Lalə HÜseynova qida məhsullarinin hazirlanmasi texnologiyasi



Yüklə 2,44 Mb.
Pdf görüntüsü
səhifə103/110
tarix20.10.2017
ölçüsü2,44 Mb.
#5627
1   ...   99   100   101   102   103   104   105   106   ...   110

Doğramac

Qaynanmış suyu soyudulur, üzərinə qatıq tökülərək çalınır.

Təzə   xiyar,   bişmiş   ət,   yumurta   və   göyərti   (keşniş,   şüyüd   və

soğan)   xırda-xırda   doğranılır.   Bunların   hamısı   su   vurulmuş

qatıqda qarışdırılır. Zövqə görə duz əlavə edilir.

Hazır xörək 18–20°C temperaturda süfrəyə verilir.

8, 9, 11, 15 №-li pəhrizlər üçün istifadə olunur.

Qeyd: doğramacı ətsiz də hazırlamaq olar. 5 №-li pəhriz

yeməyinə yumurtanın yalnız ağını doğrayıb tökmək olar.

Doğramacın hər payına 100q mal əti (və yaxud mal dili),

200q qatıq, 100q təzə xiyar, 50q göy soğan, yumurtanın yarısı, 5q

göyərti, 10q keşniş, yaxud şüyüd və duz götürülür. 

Kimyəvi tərkibi: zülallar – 9q, yağlar – 2q, karbohidratlar –

16q, kalorilik – 120.



Umac

Əvvəlcə un ələnir; üstünə azacıq yumurtalı duzlu su çilənir.

Bu zaman un yumrucuqları əmələ gəlir ki, bunlar da ovulub xırda

qırıntıya çevrilir. Sonra baş soğan soyulub xırda-xırda doğranır,

yağda   qızardılır   və   bulyona   və   ya   suya   tökülərək   qarışdırılır.

Umacdan artıq unu kənar etmək üçün ələyə tökülüb ələnir, sonra

qaynar   soğançalı   bulyona   tökülüb   qarışdırılır.   Süfrəyə   verilən

zaman umaca zəfəran şirəsi vurulur və üstünə nanə qurusu səpilir.

Umacın hər payına 50q birinci növ buğda unu, 10q zeytun,

qarğıdalı və ya kərə yağı, yumurtanın yarısı, 18q baş soğan, 1 q

nanə qurusu, 0,1q zəfəran və duz götürülür. 

Kimyəvi tərkibi:zülallar – 7q, yağlar – 12q, karbohidratlar –

37q, kalorilik – 285.

2, 11, 15 №-li pəhriz yeməklərində istifadə olunur. 1, 7 №-

li pəhriz üçün duru bulyonda, vegetarian və ya adi ət bulyonda

hazırlayırlar; bu zaman pörtülmüş soğan və zəfəran əlavə edilmir,

duz isə az işlədilir. 2 №-li pəhriz yeməyində də zəfəran əlavə

381



olunmur. 2, 11, 15 №-li pəhrizlərdən başqa bütün şorbalara kərə

yağı əlavə edilir.



Südlü sıyıq

Südə 1:1 nisbətində  su əlavə  edilərək qaynadılır.  Qaynar

südə yarıbişmiş düyü və az miqdarda duz əlavə edilərək zəif od

üzərində bişirilir.

Süfrəyə verməzdən qabaq xörəyə zəfəran şirəsi, kərə yağı

və şəkər tökülür.

11, 15 №-li pəhriz xörəklərində istifadə oluna bilər. 1, 5, 7,

10 №-li pəhriz xörəklərinə zəfəran əlavə edilmir.

Südlü sıyığın hər payına 250q süd, 40q düyü, 10q zeytun,

qarğıdalı   və   ya   kərə   yağı,   20q   şəkər,   0,05q   zəfəran   və   duz

götürülür. 

Kimyəvi tərkibi: zülallar – 10q, yağlar – 17q, karbohidratlar

– 59q, kalorilik – 436.

5.6.2. Quru pəhriz xörəkləri (II xörəklər)

Qızardılmış tavakababı

Yarımfabrikat   tavakababı   da   buğda   bişirilən   tavakababı

kimi   hazırlanır;   küftəciklər   yastılanaraq   tavada   kərə   yağında

qızardılır   və   üzərinə   süd,   yumurta   və   xırda   doğranmış   göyərti

əlavə edilir. Xörək süfrəyə verilən zaman   tavakababının üstünə

kərə yağı tökülür və sumax səpilir.

Qızardılmış tavakababının hər payına 100 q qoyun əti, 10 q

zeytun, qarğıdalı və ya kərə yağı, 50 q süd (bunun – 20 q-ı qiy-

mədə   istifadə   olunur,   qalanı   isə   yumurta   və   göyərti   ilə

qarışdırılır), 1 ədəd yumurta, 3 q sumax, 7 q göyərti götürülür.

Hazır xörəyin çəkisi 140 q təşkil edir. 

Kimyəvi tərkibi: zülallar – 22q, yağlar – 24q, karbohidratlar

– 7q, kalorilik – 345.

2, 4v, 9, 11, 15 №-li pəhriz xörəklərində istifadə olunur.

382



Buğda bişirilmiş tavakababı

Ət   ətçəkən   maşından   keçirilir,   alınan   qiyməyə   suda

isladılmış ağ çörək, kərə yağı və yumurta əlavə edilərək yaxşıca

qarışdırılır. Bundan sonra qiymədən yastı küftəciklər hazırlanır;

bunlar yastılanaraq qazana yığılır, hazır olanadək buğda bişirilir.

Xörək   süfrəyə   verilən   zaman   üzərinə   xırda   doğranmış   göyərti

səpilir.

Bu   xörək   1,   4,   4v,   5,   5a,   6,   7,   8,   9,   10   №-li   pəhriz

yeməklərində istifadə olunur.

Qeyd:1, 4, 5a №-li pəhrizlər üçün xörək göyərtisiz verilir. 9

№-li pəhrizdə qiyməyə qara çörək də əlavə edilir.

Tavakababının  hər payına  100 q dana (və ya  mal)  əti, 1

ədəd   yumurta   (5,   5a№-li   pəhriz   üçün   yumurtanın   yalnız   ağı)

götürülür; 7 №-li pəhriz üçün yumurta kartofla əvəz edilir, 20 q

üzlü süd, 10 q zeytun, qarğıdalı və ya kərə yağı, 10 q ağ çörək, 7q

göyərti; 1 №-li pəhriz yeməyində yumurtanın əvəzinə 30 q kartof

götürülür. Hazır xörəyin çəkisi 130 q təşkil edir. 

Kimyəvi tərkibi: zülallar – 17q, yağlar – 19q, karbohidratlar

– 6q, kalorilik – 297.

Buğda bişirilmiş lüləkabab

Buğda bişirilmiş lüləkabab yarımfabrikatı buğda bişirilmiş

tavakababında   olduğu   kimi   hazırlanır;   xüsusi   qazana   qoyulub

buğda   bişirilir.   Süfrəyə   verilən   zaman   lüləkababın   üstünə

doğranmış göyərti, sumax və ərinmiş kərə yağı tökülür.

Lüləkababın hər payına 100q ət (qoyun və ya mal əti), 10q

ağ çörək, 1 ədəd yumurta, 20q süd, 10q zeytun, qarğıdalı və ya

kərə yağı, 7q göyərti, 3q sumax götürülür. Hazır xörəyin çəkisi

130q təşkil edir. 

383



Kimyəvi tərkibi: zülallar – 17q, yağlar – 18q, karbohidratlar

– 7q, kalorilik – 263.

1, 4b KM, 5, 5a, 6, 7, 8, 9, 10 №-li pəhriz xörəklərində

istifadə olunur.



Qeyd: 1, 4, 4b KM, 5a №-li pəhrizlər üçün göyərtisiz ve-

rirlər. 4, 4b KM, 5a, 5 №-li pəhriz xörəklərində qiyməyə yumurta

ağı tökürlər. 7 №-li pəhriz yumurtanı kartofla (20q)əvəz edirlər.

Balıq çığırtması

Balıq   (suf   balığı)   pulcuqlardan   təmizlənir,   soyuq   suda

yuyulur,   çəkisi   30-35q   olan   tikələrə   doğranır.   Sonra   balıq

tikələrinə duz səpilir, un işində   urvalanıb hər iki tərəfi tavada

qızardılır. Bundan sonra balıq pay tavasına qoyulur, bişmiş soğan

əlavə edilərək üstünə çalınmış yumurta tökülür. Süfrəyə verilən

zaman balıq qızartması boşqaba qoyulub üstünə göyərti səpilir.

Çığırtmanın hər payına 182q təzə suf balığı, 15q zeytun,

qarğıdalı və ya kərə yağı, 25q baş soğan, 10q buğda unu, 1 ədəd

yumurta, 20q keşniş və duz götürülür. 

Kimyəvi tərkibi: zülallar – 21q, yağlar – 20q, karbohidratlar

– 11q, kalorilik – 310.

9, 11, 15 №-li pəhriz xörəkləri üçün məsləhət görülür.

Qeyd:   balığı   suda   bişirib   üzərinə   yumurta   ağı   (2   ədəd

yumurtanın ağı) tökərək sobada soğansız qızartdıqda 5 və 10 №-

li pəhriz yeməklərində istifadə etmək olar.

Fisincan plov

Plov   ayrıca   bişirilir   və   üzərinə   zəfəran   verilir.   Ət   kiçik

tikələrə   doğranır,   duzlanır   və   tavada   qızardılır.   Ətə   bir   qədər

bulyon,   doğranmış   soğan,   döyülmüş   qoz   və   nar   əlavə   edib

bişirilir. Fisincan süfrəyə ya ayrıca, ya da plovun üstündə verilir.

Fisincanın hər payına 100q ət, 60q düyü, 10q zeytun, qarğı-

dalı və ya kərə yağı, 50q qoz ləpəsi, 50q nar, 20q baş soğan 0,01q

384



Yüklə 2,44 Mb.

Dostları ilə paylaş:
1   ...   99   100   101   102   103   104   105   106   ...   110




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə