Kulturologiya –mədəniyyət nəzəriyyəsindən daha geniş bir elm sahəsidir ki; hazırda bu elmin başqa sosial- numanitor ellərin heç birinə bənzəməyən fuksyiyaları və nəzəriyyəsi mövcuddur



Yüklə 2,66 Mb.
Pdf görüntüsü
səhifə19/146
tarix08.09.2018
ölçüsü2,66 Mb.
#67188
növüDərs
1   ...   15   16   17   18   19   20   21   22   ...   146

61 


da mədəni-siyasi zəmin yaradır. 

 Bu  gün  qoyulan  sərmayələr  turizm  infrastrukturunu 

sürətlə  inkişaf  etdirmək  üçün  kifayət  etmir.  Beynəlxalq 

Bank və başqa qurumlar Azərbaycanda yolların və körpü-

lərin salınmasına, tarixi mədəniyyət abidələrinin bərpasına 

maliyyə yardımı göstərir. 

Ölkə  turizm  sektorunda  baş  verən  dəyişikliklər  tu-

rizm  təhsili  sahəsinə  də  güclü  təsir  göstərir.  Bu  sahə  ilə 

bağlı olan təhsil müəssisələrinin sayı getdikcə artır. Artıq 

bu  gün  ali  təhsil  müəssisələrində  turizm  ixtisasları  üzrə 

peşəkar  kadr  hazırlığı  işinə  ciddi  fikir  verilir.  Bu  sahədə 

Azərbaycan Turizm və Menecment universitetinun rolunu 

xüsusi qeyd etmək olar.  

Turizm  asudə  vaxtın  daha  mənalı  keçməsi  üçün 

əhəmiyyətli olmaqla yanaşı, həm də ölkənin milli gəlirinin 

artmasına  mühüm təsir göstərən əlverişli bir sahədir.  Bil-

diyimiz kimi dövlətlərarası işgüzar münasibətlərin forma-

laşmasında,  millətlər  və  xalqların  bir-birinə  yaxınlaşma-

sında  turizm  işinin  düzgün  təşkili  çox  böyük  siyasi  əhə-

miyyət kəsb edir. Turizm həm dövlət siyasətində, həm də 

onun  iqtisadi  potensialının  artırılmasında  mühüm  yer 

tutur. Azərbaycanın əlverişli coğrafi şəraiti, müxtəlif iqlim 

qurşaqları, zəngin heyvanat aləmi, Xəzər dənizi və dəniz-

sahili qumluqları və çimərlikləri, qədim mədəni tarixi irsi, 

milli  ənənələri,  zəngin  milli  kulinariyası  və  s.  turizmin 

inkişafına xidmət edən ən  mühüm vasitələrdir.  

“Böyük  İpək  Yolu”nun  Azərbaycan  ərazisindən 

keçməsi ölkəmizin dünyaya inteqrasiya olunmasına təkan 

verir. Çindən gəlib Azərbaycan ərazisindən keçən “Böyük 

İpək Yolu”nun (e. ə. II əsrdə kəşf olunub) yenidən bərpası 




62 


başqa  ölkələrin  də  beynəlxalq  turizm  bazarında  iştirak 

etməsinə əlverişli şərait yaradır. 

Turizm marşrutuna daxil edilən bölgələrin iqtisadi-

mədəni  səviyyəsi  turizmin  təşkilinin  müasir  tələblərinə 

uyğun gəlməlidir. Bölgələrdə ilk növbədə turizmin inkişa-

fına imkan yaradan yerli resurslar olmalıdır. Əgər hər han-

sı bir rayonun iqtisadi bazası zəifdirsə və bu rayonlarda tu-

ristlərin rahatlığına təminat yarada biləcək infrastrukturlar 

yoxdursa,  onda  həmin  rayonun  turizm  marşrutuna  daxil 

edilməsi  vacib  deyil.  Yəni,  rayon  ərazisində  turistlərin 

gəzintiləri təşkil olunan nəqliyyat yolları bərbad vəziyyət-

dədirsə və ya burada gecələməyə bütün kommunal şəraiti 

olan otellər yoxdursa, belə rayonun turizm marşrutuna da-

xil edilməsi həm problemlər yaradar, həm də turizmi təşkil 

edən  müəssisənin  imicini  heçə  endirər.  Turizmin  təşkili 

kompleks  xarakter  daşımalı,  onun  problemləri  konkret 

layihələr əsasında aradan qaldırılmalı, eyni zamanda turiz-

min  təşkilinə  dövlət  əhəmiyyətli  iş  kimi  yanaşılmalıdır. 

Məhz  turizmi  təşkil

 

edən  ölkənin  təşkilatçılığı  sayəsində 



bütün  ərazilərdə  abadlıq  işləri  aparılmalı,  ayrı-ayrı  bölgə-

lərin turistləri qəbul etmək hazırlığı artırılmalıdır. 

 Müasir  mərhələdə  turizm  xidmətləri  haqqında 

məlumat  mübadiləsi  aparmaq  üçün  daha  böyük  imkanlar 

mövcuddur. İnternet saytları vasitəsi ilə məlumatların top-

lanılması və alınması işi də sərfəli və əhatəlidir. Bu sahədə 

artıq  Azərbaycan  Respublikasının  Mədəniyyət  və  Turizm 

Nazirliyinin  də  böyük  təcrübəsi  vardır.  Bununla  əlaqədar 

olaraq nazir Əbülfəz Qarayev demişdir: “Turizm sahəsinin 

inkişafı  üçün  bu  gün  hansı  işlər  görülür?”  Azərbaycanın 

beynəlxalq turizm ölkəsi kimi tanınması üçün ilk növbədə 

əlverişli  iqtisadi  zəmin,  müvafiq  dövlət  tənzimləmə 




63 


mexanizmi,  hüquqi-normativ  bazanın  yaradılması  vacib-

dir.  Bundan  başqa,  müvafiq  vasitələrlə  təbliğat  işləri 

aparmaq lazımdır. Nazirlik internetdə gələcəkdə Azərbay-

canın  bütün  diqqətəlayiq  yerləri  haqqında  danışan  məlu-

mat  portalına  çevriləcək  sayt  yaratmışdır.  Turisti  ölkəyə 

cəlb  etməkdən  qabaq  onun istifadə  edəcəyi  xidmət dairə-

sini qaydaya salmaq və böyütmək, infrastrukturun şəbəkə-

sini genişləndirmək lazımdır.İnsan istirahətə gedərkən ona 

nə  lazımdır?  “Sivil  xidmət  sisteminin  mövcudluğu  - 

avtomobil nəqliyyatı, istehlak xidmətləri, restoran biznesi, 

keyfiyyətli otellər və çoxlu miqdarda başqa xidmətlər”...

 3

 



Bu gün hər bir ölkənin özünəməxsus mədəni turizm 

potensialı vardır. Azərbaycan Respublikasının həm iqtisa-

di  tempinin  artımı,  həm  də  təbii-coğrafi  quruluşu  beynəl-

xalq  turizmin  inkişafı  üçün  olduqca  əlverişli  şərait  

yaradır. Torpaqlarımızın ən zəngin və mənzərəli yerlərinin 

mənfur ermənilər tərəfindən işğal olunmasına baxmayaraq 

ölkənin  turizm  sahəsinin  inkişaf  etdirilməsi  dövlətin  əsas 

prioritet sahələrindən biri hesab edilir. Ölkə Prezidenti bu 

sahənin  inkişafına  xüsusi  önəm  verir.  Regionlarda  yeni 

müasir dünya standartlarına cavab verən turizm infrastruk-

turları  yaradılır.  O  cümlədən  də,  Mədəniyyət  və  Turizm 

Nazirliyi turizmin beynəlxalq miqyasda inkişaf etdirilməsi 

üçün ayrı-ayrı inkişaf etmiş dövlətlərlə iş birliyi yaradır və 

Azərbaycanda turizmin inkişafına təsir etmək məqsədi ilə 

sərmayələrin cəlb olunmasına çalışır. Turizmin ölkəmizdə 

inkişafı üçün artıq bir çox dünya dövlətləri ilə müqavilələr 

bağlanmışdır. 

                                                 

3

 “Salam Azərbaycan” jurnalı № 1.2002, səh. 7. 



 


Yüklə 2,66 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   146




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə