Kulturologiya –mədəniyyət nəzəriyyəsindən daha geniş bir elm sahəsidir ki; hazırda bu elmin başqa sosial- numanitor ellərin heç birinə bənzəməyən fuksyiyaları və nəzəriyyəsi mövcuddur



Yüklə 2,66 Mb.
Pdf görüntüsü
səhifə139/146
tarix08.09.2018
ölçüsü2,66 Mb.
#67188
növüDərs
1   ...   135   136   137   138   139   140   141   142   ...   146

452 


Qeyd  etmək  lazımdır  ki,  adət  və  ənənələrin  bədii-

estetik idealından bəhrələnmək dərəcəsi də müxtəlif insan 

qruplarında  çox  fərqlidir.  Digər  tərəfdən  milli  xarakterin 

müxtəlifliyi  də  bədii  emosional  bəhrələnmənin  dərəcəsin-

də nəzərə çarpacaq fərq əmələ gətirir. Elə millətlər var ki, 

öz  milli  bayramlarında  daha  fəal  olur,  kütləvi  şənliklərin 

daha  real  iştirakçılarına  çevrilirlər. Bununla  əlaqədar  ola-

raq  F.  Engelsin  yazdığı  kimi  “İngilis  milli  xarakteri  həm 

alman,  həm  də  fransız  milli  xarakterindən  əsaslı  surətdə 

fərqlənir”. 

Məhz milli xarakterlərin fərqli olması adət və ənənə-

lərin  icrası  prosesində  də  özünü  büruzə  verir.  Xüsusilə, 

milli xalq bayramlarındakı iştirakına görə azərbaycanlı ilə 

alman, yaxud özbəklə latış arasında çox böyük fərqlər var-

dır. Alman və latışlarda kütləvi bayramın real iştirakçısına 

çevrilmək  təşəbbüsü  daha  qabarıq  şəkildə  özünü  büruzə 

verir. Azərbaycanlı ilə özbək isə qismən passiv və fəaliy-

yətsizdirlər. Görünür, milli xarakterə dini mənsubiyyət də 

təsir göstərir və insanların adət və ənənə münasibətlərində 

nəzərə  çarpacaq  dərəcədə  fərqlər  yaradır.  İslam  dininin 

əyləncəyə  və  musiqiyə  münasibəti də  tarixən xristian eti-

qadlı  xalqlarla  islam  etiqadlı  xalqlar  arasında  adət-ənənə 

fərqləri yaratmışdır.  

Əsasən  islamın  cəmiyyət  daxilində  qadın  fəaliyyəti-

nə  qoyduğu  bir  çox  qadağalar  onların  kütləvi  bayram  və 

mərasimlərdəki  fəaliyyətlərini  məhdudlaşdırmışdır.  Qa-

dınların  kişilərlə  bərabər  kütləvi  el  bayramlarında  işti-

rakında  kifayət  qədər  məhdudiyyət  yaratmışdır.  Bu  da 

nəticə etibarı ilə  müsəlman etiqadına inanan  qadınlar  ara-

sında qismən də olsa, məişət qapalılığı əmələ gətirmişdir. 

Onların  adət  və  ənənələrin  estetik  dəyərlərindən  istifadə 



453 


etmək  imkanlarını  məhdudlaşdırmışdır.Tarixi  təcrübə 

sübut  edir  ki,  yalnız  xalqın  mənəvi  tələbatından  doğan, 

onun  ruhuna,  təbiətinə,  zövqünə  qida  verən  adət  və 

ənənələr  məişətə  daxil  olub  vətəndaşlıq  hüququ  qazana 

bilirlər.  Bunu  hazırda  keçirilən  müxtəlif  bayramların 

timsalında görmək olar. 

İncəsənət  daima  çoxvəzifəli,  çoxfunksiyalı  estetik 

təsir vasitəsi olmuşdur. Xalqın adət və ənənələrini, bayram 

və  mərasimlərini  incəsənət  nümunələrindən  ayrı  təsəvür 

etmək  mümkün  deyildir.  Folklor  nümunələrinin  tədqiqi 

göstərir  ki,  hələ  qədim  dövrdən  başlayaraq  şifahi  xalq 

yaradıcılığının  ayrı-ayrı  formaları  da  konkret  məna  kəsb 

etmiş, təcrübə və bəhrələnmə baxımından müxtəlif sosial-

iqtisadi  funksiyaları  yerinə  yetirmişdir.  Bir  çox  əmək 

nəğmələri, “holavarlar” da bunu sübut edir. Lakin bir daha 

qeyd  etmək  lazımdır  ki,  bütün  el  nəğmələri  və  hətta 

“holavarlar”  da  ilk  növbədə  adət  və  ənənələr,  bayram  və 

mərasimlər  prosesində  kütləvi  olaraq  sınaqdan  çıxmış  və 

ictimai-estetik şüura daxil olmuşlar. 

Maraqlıdır ki, adət və ənənələrdə həmişə həyatın gö-

zəl,  ideal,  ümidverici  tərəfləri  təcəssümləşdirilir.  Hətta 

dövri  mərasimlərdə  də  təsəlliverici  ağılara,  insani  gözəl-

likləri  təsvir  edən  bədii  materiallara  üstünlük  verilir.  Bu 

ənənə bədii sənət- karlığın bütün tərəflərində özünü büru-

zə  vermişdir.  Görkəmli  alman  filosofu,  estetik  və  drama-

turqu Q.E.Lessinq “Laokoon, yaxud rəssamlıq və poeziya-

nın sərhədləri” adlı məşhur əsərində  yazırdı ki, yunan sə-

nətkarları  gözəllikdən  savayı  heç  nəyi  təsvir  etmirdilər. 

Hətta  adi  aşağı  səviyyəli  gözəllik  onların  nəzərində  sırf 

təsadüfi mövzu, mübahisə və əyləncə amili, predmeti idi. 




454 


Bütün  bunlara  əsaslanaraq  deyə  bilərik  ki,  ənənəvi-

çilik  mədəniyyət,  incəsənət  və  təfəkkürdə  xüsusi  yer 

tutduğuna görə milli mentalitetin formalaşmasına da güclü 

təsir  göstərir.  Bu  əsasda  isə  əsrlər  boyu  davam  edən  ənə-

nəvi  xüsusiyyətlər  xalqın  mədəniyyətini  və  psixologi-

yasını təşkil edir. 

Mədəniyyətin  milli  mentaliteti  dedikdə  elə  dərin 

strukturlar  nəzərdə  tutulur  ki,  həmin  struktur  uzun  dövr 

ərzində  xalqın  etnik,  yaxud  da  milli  xüsusiyyətlərini 

müəyyən edir”. Deməli, etnik və milli xüsusiyyətlər əbədi 

olaraq yaşayır və xalqın mentaliteti haqqında bütün dövr-

lərdə fıkir söyləmək imkanı verir. Mədəniyyətdəki ənənə-

viliyin  və  milli  mentalitet  xüsusiyyətlərinin  təhlili  prose-

sində bir çox ifratçı nəzəri baxışlara malik olan cərəyanlar 

ilə  daima  konfliktdə  olan  “avrosentrizmlə”  “şərqsentriz-

mi” misal göstərmək olar.  

Qərb və şərq mədəniyyətlərinə münasibət məsələsin-

də  bunlar  bir-birinin  fıkirlərini  inkar  edirlər.  Biri  Avropa 

mədəniyyətinə  üstünlük  verirsə,  digəri  həmin  mədəniyyə-

tin  şərq  mədəniyyətindən  bəhrələndiyini  deyir.  Üçüncü  − 

qismən barışdırıcı cərəyan olan “sinkretizm” isə bütün bə-

şəriyyət  üçün  bir  mədəniyyətin  mövcudluğunu  təsdiqlə-

məyə çalışır. Məsələn, həmin cərəyanın tərəfdarı olan hind 

filosofu  P.R.  Damlen  yazmışdır:  “Bütün  bəşəriyyət  üçün 

bir mədəniyyət və bir dünyagörüşü vardır”.

119


 

 

 

 

                                                 

119

İlqar  Hüseynov,Tural  Əfəndiyev  Kulturologiya  tarixi.  Bakı,  Mars-Print, 



2012. Səh. 97 


Yüklə 2,66 Mb.

Dostları ilə paylaş:
1   ...   135   136   137   138   139   140   141   142   ...   146




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə