Lalə HÜseynova qida məhsullarinin hazirlanmasi texnologiyasi



Yüklə 2,44 Mb.
Pdf görüntüsü
səhifə102/110
tarix20.10.2017
ölçüsü2,44 Mb.
#5627
1   ...   98   99   100   101   102   103   104   105   ...   110

Kimyəvi tərkibi: zülallar – 0, yağlar – 0, karbohidratlar –

7q, kalorilik – 28,7.



Adi ət bulyonu

100q mal əti (bulyona əlavə edilən müxtəlif komponentləri

– küftəni, bişirilmiş əti, frikadeli, bişirilmiş ətdən və ya kotletdən

ət xörəkləri hazırlamaq üçün) 0,5 litr suda zəif od üzərində 2-2,5

saat   bişirilir.   Sonra   əmələ   gəlmiş   kəf   və   yağ   kəfgirlə   yığılır.

Bulyon 15 dəqiqə soyudulub tənzifdən keçirilir. Qalan məhsullar

göstərilən   bulyon   əsasında   nəzərdə   tutulmuş   birinci   xörəklərin

normasına əlavə edilir.



Qeyd: ətin zəif bulyonunu hazırlamaq üçün xörəyə salınan

ətin miqdarı iki dəfə azaldılmalıdır. Bu cür bulyon adi ət bulyonu

kimi hazırlanır.

Düşbərə

Un  suda  yumurta  ilə  qarışdırılıb   xəmir   hazırlanır.  Xəmir

oxlovla   1-2   mm   qalınlığında   yayılıb,   kiçik   kvadrat   şəklində

doğranır,   ət   soğanla   birlikdə   ətçəkən   maşından   keçirilir.   Hazır

qiymən   həmin   kvadrat   şəklində   doğranmış   xəmirə   bükülüb

qaynamaqda olan suda və bulyonda bişirilir.

1, 6, 7 №-li pəhrizlər üçün vegetarian bulyonu, 2, 3, 9, 11,

15 №-li pəhrizlər üçün ət bulyonu (o cümlədən duru ət bulyonu)

əsas   sayılır.   5,   7,   10   №-li   pəhrizlər   üçün   düşbərə   qiyməsini

bişirilmiş ətdən hazırlamaq olar.

Düşbərənin hər payına 50q birinci növ buğda unu, 40q ət,

yumurtanın 1/10 hissəsi, 10q zeytun, qarğıdalı və ya kərə yağı,

300q bulyon, 20q soğan, 5q göyərti, duz (həkimin göstərişi ilə)

götürülür.

Kimyəvi tərkibi: zülallar – 12q, yağlar – 13q, karbohidratlar

– 38q, kalorilik – 326.

377



15 №-li pəhriz üçün hazır düşbərəyə xırda doğranmış təzə

göyərti (başqa pəhriz şorbalarına qurudulmuş göyərti), habelə az

miqdarda sirkə (və ya abqora) əlavə edilir.

Sulu xingal

Un   suda   yumurta   ilə   qarışdırılıb   xəmir   hazırlanır,   həmin

xəmir   oxlovla   yayılıb   kiçik   kvadrat   şəklində   kəsilir.   Xingal

bulyonda bişirilir, üzərinə xırda doğranmış (göstərişlərə görə təzə

və ya qurudulmuş) göyərti tökülür. Bu xörəyin əsasını bulyon (2,

3, 8, 9, 11, 15 №-li pəhrizlər üçün ət bulyonu, 1, 5, 10, №-li

pəhrizlər üçün vegetarian bulyonu) təşkil edir.

Xingalın hər payına 300q bulyon, 50q birinci növ buğda

unu, yumurtanın 1/10 hissəsi, 10q zeytun, qarğıdalı və ya kərə

yağı, bulyon üçün 40q mal əti, 5q göyərti götürülür. 

Kimyəvi tərkibi: zülallar – 12q, yağlar – 13q, karbohidratlar

– 40q, kalorilik – 330.



Şorba

Düyü yuyularaq suda bişirilir, üzərinə göy noxud, kartof,

pörtülmüş soğan əlavə edilərək, hamısı birlikdə ələkdən keçirilir.

Xörəyin hazır olmasına 15 dəqiqə qalmış içərisinə yuyulmuş alça

və kişmiş əlavə edilir.

Şorbanın hər payına 0,5 l su, 30 q düyü, 150 q kartof, 25 q

göy noxud, 30 q baş soğan, 10 q zeytun, qarğıdalı və ya  kərə

yağı, 10 q alça qurusu və ya albuxara, 10 q kişmiş götürülür. 

Bu xörək 2, 5, 7, 8, 10, 11, 15 №-li pəhrizlərdə istifadə

olunur.


Kimyəvi tərkibi: zülallar – 6q , yağlar – 8 q, karbohidratlar

– 65 q, kalorilik – 368.

378



Noxudlu ətli şorba

Hər paya 2-3 parça ət götürərək bişirilir. Alınmış bulyon

metal   ələkdən   keçirilir.   Qaynar   bulyona   göy  noxud,   yuyulmuş

düyü,   narın   doğranmış   soğan,   bişmiş   ət,   duz   əlavə   edilərək

bişirilir.  Xörəyin  hazır olmasına  15 dəqiqə  qalmış  alça  qurusu

əlavə edilir. Xörək süfrəyə verilən zaman şorbanın üzərinə narın

doğranmış keşniş və ya şüyüd səpilir.

Şorbanın hər payına 100 q mal əti, 25 q düyü, 20 q göy no-

xud, 20 q təzə (və ya 10 q qurudulmuş) alça və yaxud 30 q pomi-

dor, 15 q keşniş və şüyüd, ya da 1q nanə qurusu, duz götürülür.

Xörək 2, 4b, 3v, 9, 11, 15 №-li pəhriz yeməklərində istifadə

olunur.   Sümük   bulyonunda   bişirilmiş   şorba   5,   5a,   10s   №-li

pəhrizlər   üçün   istifadə   olunur.   1   №-li   pəhrizə   vegetarian

bulyonunda   hazırlanmış   şorba   alçasız   və   pomidorsuz   istifadə

oluna   bilər.   Bu   şorbaya   qabıqsız   göy   noxud,   suda   bişirilmiş

soğan, qurudulmuş nanə və bir qaşıq da xama tökürlər.

Kimyəvi tərkibi: zülallar – 14 q, yağlar – 22 q, karbohid-

ratlar – 8 q, kalorilik – 100.



Qeyd: hər paya 4-5 ədəd xırda ət kürəcikləri əlavə etməklə

mal ətindən də hazırlamaq olar (buna döymə-şorba da deyirlər).

Küftəbozbaş

Bu da parçabozbaş kimi hazırlanır. Ət əvvəlcə vətərlərdən

təmizlənir, sonra soğanla birlikdə ətçəkən maşında çəkilib qiymə

hazırlanır. Qiyməyə bir çay qaşığı süd və yuyulmuş düyü əlavə

edilərək yaxşıca qarışdırılır. Sonra qiymədən xırda   küftəciklər

tutulub bulyonda və ya buğda (əgər bozbaşın əsasını vegetarian

bulyonu təşkil edirsə) bişirilir.

Küftəbozbaşın hər payına 300 q bulyon, 100 q kartof, 10 q

zeytun, qarğıdalı və ya kərə yağı, 60 q qoyun və ya dana əti, 10 q

379



düyü, 20 q baş soğan, 50 q göy noxud, 5 q alça qurusu, 50 q po-

midor və ya 0, 01q zəfəran və duz götürülür. 

Kimyəvi tərkibi: zülallar – 15q, yağlar – 14q, karbohidratlar

– 35q, kalorilik – 350.

2, 3, 9, 11, 15 №-li pəhrizlər üçün istifadə olunur.

Qeyd:1 №-li pəhrizlər dana əti götürülür, zəif ət bulyonun-

da   hazırlanır,   bişmiş   soğan   əlavə   olunur,   zəfəran   və   alça

tökülmür.

7, 10 №-li pəhrizlər üçün küftəni mal ətindən vegetarian

bulyonda,   zəfəransız   və   azca   duz   əlavə   etməklə   hazırlamaq

lazımdır.

Ovduq

Ət ayrıca bişirilərək soyudulur. Narın doğranmış xiyar və

göyərtinin üzərinə qaynanmış suda açılmış qatıq tökülür. Ovduğa

narın doğranmış bişmiş ət, şəkər, dadına görə darçın əlavə edilir.

Hazır xörək 18–20°C temperaturda süfrəyə verilir.

2, 5, 7, 10, 11, 15 №-li pəhriz yeməklərində istifadə olunur.

2, 5, 7, 10 №-li pəhrizlər üçün menyudan darçın, 9 №-li pəhriz

üçün isə şəkər çıxarılır.

Ovduğun hər payına 100q mal əti, 200q qatıq, 100q təzə

xiyar, 50q göy soğan, 5q şəkər, 0, 1q darçın, 15q göyərti (keşniş

və ya şüyüd) götürülür. 

Kimyəvi tərkibi: zülallar – 24q, yağlar – 10q, karbohidratlar

– 20q, kalorilik – 275.

Qeyd:   bu   xörəyin   tərkibində   karotinin   A,   B1   və   C

vitaminlərinin,   maqnezium,   kalsium   və   fosfor   duzlarının   çox

olması,   karbohidratların   az   olması,   həmin   xörəyin   bioloji

dəyərini xarakterizə edir.

380



Yüklə 2,44 Mb.

Dostları ilə paylaş:
1   ...   98   99   100   101   102   103   104   105   ...   110




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə