Lalə HÜseynova qida məhsullarinin hazirlanmasi texnologiyasi



Yüklə 2,44 Mb.
Pdf görüntüsü
səhifə106/110
tarix20.10.2017
ölçüsü2,44 Mb.
#5627
1   ...   102   103   104   105   106   107   108   109   110

hazırlayıb üzəruinə nar şirəsi əlavə edirlər. dadalı və ətirli etmək

üçün şərbətin içərisinə hil (əks-göstəriş yoxdursa) tökürlər.

Nar şərbətinin hər payı üçün 1 kq nar, 250 q şəkər, 1 q hil

götürülür.   Bağırsaq   xəstəlikləri   ilə   əlaqədar   olan   pəhrizdə

xüsusən ishalla müşayiət olunan xəstəliklərdə, babasildə və başqa

xəstəliklərdə,   C   vitamini   tələb   olunan   və   sinir   sistemini

möhkəmlətmək lazım olan hallarda tətbiq olunur.

Qızılgül şərbəti

Qızılgül ləçəklərini toplayıb, təmiz yuyaraq şəkərlə birlikdə

döyürlər.  Bundan sonra şüşə qaba yığıb  üzərinə qaynanmış  su

tökərək   dəmləmə   almaq   üçün   onu   6-7   gün   günəş   işığında

saxlayırlar. 

Qızılgüldən hazırlanmış şərbətdən istifadə etməzdən qabaq

(əvvəlcə 10 dəqiqə qaynadıb, soyutduqdan sonra) onu tənzifdən

keçirmək lazımdır. yeməkdən sonra gündə 1-2 dəfə xörək qaşığı

şərbət içmək məsləhət görülür.

Qızılgül şərbətinin hər payı  üçün 400 q qızılgül ləçəyinə

300 q şəkər, 200 q su əlavə edirlər. hazır şərbətin çəkisi 500 q

olur.


3   və   8№-li   pəhrizlər   üçün,   qəbizliklə   əlaqədar   olan

xəstəliklər zamanı istifadə olunur.



Yerkökü şirəsi

Yerkökünü  sürtkəcdən   keçirib   sıxaraq   tənzifdən   süzürlər.

sonra   üzərinə   (əgər   əks   göstəriş   yoxdursa)   üzüm   şirəsi   töküb

soyuq halda içirlər. Üzüm şirəsi əvəzinə alma və ya nar şirəsi də

əlavə etmək olar.

800 q yerkökü şirəsini almaq üçün 1 kq yerkökünə 200 q

üzüm şirəsi, yaxud alma şirəsi (ya da nar şirəsi) əlavə edirlər.

Bütün pəhrizlər üçün istifadə olunur; 4b KM №-li pəhriz

yeməyində   və   köpmə   ilə   müşayiət   olunan   xəstəliklərdə   üzüm

şirəsi məsləhət görülmür.

393



Yerkökü   şirəsini   gündə   1   dəfə   yeməkdən   əvvəl,   ¼-½

stəkan qəbul etmək məsləhət görülür.



Meyvə-tərəvəz içkisi

Alma  qabığından  200 q həlim düzəldirlər.  onu qənnd və

qurudulmuş   portağal   qabığı   ilə   qaynadıb   2   saat   saxlayırlar.

Süzüb, üzərinə yerkökü və ispanaq şirəsi əlavə edirlər. 

Meyvə-tərəvəz içkisinin hər payı üçün 40 q yerkökü, 15 q

təzə   qurudulmuş   portağal   qabığı,   15   q   qənd,   20   q   ispanaq

götürülür.

Azərbaycan çayı

Çay   xalqımızın   əsrlərdən   bəri   istifadə   etdiyi,   gündəlik

tələbat duyduğu zəruri içki növüdür.

Çay susuzluğu kəsir və orqanizmi  gümrah  saxlayır.  Çay,

həmçinin   həzm   orqanlarının,   sinir   sisteminin,   ürək-damar

sisteminin fəaliyyətinə və insan orqanizminin ümumi vəziyyətinə

yaxşı təsir göstərir. Bir stəkan çay 15 kalori istilik hasil edir; çaya

süd   və   şəkər   əlavə   etdikdə   onun   qidalandırıcı   dəyəri   daha   da

artaraq, kaloriliyi 50-yə çatır. Çayın tərkibində 3% kofein və 7-

15%   aşı   maddəsi   –   tannin   vardır   ki,   bu   da   çaya   xoşagələn

büzüşdürücü   tam   verir,   onun   rənginin   tündlüyünə   səbəb   olur.

çayın   tərkibində   kofein   olduğu   üçün   o,   tonusverici   xassəyə

malikdir;   qan   damarlarının   –   kapillyarların   divarlarını

möhkəmlədir və orqanizmdə askorbin turşusunun (C vitamininin)

toplanmasına kömək edir.

Azərbaycan çayını bütün pəhrizlərdə tətbiq etməyi məsləhət

görmək olar.

Çayı   dəmləmək   üçün   təzə   qaynadılmış   su   lazımdır.   çayı

dəmləmədən əvvəl çini çayniki qaynar su ilə yaxalayıb içinə quru

çay tökürlər. Sonra da stəkanların sayına uyğun çaynikinüçdə bir

hissəsinə qaynar su tökürlər. İstiliyi saxlamaq məqsədilə çaynikin

394



üstünü dəsmal ilə örtüb onu 5 dəqiqə saxlayırlar. Çay dəmlədikdə

çini çaynikə hər stəkana 0,75 q quru çay, 50 ml qaynar su töküb

dəmə qoyurlar.

Bundan sonra çayın üzərinə qaynar su əlavə edib stəkanlara

və ya fincanlara süzürlər. hazır çay tünd, ətirli olmalı və bütün

pəhrizlərdə süfrəyə isti halda verilməlidir.

Adi çaydan başqa, müxtəlif ədviyyatdan və göyərtidən çay

tipli xüsusi içkilər də hazırlana bilər.

Ədviyyatdan   hazırlanmış   çayı   (hil,   darçın,   zəncəfil   və

mixək çaylarını) yalnız səmərəli qidalanma zamanı içmək olar.

Meyvədən (heyva və s.) və göyərtidən (nanə) hazırlanmış

çaydan müxtəlif pəhrizlərdə istifadə etmək olar.

Quru nanədən (efir yağları çıxarılmış) çay hazırladıqda hər

stəkana   0,25   q   quru   nanə   götürüb,   adi   çay   kimi   dəmləyirlər.

İçkinin rəngi yaşıla çalan sarımtıl olur. Hər stəkana 25 q qənd

salırlar.



Azərbaycanın müalicəvi mineral suları

Mineral sular  – insan orqaniziminə müalicəvi təsir edən,

tərkiblərində nisbətən çox miqdarda qazlar olan və duz tərkibində

faydalı   bioloji   aktiv   elementləri   olan   və   yaxud,   ümumi

minerallaşma   dərəcəsi   yüksək   olan   sulardır.   Azərbaycan   nadir

mineral sularla zəngindir. “Turşsu”, “İstisu”, “ Sirab”, “Darıdağ”

və   b.   müalicəvi   əhəmiyyətə   malikdir.   “Badamlı”   hazırda

respublikada   yeganə   süfrə   suyu   hesab   edilir.   Təkcə   Naxçıvan

Muxtar Respublikasında 140-a qədər mineral su mənbəyi vardır. 



Sirab  –   Naxçıvan   Muxtar   Respublikasında   yeraltı   su

mənbəyidir. O, mədə-bağırsaq yolu, maddələr mübadiləsi, mədə

və   onikibarmaq   bağırsağın   xora   xəstəliyinə   və   bir   çox   başqa

xəstəliklərə yaxşı təsir göstərir.



Badamlı – xörək yanında işlənən və sərinəşdirici içki olub,

tərkibinə görə Kislovodskda çıxan “Narzan”a yaxındır. Bu suyun

zəif   minerallaşma   və   müalicəedici   xüsusiyyətlərindən   müxtəlif

xəstəliklərin   (ürək-damar   sisteminin,   qan   yaradıcı   orqanlarının,

395



Yüklə 2,44 Mb.

Dostları ilə paylaş:
1   ...   102   103   104   105   106   107   108   109   110




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə