Kulturologiya –mədəniyyət nəzəriyyəsindən daha geniş bir elm sahəsidir ki; hazırda bu elmin başqa sosial- numanitor ellərin heç birinə bənzəməyən fuksyiyaları və nəzəriyyəsi mövcuddur



Yüklə 2,66 Mb.
Pdf görüntüsü
səhifə2/146
tarix08.09.2018
ölçüsü2,66 Mb.
#67188
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   146

apara biləcək proseslərə konstruktiv təsir göstərmək üçün 



mövcud  ictimai-iqtisadi  durumun  inkişaf  etdirilməsi    bu 

gün  olduqca  vacib  məsələlərdən  biridir.  Elmi-texniki  tə-

rəqqi,  ictimai  həyatın  dinamizmi,  beynəlxalq  əlaqələrin 

genişlənməsi,  internet,  informasiya-kommunikasiya  vasi-

tələrinin  güclü  inkişafı  yeni  sistem  keyfiyyəti  olan  icti-

maiyyətlə  əlaqələrin    formalaşmasına  öz  müsbət  təsirini 

göstərmişdir.  Dünya  elminə  və  istehsalat-texnoloji  nailiy-

yətlərinə, tərbiyə, təhsil, ictimai-siyasi həyatın nümunələ-

rinə, müxtəlif xalqlar və nəsillər tərəfindən yaradılmış in-

cəsənətin  şah  əsərlərinə,  sosial-iqtisadi  və  mədəni  fəaliy-

yətin digər formalarına istinad edən bəşəriyyət XXI yüzil-

liyin  vahid  planetar  sivilizasiyasını  quraraq,  bəşəri  dəyər-

lərin qloballaşması və inteqrasiyası  istiqamətində çox sü-

rətlə irəliləməkdədir.  

Yer kürəsinin müxtəlif məkanlarında baş verən so-

sial-iqtisadi və mədəni inkişaf proseslərinin öyrənilməsin-

də “İctimaiyyətlə əlaqələr”in rolu əvəzsizdir. “İctimaiyyət-

lə  əlaqələr”  həyat  fəaliyyətinin  müxtəlif  sahələrində  baş 

verən  innovasion  proseslərin  ümumi-iqtisadi  qanunauy-

ğunluqlarını üzə çıxarır, insanın  yaradıcı imkanlarının in-

kişaf etdirilməsinə, bəşəriyyətin yaratdığı tarixi və mədəni 

dəyərlərin  şəxsiyyətin  mənəvi  dəyərlərinə  çevrilməsinə 

çalışır.  İnsanşünaslığa  xidmət  edən    ictimai  əlaqələrin  tə-

kamülü  və  inkişafı,  onun  iqtisadi-siyasi  mahiyyətinin  öy-

rənilməsi  elmin başlıca prioritetlərdən biri hesab edilir.  

Müasir  dövrdə  ictimai  əlaqələrin  öyrənilməsi  eyni 

zamanda  onun  bəşəri  və  milli  ruhda  formalaşmasına  xid-

mət edir. Bəşəri və milli, mənəvi və əxlaqi dəyərləri əhatə 

edən bu elmin tarixi xalqın tarixi qədər qədim və zəngin-

dir.  Bu  elm  tarixilik  prinsipinə,  dialektika  qanunlarına, 




məntiq elminə və dərketmə nəzəriyyəsinə əsaslanır. Yük-



sək standartlara cavab verən, intellektual elitanın tərkibinə 

qatılan  müasir  mütəxəssislərin  hazırlanması  işi    bu  elmin 

qarşısında  duran  başlıca  vəzifələrdən  biri  hesab  olunur. 

Məhz idarəetmə sahəsində çalışan mütəxəssislər əsaslı və 

universal  biliklərə  yiyələnməklə uğurlu fəaliyyət nümayiş 

etdirə bilərlər. Təbii ki, yüksək ixtisaslı mütəxəssislər elmi 

təfəkkür və intellektual səviyyəyə malik olmalı, məntiq və 

psixologiyanı  dərindən  bilməli,  öz  peşəkar  fəaliyyətləri 

sayəsində  elmi  əsaslarla  təşkiletməni  və  idarəetməni,  sis-

temli  təhlil  prinsiplərindən  faydalanmağı  bacarmalıdırlar. 

İctimai elmlərin sistemli öyrənilməsi cəmiyyətin intellek-

tual  səviyyəsini  yüksəldir,  elitar  mədəniyyətin  çəkisini 

artırır,  iqtisadi  təfəkkürün  formalaşmasında  önəmli  rol 

oynayır. Həmçinin, vətəndaşların peşəkar, siyasi və məişət 

mədəniyyətini  təkmilləşdirir,  dövlətin  tərəqqisini  və  qüd-

rətini  artırmaq  üçün  yeni  imkanlar  və  perspektivlərin  ya-

ranmasına şərait yaradır. 

Azərbaycanın  ümummilli  maraqlarına  uyğun  olaraq, 

“İctimaiyyətlə  əlaqələr”  fənni  respublikamızın  təhsil 

müəssisələrində geniş tədris edilməlidir. Bu elm həmçinin 

inşanın  kamilləşməsində,  cəmiyyətin  inkişafında,  dövlət 

quruculuğunda və idarəetmə sistemində fundamental mən-

bə rolunu oynamalıdır. Onun ümumi metodoloji əsasını ta-

rix,  məntiq,  dialektika,  ontologiya  və  qneseologiya  təşkil 

edir ki, bu da mədəniyyətin və iqtisadiyyatın daxili əlaqə-

lərini  və  strukturunu    aşkarlamağa,  onun  genezisini,  fəa-

liyyəti və tarixi inkişafını izləməyə, qanunauyğunluqlarını 

üzə çıxarmağa imkan verir.  

“İctimaiyyətlə  əlaqələr”in  başlıca  vəzifəsi  cəmiyyə-

tin,  dövlətin  və  ümumilikdə  bəşəriyyətin  ilkin  əsası  olan 




insanın  kamilləşməsinə  və  intellektual  səviyyəsinin  yük-



səldilməsınə yardım etməkdir. İntellektual və zəkalı insan 

bu elmin başlıca idrak subyekti olmaqla yanaşı, həm də bu 

elmin  əsasını  təşkil  edir.  Bu  baxımdan  bu  elm  varlığı  tə-

rəqqi  istiqamətində  dəyişdirmək,  insanı  bəşəriyyətin  mə-

dəni təcrübəsi əsasında zəruri universal biliklərlə silahlan-

dırmaq  kimi  nəcib  bir  missiyanı  də  öz  üzərinə  götürür. 

“İctimaiyyətlə  əlaqələr”  mədəni  hadisə,  fakt  və  qanun-

ların, müxtəlif elm sahələrinin metodika və nailiyyətlərin-

dən istifadə edir və biliklərin kompleks  öyrənilməsini nə-

zərdə  tutan  sistemli  təhlil  və  sintezə  əsaslanır.  Vahid  so-

sial, ictimai, humanitar sistem olan bu elmin dialektik təh-

lilinin əsasını tarixilik prinsipi təşkil edir. 

 “Kursun  predmeti,  məqsədi  və  vəzifələri”,  “Sosial-

iqtisadi inkişafın idarə olunmasında ictimaiyyətlə əlaqələ-

rin rolu”,  “İctimaiyyətlə  əlaqələr  idarəetmədə əsas  priori-

tet istiqamətlərdən biri kimi”, “İctimaiyyətlə əlaqələrdə in-

san amili”, “İctimaiyyətlə əlaqələrdə dövlət siyasəti”, “İc-

timaiyyətlə əlaqələrdə Heydər Əliyev irsinin təbliği”, “İc-

timaiyyətlə  əlaqələrdə  sosioloji  tədqiqat  metodlarının  ro-

lu”, “İctimaiyyətlə əlaqələrdə vətənpərvərlik və tarixi-qəh-

rəmanlıq  ənənlərinin  yeri”,  “İctimaiyyətlə  əlaqələrdə  ənə-

nəvi ünsiyyət formaları və onların cəmiyyətdə rolu”, “İcti-

maiyyətlə  əlaqələrdə  ictimai  şüur  formalarının  əhəmiy-

yəti”, “İctimaiyyətlə əlaqələrdə insanın inkişafına və onun 

şəxsiyyət  kimi  formalaşmasına  təsir  edən  amillərin  rolu” 

və  “Müasir  dövrdə  ictimaiyyətlə  əlaqələrin  təşkili  prin-

sipləri”,  “İctimaiyyətlə  əlaqələrdə  reklam  və  İKT-nin  ro-

lu”,  “Dövlət  və  qeyri-dövlət  təşkilatlarında  ictimaiyyətlə 

əlaqələrin  təşkili  istiqamətləri”,  “İctimaiyyətlə  əlaqələrdə 

milli adət-ənənələrimizin və mənəvi-əxlaqi dəyərlərimizin 




Yüklə 2,66 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   146




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə