Lalə HÜseynova qida məhsullarinin hazirlanmasi texnologiyasi



Yüklə 2,44 Mb.
Pdf görüntüsü
səhifə104/110
tarix20.10.2017
ölçüsü2,44 Mb.
#5627
1   ...   100   101   102   103   104   105   106   107   ...   110

zəfəran, 0,2 q darçın, duz götürülür. Hazır xörəyin çəkisi 300q

təşkil edir. 11, 15 №-li pəhriz xörəklərində istifadə olunur.

Kimyəvi tərkibi: zülallar – 36 q, yağlar – 63 q, karbohid-

ratlar – 45 q, kalorilik– 918.



Südlüplov

Düyü  təmizlənir, ilıq su ilə təmiz yuyulur, qaynar südün

içinə tökülərək hazır olanadək bişirilir. Sonra düyüyə zövqə görə

şəkər vurulub ehtiyatla qarışdırılır.

Süfrəyə verilən zaman südlü plovun üstünə kərə yağı tökü-

lür. Xörəyə mürəbbə və meyvə kiseli də əlavə etmək olar.

Südlü plovun hər payına 50q düyü, 150q süd, 10q zeytun,

qarğıdalı və ya kərə yağı, 10q şəkər, duz götürülür. Hazır xörəyin

çəkisi 270q təşkil edir. 

Kimyəvi tərkibi: zülallar – 7 q, yağlar – 13 q, karbohidratlar

– 52 q, kalorilik– 362.

1, 2, 5, 5a, 7, 10, 11, 12, 13, 14, 15 №-li pəhriz xörəkləri

üçün məsləhət görülür.

Qeyd: 1 №-li pəhriz üçün mürəbbə və kisel verməmək də

olar (lazım gələrsə,  karbohidratları azaltmaq olar). 7 və 10 №-li

pəhriz xörəklərində duz işlədilmir.

Yarpaq dolması

Ət   soğanla   birlikdə   ətçəkən   maşından   keçirilir.   Alınan

qiyməyə   doğranmış   göyərti,   yumurta,   düyü   qatılıb   yaxşıca

qarışdırılır. Üzüm yarpaqları qaynar suda pörtlədilir. Yarpaqlar

soyuduqdan sonra qiyməni onun içərisinə qoyub dolma bükürlər.

Bundan sonra dolma qazana yığılır, üstünə azacıq su, bir qədər də

yağ   tökülür.   Zəif   od   üzərində   bişirilir.   Xörəyin   yanına   ayrıca

qabda qatıq qoyulur.

385



Dolmanın hər payına 100q qoyun və ya mal əti, 30q düyü,

20q   baş   soğan,   40q     üzüm   yarpağı,   20q   qatıq,   yumurtanın   ¼

hissəsi, 100q zeytun, qarğıdalı və ya kərə yağı, 15q göyərti, duz

götürülür. Hazır xörəyin çəkisi 250q təşkil edir.

Kimyəvi tərkibi: zülal – 20q, yağlar – 28q, karbohidratlar –

26q, kalorilik – 448.

2, 5, 7, 8, 9, 10, 11, 15 №-li pəhriz xörəklərində istifadə

olunur.


Qeyd: 5, 7, 8, 10 №-li pəhrizlər üçün qiymə bişmiş yağsız

mal   ətindən   hazırlanır.   7   və   10   №-li   xörəkləri   üçün   duzsuz

hazırlanır. Tərkibində A, B, C vitaminləri və maqnezium, fosfor

duzları olduğuna görə bu xörək çox əhəmiyyətlidir.

Azərbaycan küftəsi (buğda bişirilmiş)

Bu   xörək   buğda   bişirilmiş   tiftelli   tipində   hazırlanır.   Ət

ətçəkən   maşından   keçirilir,   qiyməyə   süd   əlavə   edilib   yaxşıca

qarışdırılır, sonra həmin qarışığa bişmiş düyü qatılaraq iri küftələr

hazırlanır   və   buğda   bişirilir.   Hazır   küftələr   süfrəyə   verildikdə

üstünə ərinmiş kərə yağı tökülür. Küftənin yanında bu və ya digər

pəhrizə uyğun xuruşlar da verilir.

Küftənin hər payına 100 q ət, 10 q düyü, 10q zeytun, qar-

ğıdalı və ya kərə yağı, 20 q süd götürülür. Hazır xörəyin çəkisi 90

q təşkil edir. 

Kimyəvi tərkibi: zülallar – 17 q, yağlar – 19 q, karbohidrat-

lar – 8 q, kalorilik – 280.

1, 2, 4, 5, 7, 10, 11, 12, 13 №-li pəhriz xörəklərində istifadə

olunur.


Buxarda bişirilən kartof kotleti

Kartof   soyulub   suda   bişirilir   və   ələkdən   keçirilərək   içinə

buğda   unu,   habelə   yumurta   vurulur   və   hamısı   birlikdə   ciddi

qarışdırılır. Sonra bu kütlə hər porsu 2 ədəd kotlet şəklinə salınıb

386



buxarda   bişirilir.   Həmin   kotlet   dibinə   yağ   sürtülmüş   tavada

üstünə xama tökülərək bişirilə də bilər.

Süfrəyə  verilən zaman kotletin üzərinə kərə yağı  tökülür.

Buxarda bişirilən kotletin yanına ayrıca olaraq xama qoyulur.

Bu  xörək  1, 2,  5, 7,  11 və  15№-li  pəhrizlər  üçün  tətbiq

edilir.


Hər   pors   üçün   230   q   kartof,   5   q   buğda   unu,  

4

3



  ədəd

yumurta, 10 q kərə yağı və 30 q xama götürülür.



Göyərti (turşəng və ispanaq) qutabı

Adi   qutab   kimi   hazırlanır,   lakin   içərisinə   turşəng   və

ispanaqdan hazırlanmış püre qoyulur.

Qutabın hər payına 100q turşəng, 100q ispanaq, 30q göy

soğan, 90q I növ buğda unu, 15q zeytun, qarğıdalı və ya kərə

yağı, 5q lavaşana, 0,2q darçın, 10q başqa göyərti götürülür. Hazır

xörəyin çəkisi 240q təşkil edir. 

Kimyəvi tərkibi: zülallar – 13 q, yağlar – 13 q, karbohidrat-

lar – 77 q, kalorilik – 472.

2, 11, 15 №-li pəhriz xörəklərində istifadə olunur.



Balqabaq qutabı

Balqabaq   qutabı   ət  qutabı  kimi  bişirilir,   lakin   ət  əvəzinə

balqabaq, soğan və lavaşana götürülür.

Balqabaq   qutabının   hər   payına   90q   I   növ   un,   250q   bal-

qabaq, 15q zeytun, qarğıdalı və ya kərə yağı, 15q baş soğan, 10q

turş lavaşana götürülür. Hazır xörəyin çəkisi 240q təşkil edir. 

Kimyəvi tərkibi: zülallar – 10 q, yağlar – 15q, karbohid-

ratlar – 100 q, kalorilik – 590.

2, 11, 15 №-li pəhriz xörəklərində istifadə olunur. Tərki-

bində PP, karotin və C vitaminləri, həmçinin kalium və dəmir

duzları olduğuna görə çox əhəmiyyətlidir.

387



Quymaq

Yumurtanın   üzərinə   ilıq   süd   tökərək   qoğlu-moğlu   əmələ

gələnədək qarışdırılır. Sonra yarım maye alınanadək unu su ilə

qarışdırıb yuxarıda göstərilən qarışığa əlavə edilir (unu qabaqca

qovurmurlar).   Alınmış   qarışıq   zəif   od   üzərinə   qoyularaq

arasıkəsilmədən qarışdırılır. Bu zaman kremə bənzər kütlə alınır.

Onu əsla qaynatmaq olmaz. Beləliklə, quymaq hazır olur. Hazır

xörək içərisində su olan qaba qoyulub qaynadılır, sonra üzərinə

azacıq   qaynanmış   süd   əlavə   edilir   ki,   soyuduqda   üzü   qaymaq

bağlamasın. Quymaq süfrəyə isti halda verilir. Ortasındakı çuxura

kərə yağı tökülür.

Quymağın hər payına 1 ədəd yumurta, 100 q üzlü süd və ya

40q qatılaşdırılmış süd, 50q şəkər, 10 q zeytun, qarğıdalı və ya

kərə   yağı,   30   q   1-ci   növ   buğda   unu   götürülür.   Hazır   xörəyin

çəkisi 230q təşkil edir. 

Kimyəvi   tərkibi:zülallar   –   10   q,   yağlar   –   16   q,

karbohidratlar – 73 q, kalorilik– 485.

1, 5, 11, 15 №-li pəhriz xörəklərində istifadə olunur.



Qeyd: 5 №-li pəhriz üçün yumurtanın sarısından istifadə

olunmur.

Xəşil

Qaynadılmışsüdə   tədricən   ələnmiş   un   tökülür   və

topaclanmasın deyə   yaxşıca qarışdırılır. Bundan sonra şəkər və

yumurta   əlavə   edilib   zəif   odun   üzərinə   qoyulur.   Qatı

konsistensiya alınana qədər onu qarışdırılır. Xəşilin xoş iyli və

sarı   rəngdə   olması   üçün   ona   dəmlənmiş   zəfəran   da   qatılır.

Süfrəyə verilən zaman xəşilə kərə yağı əlavə edilir.

Xəşilin hər payına 200q süd, 30 q 1-ci növ buğda unu, 50q

şəkər,   10q   kərə   yağı,   1   ədəd   yumurtanın   ağı,   0,05q   zəfəran

götürülür. Hazır xörəyin çəkisi 220q təşkil edir.

388



Yüklə 2,44 Mb.

Dostları ilə paylaş:
1   ...   100   101   102   103   104   105   106   107   ...   110




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə