Lalə HÜseynova qida məhsullarinin hazirlanmasi texnologiyasi


 yaşadək uşağın qida rasionu



Yüklə 2,44 Mb.
Pdf görüntüsü
səhifə108/110
tarix20.10.2017
ölçüsü2,44 Mb.
#5627
1   ...   102   103   104   105   106   107   108   109   110

Cədvəl 5.1

1 yaşadək uşağın qida rasionu

Yaş


(aylarla)

Qidalanmanın

sayı

Qidanın növü



1

7-6


Ana südü

2-3


6

Ana   südü,   şirələr,   balıq   yağı,   kəsmik

(həkimin məsləhəti ilə).

3-5


6

Ana   südü,   kəsmik,   şirələr,   balıq   yağı,

yumurta sarısı, alma (meyvə) püresi.

5-6


5

Ana   südü,   kəsmik,   şirələr,   balıq   yağı,

tərəvəz   püresi,   yumurta   sarısı,   meyvə

püresi və ya sürtgəcdən keçirilmiş alma,

kefir, 5%-li sıyıq, tərəvəz, şorba.

6-8


5

Ana südü, sıyıq (10%-li manna, düyü,

qarabaşaq, yulaf), kəsmik, şirələr, balıq

yağı,   tərəvəz   və   ya   ət   bulyonu,   püre,

qaraciyər, yumurta sarısı, meyvə püresi

və ya sürtgəcdən keçirilmiş alma, kefir

və ya süd (5%-li şəkərlə), peçenye.

9-10


5

Ana südü, sıyıq,  kəsmik,  şirələr, balıq

yağı, şorba, tərəvəz püresi, ət qiyməsi,

yumurta   sarısı,   meyvə   püresi,   kefir

(süd), kəsmik, peçenye, balıq qiyməsi.

11-12


5

Kefir və ya süd, sıyıq, kəsmik, şirələr,

balıq   yağı,   şorba,   tərəvəz,   kiçik

küftəciklər   (rizə-küftə)   və   buxarda

bişirilmiş kotlet, yumurta sarısı, meyvə

püresi, qaraciyər.

400



6.1. Uşaq yeməklərinin hazırlanması

Südün durulaşdırılması.  Ananın südü yoxdursa, həkimin

göstərişi ilə uşağa süni südlər və inək südü vermək olar. Uşağın

neçə aylıq olmasından asılı olaraq inək südünü ona durulaşdırıb

verin. İnək südünə yarıbayarı su, yaxud 2 hissə südə bir hissə su

qatıb durulaşdırmaq olar. Durulaşdırılmış südə həkimin göstərişi

ilə şəkər şərbəti qatmaq olar (100 ml südə, 1 və ya 1,5 çay qaşığı

şəkər şərbəti). Uşaqlara yarıbarı su qatılmış südü birinci həftələr

verirlər, sonra tədricən 1-2 həftə fasilə verib az su qatılmış inək

südünə keçmək olar.

Südü çox qaynatdıqdan onun qida keyfiyyəti itir. Buna görə

də südə su qatıb ancaq bir dəfə qaynatmaq lazımdır.

İnək südünə qatılacaq un horrasını düyü, arpa və vələmir

unundan hazırlamaq olar.

Düyü ununu arpa unu ilə qarışdırdıqda uşağın qarnını bir

qədər bərkidir, vələmir unu isə azca boşaldır.

Un horrasının hazırlanması

100 ml suya 3-5 qaşıq ağ buğda unu götürmək lazımdır. Un

qızılı   rəngə   çalıncaya   qədər   azca   qovurulur,   sonra   azacıq   su

tökülüb qarışdırılır ki, yumrular əmələ gəlməsin. 

Un horrasına 1 çimdik duz və lazımi qədər su tökülüb 15-

20 dəqiqə qaynadılır.



Manna sıyığının hazırlanması

Yarıbayarı su qatılmış 1 stəkan südə 5 q manna yarması

töküb   qaynadılır.   Yumruların   əmələ   gəlməməsi   və   yarmanın

yanmaması üçün daim qarışdırılır.

Şəkər axıra yaxın qatılır, çünki şəkəri tez qatanda yarma

yanır. Manna sıyığı hazır olanda üzərinə lazım gələrsə, qaynar su

tökmək olar.

401



Duz, şəkər, un, manna yarmasını tərəzidə çəkmək, yaxud

tərəzi   yoxdursa,   həmin   maddələrin   təxmini   miqdarını   qaşıqla

təyin etmək olar.

Maddə


Ağzına qədər dolmuş

çay qaşığı

Ağzına qədər dolmuş

xörək qaşığı

Şəkər, düyü, duz

10 q


30 q

Un, manna yarması 

6 q

20 q


Düyü sıyığı ətlə

2 xörək qaşığı düyü, 3 stəkan su, 100 q çiy mal əti, ½ çay

qaşığı kərə yağı, duz.

Yumşaq yağsız mal əti üzərinə soyuq su tökülüb vam odda

hazır olana qədər bişirilir. Ət bulyondan çıxarılıb 2 dəfə ətçəkən

maşınından keçirilir. Düyü suda hazır olana qədər bişirilir, ət və

duz əlavə edilir, yaxşı qarışdırılır. Sonra sıyıq 3-4 dəqiqə ərzində

vam odda bişirilir və sonda kərə yağı əlavə edilir. 



Sup-püre

1 dənə orta ölçüdə kartof, 1 çay qaşığı manna yarması, 

2

1



çay qaşığı kərə yağı, 1 yumurtanın sarısı, 

4

1



 stəkan süd (uşaqlar

üçün olan xüsusi quru süddən hazırlanır), 

3

2



  stəkan su, duz.

Kartof təmizlənir, doğranır və vam odda bağlı qabda hazır

olana qədər bişirilir. Hazır kartof ələkdən sıxılır, kartof bişirilən

suyu   əlavə   edilir   və   yenə   bir   neçə   dəqiqə   qaynadılır.   Manna

yarması soyuq suda həll edilir və püreyə əlavə edilir, 10 dəqiqə

ərzində vam odda bişirilir. Yumurtanın sarısını qaynanmış soyuq

süd ilə qarışdırılır, sup-püre qarışdırıla-qarışdırıla ona əlavə edilir

402



və 1-2 dəqiqə ərzində qaynadılır. Sup-püre oddan götürülür, ona

kərə yağı əlavə edilir. 



Toyuq püresi

80   q   toyuğun   yağsız   əti   (kənd   toyuqlarından   istifadə

olunur), 2 xörək qaşığı süd, 1/2 stəkan su, az miqdarda cəfəri və

xırda doğranmış baş soğan, 1/2 çay qaşığı kərə yağı, 1/2 çay

qaşığı un, duz. 

Toyuq   əti   suya   cəfəri   və   soğan   əlavə   edilib   hazır   olana

qədər vam odda qapağın altında bişirilir. Ət ətçəkən maşınından 2

dəfə olmaqla keçirilir, ona bulyon, un və kərə yağı əlavə olunur

və 2-3 dəq. ərzində qaynadılır. Daha sonra püreyə isti süd və duz

əlavə olunur, yenə 1-2 dəqiqə ərzində qaynadılır. 



Balıq küftəcikləri

100 q balıq filesi (treska), 1 tikə çörək, 2/3 stəkan su, 1

yumurtanın sarısı, 1/2 çay qaşığı kərə yağı, duz. 

Balıq filesi soyuq suda isladılmış çörəklə birlikdə 2 dəfə

ətçəkən maşınından keçirilib, yumurta sarısı və kərə yağı əlavə

edilir.  Qiymə   (farş)   yaxşı   qarışdırılır   və   xırda   küftəciklər

formasına salınır. Küftəciklər qaba yığılır, üzərinə su əlavə olunur

və vam odda divarları qalın olan bağlı qabda bişirilir.



Toyuq kotleti

100 q toyuq əti, 1 tikə ağ çörək, 1/4 stəkan süd, 1/2 çay

qaşığı kərə yağı, 1 dənə yumurta, duz. 

Toyuq əti süddə isladılmış çörəklə birlikdə 2 dəfə ətçəkən

maşınından keçirilir. Yumurta, duz, yumşalmış kərə yağı əlavə

olunur   və   yaxşı   qarışdırılır.   Qiymədən   kotletlər   formalanır   və

buğda hazır olana qədər bişirilir.

403



Yüklə 2,44 Mb.

Dostları ilə paylaş:
1   ...   102   103   104   105   106   107   108   109   110




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə