Lalə HÜseynova qida məhsullarinin hazirlanmasi texnologiyasi



Yüklə 2,44 Mb.
Pdf görüntüsü
səhifə107/110
tarix20.10.2017
ölçüsü2,44 Mb.
#5627
1   ...   102   103   104   105   106   107   108   109   110

həzm orqanlarının və s.) müalicə olunması  üçün geniş istifadə

olunur. Yuxarı tənəffüs yollarının və bronxların xroniki və kəskin

iltihab prosesləri zamanı yaxşı təsir göstərir.

Təkrar üçün suallar

1. 1, 2, 3, 4, 5, 6, 8, 9, 10№-li pəhrizləri qısa xarakterizə

edin.

2.  Məhsulların kulinar emalının xüsusiyyətləri dedikdə nə



başa düşürsünüz?

3. Müalicə xarakterli soyuq xörəklər necə hazırlanır?

4. Düyüdən selikli şorbalar necə hazırlanır?

5. Müalicə xarakterli şorbalar necə hazırlanır?

6. Quru (ikinci) müalicə xörəkləri necə hazırlanır?

7. Müalicə xarakterli qənnadı məmulatı necə hazırlanır?

8. Müalicə xarakterli içkilər necə hazırlanır?

9.  Azərbaycanın   müalicəvi   mineral   suları   hansılardır   və

hansı xəstəliklərdə pəhriz içkisi kimi istifadə edilir?

10. Müalicə qidalanmasında milli xörəklərin əhəmiyyəti.

396



VI FƏSİL. UŞAQ QİDASI 

Körpələrin sağlam böyüməsi ilk əvvəl onların qidalarından

başlayır.   Hər   bir   ana   öz   körpəsinin   qidasına   xüsusi   diqqət

göstərməli,vaxtında körpəsinin qidasına nəzarət etməlidir. 

Bildiyimiz kimi uşaq qidası yaş dövrünə görə bölünür. Sü-

dəmər   uşağın   yeməyi   ən   əvvəl   çaydan   başlayır,   çünki   yeni

doğulmuş uşaq aclıqdan çox susuzluğa dözmür. Susuzluğa heç

kim dözmür, lakin yeni doğulmuş uşaqda susuzluq ağır xəstəliyə

səbəb ola bilər. 

Südəmər uşağın əsas yeməyi ana südüdür. Körpə üçün ana

südü daha çox önəmlidir. Hər bir ana uşaq dünyaya  gəldikdən

sonra ilk 6 ay ərzində körpəsini ana südü ilə qidalandırmalıdır.

Ana   südü   uşaqlarda   zehni   inkişafı   yaxşılaşdırır,   gələcəkdə

uşaqlarda   dişlərin   düzgün   formalaşmasına   kömək   edir.   Görmə

zəifliyinin,daha böyük yaşlarda ürək xəstəliklərinin əmələgəlmə

riskini   azaldır.   Körpələrin   qidalanması   ən   önəmli   faktorlardan

biridir. 

Südün keyfiyyətli  və uşaq üçün əhəmiyyətli  olması üçün

südverən  dövrdə  ananın  düzgün  qidalanması  lazımdır.  Qidanın

kaloriliyini 100-200kkal. artırmaq tələb olunur. Təzə tərəvəz və

meyvələrdən istifadə olunması məsləhətdir.

Ana südü tərkibcə inək, qoyun və keçi südündən fərqlənir

(məsələn,  ana südündə olan yağlar,  inək südündə və ya  başqa

südlərdə olan yağlardan tamam fərqlənir).

Bundan başqa, heyvan südündə bu və ya başqa maddələr

döş südünə nisbətən çox olur, buna görə də südəmər uşağa inək

südünü su ilə qarışdırıb vermək lazımdır. Lakin döş südündə olan

başqa maddələr inək südündə azdır, buna görə də ona şəkər, düyü

unu və s. qatmaq lazımdır. Döş südündə olan qoruyucu maddələr

uşağı bəzi yoluxucu xəstəliklərdən qoruyur, bir çox xəstəlikləri

asan keçirməyə kömək edir.

Uşaq 1 yaşına qədər ana südü əmməlidir. 

397



Uşağın   3   aylığından   başlayaraq   onu   böyüklərin   qidalan-

masına keçirmək lazımdır, lakin bu yavaş-yavaş, bir neçə etapda

aparılmalıdır. 3 aylıq uşağa gündə bütöv bir alma əzməsi vermək

olar.


Uşağın əlavə yeməyə öyrədilməsi. Həkim icazə verdikdən

sonra 4-5 aylıqdan yeni yeməklərə keçmək olar. Bunun üçün ilk

vaxtlar uşağa duru kartof püresi

verilir. Ona həmçinin yerkökü,

çuğundur, kələm, gül kələmi də

vermək olar. Lakin fikir vermək

lazımdır   ki,   bunlar   uşağın

qarnında   köp   və   sancı   əmələ

gətirməsin.   Belə   olarsa,

tərəvəzə müvəqqəti ara vermək

lazımdır.   Birinci   dəfə   uşağa

yeməyə   ½   çay   qaşığı   duru

kartof   püresi   verməklə   başla-

maq olar. Bu yemək uşağın xo-

şuna gələrsə, tədricən artıra bilərsiniz. Uşaq gündə 80-100q kartof

püresi yeyirsə, əmizdirməni tərəvəz və ya meyvə əzməsi ilə əvəz

etmək olar.

Şirələr.   Uşağı   böyüklərin   qidasına   keçirən   zaman   ilk

istifadə olunan məhsul meyvə  şirəsidir. Onu 0,5 çay qaşığı ilə

verməyə başlayın, daha sonra isə 30 ml-ə qədər artıra bilərsiniz.

Meyvə   şirəsi   uşağa   döşlə   əmizdirmələr   arasındakı   fasilələrdə

verilir. Bu yaşda uşağa gilas, albalı, qırmızı qarağat, üzüm şirəsi

və   ya   püresi  vermək   yaxşıdır.  Uşağa  eyni   gündə  bir  neçə  cür

meyvə vermək olmaz.

Ən ciddi xəbərdarlıq: meyvə şirəsi təbii və yeni olmalıdır.

6-7 aylıq uşağa gündə 2 dəfə tərəvəz, habelə hər dəfədə 50

ml olmaqla gündə 2 dəfə meyvə şirəsi vermək və gündə 3 dəfə

döş əmizdirmək olar. Bu vaxt uşağa ½ yumurta sarısı, yağsız ət

bulyonu vermək olar.

8-9   aylığında   əmizdirməni   süddə   bişirilmiş   manna   sıyığı

(150-200 q) ilə, yaxud həmin miqdarda inək südü və ya kefirlə

398



əvəz etmək olar. Bu yaşda uşağa kəsmik, ət və balıq qiyməsi, şor-

ba, suxarı, gündə 1-2 dəfə səhər-axşam, yaxud yalnız səhərlər ana

südü verilir. Tərəvəzli şorbalar ilk məsləhət görülən şorbalardır.

Tərəvəz şorbası mövsümə uyğun təzə tərəvəzlər istifadə etməklə

hazırlanır. Soğan, sarımsaq,  kələm kimi  tərəvəzlərin  ilk etapda

uşağın şorbasına əlavə edilməməsi məsləhət olunur. Ayrıca hazır-

lanan şorbaya duz mümkün qədər heç əlavə edilməməlidir, ya da

çox   az   əlavə   edilməlidir.   Bişən   şorba   blendrdan   keçirilir   və

üzərinə duru zeytun yağı əlavə edilir. 

10-12   aylıqda   axırıncı   səhər   əmizdirməsi   də   kəsilir.

Südəmər və balaca uşaqları yeməyə alışdırmağın ana üçün çox

böyük əhəmiyyəti vardır. 



Təzə yeməkdən istifadə etmək qaydası və üsulu.

Təzə yeməyi əvvəlcə əlavə yemək kimi vermək olar. Uşağa

həmişəki yeməkdən verərkən 1qaşıq da təzə yeməkdən vermək

olar. Uşaq bir qaşıq təzə yeməkdən yeyənə qədər bu cür yemək

qaydasını   davam   etdirmək   lazımdır.   Südəmər   uşaqlar   südlü

yeməklərin üstündən meyvə şirəsini çox xoşlayırlar.

Təzə yemək birinci dəfədən uşağın xoşuna gəlsə də, bir çay

qaşığından artıq vermək olmaz. Uşaq təzə dadlar, təzə yeməklər

gördükdə sıyıq xörəkləri yeməyə daha çətinliklə öyrənir. Odur ki,

sıyıq yeməkdən 1-2 qaşıq həvəslə yedikdə təzə yeməyə keçmək

heç bir çətinlik törətmir. Məsələn, ana uşağa 1 gündə 50q alma

püresi verir. Bunu qarağat şirəsi ilə əvəz etməyə çalışır. Uşaq 1-2

çay qaşığı qarağat şirəsini həvəslə içdikdə ona 40 q alma və 10 q

qarağat şirəsi, ertəsi gün 30 q alma və 20 q şirə vermək olar. 

Uşağı   yedizdirərkən   onu   qucaqda   düz   tutmaq   lazımdır.

Uşağa   təzə   yemək   verəndə   tələsmək   lazım   deyil.   Onun   təzə

yeməyə alışması və xoşlaması üşün müəyyən vaxt lazımdır.

Yemək   qaydasını   dəyişdikdə   fikir   vermək   lazımdır   ki,

gündəlik yeməyin miqdarı artmasın.

399



Yüklə 2,44 Mb.

Dostları ilə paylaş:
1   ...   102   103   104   105   106   107   108   109   110




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə