Lalə HÜseynova qida məhsullarinin hazirlanmasi texnologiyasi



Yüklə 2,44 Mb.
Pdf görüntüsü
səhifə109/110
tarix20.10.2017
ölçüsü2,44 Mb.
#5627
1   ...   102   103   104   105   106   107   108   109   110

Ev kəsmiyi

Uşaqlar üçün olan kefir (dükanlarda satılır) təmiz minalan-

mış qaba tökülür  və su hamamında kəsmik əmələ  gələnə qədər

qızdırılır. Su tökülür, kəsmik ələkdən sıxılır.



6.2. Orta məktəb şagirdlərinin qidası

Yaşından   asılı   olaraq   orta   məktəb   şagirdlərinin   təqdim

edilmiş   rasionu   kimyəvi   tərkibinə   görə   fərqlənir   (kaloriliyinə,

zülalın miqdarına, yağlılığına, karbohidrata – bax.cədvəl 5.2).

Cədvəl 5.2

Məktəb yaşlı uşaqların əsas qida maddələrinə və enerjiyə fizioloji tələbatı

Uşaqların

yaşı 

Uşaqların



enerjiyə orta

tələbatı,

kkal/sutka 

Sərf edilən

zülalların

tövsiyə


edilən

miqdarı,


q/sutka  

Sərf edilən yağların

tövsiyə edilən

miqdarı, q/sutka  

Sərf edilən

karbohidratların

tövsiyə edilən

miqdarı, q/sutka  

Ümumi

miqdarı 


O

cümlədən,

heyvan 

6 yaş


(məktəbli) 

1900-2000 

66-75 

43-49


(65%) 

63-71 


256-280 

7-10 yaş  2100-2300 

74-87 

44-52


(60%) 

70-82 


284-322 

11-13 yaş

(oğlanlar) 

2400-2700 

84-102 

51-61


(60%) 

80-96 


324-378 

11-13 yaş

(qızlar) 

2300-2500 

81-94 

49-56


(60%) 

77-89 


311-350 

14-17 yaş

(gənc

oğlanlar) 



2800-3000 

98-113 


59-68

(60%) 


93-107 

378-420 


14-17 yaş

(gənc


qızlar) 

2400-2600 

84-98 

50-59


(60%) 

80-92 


339-384 

404



Azyaşlı   məktəblilərin   qida   rejiminə   beşdəfəli   qidalanma

daxildir. Yuxarı sinif şagirdləri isə artıq dörddəfəli qida qəbuluna

keçə bilərlər. Məktəblilər ikinci və ya üçüncü dərsdən sonra isti

səhər yeməyindən imtina etməməlidirlər.  

Azyaşlı məktəblilərin menyusu təxminən aşağıdakı kimidir:

Birinci səhər yeməyi – sıyıq (tərəvəzli xörəklər); çay, süd,

qəhvə.


İkinci səhər yeməyi  – yumurtalı (kəsmikli) xörəklər; çay,

süd, qəhvə.



Nahar – salat, birinci xörəklər (şorbalar), ət xörəkləri (quş

əti və balıq), qarnir, içkilər.

 

Birinci   xörək   kimi   orta   məktəb   şagirdləri   üçün   bulyon



(balıq,   toyuq,   mal   ətindən);   həmin   bulyon   əsasında   tərəvəzli,

yarmalı,   makaronlu   şorbalar,   düçbərə)   şorbalar;   vegetarian

şorbaları; südlü şorbalar hazırlamaq olar.

İkinci xörək kimi kotlet, bitoçka, tefteli; balıqlı, toyuq, mal

ətli   müxtəlif   pörtlədilmiş   tərəvəzlər,   qızardılmış   balıq   və   ya

toyuq, öz buğunda bişirilmiş ət, qulyaş, befstraqon.



Günorta yeməyi – kefir (süd); peçenye; müxtəlif meyvələr. 

Şam yeməyi: tərəvəzli (kəsmikli) xörəklər yaxud sıyıq; süd

(kefir). 

405



 

Təkrar üçün suallar

1. Südəmər uşağın qidalanması necə aparılır?

2. Uşağın əlavə yeməyə öyrədilməsi.

3. Təzə yeməkdən istifadə etmək qaydası və üsulu.

4. Uşaq yeməkləri (un horrası, manna sıyığı, düyü sıyığı 

ətlə) necə hazırlanır?

5. Balıq küftəcikləri, toyuq kotleti, toyuq püresi necə 

hazırlanır?

6. Orta məktəb şagirdləri üçün menyunun qida normalarına 

müvafiq olaraq tərtib edilməsi.

406



Bəzi məhsulların ölçü və çəkisi

Stəkan və ya qaşıqla

Ərzaq məhsulları

Çəkisi

Nazik stəkan

Buğda unu

160 q

Kartof unu



180 q

Düyü unu


240 q

Narın şəkər

230 q

Üzlü süd


250 q

Noxud 


200 q

1 xörək qaşığı

Buğda unu

25 q

Düyü 


30 q

Narın şəkər

25 q

Duz 


30 q

Tomat pastası

25 q

Sirkə 


15 q

Əridilmiş yağ

17 q

1 çay qaşığı 

Buğda unu

10 q

Narın şəkər



10 q

Duz


10 q

Tomat pastası

5 q

Əridilmiş yağ



5 q

Döyülmüş istiot

5 q

1 yumurtanın çəkisi təxminən 40 qramdır.

407



Dovğaya  qatılacaq  unu duzlu  suda çaldıqda  yumruları

tez açılır.

Manna   sıyığında   yumrular   əmələ   gəlməsin   deyə



mannanı qaynar südə qarışdıra-qarışdıra tökür və 1 dəqiqə sonra

odu azaldıb, 15-20 dəqiqə müddətində bişirirlər.

Un və düyü saxlanan qaba təmizlənmiş sarımsaq dişləri



qoyduqda qurd əmələ gəlmir.

Yarma   saxlayacağınız   torbanı   qatı   duz   məhlulunda



qaynatsanız, yarmaya qurd düşməz.

Qarnir   üçün   makaronu   ət   və   ya   toyuq   bulyonunda



bişirdikdə dadlı olur. 

Ev   şəraitində   hazırlanacaq   əriştə   dərhal   istifadə



ediləcəksə,   onu   azacıq   qurutmaq,   uzun   müddət   saxlanacaqsa,

asan sınana qədər qurutmaq lazımdır.

Bişirilib   süzülmüş   makarona   dərhal   kərə   yağı   vurmaq



lazımdır ki, bir-birinə yapışmasın.

Makaronu bişirməzdən əvvəl bir qədər qovurduqda daha



dadlı olur.

Bişirilib   süzülmüş   makaronu   soyuq   su   ilə   yumaq



məsləhət   deyil,   bunun   üçün   lazımi   qədər   qaynar   su

hazırlanmalıdır.

Təmizlənmiş   yuyulmuş   yarmanı   duzlu   isti   suda



bişirirlər. Südlə hazırlanan sıyığı nisbətən az, suda hazırlananı isə

lazımi qədər duzlayırlar.

Yarmanı   qazana   az-az   töküb   üstdən   aşağı   tərəfə



qarışdırmaq lazımdır. sıyıq zəif qaynadılmaqla bişirilir.

Düyü   qarnir   və   ya   plov   üçün   bişirildikdə   suyuna   bir



qədər ayran suyu və ya limon duzu qatılsa daha yaxşı şişir və qar

kimi ağ rəngdə olur.

408



Yüklə 2,44 Mb.

Dostları ilə paylaş:
1   ...   102   103   104   105   106   107   108   109   110




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə