Kulturologiya –mədəniyyət nəzəriyyəsindən daha geniş bir elm sahəsidir ki; hazırda bu elmin başqa sosial- numanitor ellərin heç birinə bənzəməyən fuksyiyaları və nəzəriyyəsi mövcuddur



Yüklə 2,66 Mb.
Pdf görüntüsü
səhifə15/146
tarix08.09.2018
ölçüsü2,66 Mb.
#67188
növüDərs
1   ...   11   12   13   14   15   16   17   18   ...   146

48 


 

Teokratiya - idarəetmənin bu formasında dövlət ha-



kimiyyəti  dini  strukturlar  tərəfindən  həyata  keçi-

rilir; 


 

Tellurokratiya  -  “Torpaq  vasitəsilə  hakimiyyət”  və 



ya “quru hökmranlığı” deməkdir; 

 



Texnokratiya - "Ustaların hakimiyyəti"; 

 



Tiraniya - idarəetmənin bu formasında dövlət haki-

miyyəti bir şəxsin, yəni tiranın  əlində cəmləşir

 

Xunta  -  hakimiyyətə  güc  və  zor  tətbiq  edərək  əl 



qoyan hərbi və ya siyasi qrupun əlində cəmləşir

 



Stratokrasiya  -  "Ordu  hakimiyyəti"  deməkdir,  əs-

gərlərin  liderlik  mövqeyində  olduğu  bir  idarəetmə 

formasıdır. 

Yuxarıdakı  qeydlərdən  də  göründüyü  kimi,    idarə-

etmə formaları olduqca müxtəlif olmuş və mövcud cəmiy-

yətlərdə özünəməxsusluğu ilə seçilmişdir.  

18  oktyabr  1991-ci  ildə  ikinci  dəfə  müstəqilliyini 

əldə edən ölkəmizin idarəetmə formaları Azərbaycan Res-

publikasının  Konstitusiyasında  öz  əksini  tapmışdır.  Qeyd 

edək ki, dünyəvi, unitar və hüquqi dövlət olan Azərbaycan 

Respublikasında  prezidentllik idarəetmə forması  mövcud-

dur və müstəqil, suveren dövlətimizin başçısı Azərbaycan 

Respublikasının Prezidentidir.  

Qeyd  etmək  lazımdır  ki,  hazırda  ölkə  Prezidenti  İl-

ham  Əliyev  istehsal  infrastrukturları    ilə  yanaşı,  qeyri-is-

tehsal  sahələrinin  də  sürətlə  inkişaf  etdirilməsinə  xüsusi 

önəm verir. Qeyri-istehsal sahələri bu gün ölkəmizdə daha 

geniş  müstəvidə    inkişaf  etməkdədir.  İdarəetmədə  yeni 

metod və üsullar tətbiq olunur. Bu prosesdə turizm infras-

trukturu aparıcı yerlərdən birini tutur.  




49 


Müasir dövrdə sosial-iqtisadi inkişafın idarə olunma-

sında  və  ictimai  əlaqələrin  qurulmasında  turizm  sektoru 

önəmli  rola  malik  olmaqla  bərabər,  həm  də  cəmiyyətdə 

mühüm sosial funksiyaları yerinə yetirir. Təbii ki, turistlə-

rin  maarifləndirilməsinin  bir  əhəmiyyəti  də,  ilk  növbədə 

turist  ekskursiyalarının  düzgün  və  məzmunlu  təşkilindən 

aslıdır.  Turizmin  təşkili  bu  gün  insanlar  arasında  sağlam 

ünsiyyət yaratmaq vasitəsinə çevrilib. Bu ünsiyyət rəsmiy-

yətdən  uzaq  olan  əyləncəli  əlaqələr  zəminində  baş  verir, 

insanlar  arasında  mədəni  əlaqələri  dostluq,  tanışlıq 

mərhələsinə  gətirib  çıxarır.  Təbii  ki,  ictimai  əlaqələrin 

genişlənməsi  bir  növ  mədəni  ünsiyyətin  özünü  qloballaş-

dırır,  ayrı-ayrı  fərdlər  arasında  dünyəvi  münasibətlər  for-

malaşdırır.  Bu  proses  etnik,  dini  və  milli  zəmində  dünya-

nın müxtəlif yerlərində baş verən separatizmin, beynəlxalq 

terrorizmin qarşısının alınmasına da zəmin yaradır. Turiz-

min  təşkil  olunduğu  yerdən  asılı  olaraq  mədəni-kütləvi 

tədbirlərdə  insanlar  idman  yarışlarından,  poeziya  gecələ-

rindən, özfəaliyyət yaradıcılığından, kino və bədii ədəbiy-

yat vasitələrindən və s. xidmət sahələrindən geniş istifadə 

edirlər.  Mədəni-kütləvi  işin  təşkilində  turistlərin  arzu  və 

istəkləri,maraq  dairəsi  nəzərə  alınır.  İctimai  maraqlar 

asudə  vaxtın  mənalı  keçməsinə,  istirahət  və  əyləncənin 

məzmunlu  xarakter  daşımasına  şərait  yaradır.  Hazırda 

dövlətlərin tursit axınına nail olması yüksək imicin forma-

laşdırılmasına, canlı informasiyanın yaradılmasına xidmət 

edir. Belə ki, ölkələrarası sürətli iqtisadi, sosial və mədəni 

inteqrasiya prosesləri  mədəni turizm sektoruna öz  müsbət 

təsirini göstərməkdədir.  

İctimaiyyətlə  əlaqələr  sahəsində  fəaliyyət,  müxtəlif 

tabeçilikdə olan təşkilatlar (dövlət, bələdiyyə, xüsusi, icti-



50 


mai  təşkilatların)  və  eləcə  də,  xüsusi  şəxslər  tərəfindən 

həyata keçirilir. Bazar iqtisadiyyatı şəraitində ictimaiyyət-

lə  əlaqələrin    təşkili  və  idarə  olunması  məhz  mövcud  fir-

maların  fəaliyyəti  ilə  qarşılıqlı  əlaqələr  müstəvisində 

reallaşır.  İctimaiyyətlə  əlaqələrin  idarə  olunması  özünün 

sosial-mədəni  kontekstindən,  firmaların  sosial-mədəni 

mühitindən  asılılığını  təzahür  etdirməklə  bərabər,  sosial-

mədəni  yeniliyin  texnologiyasının  əlamətlərini  də  özündə 

mənimsəyir.  Bundan  əlavə,  ictimaiyyətlə  əlaqələrin  idarə 

olunmasında üsul və metodlardan səmərəli istifadə edilmə 

başlıca amillərdən biri kimi  dəyərləndirilir. Belə ki, icti-

maiyyətlə  əlaqələrin  idarə  olunması  müxtəlif  sahələrin 

müəssisələri ilə daha sıx əməkdaşlıqda baş verir. Hansı ki, 

bu  cür  əməkdaşlıq  olmasa  himayəçilik,  xeyriyyəçilik  və 

ictimaiyyətlə  əlaqələrin  başqa  formalarının  geniş  inkişafı 

təmin  oluna  bilməz.  İctimaiyyətlə  əlaqələr  sferasının  xid-

mətlərinə həm də bu fəaliyyətə vəsait ayıran və köməklik 

edən donorlara göstərilən xidmətlər də aid edilir.  

İctimaiyyətlə  əlaqələr  sferasında  idarəetmənin  ən 

başlıca cəhətlərindən biri də odur ki, müvafiq sferaya pul 

əsasən  kommersiya  yolu  ilə  yox,  əksinə,  maraqlı  olan  ən 

müxtəlif  sahələrdən,  vəsaitlərin  cəlb  olunması  yolu  ilə 

daxil  olsun.  Bu  səbəbdən  bazar  iqtisadiyyatı  şəraitində 

ictimaiyyətlə  əlaqələrin  o  bizneslə  geniş  miqyasda  əmək-

daşlığı  yarana  bilir.  Qeyri-büdcə  maliyyə  mənbələrinin 

cəlb  olunması,  ictimaiyyətlə  əlaqələr  sahəsinin  maliyyə, 

sənaye,  ticarət  kapitalı,  ictimai  təşkilatlarla  daha  aktiv 

əməkdaşlığı  mədəni-tarixi  irsin  qorunmasının,  yaradıcılıq 

potensialının,  mədəni  həyatın  inkişafının  ən  mühüm 

vasitəsi olur.  

 



Yüklə 2,66 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   146




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə