Kulturologiya –mədəniyyət nəzəriyyəsindən daha geniş bir elm sahəsidir ki; hazırda bu elmin başqa sosial- numanitor ellərin heç birinə bənzəməyən fuksyiyaları və nəzəriyyəsi mövcuddur



Yüklə 2,66 Mb.
Pdf görüntüsü
səhifə17/146
tarix08.09.2018
ölçüsü2,66 Mb.
#67188
növüDərs
1   ...   13   14   15   16   17   18   19   20   ...   146

55 


“köməkçi” rolunda daha aktiv iştirak edir. Böyük Britani-

yanın ış prinsiri  buna nümunədır. 

3.  Dövlət  “memar”  rolunda  –  dövlət  tərəfindən  mə-

dəniyyət və incəsənətə dəstək və himayədarlıq işi, cəmiy-

yətin həyat səviyyəsinin yüksəldilməsi proqramının tərkib 

hissəsi  hesab  edilir.  Onun  siyasətinin  əsasında  peşə  stan-

dartları  deyil,  əsasən  cəmiyyətin  mövcud  real  standartları 

dayanır.  Köməkliyin  reallaşması  isə  uzunmüddətli  və  bir-

başa  olaraq  dövlətin maliyyələşdirilməsində  özünü  göstə-

rir.  Buna Fransa dövlətinin iş prinsi real nümunədir. 

4.  Dövlət  “mühəndis”  rolunda  –  dövlət  mədəni  fəa-

liyyəti  və  bədii  yaradıcılığı  həyata  keçirmək  üçün  lazımi 

vəsaitə  malik  olur  və  müvaffiq  sərəncam  verir.  Eyni  za-

manda o, özünün siyasi məqsəd və müasir prinsiplərini ön 

plana  çəkir,  mədəniyyət  və  incəsənətə  köməklik  edir  və 

xüsusi qayğı göstərir. Belə mövcud dövlət siyasəti keçmiş 

SSRİ respublikalarına daha çox xas idi. Öz statusuna görə 

insan  cəmiyyətinin  nailiyyəti  olan  mədəni  obyekt  və 

dəyərlərdən sərbəst istifadə etmək siyasi, iqtisadi və göm-

rük maneələrini aradan qaldıran qanunla tənzimlənməlidir. 

Hər  bir  xalq  bütün  bəşəriyyətin  humanist  inkişafında  işti-

rak  etmək  hüququna  malikdir.  Bu  isə  ictimai  əməkdaşlıq, 

xalqların dialoqu və həmrəyliyi, ədalət və demokratiyanın 

təminatı,  xalqlar  və  etnik  qruplararası  münaqişələrin  və 

müharibələrin  qarşısını  almağın  ən  vacib  şərtidir.  Buna 

görə  də,  ictimaiyyətlə  əlaqələrin  tənzimlənməsi  bu  gün 

ölkə daxili resurslar hesabına, həyata keçirilməlidir.  

İctimaiyyətlə  əlaqələrdə  insanların  hüquqlarının 

qorunması    dövlət  tərəfindən  tənzimlənir  və  həyata 

keçirilir.  Bu  baxımdan  hər  bir  şəxs  konstitusion    hüquqa 

malikdir.  Dövlət  öz  ərazisində  yaşayan  hər  bir  xalqın 



56 


mədəni  irsinin  mühafizəsi  və  gələcək  nəsillərə  düzgün 

çatdırılması    üçün  hüquqi  və  mənəvi  məsuliyyət  daşıyır. 

İctimaiyyətlə  əlaqələr  sahəsində  dövlət  siyasəti  insan 

ləyaqətinə  hörmət,  cəmiyyətin  hər  bir  üzvünün  hüquq 

bərabərliyinin təmin edilməsi, ictimai həyat və yaradıcılıq-

da  sərbəst  seçim  etmək  və  s.  xüsusiyyətlərlə  xarakterizə 

olunur.  Bu  baxımdan  dövlət  məqsədyönlü  siyasət  yeridə-

rək  öz  vətəndaşlarının  ictimai  inkişafını  həyata  keçirir, 

milli  ənənələri  nəzərə  alaraq  mövcud  əlaqələrin  dövlət 

müdafiəsini müəyyən edir”.

2

 

 



2.5. Sosial-iqtisadi inkişafda turizm əsas vasitələrdən 

biri kimi 

 

Turizm, cəmiyyətdə sağlam ünsiyyət yaradan, insan-



ların    əhval-ruhiyyəsini  yaxşılaşdıran,  itirilmiş  qüvvələri 

yenidən  bərpa  edən  (rekreasiya),  əməli  iş  qabiliyyərini 

artıran, dünyagörüşünü genişləndirən və eyni zamanda in-

sanların  mədəni  fəaliyyətının  formalaşmasında  mühüm 

sosial-iqtisadi funksiyaları yerinə yetirən marifləndirici bir 

sahədir.  Turizm  infrastrukturunun  sürətli  inkişafı  ölkəmi-

zində informasiya kommunikasiya texnologiyaların (İKT), 

qloballaşma  və  mədəniyyətlərarası  inteqrasiyanın,  mülti-

kulturalizmin, mədəni müxtəlifliyin, tolerantlığın, innova-

siya proseslərinin inkişafına və güclənməsinə əsaslı surət-

də nüfuz edir. 

Turizm geniş mənada məkanda yerdəyişmə, dar mə-

nada öz hesabına və ya təşkilatların hesabına keçirilən və-

təndaşların  yerdəyişməsi  üzrə  xüsusi  təşkil  edilən  bütün 

                                                 

2

  M.  Həsənova,  A.  İsfəndiyarov.“Mədəniyyət  və  İncəsənət  sahələrinin 



menecmenti”. Bakı, “Mars-Print”, 2012, səh.50-52. 


57 


növ marşrutlardır. Peşəkar və digər öhdəliklərin yerinə ye-

tirilməsi  ilə  bağlı  yerdəyişmələr  bura  daxil  deyil.  Turizm 

əsasən  turist  təşkilatları  tərəfindən  qabaqcadan  proqram-

laşdırılmış  mütəşəkkil,  qismən  də  ayrı-ayrı  şəxslərin 

müəyyənləşdirdiyi  qeyri-mütəşəkkil  səyahətlərdən  ibarət-

dir.  Belə  ki,  müasir  dünyanın  fenamenal  hadisəsi  sayılan 

turizm hazırda milyonlarla insanın sevimli, sürətlə inkişaf 

edən  və  iqtisadi  maraq  doğuran  prioritet  sahəsinə  çevril-

mişdir.  

Turizm  dövlətlərin  beynəlxalq  əlaqələrinə  bilavasitə 

təsir  edən  mühüm  fəaliyyət  növüdür.  Turizmin  inkişafı 

həm də, müasir dünyada sülhün və əmin-əmanlığın qorun-

ması  işindən daha çox asılıdır.  

Yeni  beyəlxalq  iqtisadi  münasibətlərin  bərqərar  ol-

duğu  bir  dövrdə  turizm  sənayesi  ölkələrin  inkişafında  bu 

gün  tarixi  bir  funksiyanı  yerinə  yetirir.  Turizm  sahəsində 

beynəlxalq  əməkdaşlıq  xalqların  spesifik    maraq,  arzu  və 

istəkləri əsasında qurulur.  

Turizmin  bütün  inkişaf  qanunlarını  və  xüsusiyyət-

lərini  dərk  etmək  üçün  onun  sistem  şəklində  öyrənilməsi 

zəruridir.  Ona  görə  ki,  turizm  müxtəlif  elmlərin  (tarix, 

coğrafiya, marketinq, iqtisadiyyat, idarəetmə, hüquq, etno-

qrafiya,  sosiologiya  və  s.)  bir-birinə  inteqrasiyası  nəticə-

sində  əmələ  gələrək  asudə  vaxt  şəraitində  inkişaf  edib 

formalaşmışdır.  Hal-hazırda  YUNESKO-nun  bir  çox  sə-

nədlərində  elm,  təhsil  və  mədəniyyətə,  eləcə  də  turizmə 

yeni  müstəvidən  yanaşmalar  ifadə  edilməkdədir.  Belə  ki, 

YUNESKO-nun  Baş  direktoru  İrina  Bokovanın    yüksək 

tribunalardan etdiyi çıxışlarında bütövlükdə elmə, mədəni 

və  təbii  irsə  münasibətin  perspektivləri  nəzərdən  kecırıl-

miş, mədəniyyət hadisəsi olan turizmdən elmin və sülhün 



Yüklə 2,66 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   146




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə