  əsassız 
etmişdir. 
Darvinizmin  elm  qarşısındakı  uduzması  üç 
təməl başlıqda araşdırıla bilər:
1)  Nəzəriyyə həyatın yer üzündə ilk dəfə necə 
ortaya çıxdığını heç cür açıqlaya bilmir.
2) Nəzəriyyənin  qarşıya  qoyduğu  “təkamül 
mexanizmləri”nin,  həqiqətdə  təkmilləşdirici  bir 
təsirə sahib olduğunu göstərən heç bir elmi tapıntı 
yoxdur.
3
) Fosil (qalıq) qeydləri təkamül nəzəriyyəsinin 
nəzərdə tutduqlarının tam əksi olan bir cədvəl ortaya 
qoyur. 
Bu hissədə bu üç təməl başlığı ana xətləri ilə araşdıracağıq.
Keçilə bilməyən ilk pillə: Həyatın mənşəyi 
Təkamül nəzəriyyəsi bütün canlı növlərinin bundan təxminən 3.8 milyard 
il əvvəl ibtidai dünyada ortaya çıxan tək bir canlı hüceyrədən gəldiyini iddia 
edir.  Tək  bir  hüceyrənin  necə  oldu  ki,  milyonlarla  kompleks  canlı  növünü 
meydana  gətirdiyi  və  əgər  həqiqətən  bu  cür    təkamül  reallaşmışdırsa,  niyə 
bunun  izlərinin  fosil  qeydlərində  olmadığı  nəzəriyyənin  açıqlaya  bilmədiyi 
suallardandır. Ancaq bütün bunlardan əvvəl iddia edilən təkamül müddətinin 
ilk  pilləsi  üzərində  dayanmaq  lazımdır.  Haqqında  danışılan  o  “ilk  hüceyrə” 
necə ortaya çıxmışdır?
Təkamül  nəzəriyyəsi  yaradılışı  rədd  etdiyi  və  heç  bir  fövqəltəbii 
müdaxiləni qəbul etmədiyi üçün, o “ilk hüceyrə”nin heç bir məqsəd, plan və 
tənzimləmə olmadan təbiət qanunları içində təsadüfi olaraq meydana gəldiyini 
iddia edir. Yəni nəzəriyyəyə görə, cansız maddə təsadüflər nəticəsində ortaya 
canlı bir hüceyrə çıxarmalıdır. Ancaq bu, məlum olan ən fundamental biologiya 
qanunlarına zidd bir iddiadır.
“Həyat həyatdan gəlir”
Darvin  kitabında  həyatın  mənşəyi  mövzusundan  heç  danışmamışdı. 
Çünki onun dövründəki ibtidai elm anlayışı canlıların çox sadə bir quruluşa 
Çarlz Darvin


Yüklə 5,07 Kb.

Dostları ilə paylaş:
1   ...   55   56   57   58   59   60   61   62   63




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə