Kulturologiya –mədəniyyət nəzəriyyəsindən daha geniş bir elm sahəsidir ki; hazırda bu elmin başqa sosial- numanitor ellərin heç birinə bənzəməyən fuksyiyaları və nəzəriyyəsi mövcuddur



Yüklə 2,66 Mb.
Pdf görüntüsü
səhifə1/146
tarix08.09.2018
ölçüsü2,66 Mb.
#67188
növüDərs
  1   2   3   4   5   6   7   8   9   ...   146


AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL 

NAZİRLİYİ 

BAKI BIZNES UNIVERSITETI 

 

                                 İLQAR HÜSEYNOV 

SABİR ƏMİRXANOV 

 

 

 

 

 

 

 

İCTİMAİYYƏTLƏ ƏLAQƏLƏR 

(Dərslik) 

 

 

 

 

 

 

 

 

 

 

 

BAKI – 2016 




Elmi redaktoru:    dosent Əzim Piriyev. 



Rəyçilər:                  pedaqogika üzrə elmlər doktoru, professor  Fərahim Sadıqov;    

                              filologiya üzrə fəlsəfə doktoru, dosent Vəliyulla Cəfərov; 



                              tarix elmləri namizədi, dosent Nigar Axundova; 

                              fəlsəfə elmləri namizədi, dosent Rövşən Hacıyev 

Texniki redaktor:    Rəhim Həsənov 

 

İlqar Hüseynov,Sabir Əmirxanov.  İctimaiyyətlə əlaqələr. Ali məktəblər üçün 

dərslik. Azərbaycan dilində. Bakı, 2016, 418 səh. 

“İctimaiyyətlə  əlaqələr”  dərsliyində  bir  çox  elmi  problemlərə  müxtəlif 

rakurslardan  istinad  edilmişdir.  İlk  dəfə  olaraq,  “İctimaiyyətlə  əlaqələr”  fənninin 

predmeti, obyekti və subyekti, tədqiqat metodları, məqsəd və vəzifələri, funksiyaları 

müəyyənləşdirilmış, qloballaşan  və innovasion cəmiyyətin əsas prioritetlərinə yeni 

müstəvidən yanaşılmışdır. 

“Sosial-iqtisadi  inkişafın  idarə  olunmasında  ictimaiyyətlə  əlaqələrin  rolu”, 

“İctimaiyyətlə  əlaqələr  idarəetmədə  əsas  prioritet  istiqamətlərdən  biri  kimi”, 

“İctimaiyyətlə  əlaqələrdə  insan  amili”,  “İctimaiyyətlə  əlaqələrdə  dövlət  siyasəti”, 

“İctimaiyyətlə  əlaqələrdə  Heydər  Əliyev  irsinin  təbliği”,  “İctimaiyyətlə  əlaqələrdə 

vətənpərvərlik  və  tarixi-qəhrərmanlıq  ənənələrinin  yeri”,  “İctimaiyyətlə  əlaqələrdə 

ənənəvi  ünsiyyət  formaları  və  onların  cəmiyyətdə  rolu”,  “İctimaiyyətlə  əlaqələrdə 

ictimai  şüur  formalarının  əhəmiyyəti”,  “İctimaiyyətlə  əlaqələrdə  insanın  inkişafına 

və onun şəxsiyyət kimi formalaşmasına təsir edən amillərin rolu” və “Müasir dövrdə 

ictimaiyyətlə əlaqələrin təşkili prinsipləri”, “İctimaiyyətlə əlaqələrdə reklam və İKT-

nin  rolu”,  “Dövlət  və  qeyri-dövlət  təşkilatlarında  ictimaiyyətlə  əlaqələrin  təşkili 

istiqamətləri”,  “İctimaiyyətlə  əlaqələrdə  sosioloji  tədqiqat  metodlarının  rolu”, 

“İctimaiyyətlə əlaqələrdə milli adət-ənənələrimizin və mənəvi-əxlaqi dəyərlərimizin 

təbliğinin  əhəmiyyəti”  və  s.  mövzuların  yer  aldığı  “İctimaiyyətlə  əlaqələr”  dərsli-

yində  bəşər  cəmiyyətinin  müxtəlif  inkişaf  mərhələləri  ilə  yanaşı  Azərbaycan 

xalqının zəngin ictimai fikir tarixinə, habelə milli-mədəni, sosial-iqtisadi irsinə geniş 

şəkildə  istinad  edilmişdir.  Bu  elm  bəşəriyyətin  tarixi  inkişaf  təcrübəsinin  təhlilinə 

istinadən  xalqın  həyati  maraqlarını  əks  etdirən  dəyərlər  sisteminin  formalaşmasına 

yardım edir. Elmin bu sahəsi həmçinin dövlət quruculuğu istiqamətində də prioritet 

vəzifələri müəyyənləşdirir. 

 Dərslik  ali və orta ixtisas məktəblərinin professor-müəllim heyəti və tələbələri, 

habelə  biznes  və  menecment  sahəsinin  mütəxəsisləri  və  geniş  oxucu  kütləsi  üçün 

nəzərdə tutulmuşdur. 

2007


098

4702000000



N



 

Qrifli nəşr

  

 

      © “İ. Hüseynov”, 2016 




GİRİŞ 

 XXI yüzillik  dünya tarixinə sosial-iqtisadi və qlo-

bal-ekoloji  dəyişikliklərin baş verdiyi tarixi mərhələ  kimi 

daxil  olmuşdur.  Bu  dövr  dünyada  baş  verən  qloballaşma, 

inteqrasiya  və  innovasiya  prosesləri  ilə,  xalqların  azadlıq 

və  müstəqillik  uğrunda  apardıqları  mübarizələrlə,  milli 

özünüdərklə,  multikulturalizm,  tolerantlıq  və  plüralizm 

ideyaları  ilə,  cəmiyyətin  intellektual  səviyyəsinin  yüksəl-

dilməsi və vətəndaş cəmiyyətinin qurulması ilə, insan ami-

linin ön plana keçməsi ilə, internet və süni peyk sisteminin 

yaradılması  və  s.  ilə  səciyyələnir.  Belə  ki,  YUNESKO 

XXI yuzilliyi “intellekt və zəkalar” əsri adlandırmışdır. Bu 

yüzillik  tarixə  həm  də  İnformasiya  Kommunikasiya  Tex-

nologiyaları  (İKT)  dövrü  kimi  daxil  olmuşdur.  Bu  gün 

texnogen  sivilizasiyanın  bütün  fəaliyyət  sahələrinə  güclü 

təsiri, internetin, informasiya-kommunikasiya vasitələrinin  

sıçrayışlı  inkişafı  “İctimaiyyətlə  əlaqələr”  elminə  məhz 

yeni müstəvidən yanaşmağı tələb edir.  

Zamanın  tələbindən  irəli  gələrək  bu  gün  texnogen 

inkişaf nəticəsində Yaxın Şərqdə, Afrikada totalitar rejim-

lərin zülmündən cana gəlmiş xalqlar ayağa qalxmış və bir 

çox  ölkələrin  ictimai-siyasi  həyatında,  iqtisadiyyatında 

köklü  keyfiyyət  dəyişiklikləri  baş  vermişdir.  Elmi-texniki 

və  ictimai  tərəqqiyə  müqavimət  göstərməyə  cəhd  edən 

siyasi  ekstremizm,  dini  fanatizm,  beynəlxalq  terrorizm  d-

ni-milli  zəmində  münaqişələr  törətməyə  səy  göstərmiş, 

dünyanın müxtəlif tarixi inkişaf proseslərinə ciddi maneə-

lər və əngəlliklər yaratmışdır. Lakin bu qüvvələr heç də ic-

timai  inkişafın  qanunauyğunluqlarını  pozmaq  iqtidarına 

malik  deyil.  Bütün  bu  mənfi,  insan  cəmiyyətini  geriyə 



Yüklə 2,66 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   146




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə