Birinci sinif şagirdlər ilə iş



Yüklə 12,12 Kb.
tarix13.11.2017
ölçüsü12,12 Kb.
#10289

Birinci sinif şagirdlər ilə iş.

Məktəbdə tədrisin ilk ili uşağın həyatında çox mürəkkəb və mühüm dövrdür. Tədris ilinin başlanğıcı istənilən birinci sinif şagirdlərində gərginliyə səbəb olur. Məktəbə yeni başlayan uşaqlarda problem və qorxu yaranır və bu bütün ömür boyu onlarda qala bilər. Birinci sinifə qəbul olunan şagirdlərin az bir qismini məkdəbə qədər müəssisələrdən, digər bir hissəsini heç bir hazırlıq görmədən birbaşa ailədən gələnlər təşkil edir. Nəticədə müxtəlif hazırlıq səviyyəsinə, fərdi psixoloji xüsusiyyətlərə malik olan bu uşaqların məktəbə alışmasında, tədris prosesinə qoşulmasında ortaya fərqli çətinliklər çıxır.

Bilik və bacarıqlar anadangəlmə bir keyfiyyət deyil, müxtəlif cür fəaliyyətin köməyi ilə qazanılır. Əsas şərt öyrənənlərin çoxlu sayda bir-birindən fərqli fəaliyyət növlərinə cəlb olunması və fəal iştirakının təmin olunmasıdır. Yeni uşaqların öyrənmə tərzinə görə müxtəlif qruplara ayrılmaqla onların, qabliyyətləri və intellekt müxtəlifliyi üzə çıxır.


  1. Nitq qabliyyətli

  2. Riyazi-məntiqi qabliyyəti

  3. Müşahidə-görmə qabliyyəti

  4. Musiqi qabliyyəti

  5. Kinetik-hərəkət qabliyyəti

  6. Sosial qabliyyəti

  7. Dərketmə qabliyyəti

Buna görə də ilk gündən uşağa yeni mühütə uyğunlaşmağa və öyrədilən fənlərə maraq oyatmağa kömək etmək lazımdır. Belə ki, şagirdlərin bütün həyatı dəyişir və bu andan etibarən hər şey təhsilə, məktəbə, məktəb işlərinə və qaydalarına tabe olur. Həyat tərzi dəyişir, psixo-emosional gərginliyi artır. Qayğısız oyunları gündəlik dərslər əvəz edir. Bu uşaqlarda gərgin əqli əmək, diqqətin aktivləşməsi, dərslərdə fikrini cəmləmək və işləyərkən düzgün qamət tələb olunur. Bu iş psixi, fiziki və emosional mühütü hələ tam formalaşmamiş uşaq üçün çətin sınaqdır. Uşağın yeni şəraitə öyrəşməsi və yeni tələbələrə uyğunlaşması zaman tələb edir. Uşağın hisslərinə hörmətlə yanaşmaq və onları başa düşmək lazımdır. Çünki, onların emosional həyatı kövrəkliyi, müdafiəsizliyi ilə seçilir. Məktəbə yeni başlayan uşaq mənəvi və emosional cəhətdən dəstək görməlidir. Hər hansı işi gördükdə onu tərifləmək lazımdır. Lakin daha müvəffəqiyyətli şagirdlərin nailiyyətləri ilə onun nailiyyətini müqayisə etmək olmaz. Uşağı yalnız onun özü ilə müqayisə etmək və nəticələrinin yaxşılaşdığına görə müqayisə etmək olar. Əgər uşaq bir şeyi yaxşı etməyi öyrənibsə, başqa şeyləridə tədricən öyrənəcək. Qaydalara görə müəllim yan sıralarda oturan uşaqların yerini vaxtaşırı dəyişməlidir. Nə üçün?

Orta sıra lövhəyə düz baxdığı halda, digər sıralar lövhəyə yandan baxır. Kiçikyaşlı məktəblilərin lövhəyə baxma vəziyyətini vaxtaşırı dəyişmək üçün müəllim onların yerini dəyişməlidir. Eyni zamanda uşağa aktiv istirahət mədəniyyətini - boş vaxtını televizor qarşısında yox, hərəkət edərək vaxt keçirməyi aşılamaq lazımdır. Onu səhərlər qaçmağa və yatmazdan qabaq gəzintiyə çıxarmağa öyrətmək lazımdır. Bu bir çox xəstəliklərin qarşısını almağa kömək edir. Yadda saxlamaq lazımdır ki , gözü birdən çox yükləmək olmaz , bu göz zəifliyinə səbəb olur. Valideynlər və müəllimlər uşaqların görmə qabliyyətini daim nəzarət də saxlamalıdırlar. Yenicə məktəbə gedən uşaq televizor, kompyuter qarşısında az vaxt keçirməlidir.



Tez-tez uşaqdan parta arxasında rahat oturub- oturmadığını , lövhədə hər şeyi aydın görüb - görmədiyini soruşmaq lazımdır. Eyni zamanda yazı stolunu pəncərənin yanına elə qoymaq lazımdır ki, gün işığı sol tərəfdən , solaxay uşaqlar üçün sağ tərəfdən işıq düşsün. Çox vaxt kiçikyaşlı uşaqlar lövhəni yaxşı görmədiyi halda , bunu müəllimə deməyə utanır. Uşaq üçün gün rejimi hazırlanmaq çox vacibdir. Uşağın məktəbdən sonra gündüz yatmağı məsləhətdir, çünki çətinliyə öyrəşməyən uşaq orqanizmi çox yorulur. Dərsləri günorta hazırlamaq daha yaxşıdır. Çünki beyin fəaliyyətinin gün ərzində ən sürətli dövrü saat 9-12-ə kimi və 16-18-iz arasıdır. Ona görə dərsləri bu zaman yerinə yetirmək lazımdır. Məktəbə gəlməklə uşaqların hərəki fəaliyyətləri iki dəfə azaldığı üçün onların normal boy atması , inkişafı ləngiyir.

O ,məktəbə uyğunlaşmaq üçün qüvvəsini səfərbər edir. Buna görə də hər bir uşağa onu əhatə edən böyükləri və müəllimi tərəfindən kömək və qayğı , səbir göstərməlidirlər. Çünki , məktəbə gələn zaman sinif kollektivi , müəllimin şəxsiyyəti , rejimin dəyişilməsi, hərəkət fəaliyyətinin uzun müddət məhdudlaşması və yeni şagird öhdəliklərinin yaranması uşağlara öz təsirini göstərir və göstərəcək.
Yüklə 12,12 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə