Kulturologiya –mədəniyyət nəzəriyyəsindən daha geniş bir elm sahəsidir ki; hazırda bu elmin başqa sosial- numanitor ellərin heç birinə bənzəməyən fuksyiyaları və nəzəriyyəsi mövcuddur



Yüklə 2,66 Mb.
Pdf görüntüsü
səhifə18/146
tarix08.09.2018
ölçüsü2,66 Mb.
#67188
növüDərs
1   ...   14   15   16   17   18   19   20   21   ...   146

58 


tərəqqisi  naminə  istifadə  edilməsinin  zəruriliyi  vurğulan-

mışdır. XXI əsrə istiqamətlənmiş bu yanaşma elm, təhsil, 

mədəniyyət, idman və  turizm sahəsində qarşılıqlı əlaqələ-

rin  möhkələndirilməsinə,  eləcə  də  turizmin  sürətli  inkişa-

fının  gerçəkləşdirilməsi  və  mədəni  sərvətlərin  qorunma-

sına, təbliğinə və mədəni tərəqqiyə yönəldilməsi baxımın-

dan əhəmiyyətli bir kulturoloji konsepsiya kimi dəyərlən-

dirilə bilər. 

Turizmin  inkişafı  istiqamətində  son  illərdə  yeni 

inkişaf  və  sıçrayışlar  müşahidə  edilməkdədir.  Hazırda 

turizmə  XXI  əsrin  yeni  fenomenal  hadisəsi  kimi  yanaşıl-

maqdadır.  Turizmdə  elmi  və  mədəni  dəyərlərin  çəkisini 

artırmaq üçün YUNESKO “Elm – Mədəniyyət – Rekrea-

siya – Turizm –  Təhsil” leytmotivini elmi strategiya kimi 

dəstəkləməkdədir.“Mədəni  və  ya  dərk  edilmiş  turizm”, 

“Turistik maraqların formalaşmasında mədəniyyət elemet-

lərinin  rolu”,  “Turizmdə  mədəni-tarixi  və  təbii  irsin  qo-

runması  və  istifadəsi”  mövzularına  dair  elmi  tədqiqatlar 

mədəniyyəti məhz turistik motivasiyaların əsas amili kimi 

təqdim edir.  Hazırda  Azərbaycan dövləti dünyada  ən qə-

dim mədəniyyət və turizm mərkəzlərındən biri kimi tanın-

maqdaır. Bu reallığın dünya ictimaiyyətinin diqqətinə çat-

dırılmasında xalqımızın adət və ənənələrinə daha yaxından 

bələd olan yüksək ixtisaslı mütəxəssislərin rolu böyükdür.  

Müasir dövrdə turizm əlaqələrinin inkişaf etdirilməsi 

dövlətimizin  mədəniyyət  siyasətinin  prioritet  istiqamət-

lərindən biri hesab edilir. Müasir dövrdə turizmin “piyada 

turizm”,  “xizək  turizmi”,  “at  belində  turizm”,  “dağ  turiz-

mi”, “su turizmi”, dini mərasimlərlə bağlı “zəvvarlıq turiz-

mi” və s. kimi növləri fəal istirahətin, mədəni asudə vaxtın 

geniş  yayılmış  kütləvi  formaları  hesab  edilir.  Dünyanın 



59 


həm  inkişaf  etmiş,  həm  də  inkişafda  olan  ölkələrinin  so-

sial-iqtisadi  maraqları  turizmin  infrastrukturunu  daim 

diqqət  mərkəzində  saxlamağa  sövq  edir.  İstirahət  məkan-

larının, yerləşdirmə yerlərinin sayının artırılması, turistlərə 

göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsi ölkənin 

mədəni turizm imicini  formalaşdırır.  

Hazırda  turizm  dünyada  sürətlə  inkişaf  edən  istiqa-

mətlərdən biri hesab edilir. Sürətli inkişaf tempinə görə bu 

sahə  son  onilliklərin  iqtisadi  fenomeni  hesab  edilir.  Tu-

rizm  insanların  həyat  səviyyəsinin  və  mənəvi  zənginliyi-

nin yüksəlməsində əhəmiyyətli rol oynayır. Turizm iqtisa-

diyyatın nəqliyyat, rabitə, tikinti, kənd təsərrüfatı, istehlak 

mallarının istehsalı və s. sahələrinə güclü təsir göstərmək-

lə yanaşı insanların mədəni istirahətinin və asudə vaxtının 

səmərəli  və  məzmunlu  təşkilində  də  önəmli  rol  oynayır, 

yəni ölkədə  mədəni  inkişafı özünəməxsus şəkildə stimul-

laşdırır. 

Turizmin  inkişafı  aşağıdakı  istiqamətlərdə  sosial, 

iqtisadi və texnoloji əhəmiyyət kəsb edir: 

1.

 



Turizm  sahəsinin  təşkili  onun  infrastrukturu  ilə 

bağlı müəssisələrin yaradılmasına təkan verir; 

2.

 

Yerli əhalinin maddi rifah halı gerçəkləşir; 



3.

 

Turizm  məhsullarına  tələbat  meydana  gəlir,  yerli 



malların istehsalı genişlənir

4.

 



Ölkədə turizmin yeni infrastrukturu formalaşır.  

5.

 



Turizmin  inkişafı  təhsil  sahəsinə  də  güclü  təsir 

göstərir, yeni ixtisaslar və texnologiyalar meydana gəlir. 

6.

 

Təbiətin  və  insanın  ekologi  məsələləri  gündəmə 



gəlir; 

7.

 



İnsanlara  səhiyyə  və  idman  xidmətlərinin  keyfiy-

yətinin  yüksəldilməsi  dövlətin  mədəniyyət  siyasətinin 




60 


prioritet  istiqamətlərindən  birinə  çevrilir  və  dünya  stan-

dartlarına uyğunlaşdırılır.  

Turizm  sahəsi  insanların  mədəni  ünsiyyətində  və 

maarifləndirilməsində önəmli rol oynayır. Turizmin təşkili 

mədəni asudə vaxtın səmərəli keçirilməsi prinsipinə əsas-

lanır.  Belə  ki,  turistlər  asudə  vaxt  ərzində  təbiətlə  yaxın-

dan  tanış  olmaqla  yanaşı,  həm  də  bir  sıra  mədəni-kütləvi 

tədbirlərin iştirakçılarına çevrilirlər. Bu fəaliyyət prosesin-

də hər bir turistin fərdi qabiliyyət və bacarığından istifadə 

edilərək  istirahət  və  əyləncənin  kütləviliyinin  təminatına 

şərait  yaradılır.  Bu  prosesdə  hər  bir  fərdin  dünyagörüşü-

nün formalaşması üçün müxtəlif istirahət və əyləncə vasi-

tələrindən  istifadə  olunur.  Müxtəlif  sahələri  özündə  əks 

etdirən  maraqlı  viktorinalar,  sual-cavab  gecələri,  digər 

düşündürücü  intellektual  oyunlar  keçirməklə  turizmin 

məzmunu maraqlı proqramlarla zənginləşir, həm də  maa-

rifləndirici, pedaqoji-tərbiyəvi proseslər baş verir. Turizm 

iştirakçıları onların hər birinə lazım ola biləcək yeni bilik-

lərə  yiyələnirlər.  Lakin  biliklərə  yiyələnmə  prosesi  təhsil 

prosesindən fərqli olaraq şən-emosional bir vəziyyətdə baş 

verir.  Biliklərə  yiyələnmə  prosesi  əyləncələrlə  müşayiət 

olunur.  Mədəni  maarifləndirmə  prosesi  həm  də  insanlar 

arasında  ünsiyyət  yaratmaq  vasitəsinə  çevrilir.  Bu  ünsiy-

yət  rəsmiyyətdən  uzaq  olan  əyləncəli  əlaqələr  zəminində 

baş  verir  və  bu  proses  insanlar  arasında  mədəni  əlaqələri 

dostluq, tanışlıq və qardaşlıq səviyyəsinə çatdırır. Təbii ki, 

ictimai əlaqələrin genişlənməsi bir növ mədəni ünsiyyətin 

özünü  qloballaşdırır,  ayrı-ayrı  fərdlər  arasında  dünyəvi 

münasibətlər  formalaşdırır.  Bu  pedaqoji  proses  etnik  və 

milli  zəmində  dünyanın  müxtəlif  yerlərində  baş  verən 

separatizmin, beynəlxalq terrorizmin qarşısının alınmasına 



Yüklə 2,66 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   146




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə