Kulturologiya –mədəniyyət nəzəriyyəsindən daha geniş bir elm sahəsidir ki; hazırda bu elmin başqa sosial- numanitor ellərin heç birinə bənzəməyən fuksyiyaları və nəzəriyyəsi mövcuddur


Adət və ənənələrin tarixi yaradıcılıq



Yüklə 2,66 Mb.
Pdf görüntüsü
səhifə140/146
tarix08.09.2018
ölçüsü2,66 Mb.
#67188
növüDərs
1   ...   136   137   138   139   140   141   142   143   ...   146

455 


15.4. Adət və ənənələrin tarixi yaradıcılıq 

təcrübəsi və onların nəsildən-nəslə ötürülməsi 

 

Antik  dövrün  kütləvi  xalq  bayramlarında  dini-hissi 

obrazlara  əsaslanmalar  xüsusi  yer  tutmuşdur.  Bu,  onunla 

bağlıdır  ki,  həmin  dövrdə  çoxallahlılıq  geniş  yayılmış  və 

xalq  bu  allahların  hər  biri  haqqında  xüsusi  miflər  yarat-

mışdır. Kütləvi bayramların da  əsas süjet xətti bu  miflər-

dən  götürülmüşdür.  Miflər  icra  olunan  adət-ənənə,  məra-

sim və bayramlara dramatiklik gətirmiş, onların emosional 

mühitini daha da obraz- laşdırmışdır. Hətta dəfn mərasim-

ləri  də  fleytanın  və  həzin  nennilərin,  yəni  ağıların  mü-

şayiəti ilə keçirilmişdir. 

Maraqlıdır ki, qədim daş dövründə  meydana  gəlmiş 

ənənəvı xüsusiyyətlər bütün sonrakı dövrlərdə də bu və ya 

digər formada özünü büruzə verir. Bu da ondan irəli gəlir 

ki, insan heç zaman öz yaratdığını unutmur, onun qayğısı-

na qalaraq yaratdığını yaşatmaq üçün varis yetişdirir. Xü-

susilə,  mənəvi  sərvətlərin  qorunmasında  varislik  prinsipi 

çox böyük rol oynayır. Məsələn, xalqımızın ən qədim abi-

dələrindən olan Qobustan qaya təsvirlərinin çoxu, eramız-

dan  əvvəlki  tarixlərə  aiddir.  Burada  kütləvi  səhnəcikləri 

andıran  çoxlu  şəkillər  vardır.  Şəkillərdən  görünür  ki,  qə-

dim  qobustanlılar  öz  ayin  və  mərasimlərində  musiqidən, 

rəqsdən və teatr maskalardan geniş istifadə etmişlər. Alim-

lərin  “Yallı”  adlandırdıqları  rəqs  edən  insan  fiqurlarında 

quyruqlar da həkk olunmuş və bu fakt bir daha sübut edir 

ki,  dini  mərasimi  icra  edən  insanlar  heyvan  dərisinə 

bürünmüş və xüsusi teatr maskalardan istifadə etmişlər. 

İnsan ictimai varlıq kimi öz fəaliyyətini təkmilləşdir-

dikcə,  vərdişlər,  adətlər  və  ənənələr  də  təşəkkül  taparaq 



456 


formalaşır.  Məhz  buna  görə  də,  adət  və  ənənələr  ictimai 

həyatın bütün sahələrini əhatə etmiş, bu və ya digər forma-

larda  mənəvi  davranış  normalarına  çevrilmişdir.  Onlar 

təkcə  mənəvi  cəhətlərin  təzahürü  olmamış,  cəmiyyətin 

sosial-mənəvi  və  mədəni  tərəqqisinin  mühüm  göstəricilə-

rindən biri kimi nəzərə çarpmışdır. Öz adət və ənənələrinə 

görə  xalqlar,  millətlər  bir-birindən  qismən  də  olsa  seçilib 

fərqlənmişlər.  Adət  və  ənənələrdəki  varislik  xüsusiyyəti 

hər  bir  millətin  və  xalqın  keçmiş  mədəni  irsinin  əbədi 

qoruyucusuna çevrilmiş, onların həyatdan və yaddaşlardan 

silinməsinin qismən də olsa, qarşısını ala bilmişdir. 

Danılmaz  həqiqətdir  ki,  xalqımızın  əsrlərdən  bəri 

qoruyub mühafizə etdiyi bir sıra adət və ənənələr, müxtəlif 

bayram  və  mərasimlər  olmasaydı,  qədim  el  nəğmə-  ləri-

miz və başqa mədəni sərvətlərimiz də indiyə kimi qorunub 

saxlanılmazdı. 

Milli adət və ənənələrdə mövcud olan varislik xüsu-

siyyəti  bütün  yad  quruluşların  təzyiqlərinə  də  davam  gə-

tirə  bilmişdir.  Xüsusilə,  sovet  imperiyası  dövründə  milli 

və dini adət-ənənələr, mərasim və bayramlar kəskin qada-

ğalara  məruz  qalmışlar.  Lakin  ənənəvilik,  milli  dəyərlər-

dəki  varislik  xüsusiyyətləri    mənəvi-əxlaqi    dəyərini  itir-

məmiş,  bunun  da  nəticəsində  Azərbaycanı  milli-mədəni 

kökündən ayrı salmaq mümkün olmamışdır. 

Adət  və  ənənələrin  əsrlər  boyu  yaşama  səbəblərini 

qismən  də  olsa  aydınlaşdırmaq  cəhdində  bulunan  Telman 

Haqverdiyev  yazmışdır:  “Adət  və  ənənələr  insanların  kə-

dər  anının  təsəllisi,  sevincinin  isə  carçısı  olmuş,  xalqın 

mənəvi təbliğat tribunasına çevrilmişdir. Bu tribuna  əksər 

hallarda  hamını  özünə  tabe  edir,  hətta  mərasim  anlarının 

bəzi  məqamlarının  mahiyyətini  başa  düşməyənlər  də 



457 


ətrafdakıların  hərəkətlərini  kor-koranə  də  olsa,  təkrar 

edirlər.  Məsələn,  dəfn  mərasimlərində  Qurandan  parçalar 

oxunduqca molla “fatihə” deyərək əlini üzünə çəkib sala-

vat çevirir. Salavatın mahiyyətini başa düşməyən bır çox-

ları da istər-istəməz onun hərəkətlərini təkrar edirlər”. 

Adət  və  ənənələri  şərti  olaraq  üç  müxtəlif  qruplara 

bölmək olar. Onlardan birincisi, cəmiyyətin özünün sosial 

tarixi,  vətənpərvərlik  ənənələri  ilə  bağlıdır.  Buraya  rəsmi 

dövlət  bayramları,  tarixi  bayramlar,  xatirə  günləri,  gör-

kəmli  şəxsiyyətlərin  ad  günləri  və  s.  daxildir.  Burada 

adamların  kütləvi  iştirakı  əsasən  təşkil  olunmuş  şəkildə 

baş verir. Belə ənənəvi günlərin təşkilatçıları dövlət orqan-

ları tərəfindən müəyyən- ləşdirilir. Bu işi bayram və məra-

simlərə  ən  çox  hakimiyyəti  təmsil  edənlər,  ictimai-siyasi 

birliklər,  müxtəlif  dövlət  müəssisələrinin  nümayəndələri 

dəvət edilir. Mahiyyətcə rəsmi olduğuna görə, bu bayram-

lar  daha  geniş  şəkildə  kütləviləşə  bilməmişdir.  Tarixi 

faktlar  sübut  edir  ki,  rəsmi  olan  hər  bir  bayramın  ömrü 

mövcud  ictimai-siyasi  quruluşun  ömrünə  bərabərdir.  La-

kin  həmin  rəsmi  bayram  hadisələrini  də  kütləviləşdirmək 

üçün bədii ifadə vasitələrindən geniş istifadə olunur.   

İkinci qrup, istehsal ənənələri, adətləri, ayın və məra-

simləri,  əmək  bayramlarıdır.  Bu  bayramlar  xalqın  əməklə 

bağlı nailiyyətlərini, tarixi ənənələrini əks etdirdiyinə görə 

yaşamaq  hüququnu  əbədiləşdirmişdir.  Bu  bayram  və  mə-

rasimlər  qrupu  həmişə  xalqın  əmək  fəaliyyəti  prosesini 

tərənnüm etmiş,  mənəvi dəyərlər toplusu kimi qəbul edil-

mişdir.  Onların  hər  birində  bədii-estetik  duyumun,  milli 

xüsusiyyətlərin hissi cəhətləri, incəsənət baxımından anla-

şılan  yaradıcılıq  nümunələri  mövcuddur.  Xüsusilə,  əmək 

bayramlarına  xas  olan  çoxlu  mahnılar,  tamaşalar,  məz-



Yüklə 2,66 Mb.

Dostları ilə paylaş:
1   ...   136   137   138   139   140   141   142   143   ...   146




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə