Kulturologiya –mədəniyyət nəzəriyyəsindən daha geniş bir elm sahəsidir ki; hazırda bu elmin başqa sosial- numanitor ellərin heç birinə bənzəməyən fuksyiyaları və nəzəriyyəsi mövcuddur



Yüklə 2,66 Mb.
Pdf görüntüsü
səhifə12/146
tarix08.09.2018
ölçüsü2,66 Mb.
#67188
növüDərs
1   ...   8   9   10   11   12   13   14   15   ...   146

38 


da başlıca prioritetə çevrildi. Reklam və marketinq texno-

logiyasına  keçid,  istehlakın  həcmi  və  xarakterinin,  isteh-

lakçının  həyat  tərzinin,  yəni  son  nəticədə  sosial-mədəni 

xarakterinin faktiki şəkildə proqramlaşdırılması demək idi.  

Bu  proseslərdə  isə  həqiqi  mənada  reklam  və  marketinq 

işinə  məhz sosial-iqtisadi və  mədəni  yeniliklərin texnolo-

giyası kimi də baxmaq olardı.  

XX  yüzilliyin  axırlarından  başlayaraq  marketinq 

konsepsiyası  qeyri-kommersiya  sferasında:  təhsildə,  elm-

də, mədəniyyət və incəsənətdə, siyasətdə daha geniş yayıl-

mağa başladı. Yeniliyin tətbiqinin həyata keçirilməsi biz-

nesin  riskli  növü  hesab  edilirdi.  İnformasiya  texnologi-

yaları  və  rabitə  vasitələrindəki  inqilabları  yada  salsaq, 

görərik ki, o vaxt bu sahələrin məlumatlandırılması prose-

si  lazımınca  həyata  keçirilmirdi.  Belə  ki,  işçi  heyətindən 

və  mütəxəssislərdən,  onların  ixtisas  və  motivasiyasından 

daha çox asılılıq yaranırdı.  

Bu  gün  mövcud  iqtisadi  inkişaf  cəmiyyət  həyatının 

başlıca sahələri ilə (siyasət, mədəniyyət, elm, təhsil, incə-

sənət, idman) qırılmaz şəkildə əlaqədardır.  Himayədarlıq, 

xeyriyyəçilik,  hamilik  başlıca      prioritetə  çevrilir.  Bütün 

bunlar  menecment    texnologiyasını  dəyişmək  və  zəngin-

ləşdirməklə  ona  sosial  və  multkulturoloji  istiqamətli  fəa-

liyyət xarakteri verir. Bütün bu xüsusiyyətlər isə bilavasitə 

müasir  rəqəmsal  texnologiyalarının  inkişafı,  internet  im-

kanlarının  genişlənməsi  şəraitində  baş  verir.  Hansı  ki, 

bunlarsız müasir reklam və başqa biznes texnologiyalarını 

təsəvvür  etmək  belə  mümkün  deyil.  Bu  texnologiyalar 

ictimaiyyətlə əlaqələr  sferasına daha intensiv daxil olur və 

onun qarşısında tamamilə yeni inkişaf imkanı yaradır.  




39 


Müasir iqtisadiyyat, bu gün innovasiyalı cəmiyyətdə 

daha  çox  qloballaşır.  Bu  proseslərdə  hamının  bir-biri  ilə 

ümumi  rəqabəti  başlayır.  Qloballaşan  bazar  əlaqələrində 

özünün xüsusi yerini tutmaq qabiliyyəti ön plana keçir. Bu 

isə mövcüd olan iqtisadiyyata diqqəti cəlb etmək, istənilən 

vasitə ilə tanınmağa nail olmaq şəraitini formalaşdırır. Bu 

baxımdan  da  müasir  iqtisadiyyat  öz  texnologiyaları  ilə 

sosial-mədəni sahəyə daha çox yaxınlaşır.  

Bu gün ictimai, iqtisadi, siyasi həyatda ictimaiyyətlə 

əlaqələrin  rolunun  artması  artıq  dünya  inkişafının  müasir 

proseslərinin  obyektiv  qanunauyğunluğuna  çevrilib.  Bu 

səbəbdən  respublikamızda  bütün  sahələrdə  baş  vermiş 

radikal dəyişikliklər (siyasi, hüquqi, iqtisadi, mənəvi) icti-

maiyyətlə  əlaqələr  sahəsinin  idarə  olunması  sisteminə  də 

yeni prinsiplərlə yanaşma zərurətini tələb edir və bu yöndə 

məqsədyönlü  strategiyanın  formalaşdırılması  vacibliyini 

irəli  sürür.  İctimaiyyətlə  əlaqələr  sahəsinin  perspektiv 

inkişafının müəyyənləşdirilməsində isə cəmiyyətin müasir 

inkişaf  mərhələsinin  mühüm  xüsusiyyətlərini  nəzərə  alıb 

onları düzgün və obyektiv təhlil etmək vacibdır.  

İqtisadi sistemlərin müqayisəli xarakteristikası bazar 

iqtisadiyyatına  keçməyin  zəruriliyini  təsdiq  edir.  Bu 

istiqamətdə müvəffəqiyyətin qazanılması dərəcəsində qlo-

bal  mədəniyyət  problemlərinin  həllinin  və  mədəniyyət 

müəssisələrinin  təsir  gücünün    rolu  danılmazdır.  Çünki 

qlobal  xarakterli  problemlərin  həllində  dünyanın  siyasi, 

iqtisadi,  mədəni  hadisələrinin  tənzimlənməsində  beynəl-

xalq  və  milli  mədəniyyət  təşkilatlarının,  müəssisələrinin 

mühüm əhəmiyyəti vardır.  

İqtisadi  infrastrukturda  ictimaiyyətlə  əlaqələrin 

inteqrasiyası, intensiv təcrübə mübadiləsi məsələsi olduq-



40 


ca çətin və mürəkkəbdir. İctimaiyyətlə əlaqələr sektorunun 

maliyyələşdirilməsinin  müxtəlif  modellərinə  ötəri  bir 

nəzər  yetirdikdə  aydın  görünür  ki,  mövcud  sahəyə  dün-

yada  xeyli  dərəcədə  çoxlu  sayda    müqayisəli  yanaşmalar 

mövcüddür.  Müxtəlif  cəmiyyətlərdə  onlardan  məhz  han-

sının istifadə olunmasının çətinliyi də labüddür. Bu məsə-

ləni  qısa  müddətdə  reallaşdırmaq  asan  deyil.  Ən  səmərəli 

və sərfəli  yolu tapmaq üçün isə bu gün çox dərin araşdır-

malara ehtiyac vardır. İndiki dövrdə müxtəlif modellərdən 

hansının seçilməsi, əsas götürülməsi ictimaiyyətlə əlaqələr 

sahəsinin gələcək illərdəki vəziyyətini təyin edir.  

Respublikamızda  ictimaiyyətlə  əlaqələr  siyasəti  ilə 

bağlı olan mövcud problemlərə nisbətən sakit tərzdə nəzər 

yetirmək lazımdır.  Öz təbiətinə və miqyasına görə həmin 

problemlər hazırda bütün dünya iqtisadiyyatının problem-

lərinə  yaxındır.  Ümumiyyətlə isə, ictimaiyyətlə əlaqələrin 

təşkilində  və  təkmilləşdirilməsində  yeni  ictimai  siyasətin 

həyata  keçirilməsi,  bu  sahədə  çalışanların  vəzifə  və  hü-

quqlarının  mövcud  qanunla  tənzimlənməsini  zəruri  hal 

sayılır. Sivil dövlətlər və beynəlxalq təşkilatlarla qarşılıqlı 

əlaqələrin yaranması hazırda hər bir ölkənin sosial-iqtisadi 

inkişafında  diqqət  mərkəzində  dayanmalı  və  başlıca 

prioritetə çevrilməlidır.  

 

2.2. Əhalinin sosial həyat səviyyəsinin 



yaxşılaşdırılmasında ictimaiyyətlə əlaqələrin rolu 

 

İqtisadiyyatın  son  nəticə  etibarilə  başlıca  məqsədi 



şəxsi  istehlak,  ölkə  vətəndaşlarının  daim  artmaqda  olan 

maddi  və  mövcud  tələbatlarını  ödəməkdir.  Maddi  həyat 

səviyyəsi  məfhumu  dedikdə,  adətən  yemək-içməyə, 



Yüklə 2,66 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   146




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə