Lalə HÜseynova qida məhsullarinin hazirlanmasi texnologiyasi



Yüklə 2,44 Mb.
Pdf görüntüsü
səhifə1/110
tarix20.10.2017
ölçüsü2,44 Mb.
#5627
  1   2   3   4   5   6   7   8   9   ...   110


LALƏ HÜSEYNOVA 

 

QİDA MƏHSULLARININ   

HAZIRLANMASI 

TEXNOLOGİYASI


AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

BAKI SƏNAYE-PEDAQOJİ KOLLECİ

Lalə Məhəmməd qızı Hüseynova

QİDA MƏHSULLARININ

QİDA MƏHSULLARININ

HAZIRLANMASI TEXNOLOGİYASI

HAZIRLANMASI TEXNOLOGİYASI

(Dərslik)

Orta ixtisas məktəblərində 040102 “Texnologiya

müəllimliyi” ixtisası üzrə təhsil alan tələbələr üçün

nəzərdə tutulmuşdur

Azərbaycan   Respublikası   Təhsil

nazirinin   13.07.2005-ci   il   tarixli

561   nömrəli   əmri   ilə  dərslik   kimi

təsdiq edilmişdir

2



BAKI-2013

ADİU «Qida məhsullarının texnologiyası» kafedrasının dosenti, t.e.n.

E.M.Omarovanın ümumi redaktəsi ilə çapa təqdim edilmişdir.

Rəy verənlər:   Azərbaycan Texnologiya Universitetinin

“Qida məhsullarının texnologiyası” kafedrasının

müdiri, t.e.n., dosent Məzahir Cavadov

Bakı Qida Sənayesi Kollecinin direktoru,

t.e.n. Mikayıl Məhərrəmov 

Hüseynova L.M. “Qida məhsullarının hazırlanması texnologiyası”:

Dərslik /L.M.Hüseynova - Bakı: «İqtisad Universiteti” Nəşriyyatı,

2013, 413 s.

“Qida məhsullarının hazırlanması texnologiyası” dərsliyinin yazıl-

masında əsas məqsəd tələbələrə məhsulların ilk və isti emalı, həmçinin

müxtəlif emal üsullarının tətbiqi zamanı onlarda baş verən fiziki-kim-

yəvi dəyişikliklərin öyrənilməsi, müxtəlif xörəklərin mütərəqqi texno-

logiya   ilə   hazırlanması   və   onların   keyfiyyətinə   tələbat   qaydalarının

müvafiq standartlara uyğun olaraq bacarıqlarını aşılamaqdır.

Bu məqsədlə də tələbələrə xörəklərin hazırlanma texnologiyasını

tədris etdikdə, onlara sərf olunan məhsulların norması, soyuq  və isti

emaldan sonra tullantıların və itkilərin hesablanması  qaydaları, hazır

xörəyin çıxarı və s. öyrədilir.

Q___________ qrifli nəşr



© Hüseynova L.M. – 2013.

© «İqtisad Universiteti» Nəşriyyatı  - 2013.

3



Giriş 

Dövlətimiz  insanların maddi  rifahını qaldırmaq və onlara

göstərilən   xidməti   yaxşılaşdırmaq   uğrunda   mühüm   amil   təşkil

edən   iaşə  müəssisələrinin   hərtərəfli  inkişaf  məsələlərinə  böyük

fikir verir.

Bizim   respublikamızda   iaşə   müəssisələri   əhalinin   məişə-

tinin yaxşılaşdırılmasına kömək edir və qadınları az məhsuldar ev

işlərindən   azad   edib,   onların   ictimai   istehsala   cəlb   olunmasına

imkan yaradır. İaşə müəssisələri maddi-texniki resurslardan daha

səmərəli   istifadə   olunmasına   və   əhali   iaşəsinin   elmi-gigiyenik

əsaslar üzərində qurulmasına şərait yaradır.

Respublikamızda  həm sovet  quruculuğu illəri  və həm  də

müstəqillik əldə edildikdən sonra geniş çeşiddə yeməkxana, qəl-

yanaltı   müəssisələri,   restoran,   kafe   və   fabrik-mətbəx   şəbəkəsi

yaradılmışdır.   Ona   görə   də   iaşə   müəssisələri   işlərinin   düzgün

təşkil edilməsi, onların texniki cəhətdən daha təkmil təchiz olun-

ması, buraxdığı məhsulun keyfiyyət cəhətdən yaxşılaşdırılması və

çeşid   cəhətdən   genişləndirilməsi,   habelə   xırda   kafelərin   və

qəlyanaltı müəssisələrinin yarımfabrikat tətbiqinə keçirilməsi indi

böyük əhəmiyyət kəsb edir.

Bununla əlaqədar olaraq, iri restoran və qida məhsulları ha-

zırlayan iaşə müəssisələrinin işinin təmin edilməsi üçün yarım-

fabrikat istehsalının təşkili, bundan başqa yarımfabrikat istehsalı

üzrə yeni köməkçi və hazırlıq sexlərinin, habelə mövcud binalar-

da xüsusi sexlərin avtomatlaşdırılması, ət-süd və yeyinti sənaye-

sinin   müəssisələrində   yarımfabrikat   istehsalının   təşkili   nəzərdə

tutulmuşdur.

Yeni texnologiyaların işlənib hazırlanması, xörək və kulinar

məmulatını keyfiyyətcə yaxşılaşdırmağa və beləliklə də əhaliyə

göstərilən xidmətin səviyyəsini xeyli yüksəltməyə imkan verir.

4



Evlərə yemək buraxmaq, qabaqcadan sifariş vermək, habelə

səhər   yeməyi,   nahar   və   şam   yeməyi   çatdırmaq   üsulları   geniş

yayılmışdır.

İnsanların rifah və mədəni səviyyəsinin durmadan artması

onların zövqünü getdikcə inkişaf etdirir və nəticədə iaşə məhsu-

lunun   və   istehlakçılara   xidmət   təşkilinin   keyfiyyətinə   qarşı

tələblər artır.

Ona görə bütün iaşə müəssisələrinin işçiləri əhaliyə satılan

xörəklərin, kulinar məmulatının və yarımfabrikatların keyfiyyə-

tini yaxşılaşdırmalı, istehsal yenilikçilərinin iş təcrübəsi və texni-

kasına yiyələnməli və istehlakçılara xidmət mədəniyyətini qaldır-

malıdırlar.

Kütləvi   qidalanma   müəssisələri   işinin   ciddi   yaxşılaşdırıl-

ması çox cəhətdən aşpazların ustalığından asılıdır. Aşpaz, ictimai

iaşənin ən məsul işçilərindən, aşpaz peşəsi isə ən hörmətli və ən

şərəfli peşələrdən biri sayılır.

Əhalinin   artmaqda   olan   tələbatını   ödəmək   üçün   aşpazlar

dadlı və qidalı xörək bişirmək məharətini, yəni kulinariya sənətini

mənimsəməlidirlər.

Kulinariya – müxtəlif xörəklər bişirilməsinin rasional üsul

və qaydalarını öyrənir və nəinki dadlı, hətta sağlam, yəni insan

orqanizmi   üçün   bütün   zəruri   qida   maddələrini   öz   tərkibində

saxlayan yeməklər hazırlanmasını məqsəd tutur.

Kulinariya   bir   çox   digər   fənlərlə,   o   cümlədən   əmtəəşü-

naslıq, iaşə fiziologiyası, sanitariya  və gigiyena, habelə ictimai

iaşə müəssisələrinin avadanlığı ilə sıx əlaqədardır.

Əmtəəşünaslıq   xammal   haqqında,   məhsulların   kimyəvi

tərkibi, onların kaloriliyi və qida dəyəri haqqında əsas məlumat

verir. Bütün bu məlumat  isə kulinar proseslərinin düzgün dərk

edilməsi üçün zəruri şərt təşkil edir.

Xörəyin elmi əsaslar üzrə hazırlanması iaşə fiziologiyasını

bilməyi tələb edir. Bu fənn insan səhhətinin və onun iş xarak-

terinin   vəziyyətindən   asılı   menyu   tərtib   edilməsinə   və   yemək

hazırlanmasına imkan verir.

5



Yüklə 2,44 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   110




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə