Kulturologiya –mədəniyyət nəzəriyyəsindən daha geniş bir elm sahəsidir ki; hazırda bu elmin başqa sosial- numanitor ellərin heç birinə bənzəməyən fuksyiyaları və nəzəriyyəsi mövcuddur



Yüklə 2,66 Mb.
Pdf görüntüsü
səhifə14/146
tarix08.09.2018
ölçüsü2,66 Mb.
#67188
növüDərs
1   ...   10   11   12   13   14   15   16   17   ...   146

44 


zımdır. Çünki respublikamızda mövcud olan müəssisələrin 

əsası  məhz  sovet  ideologiyasının  bərqərar  olduğu  bir 

dövrdə qoyulmuşdur. Daha doğrusu, bu müəssisələr həmin 

dövrün  bəhrəsidir.  Mövcud  ictimai-siyasi  şəraitdə  müəs-

sisələrin  vəziyyətindən  və  mədəniyyətimizin  problemlə-

rindən bəhs edərkən bir neçə mühüm amili mütləq nəzərə 

almaq  lazımdır:  ölkənin  müharibə  vəziyyətində  olmasını, 

torpaqlarımızın  iyirmi  faizindən  çoxunun  düşmən  tapda-

ğında  olmasını,  bir  milyondan  artıq  qaçqının  olmasını, 

inzibati-amirlik  sistemindən  bazar  iqtisadiyyatına  keçid 

mərhələsinin  çətinliklərini,  dövlət  büdcəsindən  sosial-mə-

dəni  sahəyə  ayırmaların  ehtiyacları  tam  ödəmək  səviyyə-

sində  olmamasını  və  s.  Əlbəttə,  bu  amillərin  siyahısını 

daha  da  artırmaq  olar.  Mövcud  çətinliklərə  məruz  qalmış 

bir  sahənin  bütün  problemlərini  birdən-birə  həll  etmək 

mümkün  deyildir.  Bu,  hətta  uzunmüddətli  və  çox  ağır  bir 

prosesdir. 

Bir  çox  maarifpərvər  ziyalılar  ictimaiyyətlə  əlaqələ-

rin mühüm amillərini ilk növbədə dilin milli tərəqqisində, 

milli özünüdərkdə, mentalitetin formalaşmasında və s. gö-

rürdülər.  M.F.Axundzadə,  H.Zərdabi,  Ə.Haqvediyev, 

N.Vəzirov,  C. Məmmədquluzadə, Ü.Hacıbəyov, H.Cavid 

kimi  bir  çox  görkəmli  şəxsiyyətlər  bu  istqamətdə  funda-

mental  əsərlər  yazmış  və  cəmiyyət  haqqında  çox  mühüm 

rol oynamışlar. XXİ əsrin əvvəllərində isə ulu öndər Hey-

dər  Əliyevin  bu  sahədə  olan  xidmətləri  daha  təqdirəla-

yiqdir. 

 

 



45 


2.3. İctimaiyyətlə əlaqələrin formalaşmasında 

idarəetmənin metod və prinsiplərindən istifadənin 

əhəmiyyəti 

 

Etimoloji yozumda nəzər yetirsək idarəetmə anlayı-



şı müxtəlif mahiyyətli mütəşəkkil sistemlərin proqramının 

və fəaliyyət rejiminin təmin edilməsi anlamındadır. İdarə-

etmə  termini  latın  mənşəli  "administratio"  ifadəsindən 

götürülmüşdür. İdarəetmənin ünsürləri dedikdə idarəetmə-

nin  subyekti,  obyekti  və  qarşılıqlı  əlaqələri  kimi  önəmli 

amillər  nəzərdə  tutulur.  Qeyd  edək  ki,  insan  idarəetmə 

prosesinin  bütün  ünsürlərində  özünə  yer  tapa  bilir.  Çünki 

insan həm idarəetmənin subyekti və həm də obyekti kimi 

çıxış  edə  bilir.  İdarəetmənin  proqnozlaşdırma,  doğru  mə-

lumat mübadiləsi, planlaşdırma, təşkiletmə, nizamlama və 

operativ  sərəncamvermə,  koordinasiya  (əlaqələndirmə), 

nəzarət-uçot  (qeydiyyat)  kimi  ümumi  funksiyaları  möv-

cuddur ki, bunlar hazırda olduqca mühüm əhəmiyyət kəsb 

edir. İdarəetmə dedikdə biloloji, sosial və texniki anlamda 

idarəetmə  nəzərdə  tutulur.  Bu  baxımdan    idarəetmənin 

tənzimlənmə sisteminin hazırda aşağıdakı mövcud forma-

ları  mövcuddur:  adaptiv,  adi,  qapalı,  açıq,    paylanmış 

parametrli, dəyişkənstrukturlu.  

Sosial  fəaliyyətlərdə  məqsədyönlü  iştirakla  müəy-

yən  olunan  idarəetmə,  cəmiyyətdə  sosial-iqtisadi  prosesi-

nin müəyyən bir çərçivədə izlənməsi ilə reallaşır  və icti-

maiyyətdə  baş  verən  proseslərin  nizama  salınması  ilə 

xarakterizə olunur. Sosial idarəetmənin dövlət idarəetməsi 

və  yerli  özünüidarəetmə  (bələdiyyələr)  adlı  iki  növü 

vardır.  Ümumiyyətlə,  cəmiyyətin  idarə  olunması  tarixi 

olduqca  qədim  dövrə  istinad  edir  və  onun  idarəedilməsi 




46 


kortəbii  və  şüurlu  bir  şəkildə  reallaşır.  Heç  şübhəsiz  ki, 

şüurlu idarəetmə forması daha məqsədəuyğundur. İdarəet-

mənin  digər  formaları  kimi  cəmiyyətin  də  idarəolunması 

məhz  elmi-metodoloji  mahiyyət  kəsb  edir.  Sosial  idarə-

etmə  sisteminə  gəldikdə  isə,  bu,  hazırda  aşağıdakı  qeyd 

edilən proseslərin ardıcıl həyata keçirilməsini zəruri edir: 

1)

 

Qərarların hazırlanması; 



2)

 

Qərarların qəbul edilməsi. 



Bu  gün  sosial  idarəetmənin  əsas  formalarndan  biri  də 

məhz  dövlət  idarəçiliyi  formasıdır.  Dövlət  idarəçiliyi  cə-

miyyətdəki proseslərin tənzimlənməsi və cəmiyyətin idarə 

olunması  ilə  xarakterizə  olunur.  Dövlətin  əsas  əlamətləri 

içərisində ərazi və sərhədləri, kütləvi hakimiyyət, ümumi-

lik, hüquq, suverenlik, məcburetmə və vergi sistemini xü-

susi qeyd etmək olar. Tarixən dövlət idarəetməsinin müx-

təlif  formaları  mövcud  olmuşdur  ki,  bunlar.  əsasən 

aşağadakılardan ibarətdir: 

 



Aristokratiya - idarəetmənin bu formasında dövlətə 

kübar,  imtiyazlı  təbəqələr,  aristokratlar  rəhbərlik 

edir  və  dövlət  hakimiyyəti  aristokratların  əlində 

olur; 


 

Demokratiya  -  idarəetmənin  bu  formasında  dövlət 



hakimiyyəti xalqın əlində olur; 

 



Despotizm - idarəetmənin bu formasında dövlət ha-

kimiyyəti despotun əlində cəmləşir; 

 

Cəmahiriyyə - kütlələrin dövləti, kütlə respublikası; 



 

Diarxiya  -  dövlət  iki  ali  vəzifəli  şəxsin  bərabərlik 



statusu əsasında idarə olunur

 



Diktatura  -  idarəetmənin  bu  formasında  dövlət 

hakimiyyəti  qeyri-məhdud  hakimiyyətə malik  olan 

diktatorun əlində cəmləşir; 



47 


 

Kleptokratiya  -  "Oğruların  hakimiyyəti"  deməkdir,  



korrupsiya  və  lobbiçilik  kleptokratiya  üçün  xarak-

terikdir; 

 

Korporatokratiya - "Korporasiyaların hakimiyyəti"; 



Dövlət  idarəetmə  forması  qüdrətli  və  zəngin 

korporasiyası vasitəsilə həyata keçirilir

 

Meritokratiya -  idarəetmənin  bu  formasında  dövlət 



hakimiyyəti insanların bilik və bacarıqlarına əsasən 

reallaşır; 

 

Monarxiya - "Təkhakimiyyətlilik" deməkdir, idarə-



etmənin bu formasında dövlət hakimiyyəti ali döv-

lət  hakimiyyəti  qismən  və  ya  tamamilə  bir  şəxsə 

hökmdara (imperator, kral, sultan, əmir, xan, firon , 

knyaz, hersoq, çar və s.) məxsusdur; 

 

Netokratiya  -  texnoloji  üstünlük  və  şəbəkələşmə 



sayəsində hakimiyyətin qurulmasıdır; 

 



Birpartiyalı sistem - qanunvericilik hakimiyyəti bir 

siyasi  partiya  siyasi  sistemin  ilə  idarə  olunur; 

Müxalifət  partiyası  isə  ya  qadağandır,  ya  da  haki-

miyyətə sistemli şəkildə yol verilmir

 

Oliqarxiya  -  idarəetmənin  bu  formasında  dövlət 



hakimiyyəti azsaylı varlı insanların əlində cəmləşir; 

 



Oxlokratiya - idarəetmənin bu formasında dövlət 

hakimiyyəti qara caamat tərəfindən həyata keçirilir

 

Politiya  -  “Çoxluğun hakimiyyəti”; 



 

Plutokratiya  -  idarəetmənin  bu  formasında  dövlət 



hakimiyyəti  varlı  insanlar  tərəfindən  həyata 

keçirilir; 

 

Respublika  -  idarəetmənin  bu  formasında  dövlət 



hakimiyyəti xalq tərəfindən həyata keçirilir; 


Yüklə 2,66 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   146




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə