Kulturologiya –mədəniyyət nəzəriyyəsindən daha geniş bir elm sahəsidir ki; hazırda bu elmin başqa sosial- numanitor ellərin heç birinə bənzəməyən fuksyiyaları və nəzəriyyəsi mövcuddur



Yüklə 2,66 Mb.
Pdf görüntüsü
səhifə24/146
tarix08.09.2018
ölçüsü2,66 Mb.
#67188
növüDərs
1   ...   20   21   22   23   24   25   26   27   ...   146

77 


mexanizmi işlənib hazırlanır. Rus alimləri sosioloji tədqi-

qatın  təşkilinin  4  əsas  mərhələdən  ibarət  olduğunu  qeyd 

edirlər: 

1. Tədqiqatın hazırlıq mərhələsi; 

2. İlin sosioloji məlumatlarının toplanılması mərhə-

ləsi; 


3. Yığılmış məlumatların ümumiləşdirilməsi və on-

ların  elektron-hesablama  maşınları  və  İKT  vasitəsilə 

sistemləşdirilməsi; 

4. Sistemləşdirilmiş məlumatların təhlili, tədqiqatın 

yekunlarına  əsaslanan  hesabatın  hazırlanması,  nəticə  və 

rəylərin formalaşdırılması.

5

 

 



Sosioloji  tədqiqatların  aparılma  forması  qarşıya 

qoyulan məqsədin xarak-terindən asılıdır. Tədqiqatın ma-

hiyyəti  onun  məkanını  və  məntiqi  xüsusiyyətini  müəyyən 

edir.  Bu  baxımdan  tədqiqatın  obyektinə  çevrilən  mövzu-

nun əhatə dairəsi formanın dəqiqləşdirilməsində xüsusi rol 

oynayır.  Xarakterik  xüsusiyyətlərinə  görə    hazırda  sosio-

loji tədqiqatın 3 əsas növündən istifadə olunur. 

1) kəşfiyyat xarakteri tədqiqatlar. 

 

Belə tədqiqatlar yığcam xarakter daşıyır və məhdud 



dairəni  əhatə  edir.  O,  ilkin  məlumatların,  sənədlərin  top-

lanması  və  öyrənilməsi  prosesidir.  Sosioloji  tədqiqatın  bu 

növü  daha  geniş  miqyaslı  tədqiqatların  ilkin  mərhələsi 

hesab olunur. O, tədqiq olunan obyekt haqqında əlavə mə-

lumatlar əldə etmək üçün imkanlar açır, yeni məlumatların 

əldə  olunmasına  şərait  yaradır.  Buna  görə  də,  bu  növ 

tədqiqat yardımçı vasitə kimi özünü büruzə verir.  

                                                 

5

 Как провести социологическое исследование. Москва. 1990, с. 12. 




78 


 

Kəşfiyyat xarakterli tədqiqatın ekspress-sorğu növü 

xüsusi  məlumatların  əldə  olunması  prosesində  istifadə 

olunur. Respandentlər müxtəlif hadisə və faktlara bədahə-

tən  aparılan  sorğluar  nəticəsində  münasibət  bildirirlər. 

Məsələn,  hər  hansı  mühazirənin  dinləyicilərindən,  müx-

təlif  mədəni-kütləvi  tədbirlərin,  siyasi  aksiyaların  iştirak-

çılarından  və  s.  proseslərin  şahidlərindən  ekspress-sor-

ğular götürülür.  

 

Sosioloji  tədqiqatın  2-ci növü  –  yazılı tədqiqat ad-



lanır. Yazılı tədqiqat konkret sosioloji təhlilin ən mücərrəd 

formasıdır.  Bu  tədqiqat  növünün  qarşısında  duran  əsas 

məqsəd empirik məlumatların toplanılması və təcrübə pro-

sesində  əldə  olunan  bu  məlumatların  ictimai  həyata  tətbi-

qidir. Bu prosesdə yazılı tədqiqatın əhatə dairəsi daha ge-

niş olur və əldə olunan məlumatlar sosioloji obyektin bü-

tün tərəflərini özündə əks etdirir. Əldə olunan məlumatla-

rın  xüsusi  hesabatı  aparılır,  insanlara  münasib  olan  təhlil 

metodu  seçilir,  tədqiqatın  məqsədi,  məzmunu,  istiqamət-

ləri,  funksiyaları  müəyyənləşdirilir.Yazılı  sosioloji  tədqi-

qatlar  mükəmməl  şəkildə  hazırlanmış  konkret  proqram 

əsasında  yerinə  yetirilir.  Həmin  proqrama  uyğun  olaraq 

əldə olunan materiallar qruplaşdırılır, xarakterizə edilir və 

qiymətləndirilir.  

 

Sosioloji tədqiqatların 3-cü növü – analitik tədqiqat 



adlanır.  Analitik  tədqiqat  sosioloji  tədqiqatın  daha  dərin 

məzmunlu növü olub, öyrənilən obyektin bütün tərəflərinə 

rasional mövqedən yanaşır. Bu növ, hazırda ictimaiyyətlə 

əlaqələrin  təşkilində  daha  aktualdır.  Analitik  tədqiqat 

sosioloji  materialların  toplanılmasına  və  tədqiqinə  kom-

pleks şəkildə  yanaşır. Burada eyni zamanda  müxtəlif for-

malı  sorğulardan,  müşahidələrdən,  təhlillərdən,  anketlər-



79 


dən  istifadə  olunur.  Daha  müstəqil  tədqiqat  forması  olan 

analitik  tədqiqat,  mahiyyətcə  həm  də  eksperiment  xarak-

teri daşıyır. Çünki tədqiqatın müxtəlif yanaşma metodlar-

dan  istifadə  etməsi,  müxtəlif hadisə  və  obyektin sosioloji 

tədqiqinə yeni çalarlar gətirməsi bu problemə yeni rakurs-

lardan yanaşmağı tələb edir.  

 

 

3.3. İctimaiyyətlə əlaqələrdə elmi-tədqiqatların nəzəri 

təcrübi əhəmiyyəti 

 

İctimaiyyətlə  əlaqələrdə  elmi  tədqiqatların  nəzəri 



və  təcrübi  əhəmiyyəti  olduqça  böyükdür.  Belə  sosioloji 

elmi  araşdırmalardan  əsasən,  sosial  layihələndirmə  məq-

sədi üçün daha çox istifadə olunur. Elmi tədqiqatlar insan-

ların elmi araşdırmalarında və tətbiqi prosesində həm nə-

zəri, həm də praktik əhəmiyyətə malikdir. Xüsusilə, müa-

sir mərhələdə sosial-iqtisadi məsələlərin həll olunmasında 

sosial  layihələndirmənin  rolu  böyükdür.  Belə  ki,  bu  layi-

hələrin  reallaşdırılması  əsasən,  müxtəlif  qrantlar  vasitəsi 

ilə həyata keçirilir. Hətta bir çox beynəlxalq təşkilatlar bu 

gün  elmi  cəhətdən  əsaslandırılmış  sosial  layihələrə  küllü 

miqdarda qrantlar ayırır.  

Hər  bir  ciddi  iş  mükəmməl,  ətraflı  düşünülmüş 

hazırlıq tələb edir. Bu prosesdə aparılan araşdırmalar, həm 

də  real  gercəkliyə  uyğun  olmalıdır.  Sosioloji  tədqiqatlar  

burada  xüsusi  əhəmiyyətə  malikdir.  Belə  ki,  keçirilmiş 

tədqiqat  nəticəsində  informasiyanın  etibarlılığı,  hərtərəfli 

hazırlıq prosesində sərf olunan  zəhmətə  tam  uyğun olma-

lıdır. Ona görə də, müxtəlif hadisə və proseslərin sosioloji 

təhlilinin  metodik  və  əməli  üsullarının  mənimsənilməsi 



Yüklə 2,66 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   146




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə