Mühazirə 3 Zəhər və zəhərlənmə, növləri. Təsir edən amillər. Zəhərli maddə və ya zəhər



Yüklə 372,56 Kb.
tarix02.03.2018
ölçüsü372,56 Kb.
#29464
növüMühazirə


Mühazirə 3

Zəhər və zəhərlənmə, növləri. Təsir edən amillər.

Zəhərli maddə və ya zəhər

Tibb təcrübəsində müxtəlif xəstəliklərin müalicə və profilaktikasında kimyəvi birləşmələrin müvafiq siniflərinə mənsub çoxlu sayda dərman preperatları istifadə edilir. Bu əczaçılıq preparatları müalicəvi dozada xəstəliklər təsirindən orqanizmin pozulmuş funksiyalarını bərpa etmə qabiliyyətinə malikdirlər. Odur ki, həmin preparatlar insanların gündəlik həyatına çox geniş miqyasda daxil olmuşdur. Eyni bir dərman maddəsi müəyyən şərait çərçivəsində (məs: yüksək dozada, orqanizmin reaktivlik qabiliyyəti dəyişdikdə və s.) insanlara və heyvanlara zərərli təsir də göstərə bilir. Onlar orqanizmin həyati vacib funksiyalarını poza bilir, orqanizmdə ciddi patoloji dəyişikliklər yaradır, bəzi halda isə, əgər vaxtında tibbi yardım olmasa, hətta ölüm törədə bilirlər. Dərman və digər maddələr təsirindən orqanizmdə meydana gələn patoloji dəyişikliklər kompleksi zəhərlənmə və ya intoksikasiya, zəhərlənməni törədən maddə isə zəhərli maddə və ya sadəcə olaraq zəhər adlanır. Başqa sözlə desək, zəhər şərti olaraq elə kimyəvi maddəyə deyilir ki, onu orqanizmə müvafiq miqdarda qəbul etdikdə müəyyən şərait çərçivəsində xəstəlik və hətta ölüm törədə bilir. Zəhərlənmə adətən orqanizmə kənardan daxil olan «ekzogen» zəhər, yəni toksik maddə tərəfindən törənir.

Beləliklə, təbiətdə mütləq zəhər, yəni hər bir istənilən şəraitdə zəhərlənmə törədə bilən kimyəvi maddə yoxdur. Kimyəvi maddə yalnız müəyyən bir şərait çərçivəsində zəhər ola bilər.

Zəhərlənməyə səbəb yüksək dozada orqanizmin normal funksiyasını poza bilən yalnız əczaçılıq preparatları deyil, həmçinin xalq təsərrüfatının bütün sahələrinin ehtiyacını ödəmək üçün kimya sənayesi tərəfindən buraxılan digər çoxlu maddələr дя ola bilər. Bunlara kənd təsərrüfatında bitki və heyvan ziyanvericiləri ilə mübarizə tədbiri kimi istifadə olunan kimyəvi zəhərlər, müxtəlif texniki mayelər, kosmetik vasitələr, məişət kimyasında istifadə olunan maddələr və s. aiddir. Bəzi halda insan və heyvanların zəhərlənməsinə səbəb bitkilərin zəhərli hissələri olur. Odur ki, toksikoloji kimya fənnini öyrənərkən zəhərlənməyə səbəb olan bütün maddələrin hamısını, dərman preparatı kimi və ya digər təyinatla istifadə edilməsindən asılı olmayaraq, zəhər adlandırmaq tövsiyə olunur.


Zəhərlənmənin təsnifatı

Kimya elminin sürətli inkişafı, kimya texnologiyasının müntəzəm olaraq təkmilləşməsi və kimya sənayesinin istehsal qabiliyyətinin daha da yüksəlməsi xalq təsərrüfatının müxtəlif sahələrində uğurla istifadə olunan külli miqdarda kimyəvi birləşmələrin sintez edilməsinə səbəb olur. Çox şübhəsiz ki, həmin maddələrin çoxu müəyyən şəraitdə insan orqanizmi üçün təhlükə yaradır və zəhərli təsir göstərir. Buna baxmayaraq zəhərli maddənin tərətmiş olduğu zəhərlənmənin ümumi bir əlverişli təsnifatı yoxdur. Hazırda müxtəlif amillərə asaslanan bir neçə təsnifat mövcuddur.

Klinik gedişinə görə zəhərlənmə iki qrupa bölünür: kəskin və xronik zəhərlənmələr.

Kəskin zəhərlənmələr zəhərli maddənin yüksək dozasını bir dəfəyə orqanizmə qəbul etdikdə baş verir. Bu sürətlə baş verən əlamətlərlə müşayiət olunur, bir neçə dəqiqə (sianid turşusu və duzları), saat, gün ərzində ölümlə nəticələnir. Çox vaxt kəskin zəhərlənmə təsadüf nəticəsində baş verir. Lakin bəzi halda başqasının var-dövlətini mənimsəmək üçün onu öldürmək məqsədilə və ya zorlamaq niyyətilə zərər çəkmişi köməksiz vəziyyətə salmaq üçün kəskin zəhərlənmə qəsdən (qərəzlə) də törədilə bilir. Belə zəhərlənmə kriminal zəhərlənmə adlanır. Əgər zəhərli maddə özünü öldürmək (intihar) məqsədilə işlənibsə, bu zəhərlənməyə isə suisid zəhərlənmə deyilir.

Xronik zəhərlənmələr orqanizmdə kumulyasiya olan zəhərli maddənin az dozasını təkrar olaraq uzun müddət ərzində qəbul etdikdə baş verir. Belə maddələr kəskin zəhərlənmə törətməsələr də, orqanizmin bu və ya digər funksiyasını poza bilirlər. Xronik zəhərlənmənin gedişi tədricən olur və əlamətləri o qədər də aydın olmur.

Əmələ gəlmə şəraitinə görə zəhərlənmələr yenə də iki qrupa bölünür: məişət və peşə zəhərlənmələri.



Peşə zəhərləнмяляri zəhərli maddə istehsal və istifadə edilən zavodlarda, fabriklərdə, müxtəlif müəssisələrdə, laboratoriyalarda və s. baş verir. Zəhərli maddə ilə işləyən fəhlə və işçilər onların təsirlərinə məruz qalırlar. Texniki təhlükəsizlik və əmək mühafizə qaydaları pozulduqda belə maddələr xronik zəhərlənmələr törədirlər.

Məişət zəhərləнмяляri ev və təsərrüfat эüzəranı üçün tətbiq olunan zəhərli maddələrin (gəmiriciləri, zərərverici həşəratları məhv edici vasitələr, paltar təmizləyici mayelər) saxlanması və istifadəsinə laqeyd (etinasız) münasibət nəticəsində əmələ gəlir. Məişət zəhərlənmələrinin səbəblərindən biri bəzi dərmanlar və digər maddələrin zəhərli olması haqqında əhali arasında izahat işinin kifayət dərəcədə aparılmamışdır. Yaşlı şəxslərin alkohol keflənməsi zamanı spirtli içkilər əvəzinə səhvən müxtəlif zəhərli mayeləri qəbul etmələri onların kəskin məişət zəhərlənməsinə səbəb olur. Dərmanların və məişət güzaranı üçün istifadə edilən zəhərli maddələrin uşaqların əlinə asan düşə bilən nəzarətsiz yerlərdə saxlanması nəticəsində uşaqlarda da kəskin məişət zəhərlənmələri tez-tez müşahidə olunur. Uşaqlar özlərini böyüklərə bənzədərək, nəzarətsiz qaldıqda, onların əlinə asan düşən yerlərdə saxlanan və tərkibində zəhərli və şiddətli təsirli maddələr olan həbləri, tabletləri, drajeləri və digər dərman formalarını ardıcıl olaraq udur və nəticədə kəskin zəhərlənmə baş verir.

Məişət zəhərlənmələrinə alkoholizm və narkomaniya da aiddir. Alkoholizm spirtli içkilərin alkohol keflənməsi törədən miqdarda sistematik olaraq həddindən artıq qəbul edilməsinə deyilir. Spirtin uzun müddət ərzində həddindən artıq qəbul edilməsi nəticəsində alkoholiklərin orqanizmində çox ciddi patoloji dəyişikliklər əmələ gəlir, xronik alkoholizm törənir.

Narkomaniya isə narkotik maddələrin sistematik qəbul edilməsi nəticəsində meydana gəlir. Narkomaniya çox vacib sosial problemdir. Narkomaniya anlayışını müəyyən etmək üçün narkotik maddə (qısaca narkotik) termininin izahı üzərində dayanmaq lazımdır. Narkotik maddə yalnız farmakoloji nöqteyi-nəzərdən qiymətləndirilmir. Onun üç meyarı vardır: tibbi, sosial, hüquqi.

Yuxarıda göstərilən üç meyardan hər hansı birinin olmaması müvafiq maddəni narkotik kimi qəbul etməyə heç жцр əsas vermir. Beləliklə, narkotik maddə termininin təyini əsasında narkomaniya və eləcə də toksikomaniya terminlərinə də aydınlıq gətirmək olar.


Zəhərli təsiri gücləndirən amillər

Kimyəvi birləşmələrin toksikliyi orqanizmin, zəhərli maddənin və ətraf xarici mühitin qarşılıqlı təsirləri ilə həyata keçir. Zəhərli maddənin toksikliyi bir çox amillərdən asılıdır:

1) maddənin dozası və qatılığından 2) fiziki və kimyəvi xassələrindən 3) bədənə daxil olma yolları və sorulma sürətindən 4) fərdi həssaslıqdan 5) orqanizmin vəziyyətindən 6) digər maddələrdən 7) maddənin kimyəvi quruluşundan 8) maddənin toksikokinetikasından.

Maddənin dozası və qatılığı. Yuxarıda göstərildiyi kimi, kimyəvi maddələrin toksikliyini müəyyən edən vacib amillərdən biri onların dozasıdır. Hər hansı eyni bir kimyəvi maddə dozadan asılı olaraq orqanizmə həm dərman, həm də zəhər kimi təsir göstərə bilir. Müvafiq ədəbiyyat mənbələrində dozaların geniş təsnifatı təqdim olunur və onlar haqqında müvafiq məlumatlar verilir. Toksikoloji kimya nöqteyi-nəzərindən müvafiq əhəmiyyət kəsb edən üç doza üzərində dayanmaq daha vacib hesab edilir: мüalicə (terapevtik), zəhərli (toksik) və ölüm (леtal) dozalar.

Müəyyən müalicəvi səmərə təmin edən doza maddənin müalicə dozası adlanır. Orqanizmdə ölümlə nəticələnməyən patoloji dəyişikliklər törədən doza maddənin zəhərli dozası adlanır. Orqanizmin məhvini təmin edən dozaya isə maddənin ölüm dozası deyilir.

Zəhərli maddələrin dozası kütlə (qram, milliqram, mikro-qram), həcm (millilitr, damcı), həmçinin bioloji fəallıq vahidi (BV-beynəlxalq vahid) ilə ifadə olunur.

Maddələrin toksikliyini müqayisəli şəkildə qiymət-ləndirmək üçün ЛД50 kəmiyyətindən istifadə edirlər. Bu kəmiy-yət bədənə (mədəyə, bağırsaqlara, dəriyə) daxil olduqdan sonra 3 gün ərzində təcrübi heyvanların 50%-nin ölməsinə səbəb olan orta доzadır. Bəzi halda ЛД50 təyin etmək üçün təcrübi heyvanlar 3 gün yox, 14 gün müşahidə edilir. ЛД50 heyvanın bir kiloqram kütləsinə düşən maddənin milliqram miqdarı ilə ifadə olunur (yəni mq/kq).

Qaz şəkilli maddələrin toksikliyi doza ilə deyil, qatılıq ilə ifadə olunur.

Maddənin fiziki və kimyəvi xassələri. Maddənin fiziki xassələrindən ilk növbədə aqreqat vəziyyəti, su və piylərdə həll olmasını göstərmək olar. Bu xassələr maddənin toksik xassəsinin meydana gəlməsinə çox fəal təsir göstərirlər.

Qazşəkilli maddələr və uçucu mayelərin buxarları tənəffüs yolları ilə orqanizmə düşdükdə, həzm kanalına daxil olan və ya dəriyə düşən maye və ya bərk maddələrə nisbətən, onların toksik təsiri kifayət dərəcədə sürətlə meydana gəlir.

Bərk maddələrin toksikliyi onların hissəciklərinin ölçülərindən asılıdır. Нarın toz şəklində xırdalanmış maddə onun iri hissəciklərinə nisbətən daha tez təsir göstərir. Bu, xırda və iri hissəciklərin müxtəlif həll olma, yəni qana qeyri-bərabər sürətlə daxil olma qabiliyyətləri ilə izah olunur.

Kimyəvi birləşmələrin toksikliyi onların piy və suda yaxşı həll olmalarından asılıdır. Piydə yaxşı həll olan maddələr orqa-nizmə dəridən çox asan keçir və qandan membranlar vasitəsilə hüceyrələrə asanlıqla sorulur. Suda yaxşı həll olan maddələrin toksikliyi onların dissosiasiyasından asılıdır. Məsələn, barium-xlorid və barium-nitrat suda çox yaxşı dissosiasiya edirlər, ona görə də yüksək toksikliyə malikdirlər. Barium-sulfat isə suda həll olmur, dissosiasiya etmir və bədənə heç bir zəhərli təsir gös-tərmir. Əlbəttə, bu halda maddənin kimyəvi xassəsi də laqeyd qalmır. Eyni xassə arsen birləşmələrinin bəzilərinə də aiddir.

Suda yaxşı dissosiasiya olunan arsenit və arsenatlar çox yüksək toksik təsirə malikdirlər. Suda zəif həll olan arsen 3-ok-sidin arsenit və arsenatlara nisbətən toksik təsiri bir qədər azdır.

Suda yaxşı həll olan ağır metal duzları həmin metalların oksidlərinə nisbətən daha zəhərlidir. Suda həll olmayan civə (1)-xlorid suda yaxşı həll olan civə (ЫЫ)-xloridə nisbətən az zəhərlidir. Həzm kanalına daxil olan metallik civə ümumiyyətlə orqanizmə toksik təsir göstərmir. Ancaq mədə tutumu və şirəsi təsirindən metallik civənin müəyyən hissəsi kimyəvi çevrilməyə məruz qalaraq həll olması nəticəsində qana sorulur və toksik təsir göstərir.



Maddənin bədənə daxil olma yolları və sorulma sürəti. Bir çox maddələrin toksikliyi onların orqanizmə daxil olma yollarından asılıdır. Zəhərli maddənin eyni bir dozası müxtəlif yollarla bədənə düşdükdə bir-birinə oxşamayan müxtəlif toksik səmərə meydana gəlir. Çox miqdar heksan buxarları tənəffüs yolları ilə orqanizmə daxil olduqda 1-3 dəqiqədən sonra

insanın şüuru itir. Əgər bu miqdar heksan , hətta bir qədər ondan çox, orqanizmə həzm kanalı yolları ilə daxil olarsa, toksik təsir kifayət dərəcədə zəif olur.

Maddənin orqanizmə sorulma sürəti də çox vacib gös-təricidir. Vena daxilinə yeridilən maddənin sorulması anidir. Maddə bir başa qana yeridildikdə onun bədəndə nisbətən yüksək qatılığı təmin olunur və nəticədə toksik təsir tez biruzə verir.

Maddəyə fərdi həssaslıq. Eyni bir maddə insanlara və müxtəlif növ heyvanlara eyni cür təsir göstərmir. Bunu xanımotu və üskükotu bitkilərinin insanlara və heyvanlara göstərdikləri təsirlər timsalında izah etmək olar. Xanımotu bitkisinin tərkibində tropan alkaloidləri, üskükotunda isə ürək qlikozidləri vardır. Ot yeyən heyvanlar bu bitkilərlə qidalandıqda heç bir zəhərlənmə əlamətləri müşahidə olunmur. Lakin bu bitkilərdən alınmış dərman preparatlarını insanlar həmin dozada qəbul etdikdə ağır zəhərlənmə baş verir.

Orqanizmin ümumi vəziyyəti. Bu amilə yaş xüsusiyyəti və sağlamlıq vəziyyəti aiddir. Bunlardan asılı olaraq zəhərli maddə orqanizmə müxtəlif cür təsir göstərə bilər.

Yaş xüsusiyyəti ciddi nəzərə alınmaqla zəhərli və şiddətli təsirə malik dərman preparatlarının böyüklər və müxtəlif yaşlı uşaqlar üçün tam fərqli dozaları müəyyən edilmişdir. Uşaqların bədən kütləsi böyüklərə nisbətən çox azdır. Odur ki, müvafiq müalicə səmərəsinə nail olmaq üçün müxtəlif yaşlı uşaqlara onların yaşlarından asılı olaraq böyüklərə nisbətən həmin dər-manlar az dozalarda təyin olunur. 60 yaşdan yuxarı şəxslərə cavan yaşlılara nisbətən dərman maddələri bir qədər az dozada təyin edilir, çünki daha yaşlı şəxslərdə maddələrin metabolizm prosesi və metabolitlərin orqanizmdən ayrılma sürəti adətən çox yavaş olur. Bu şəxslərdə dərman maddələrinin səmərəli qatılığı onları az dozada orqanizmə verdikdə əldə olunur.



Digər maddələr. Zəhərli maddənin toksik təsirinin mey-dana gəlməsində orqanizmdə olan və ya zəhərlə birlikdə yeri-dilmiş digər maddələrin də çox böyük rolu vardır. Digər maddələrin zəhərin gücünə müxtəlif cür təsiri ola bilər.

Maddənin kimyəvi quruluşu. Bir çox üzvi toksik maddələrin təsiri onların kimyəvi quruluşundan asılıdır. Ancaq bu asılılığın qanunauyğunluqları bir sıra maddələr üçün hələlik aşkar edilməmişdir. Sübut edilmişdir ki, zəhərli maddələrin toksikliyi onların molekullarında müəyyən funksional qrupların və doymamış rabitələrin olmasından asılıdır.

Bir çox doymamış birləşmələr kimyəvi tərkiblərinə görə onlara yaxın olan doymuş birləşmələrə nisbətən daha zəhərlidir. Doymamış birləşmələrə mənsub olan allil spirti (CH2 = CH – CH2 – OH) tərkibcə ona yaxın olan propil spirtindən (CH3 – CH2 – CH2 – OH) daha çox zəhərlidir.

Molekul tərkibində bəzi funksional qruplar (=C=O, =S, –N=C, –NO2) olan üzvi maddələr daha çox toksik xassəyə malikdirlər. Üzvi molekulun tərkibinə xlor, flüor, arsen, civə atomları daxil etdikdə onların toksik təsirləri artır.

Kimyəvi birləşmələrin izomerlik qabiliyyəti onların zəhərli xassəsində əks olunur. Bir çox kimyəvi birləşmələrin izomerlərinin toksikliyi eyni deyildir. Hiossiaminin sola fırladan izomeri sağa fırladan izomerdən demək olar ki, 100 dəfə zəhərlidir. Alifatik spirtlər onların budaqlы zəncirli izomerlərinə nisbətən daha xarakter toksik təsir göstərirlər. Буну тясдиг етмяк цчцн эюстярмяк кифайятдир ки, пропил вя бутил спиртляри онларын изомерляри олан изопропил вя изобутил спиртляриня нисбятян даща йцксяк токсик тясиря маликдирляр.

Kimyəvi birləşmələrin toksikliyi həmçinin onların müvafiq homoloji sırada yerləşdiyi yerdən asılıdır. Homoloji sırada birləşmələrin molekul kütləsi artdıqca onların zəhərli xassələri də artır. Məsələn, propioн turşusu sirkə turşusuna nisbətən, yağ turşusu isə propion turşusuna nisbətən daha zəhərlidir. Göstərmək yerinə düşər ki, spirtlərin molekulunda karbon atomlarının sayı artdıqca onların toksik xassələri də artır. Lakin bu qaydadan bir istisnalığı qeyd etmək lazımdır. Belə ki, alifatik spirtlərin homoloji sırasında birinci yerdə duran və metanın oksidləşmə məhsulu olan metil spirti etil spirtinə nisbətən daha yüksək toksikliyə malikdir. Həmin söz metil spirtinin oksidləşmə məhsulu olan formaldehidə də aiddir. Formaldehid asetaldehidə nisbətən daha güclü zəhərdir.

Tsiklik quruluşa malik karbohidrogenlərin (tsiklopropan, tsiklobutan, tsiklopentan, tsikloheksan və s.) buxarları onlara müvafiq gələn alifatik sıralı karbohidrogenlərin (propan, butan, pentan, heksan və s.) buxarlarından qat-qat zəhərlidir.



Мaddənin toksikokinetikası. Maddənin toksikokinetikası haqqında yuxarıda qısa da olsa məlumat verilmişdir. Bədənə sorulan və bütün üzv, toxumalara paylanan zəhərli maddə ilə orqanizm bu və ya digər üsullarla mübarizə aparır, onun təsirini dəf etməyə çalışır. Tibbi yardım olmadan orqanizm tək özbaşına güclü zəhərin təsiri qarşısında aciz qalır. Zəhərli maddənin toksik təsirinin intensiv şəkildə baş verməsi həmin maddənin toksikokinetikası ilə sıx bağlıdır. Bu məsələnin mahiyyətini daha mükəmməl şəkildə mənimsəmək üçün zəhərin toksikokinetikası, onun ayrı-ayrı mərhələləri və müvafiq qanunauyğunluqları üzərində daha geniş şəkildə dayanmaq vacibdir.
Zəhərin toksikokinetikası

Hər bir zəhərli maddə üçün toksikokinetik tədqiqat onun orqanizmə daxil olduqdan sonra sorulma mərhələsindən başla-yaraq orqanizmdən xaric olması ilə tamamlanan bütün мərhələ-lərin təbii qanunauyğunluqlarını aşkar etməkdən ibarətdir. Bunun üçün aşağıdakı məsələləri ardıcıl olaraq bilmək lazım gəlir:



  1. Zəhərli maddələrin orqanizmə daxil olma yolları

  2. Zəhərli maddələrin orqanizmə sorulması

  3. Zəhərli maddələrin orqanizmdə paylanması

  4. Zəhərli maddələrin orqanizmin tərkib elementləri ilə birləşməsi

  5. Zəhərli maddələrin orqanizmdə çevrilməsi (metabo-lizmi)

  6. Zəhərli maddələrin orqanizmdən xaric olması


Zəhərin orqanizmə daxil olma yolları

Zəhərli maddələr orqanizmə müxtəlif yollarla daxil ola bilər: ağız, tənəffüs yolları, dəri, selikli qişalar, cift və s. vasi-təsilə.



Ağız vasitəsilə. Ən çox zəhərlənmə maddənin orqanizmə ağız vasitəsilə düşməsi nəticəsində baş verir. Bu yol qida və məişət zəhərlənmələri üçün xarakterdir. Qida zəhərlənmələri zamanı zəhərlər ağızdan qida ilə birlikdə daxil olur. Orqanizmə ağızdan düşən zəhərlər həm bilavasitə ağız boşluğundan, həm də həzm kanalının müvafiq hissələrindən sorula bilir. Ağız boşlu-ğunun selikli qişalarından qana sorulan maddələr mədə və bağırsaq şirələrinin təsirinə məruz qalmırlar, yəni bilavasitə qaraciyərə daxil olmurlar. Ağız boşluğunun selikli qişalarından sianidlər, nikotin, fenol, nitroqliserin və digər maddələr sorulur. Etil spirti və bəzi maddələrin spirtli məhlulları da orqanizmə ağız boşluğunun selikli qişalarından düşə bilər.

Orqanizmə ağız vasitəsilə düşən maddələrin əksəriyyəti mədə və nazik bağırsaqlardan sorulur. Həzm kanalına düşən maddələrin sorulma sürəti onların fiziki və kimyəvi xassələrindən, mədə və bağırsaq tutumunun pH-ından asılıdır. Turşu və əsasi xassəli maddələr həzm kanalından dissosiasiya olunmamış mole-kul şəklində sorulur.



Tənəffüs yolları vasitəsilə. Bu yolla orqanizmə ətraf havada qaz, buxar və toz şəklində olan maddələr çox asanlıqla daxil olurlar. Tənəffüs yolları ilə göstərilən maddələrlə zəhər-lənmə əsasən havası kifayət dərəcədə dəyişdirilməyən sənaye müəssisələrində baş verir. Həmin yolla orqanizmə daxil olan karbon 2-oksid və digər maddələrlə zəhərlənmələr məişətdə də ola bilər.

Tənəffüs yolları ilə orqanizmə düşən zəhərlər qana çox tez keçirlər. Bu, zəhərli maddənin sorulduğu ağ ciyər alveollarının böyük səthi, alveol membranlarınin qalınlığının azlığı, ağ ciyər kapilyarlarında qan axınının intensivliyi ilə izah olur. Bəzi uçucu maddələr artıq yuxarı tənəffüs yollarından sorulmağa başlayır. Lakin bu maddələrin əksəriyyəti ağ ciyərlərdən daha tam sorulurlar. Uçucu maddələrin orqanizmə sorulması diffuziya qanunları əsasında baş verir. Tənəffüs yolları vasitəsilə karbohidrogenlərin xlorlu törəmələri, spirtlər, sianid turşusu, aseton, benzin, dietil efiri, formaldehid, həmçinin kükürd, azot, fosfor, arsenin uçucu birləşmələri və s. bu kimi maddələrin buxarları orqanizmə daxil ola bilər.



Dəri vasitəsilə. Dəri zəhərin orqanizmə düşmə yolla-rından biri hesab olunur. Epidermis vasitəsilə yalnız lipidlərdə həll olan maddələr keçirlər. Suda həll olan maddələr dəridən çox cüzi miqdarda keçə bilirlər. Suda həll olan maddələrin orqanizmə sorulmasına piy vəzilərinin sekretor fəaliyyəti nəticə-sində dəri səthində əmələ gəlmiş piy təbəqəsi mane olur.

Dəri vasitəsilə nikotin, tetraetilqurğuşun, karbohidrogen-lərin xlorlu törəmələri, xlorlu kimyəvi zəhərlər (pestisidlər), aromatik aminlər, yağ sıralı karbohidrogenlər (C6 dan C10-a qədər), tallium, civə və digər metalların xırdalanmış duzları orqa-nizmə çox asan sorulurlar.



Parenteral yolla. İynə vasitəsilə (dəri altına, əzələyə, venaya) yeridilən zəhərlər həzm kanalına düşmədən birbaşa qana keçir. Bu cür zəhərlənmə çox nadir hallarda təsadüfi səhvlər nəticəsində baş verə bilər.

Cift vasitəsilə. Bu yolla zəhərli maddə hamilə analardan dölə keçə bilir. Etil spirti, xlorlu pestisidlər, ağır metal duzlarının bu yolla keçməsi nəticəsində dölün zəhərlənməsi halları baş vermişdir.

Zəhərli maddələr orqanizmə həmçinin uşaqlıq yolları, düz bağırsaq və bəzi başqa yollarla da daxil ola bilər.


Zəhərin orqanizmə sorulması

Zəhərli maddələr ətraf mühitdən dövr edən qan və limfaya daxil olub, onların axını ilə əvvəl hüceyrəarası (interstisial) maye-yə, sonra isə hüceyrəyə çatdırılır. Beləliklə, daxil olmuş zəhərin orqanizmdə yayılmasını qan və limfa dövranları təmin edir. Zəhərlərin ayrı-ayrı üzvlər və toxumalarda yayılması qan dövra-nından başqa digər amillərdən, yəni onların plazma və üzvlərin zülalları ilə qarşılıqlı təsirindən, lipidlərdə həll olmalarından, ionlaşma dərəcələrindən və s. asılıdır.

Zəhərli maddələrin orqanizmə daxil olduğu həzm kanalı, ağ ciyərlər və digər nahiyələrdən sorulması hüceyrə membranları sistemi vasitəsilə həyata keçir. Qana daxil olmuş bütün maddələr hər hansı hüceyrəyə heç də asan keçə bilmir. Zəhərin hüceyrəyə sərbəst keçməsinə onları bürüyən membranlar mane olur. Bu membranlar hüceyrə daxilinə qidalı və bəzi digər maddələri buraxırlar. Membranlar həmçinin maddənin mübadilə məhsullarını hüceyrə daxilindən xaricə buraxırlar.

Hüceyrə membranlarının böyük rolunu nəzərə alaraq onların quruluş və funksiyalarının öyrənilməsinə böyük diqqət verilir. Membranların quruluşu haqqında bir neçə fərziyyə təklif olunmuşdur. Hazırda elementar membran fərziyyəsi əsas götürülür. Bu fərziyyəyə görə membran zülal və lipidlərdən ibarətdir. Lipidlərə suda həll olmayan, üzvi həlledicilərdə həll olan piylər və mumlar (uzun karbon zəncirli yağ turşularının və yüksək molekullu biratomlu spirtlərin mürəkkəb efirləri) aiddir. Membran lipidlərinin molekullarının bir ucunda hidrofil xassəyə malik polyar qruplar (məsələn, – COOH), digər ucunda isə hidrofob xassəli uzun karbohidrogen zənciri vardır. Ədəbiyyatdan məlum-dur ki, membran qarışıq polyar lipidlərin ikiqat təbəqəsindən ibarətdir. Hüceyrə membranlarındakı zülallar və lipidlər öz tər-kiblərinə görə müxtəlif ola bilirlər. Hər bir membran növü üçün spesifik polyar lipidlərin müəyyən molyar nisbətləri xarakterdir. Hüceyrə membranlarında ultramikroskopik məsamələr mövcud-dur. Membran və onlarda əmələ gələn məsamələr müəyyən elektrik yükünə malik olurlar. Zəhərli maddənin membranlardan hüceyrələrə keçməsinin bir neçə mexanizmi məlumdur.



Birinci növ membranlar. Bu membranlar lipofil xassə-lərindən asılı olaraq neytral molekulları buraxır, ionların keç-məsinə isə mane olurlar. Əksər ionlaşmayan birləşmələrin yağ-su və xloroform-su sistemində paylanma əmsalları onların mem-branlardan keçmə sürətinə müvafiq gəlir.

Maddə birinci növ membrandan hüceyrəyə diffuziya qanunlarına əsasən keçir. Maddə membrandan hüceyrəyə o zaman keçir ki, maddənin hüceyrədəki qatılığı hüceyrə ətrafı mayedəki qatılığından az olsun. Maddənin keçməsi o vaxta qədər davam edir ki, membranın hər iki tərəfindəki mayelərin tərkibində qatılıqlar eyni olsun.

Birinci növ membrandan hüceyrəyə lipofil maddələr və qeyri-polyar birləşmələrin az molekulları keçir. Belə maddələrə etil spirti, aseton, fenol və törəmələri, benzol, toluol, nitrobenzol, aromatik aminlər, xloroform, dixloretan, karbon 4-xlorid, sianid turşusu, tərkibində xlor, kükürd, azot, fosfor, arsen olan qaz şəkilli maddələr və s. aiddir.

Hüceyrəyə diffuziya qanunu əsasında iri molekullu mad-dələr (zülallar və digər birləşmələr) də keçə bilirlər. Həmin maddələr hüceyrəyə membranlarda olan iri məsamələrdən keçmə imkanı tapırlar.



İkinci növ membranlar. Polyar molekulların əksəriyyəti və bəzi ionlar üçün hüceyrə membranları keçilməzdir. Lakin bu maddələrdən bəziləri kompleks birləşmə şəklində hüceyrə membranlarından hüceyrəyə keçə bilirlər. Bu kompleks birləşmələr müvafiq maddə molekullarının, membranın tərkibində olan daşı-yıcı (nəqliyyat sistemi) molekullarla qarşılıqlı təsiri nəticəsində əmələ gəlirlər. Daşıyıcı molekullara fermentlər, membranın bəzi spesifik zülalları və digər maddələr aiddirlər. Hüceyrə daxilinə keçdikdən sonрa kompleks birləşmələr parçalanır və bu zaman polyar maddə azad olur. Bu yolla qlükoza insan qanının eritrositlərinə keçir.

Üçüncü növ membranlar. Bu membranlardan daha fəal daşıma həyata keçir. Daşınan maddənin molekul və ya ionları az qatılıqlı mühitdən çox qatılıqlı mühitə keçir. Fəal daşıma vaxtı hüceyrəyə keçəcək maddənin molekulu və ya ionu daşıyıcı ilə, ikinci növ membranlarda olduğu kimi, labil birləşir. Lakin burada daşıyıcı kimyəvi çevrilməyə məruz qalır, buna isə müəyyən enerji lazım gəlir. Membranın bir tərəfində gedən kimyəvi reaksiya nəticəsində daşıyıcı öz şəklini dəyişir və daşınacaq maddə və ya iona müəyyən bənzərlik (oxşarlıq) əldə etmiş olur. Sonra şəklini dəyişmiş daşıyıcı daşınan maddə və ya ionu özünə birləşdirir. Bu yolla əmələ gələn kompleks birləşmə membrandan hüceyrəyə keçir. Hüceyrə daxilində kompleks parçalanır və onun keçirdiyi maddə və ya ion azad olur. Daşıyıcı isə sərbəst halda və ya digər maddə ilə kompleks şəklində membrandan xaricə keçir.

Dördüncü növ membranlar. Яvvəlki növ membran-lardan mozaik (alabəzək) quruluşa malik olması ilə fərqlənir. Membranlar lipid silindrlər və zülal oyuqlardan ibarətdirlər. Bunların məsamələrindən su və kiçik ölçülü anionlar sərbəst keçirlər. Membranların məsamələrində müsbət yüklü hissəciklər olduğu üçün kationları keçirmir, özlərindən itələyirlər. Membranlarda olan bəzi məsamələr bir çox qeyri-elektrolitləri də keçirirlər. Qeyri-elektrolitlərin molekullarının ölçüləri artdıqca dördüncü növ membranların məsamələrinin keçiricilik qabiliyyəti azalır. Yuxarıda göstərildiyi kimi, iri molekullу qeyri-elektrolitlər hüceyrələrə birinci növ membranlardan keçirlər.

Reseptorlar. Hüceyrənin reaksiya qabiliyyətinə malik tərkib hissəsi reseptor adlanır. Orqanizmə düşən kimyəvi maddə öz təsirini həmin reseptorlarla kimyəvi reaksiyaya girdikdən sonra göstərir. Reseptorlara qıcıqlanmanı qəbul edən sinir ucları və ya ətraf mühitdəki müəyyən dəyişikliyə cavab verən xüsusi sinir hüceyrələri aiddir. Xarici mühitdən daxil olan qıcıqları qəbul etmə qabiliyyətinə malik reseptorlar daha yaxşı öyrənilmişdir. Bunlardan ağrı hissiyatı, soyuqluq, istilik, səs və işıq dalğalarını qəbul edən reseptorları göstərmək olar. Bu reseptorların hamısı fiziologiya kursundan bəllidir. Təqdim edilən bu materialda isə yalnız kimyəvi maddələrin təsirinə orqanizmin cavab reaksiyasını həyata keçirən reseptorlar haqqında məlumatlar verilir.

Zəhərli maddələrin toksik təsirləri bioüzvi tərkibdə reseptorların olmasından asılıdır. Bu reseptorlar orqanizmə daxil olan zəhərli maddə ilə qarşılıqlı təsir qabiliyyətinə malik molekul və ya atom qruplarıdır. Reseptor funksiyasını zülallar və digər həyati vacib birləşmələrin tərkibində olan tiol, hidroksil, kar-boksil, amin və fosforlu qruplar ifa edirlər. Reseptor xassəsinə həmçinin bəzi aminturşular, nuklein turşuları, fermentlər, vita-minlər, hormonlar və bir sıra digər maddələr malikdirlər.

Bəzi reseptorların zəhərli maddələrlə qarşılıqlı təsirinə aid bir neçə misallar göstərmək olar. Ağır metal duzları və digər qeyri-üzvi maddələrlə zəhərlənmə göstərilən birləşmələrin kationlarının zülal molekulunun tərkibində olan tiol qrupları (reseptorlar) ilə birləşməsi nəticəsində baş verir. Bəzi metal kationları ilə tiol qrupları arasında yaranmış rabitə kovalent olduğu üçün kifayət dərəcədə davamlıdır. Zülal maddələrin tiol qrupları arsen, stibium, civə, bismut və bəzi digər metal ionları ilə çox davamlı rabitə yaradırlar. Təsadüfi deyil ki, bu metal birləşmələri ilə zəhərlənmə вaxtı əks-zəhər kimi unitiol istifadə edilir. Unitiolun tərkibində olan tiol qrupu zülalların tiol qruplarını zəbt etmiş metal ionları ilə birləşir və nəticədə zülalların azad olunmuş tiol qrupları öz normal fəaliyyətlərini davam etdirirlər.

Fosforüzvi birləşmələrin çox sayы kimyəvi zəhərlərdir. Bunlarla zəhərlənmə həmin maddələrin asetilxolinesteraza fer-mentinin tərkibinə daxil olan serinin hidroksil qrupu ilə birləşməsi nəticəsində baş verir. Asetilxolinesteraza fermenti asetilxolini xolinə və sirkə turşusuna parçalayır. Fosforüzvi birləşmələr və digər maddələr asetilxolinesteraza fermentini tutub saxladıqda orqanizmdə toksik dozada asetilxolin toplanır və zəhərlənmə baş verir.

Zəhərli maddə və reseptorlar arasında yaranmış rabitənin davamlılığından asılı olaraq bioloji materialdan həmin zəhərləri təcrid etmək üçün kimyəvi-toksikoloji analiz təcrübəsində müxtəlif üsullar tətbiq edilir. Bioloji materialda reseptorlarla kovalent rabitə ilə birləşmiş metal zəhərlərini təcrid etmək üçün üzvi maddələrin oksidləşdirici xassəyə malik mineral turşularla parçalanması üsulu istifadə olunur. Reseptorlarla ion və digər az davamlı rabitə ilə birləşən zəhərləri təcrid etmək üçün isə bioloji materialın su, turşulaşdırılmış su və ya turşulaşdırılmış spirtlə çıxarış olunma üsulu tətbiq edilir.
Зящярин организмдя пайланмасы

Qana daxil olan zəhərli maddələr orqanizmin bütün nahiyələrinə daşınır. Hər bir üzvdə dövr edən qan və onda olan zəhərin miqdarı həmin üzvün qanla təchizindən asılıdır. Ürək, ağ ciyərlər, beyin və qaraciyərdən digər üzvlərə nisbətən daha çox qan və eləcə də tərkibində həmin miqdara müvafiq zəhər keçir. Zəhərli maddələr qan daşıyıcı kapilyarlardan hüceyrə ətrafı nahiyəyə, sonra isə membranlardan hüceyrəyə keçir.

Əkсər zəhərli maddələr müxtəlif üzv və toxumalarda qeyri-bərabər paylanır. Maddələrin orqanizmdə paylanması onların aşağıdakı fiziki və kimyəvi xassələrindən asılıdıр: su, piy və digər lipidlərdə həll olmalarından, dissosiasiya qabiliyyətindən, üzv və toxumaların tərkib və funksional xüsusiyyətlərindən. Lipidlərdə yaxşı həll olan toksik maddələr (anesteziyaedici, yuxugətirici və sedativ maddələr, xlorlu üzvi insektisidlər və s.) bioloji membranlardan yaxşı keçərək, lipidlərlə zəngin, qanla yaxşı təchiz olunan üzv və toxumalarda tez və selektiv paylanırlar (əsasən baş beyin və sümük iliyi).

Lipidlərdə yaxşı həll olan orqanizmə düşmüş maddələrin paylanması müvafiq üzv və toxumalardakı piy və digər lipidlərin miqdarından asılıdır. Qeyri-elektrolitlər başlıca olaraq həmin maddə üçün udma həcmi daha çox olan toxumalarda toplanır. Belə ki, xloroform narkozunda uzunsov və onurğa beyinlərində xloroformun miqdarı baş beyinə nisbətən 50% çox olur. Bu onunla izah olur ki, baş beyində lipidlər miqdarca uzunsov və onurğa beyinlərə nisbətən azdır. Lipidlərdə yaxşı həll olan zəhərlər оrqanizmdən yavaş xaric olur və çevrilməyə yavaş məruz qalırlar.

Orqanizmdə zəhərli maddələrin qeyri-bərabər paylanması nəticəsində onlar müvafiq üzv və toxumalarda yığıla bilir. Məsələn, piy toxumalarında əsasən piylərdə yaxşı həll olan maddələr toplanır (üzvi həlledicilər, karbohidrogenlərin xlorlu törəmələri və s.). Sümük toxumalarında qurğuşun, barium, flüor və s. toplanır. Tetratsiklin sıralı antibiotiklərin diş və sümük toxumalarına bənzərliyi onların orqanizmdə həmin toxumalarda toplanmasına səbəb olur. Qızıl və gümüş əsasən dəridə yığılır. Aminazin əsasən baş beyində, benzol isə sümük iliyində toplanır. Bismut, civə, arsen elementləri isə tərkibində tiol və ya reaksiya qabiliyyətinə malik digər funksional qruplar olan zülallarla zəngin üzv və toxumalarda məskən salır. Civə böyrəklərdə yığılır və onlarda nekrotik dəyişikliklər əmələ gətirir.

Kalsium və bəzi başqa element ionları hüceyrəarası mayenin tərkibində olan mukopolisaxaridlər və mukoproteidlərlə birləşirlər. Hüceyrəarası maye insan bədəninin ümumi kütləsinin təxmini beşdə birini təşkil edir. Yəni kütləsi 70 kq olan insanda 14 л hüceyrəarası maye, 28 l isə hüceyrədaxili maye vardır. Orqanizmdə paylandıqdan sonra suda həll olan maddələrin əksəri həm hüceyrəarası, həm də hüceyrədaxili mayelərdə yerləşirlər.

Bəzi toksik maddələrin bədəndə toplanma yeri zəhər-lənmənin xarakterindən də asılıdır. Belə ki, kəskin zəhərlənmə zamanı civə və arsen qaraciyər və böyrəklərdə, xronik zəhər-lənmədə isə dırnaqlar, sümüklər, saçlar (yalnız arsen) və sinir toxumalarında toplanırlar.

Bir halda ki, orqanizmdə çox zəhərlər qeyri-bərabər paylanır, onların paylanma və toplanmasını bilmək kimyəvi-toksikoloji analiz obyektinin düzgün seçilməsi üçün böyük əhəmiyyət kəsb edir. Kimyəvi-toksikoloji analizə еlə üzv və toxuma seçilməlidir ki, onlarda tədqiq olunan zəhərin daha çox miqdarı güman olunur.


Zəhərin orqanizmин тяркиб елементляри иля бирляшмяси

Orqanizmə daxil olan zəhərli maddələrin əksəriyyəti zülal-lar, lipoproteidlər, qanın formalı elementləri və с. maddələrlə kompleks və ya digər kimyəvi birləşmələr əmələ gətirirlər. Orqanizmdə əmələ gələn kompleks birləşmələrin möh-kəmliyi kompleksi əmələ gətirən maddənin təbiətindən və yara-nan rabitənin növündən asılıdır.

Zəhərlərin orqanizmin zülal və digər maddələri ilə qarşılıqlı təsiri nəticəsində reaksiyada iştirak edən kompоnentlər arasında kovalent, ion, hidrogen, ion-dipol, dipol-dipol rabitələr əmələ gəlir. Zülal maddələrin zəhərlə birləşməsi Van-der-Vaals qüvvəsi hesabına da həyata keçə bilər. Bu göstərilən rabitələrdən ən davamlısı kovalent rabitədir. Metal kationlarının zülal maddələrlə kompleksində yaranan rabitə kovalentdir. Elə bu səbəbə görə də metallar uzun müddət ərzində orqanizmdə qala bilirlər.

Nəzərə alsaq ki, əksər zəhərlərin toksik təsirləri dönərdir, güman etmək olar ki, zəhər ilə bioloji material arasında kovalent rabitələr yalnız bəzi hallarda əmələ gəlir.

Zəhərlərin zülallar və orqanizmin digər maddələri ilə qar-şılıqlı təsirləri nəticəsində əmələ gələn kompleks birləşmələr adətən bioloji membranlardan keçə bilmirlər. Əgər zəhərlərin qarşılıqlı təsir reaksiyaları dönərdirsə, o zaman orqanizmdə zəhə-rin sərbəst və birləşmiş formaları arasında tarazlıq yaranır.

Zülal maddələrdən albumin zəhərli maddələrlə daha fəal birləşir. Fibrinogen, -qlobulin və bəzi başqa zülal maddələr yal-nız məhdud sayda zəhərlərlə birləşirlər. Xüsusilə -qlobulin bilirubinlə birləşir.



İndiyə qədər alkaloidlər və onların sintetik analoqlarının zülal maddələrlə komplekslərinin əmələ gəlmə şəraiti çox yaxşı tədqiq edilmişdir. Bu komplekslər zülal maddələrin izoelektrik nöqtəsinдян yuxarı pH-da əmələ gəlirlər. Albumin barbiturat-larla, xüsusilə də molekul tərkibində lipofil qruplar olanlarla çox yaxşı birləşir. Albumin həmçinin yağ turşuları ilə müvafiq birləş-mələr və ya komplekslər əmələ gətirir. Yağ turşularının mole-kullarında karbon zənciri uzandıqca onların albuminlə yaratdığı rabitə daha da möhkəmlənir. Albuminlə birləşən maddələrə sul-fanilamid preparatları, aromatik turşular, yodlu birləşmələr (rentgenkontrast maddələr), əsasi və turş boya maddələri, bəzi neytral maddələr (kumarinlər, qlikozidlər, naftoxinonlar və s.) aiddirlər.

Sink və mis ionları -qlobulinlə yaxşı birləşirlər. Metal kationları aminturşular, peptidlər və zülallarla davamlı kompleks və daxili kompleks birləşmələr əmələ gətirirlər. Steroid hormonlar lipoproteidlərlə, bəzi antibiotiklər nuklein turşuları ilə, karbon 2-oksid isə qanın hemoqlobini ilə asanlıqla birləşirlər. Yalnız az sayda zəhərlər və dərman maddələri orqanizmə düşdükdən sonra albumin və digər zülallarla birləşmirlər. Bunlara etil spirti, qlükoza və sidik cövhəri aiddir.
Yüklə 372,56 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə