Lalə HÜseynova qida məhsullarinin hazirlanmasi texnologiyasi



Yüklə 2,44 Mb.
Pdf görüntüsü
səhifə105/110
tarix20.10.2017
ölçüsü2,44 Mb.
#5627
1   ...   102   103   104   105   106   107   108   109   110

Kimyəvi tərkibi:zülallar – 8 q, yağlar – 15 q, karbohidratlar

– 18 q, kalorilik – 487.

1, 5, 7, 11, 15 №-li pəhriz xörəklərində istifadə olunur.

Qeyd: 1, 5, 7, №-li pəhrizlər üçün xörəyə zəfəran vurulmur.

7№-li pəhriz üçün yumurta ağından istifadə olunmur.

5.6.3. Salatlar

Duzsuz salat

Burada xırda doğranmış ağbaş kələm quşüzümü şirəsi ilə,

sonra əzilmiş çiy çuğundur və xama ilə birləşdirilir, bunun içinə

şəkər qatılıb  hamısı  birlikdə  ciddi  qarışdırılır.  Bu xörək 7№-li

pəhrizdə tətbiq edilir.

Yerkökü salatı və qaysı

Burada çiy yerkökü dilim şəklində doğranıb az miqdar su

içində qızdırıcı şkafda bişirildikdən sonra soyulur. Eyni zamanda

qaysı   qaynadılıb   soyudulmuş   suda   isladılaraq   yumşaldılır   və

bişirilib soyudulmuş yerkökü ilə birləşdirilir, sonra bunun içinə

şəkər və xama vurulub hamısı birlikdə ciddi qarışdırılır. Süfrəyə

verilən zaman bu xörəyin üstünə narın doğranmış cəfəri göyərtisi,

şüyüd səpilir. Bu xörək 5, 7, 11 və 15№-li pəhrizdə tətbiq edilir.

389



5.6.4. Qənnadı məmulatı

Bəyimçörək

Ələnmiş   una   süd,   maya,   yumurta   və   duz   qatıb   xəmir

yoğururlar. Xəmir acıyanadək onu 1-1,5 saat isti yerə qoyurlar.

Xəmirdən hərəsi 200 q olan kündələr kəsirlər. həmin kündələri

yayaraq uzunluğu 25-30 sm, eni 13-15 sm, qalınlığı 1-1,5 sm olan

oval formasına salırlar. Oval formasına salınmış xəmirin üzərinə

2-3 düz xətt çəkirlər; sonra yumurtanı suda çalıb xəmirin üzərinə

çəkib, sobaya qoyub bişirirlər.

Bəyimçörəyini süfrəyə çay, qəhvə, kakao içilən zaman isti

və ya soyuq halda verirlər.

110 q məmulat üçün 70 q əla növ un, 8 ədəd yumurta, 2 q

maya, 15 q ərinmiş yağ, 35 q üzlü süd, 0,5 q duz götürülür.

2, 4b, 11, 15№-li pəhriz xörəklərində istifadə olunur.

Rişti halva

Xəmir  balla  yoğrulur,  üzərinə  qənd tozu  səpilir  və romb

şəklində parçalara bölünür.

Rişti halvanın xəmiri bərk və elastik olmalıdır. 

Yumurtanın ağını və sarısını ayrı-ayrılıqda çalırlar.

Yumurtanın   ağı   15-20   dəqiqə,   sarısı   isə   10-15   dəqiqə

çalınır. Sonra yumurtanın ağını və sarısını bir-birinə qatıb üstünə

tədricən   un   töküb,   20-25   dəqiqə   xəmir   yoğururlar.   18-20°

temperaturu   olan   xəmiri   hərəsi   250-300   q   olan   kündələrə

bölürlər.   hər   kündəni   vərdənə   vasitəsilə   5-6   mm   qalınlığında

dairələr   şəklində   yayırlar.   Alınan   xəmir   dairəsini   diametri

boyunca kəsib hər iki parçanı bir-birinin üzərinə qoyub, borucuq

şəklində   büküb   bıçaqla   əriştə   şəklində   kəsərək,   nazik   zolaqlar

əmələ gətirirlər.

Bu   zolaqların   üstünə   un   səpib   (bir-birinə   yapışmaması

üçün)   masanın   üzərinə   nazik   lay   şəklində   səpirlər.   həmin

zolaqları,   içərisində   ərinmiş   yağ   və   ya   günəbaxan   yağı   olan

390



tavada 5-7 dəqiqə qızardırlar. Sonra bu zolaqları kəfkirlə qaynar

yağdan çıxarıb aşsüzənə yığırlar, burada onun artıq yağı süzülür.

Ayrıca   qabda   balı   və   qəndi,   karamel   alınanadək   20-30

dəqiqə   qaynadıb   yaxşıca   qarışdırırlar.   Qızardılmış   xəmir

zolaqlarını tavanın içinə yerləşdirərək, üzərinə bişmiş bal və qənd

şərbəti   töküb   yaxşıca   qarışdırırlar.   Bundan   sonra   həmin   qabın

şəklini alanadək alınmış kütləni hamarlayıb  əllə basırlar. Hazır

rişti halvanı 40-50 q-lıq paxlava şəklində kəsirlər. hazır məmulatı

soyudub üzərinə qənd tozu ilə bərabər döyülmüş darçın qarışığı

səpirlər (pəhrizlər üçün darçın menyudan çıxarılır).

1 kq hazır məmulat üçün 464 q əla növ buğda unu, 161 q

yumurta ağı, 21 q yumurta sarısı, 280 q günəbaxan yağı və ya

ərinmiş yağ, 210 q bal, 175 q şəkər, 3 q darçın götürülür.

2, 5, 10, 11, 15№-li pəhriz xörəklərində istifadə olunur.

5 və 10№-li pəhrizlər üçün bitki yağında hazırlanır və bu

zaman darçın menyudan çıxarılır.



Qurabiyə

Xəmiri   əllə   yoğurduqda,   əvvəl   qazanın   içərisinə   yağ   və

şəkər tozu töküb eynicinsli maddə əmələ gələnədək qarışdırmaq

lazımdır. Bu qarışıqda şəkər tozunun yumurcuqları əlin altında

hiss olunmamalıdır.  Bundan  sonra  həmin  qarışığa yumurta  ağı

qatıb   yenidən   10-12   dəqiqə   yaxşıca   qarışdırırlar.   Daha   sonra

masanın   üstünə   ələnmiş   un   töküb,   ortasında   qıf   şəkilli   çuxur

əmələ gətirib, həmin qarışığı oraya töküb, unla yaxşı qarışdıraraq

yoğururlar. Bu zaman xəmir eynicinsli və sarı rəngli olur.

Xəmiri 1 kq ağırlığında hissələrə ayırırlar. Onu 10 dəqiqə

yoğurduqdan sonra kündələrə bölürlər.

Xəmiri maşınla yoğurduqda həmin maddələrin miqdarını 2-

3 dəfə artırmaq lazımdır. xəmir yoğuran maşının içərisinə kərə

yağı   və   şəkər   tozu   töküb   eynicinsli   maddə   alınanadək

qarışdırırlar. Bundan sonra oraya yumurtanın ağını və un əlavə

edib, yenə də eynicinsli və eyni konsistensiyalı maddə alınanadək

qarışdırırlar. Hazır xəmirin temperaturu 18-20°C olmalıdır.

391



Bu   məmulatı   bişirmək   üçün   hazırlanmış   xəmiri   konus

şəklinə salırlar. Bu məqsədlə də konusşəkilli kətan torbadan, ona

geydirilmiş   və   çıxacaq   dəliyinin   diametri   10-12   mm   olan

konusformalı dəmir borucuqlardan istifadə olunur.

1 kq məmulat üçün 600 q un, 350 q kərə yağı, 30 q şəkər,

150 q qənd tozu, 35 ədəd yumurtanın ağı götürülür.

1, 2, 5, 4b KM, 11, 15№-li pəhrizlər üçün istifadə olunur.

5.6.5. İçkilər

Azərbaycan   Respublikasında   tərkibi   vitaminlərlə   zəngin

olan   meyvə   və   giləmeyvələrin,   göyərti   və   tərəvəzin   bir   çox

növləri   yetişdirilir.   Ona   görə   də   bunlardan   hazırlanan   içkilər

müalicə qidalanmasında ən dəyərli vitamin mənbəyi hesab edilir.

İtburnu şərbəti

İtburnunu   arıtlayıb,   təmizləyib,   toxumlarını   çıxarırlar;

soyuq suda yuduqdan sonra üstünə qaynar su töküb, ağzı örtülü

qabda 10 dəqiqə qaynadırlar. Bundan sonra həmin qabda 2-3 saat

dəmləyib, qalın parçadan süzüb dadına görə şəkər qatıb, gündə

yeməkdən əvvəl ½ stəkan içirlər.

İtburnu   şərbətinin   hər   payına   2   q   itburnu   üçün   1   stəkan

qaynar su və 10 q şəkər götürülür. C vitamini ilə qidalanmaya

ehtiyacı olan xəstələrin pəhrizində istifadə olunur. 9№-li pəhriz

üçün şəkər əvəzinə saxarindən istifadə etmək lazımdır.



Nar şərbəti

Şirin   narın   qabığını   təmizləyib   dənələrini   şirə   çıxaran

maşına töküb şirəsini çıxarırlar (yaxud da metal ələkdə əzirlər).

Şirəni   şirəli   qaba   töküb   üzərinə   şəkər   əlavə   edərək   şərbət

hazırlayırlar.   Vitaminlərin   parçalanmaması   üçün   ayrıca   şərbət

392



Yüklə 2,44 Mb.

Dostları ilə paylaş:
1   ...   102   103   104   105   106   107   108   109   110




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə