Kulturologiya –mədəniyyət nəzəriyyəsindən daha geniş bir elm sahəsidir ki; hazırda bu elmin başqa sosial- numanitor ellərin heç birinə bənzəməyən fuksyiyaları və nəzəriyyəsi mövcuddur


İctimaiyyətlə əlaqələrdə regional proqramların



Yüklə 2,66 Mb.
Pdf görüntüsü
səhifə16/146
tarix08.09.2018
ölçüsü2,66 Mb.
#67188
növüDərs
1   ...   12   13   14   15   16   17   18   19   ...   146

51 


2.4. İctimaiyyətlə əlaqələrdə regional proqramların 

əhəmiyyəti 

 

İctimaiyyətlə  əlaqələrdə  bu  gün  regional  proqram-



ların  əhəmiyyəti  olduqca  böyükdür.  Belə  ki,  mövcud 

regional  iqtisadi  inkişaf  proqramları  üçün  dövlət  tərəfin-

dən  qəbul  olunmuş  fərmanlar,  qərar  və  sərəncamlar  bu 

gün  müstəsna  əhəmiyyərə  malikdir.  Bu  baxımdan  təsər-

rüfatçılığın  yeni  şəraitinə  keçid  büdcədən  daha  az  vəsait 

mənimsənilməsini  tələb  edir.  Lakin  müqavilə  intizamının 

fəaliyyətin  büdcədən  maliyyələşməsinə  tətbiqi  müvafiq 

sənədlərin  hazırlanmasını  zəruri  edir:  1)  Bu  sənəd  müqa-

vilənin  məzmununu,  vaxtını  və  s.  şərtlərini  əks  etdirmə-

lidir.  2)  Müxtəlif  mənbələrdən  maliyyə  vəsaitlərinin  və 

başqa kömək formalarının cəlb olunmasının zəruriliyi mü-

vafiq sənədlərin olmasını tələb edir. 3) Proqramlı yanaşma 

müasir  menecmentin  xarakterik  əlamətidir.  Proqram  ərazi 

və  sahə  planlarının  hazırlanmasını  tamamlayır,  tabeçi-

liyindən və harada yerləşməsindən asılı olmayaraq müxtə-

lif  icraçıların  gücünün  əlaqələndirilməsinə  imkan  verir. 

Proqrama  vəsait  dotasiya  formasında  yox,  konkret  fəaliy-

yətə  görə  ayrılır.  Bu  baxımdan  regional  büdcə,  öz  maliyə 

vəsaitini  təsərrüfat  hesabı  sənədlər  əsasında  qurmağa 

çalışır. Belə ki, mövcüd proqram və yaxud layihə əhalinin 

müxtəlif  qruplarının  və  istehlakçıların  iqtisadi  və  hüquqi 

maraqlarının müdafiəsinin təminatçısına çevrilir. Proqram 

və  müvafiq  müqavilə,  işçilərin  sosial-iqtisadi  və  hüquqi 

maraqlarının  müdafiəsinə  də  güclü  təsir  göstərir.  Bəzən, 

“proqram”  anlayışı  ona  yaxın  olan  “layihə”  və  “plan” 

anlayışları ilə qarışdırılır. Bunların hər üçünün ali məqsədi  

sosial-iqtisadi  inkişaf  üçün  müvafiq  zəmin  yaratmaqdır. 



52 


Layihələşdirmə  konkret  məlumatın,  məhsulun  hazırlan-

ması  ilə  əlaqədardır.  Adətən  konkret  strukturların  (firma-

nın, bölmələrin) işi planlaşdırılır. Vəsait, güc və strukturun 

birləşməsi ilə əlaqədar olaraq fəaliyyət proqramları müəy-

yənləşdirilir.  Proqramın  məzmunu  özündə  aşağıdakı  cə-

hətləri əks etdirməlidir: 

1)  Proqramın  işlənib  hazırlanmasını  zəruri  edən 

problemləri; 

2)  Problemin  həlli  üçün  həmin  proqramda  təklif 

olunan ideyaları; 

3)  İşin  məqsədini,  başqa  sözlə,  proqramdan  konkret 

olaraq gözlənilən nəticəni

4)  Hər  hansı  məqsədə  nail  olmaq  üçün  həlli  vacib 

olan məsələləri; 

5)  İşin  məzmunu,  onun  konkret  olaraq  yerinə 

yetirildiyi vaxt və işə məsul və cavabdeh olan şəxsi

6) Proqramın reallaşdırılması üçün zəruri olan təmi-

nat  (maliyyə,  maddi-texniki,  təşkilatı,  ixtisaslı  kadrlarla 

təchiz olunma , informasiya və s.). 

Mədəni  fəaliyyətin  proqramlarının  hazırlanması  tex-

nologiyası aşağıdakı suallara cavab verməlidir: 

1)

 



Konkret  olaraq  proqram  kimə  və  nə  üçün  la-

zımdır? 


2)

 

Hansı proqram daha  vacibdir (həcmi və  məzmu-



nuna görə)? 

3)

 



Proqramı hazırlayanlar kimlər olacaq? 

4)

 



Proqramı  reallaşdırıb  həyata  keçirən  kimlər 

olacaq? 


5)

 

Proqram necə işlənib hazırlanacaq? 



6)

 

Proqramın reallaşması necə təşkil olunacaq? 




53 


İctimaiyyətlə  əlaqələrə  mənəvi,  maddi,  intellektual 

və hissi elementlər kompleksi kimi,  yeninin yaranması və 

köhnənin dəyişməsinin fasiləsiz prosesi kimi verilmiş elmi 

tərifi,  məhz  Ümumdünya  Beynəlxalq  Konfransında 

(Mondiakult,  Mexiko-Siti,  1982)  reallaşmışdır.  Konfrans, 

ictimaiyyətlə  əlaqələr  və  bəşəri  dəyərlərə  istinad  etmənin 

vacibli ünsur və amillərini və yeni prioritetlərini müəyyən-

ləşdirmişdir.  Konfransın  qərarına  əsaslanan  (1986-cı  ildə) 

BMT  Baş  Assambleyası  1988-1997-ci  illərdə  BMT  və 

YUNESKO-nun  himayəsi  altında  mədəniyyətin  ümum-

dünya  inkişaf  onilliyinin  keçiriləcəyini  elan  etmiş,  bəşəri 

dəyərlərin  daha  geniş  müstəvidə  qorunmasını,  onların  sə-

mərəli  praktiki  fəaliyyət  proqramlarına  daxil  edilməsini 

dövrün zəruri tələbi kimi dəyərləndirmişdir. Eyni zamanda 

BMT və YUNESKO-nun nəznində Mədəniyyət və İnkişaf 

üzrə Ümumdünya  Komissiyasının  yaradılmasını və sivili-

zasiyaların sülh və dialoq mədəniyyəti üzrə onilliyinin ke-

çirilməsini  təqdirəlayiq  bir  hal  hesab  etmişdir.  Mövcud 

proseslərə belə bir münasibətin gerçəkləşməsi bir daha sü-

but etdi ki, dövlətlər tərəfindən mədəni siyasətinin inkişaf 

etdirilməsi  olduqca  mühüm  və  strateji  əhəmiyyət  kəsb 

edən problemlərdən biridir. 

Bu gün dövlət, ictimai sahənin idarə edilməsində öz 

rolunu  aşağıdakı  vasitələrdən  istifadə  edərək  həyata 

keçirir: 

“Mülkiyyətçilik  –  özünün  xüsusi  mədəniyyət 

müəssisələri  şəbəkələrini  yaratmaq  və  fəaliyyət  göstər-

mək. 

İnzibatçılıq  –  dövlət  idarəetmə  orqanlarının  fəaliy-

yəti. 



54 


Qanunvericilik  –  müxtəlif  mülkiyyətdə  olan  müəs-

sisələrin ictimaiyyətlə əlaqələr sferasında fəaliyyətinin hü-

quqi  bazasının,  normalarının,  təminatının  yaradılması  və 

onların yerinə yetirilməsinə nəzarət. 



Həvəsləndirmə − mədəniyyətə və incəsənətə kömə-

yi, onların inkişafını həvəsləndirən vergi  tətbiqi və  başqa 

tədbirlər. 

İnformasiya  –  qərarların  hazırlanması,  fəaliyyəti, 

onun nəticələrinin təhlilinin informasiya təminatı və s. 

Dövlət  tənzimlənməsinin  konkret  nəticəsi  bir  şox 

vasitələrin  təsirindən  asılıdır.  Mədəni  sahənin  inkişafında 

dövlət  tənzimlənməsinin  məqsədəuyğun  üsul  və  metodla-

rını  müəyyən  edərkən  ideoloji  qaydalardan  imtina  edib, 

toplanmış  yerli  və  xarici  təcrübəyə  müqayisəli  şəkildə 

isinad  etmək  lazımdir.  Mədəniyyət  və  incəsənətə  münasi-

bətdə dövlətin dörd əsas rolu mümkündür. Bunlar aşağıda-

kılardır: 

1.  Dövlət  “köməkçi”  rolunda  –  bu  halda  dövlət 

özünün  bütün  diqqətini  həm  kommersiya,  həm  də  qeyri-

peşəkar  komersiya  xidmərlərinin  müxtəlifliyinin  inkişafı-

na və qorunmasına yönəldir. Bu köməkliklə dövlət mədəni 

fəaliyyətin  inkişafına  bütövlükdə  nail  olur.  Belə  halda 

maliyyələşmənin  mənbəyi  müxtəlif  olur,  dövlətin  rolu 

bütün gücü ilə bu müxtəlifliyin həvəsləndirilməsindən (hər 

şeydən  əvvəl  qanunauyğun  və  vergi  siyasəti  ilə)  ibarət 

olur. Bu təcrübə ABŞ-da daha geniş yayılıb.  

2.  Dövlət  “hami”  rolunda  –  dövlət  öz  diqqətini  ən 

çox  peşə  yaradıcılığı  və  peşə  yönümlü  istiqamətlərin 

təmin  olunmasına  yönəldir.  Məsələn,  əlavə  təqaüd  ver-

məklə bədii  yaradıcılığa həvəs  yaradır və mədəni həyatda 



Yüklə 2,66 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   146




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə