Kulturologiya –mədəniyyət nəzəriyyəsindən daha geniş bir elm sahəsidir ki; hazırda bu elmin başqa sosial- numanitor ellərin heç birinə bənzəməyən fuksyiyaları və nəzəriyyəsi mövcuddur



Yüklə 2,66 Mb.
Pdf görüntüsü
səhifə138/146
tarix08.09.2018
ölçüsü2,66 Mb.
#67188
növüDərs
1   ...   134   135   136   137   138   139   140   141   ...   146

449 


almış  və  hamını  öz  qanunlarına  tabe  etmək,  itaət  etmək 

gücü  olan  adət  və  ənənələri,  mərasim  və  bayramları  qis-

mən də olsa, arxa plana atmışlar. Əslində isə dinlə incəsə-

nət adət və ənənələrin tələblərinə uyğun şəkildə bir-biri ilə 

qovuşmuşlar. Bu fıkri qismən də olsa, alman alimi Herbert 

Kün də təsdiq etmişdir. O, demişdir: “Təsviri sənət həmişə 

ayinlə bağlı olmuşdur. Təkcə buz dövründə yox, sonralar, 

mezolit, neolit, bürünc dövründə, nəhayət orta əsrərdə, elə 

bu günün özünə qədər də bu belədir”.

118


 

Mərasim  özünəməxsus  milli-psixoloji  amillərə  söy-

kəndiyinə  görə  xüsusi  dəyişməz  qanunlarla  idarə  olunur. 

Bu  mərhələ  həm  də  adət  və  ənənənin  qanun  şəklinə  düş-

müş ən emosional təsir anıdır. Qanuniləşmiş bu emosional 

vəziyyətə  müdaxilə  etmək  və  ya  ona  qarşı  çıxmaq  çox 

çətindir.  Əks-halda  mərasim  qaydasını  bilə-bilə  pozan 

adam  başqa  iştirakçıların  irad  və  təzyiqləri  ilə  üzləşməli 

olurlar. Burada varislik prinsipini pozmaq o qədər də asan 

deyildir. Elə buna görə də xalqın dini və milli mərasimlə-

rinin icrasını 70 illik bir dövrü   əhatə edən  mürtəce kom-

munist  rejimi  də  dayandıra  bilməmişdir.  Xalq  öz  varislik 

funksiyasını  ləyaqətlə  yerinə  yetirərək  əcdadların  yarat-

dıqları bütün mənəvi əxlaqi sərvətləri, xüsusilə, dini-bədii 

dəyərləri  qoruyub  saxlaya  bilmişdir.  Bu  cəhət  əsasən 

onunla bağlıdır ki, adət və ənənələr, mərasim və bayramlar 

hakim  zümrələr  tərəfındən  zorla  həyat  tərzinə  daxil  edil-

mədikdə, zəhmətkeş xalqın özünəməxsus olan xüsusiyyət-

lərini  əks  etdirdikdə,  əbədi  olaraq  yaşaya  bilirlər.  Xalqın 

öz ruhunu əks etdirən hər bir vərdiş və davranış normala-

                                                 

118


İlqar Hüseynov,Tural Əfəndiyev. Kulturologiya tarixi. Bakı, Mars-Print, 

2012. Səh.82 




450 


rına  qarşı  varislik  hissi  çox  güclü  olur.  Elə  buna  görə  də 

xalqın  milli,  tarixi  ənənələri  müxtəlif  siyasi  quruluşların 

təzyiqinə məruz qalsa da, qiymətli mənəvi əxlaqi dəyərlər 

kimi  yaşaya  bilmişlər.  Məsələn,  tədqiqatçı  alimlərin  fık-

rincə, Novruz bayramı eramızdan doqquz əsr əvvəl yaran-

mışdır. Lakin odun hələ ibtidai insanlar tərəfındən müqəd-

dəsləşdirildiyini  nəzərə  alsaq,  Novruz  ənənələri  bütün 

ictimai  formasiyaları  və  siyasi-iqtisadi  quruluşları  yaşa-

mışdır.  Novruz  insanlara  xas  olan  bütün  etik,  estetik  və 

başqa mənəvi cəhətləri əks etdirdiyindən heç vaxt köhnəl-

məmiş, əksinə olaraq onu yaşadan xalqların həyatında dai-

ma  təzələnmə,  yeniləşmə  əmələ  gətirmişdir.  Bütün  il  ər-

zində  ağır  zəhmətlə  məşğul  olan  insanlar  mənən  dincəl-

mək  üçün  Novruz  şənlikləri  günlərini  səbirsizliklə,  yeni 

arzuların bu bayram günlərində reallaşacağı ümidi ilə göz-

ləmişlər.  Hər  ilin  bayram  şənliyi  yeni  bədii  ifaçılıq  və 

yaradıcılıq meyarına çevrilmişdir. 

Əhali  arasında  yaranan  və  getdikcə  genişlənən,  in-

sanların arzu və istəyini əks etdirən, hansı formada olursa-

olsun, onların mənəvi ehtiyacını ödəyən adət və ənənələr, 

bayram və mərasimlər ictimai quruluşun iqtisadi mühitin-

dən  asılı  olmayaraq  yaşamış,  əhalinin  kasıb  təbəqəsinin 

iştirakına  da  təminat  yaratmışdır.  Bunlara  Qurban,  Oruc-

luq, Novruz  bayramlarını, toy  mərasimlərini  və  s. el şən-

liklərini misal göstərmək olar. İmkanı olan adamın kəsdiyi 

qurban  acların  da  qarnını  doydurur,  Novruz  bayramında 

mövcud  olan  pay  yığmaq  və  vermək  ənənəsi  sosial-iqti-

sadi gərginliyi qismən də olsa azaldır. E1 şənliklərində də 

bu  cəhət  üstünlük  təşkil  edir.  Çünki  bu  təyinatların  föv-

qündə  də  müqəddəslərə,  fövqəltəbii  qüvvəyə  inam,  Alla-

hın iradəsinə tabe olub xeyilri işlər görmək istəyi dayanır. 



451 


Bu istək adət və ənənələrdə əbədi olaraq qanunauyğun hal 

almişdir.  Bəzən  qanunlara  əməl  etməyən  adamlar  hətta 

qarğışlarla da qarşılaşmışlar.  

Qurban bayramında isə ən azı yeddi imkansız ailəyə 

pay  vermək  prinsipi  üstünlük  təşkil  edir.  Milli  bayram  və 

mərasimlərimizdə  mövcud  olan  pay  vermək,  ehsan  ver-

mək xüsusiyyətləri cəmiyyətdaxili ziddiyyətləri qismən də 

olsa  nizamlamaq,  xeyirxahlıq  etməklə  Allahın  nəzərində 

yüksəlmək və s. kimi mahiyyət kəsb edir. 

Adət-ənənənin  yaradıcısı  xalqdır.  Tədqiqatçı  F.Xəli-

lovanın təbirincə desək, “Adət və ənənələrin mühüm xüsu-

siyyətlərindən  biri  də  budur  ki,  onların  davam  etdirilməsi 

və tənzim olunması, ictimai rəydən asılıdır. İctımai rəy ol-

madan heç bir adət inkişaf edib yayıla bilməz, ənənə hök-

mündə ciddi bir ictimai qüvvəyə çevrilə bilməz. Yalnız və 

yalnız ictimai rəy  tərəfindən qorunan  və  müdafiə  olunan, 

ondan  qol-qanad  və  yardım  alan  adətlər,  ənənələr  cəmiy-

yətin  ictimai-estetik  idealı  ilə  qaynayıb  qarışa  bilir, 

mənəvi tərbiyənin qüdrətli silahına çevrilir”. 

Adət  və  ənənələrin  cəmiyyətin  ictimai-estetik  idea-

lına çevrilməsi insanların mənəvi təsir dairəsini də geniş-

ləndirir.  İnsanlar  yalnız  öz  iradələrindən  və  istəklərindən 

asılı olaraq kütləvi bayram və mərasimlərin real iştirakçı-

sına  çevrilirlər.  Onlar  kənar  təsirlərə  məruz  qalmadan 

könüllü şəkildə adət və mərasimin ona təqdim etdiyi este-

tik  idealı  könüllü  şəkildə  qəbul  edir  və  onun  bütün 

şərtlərinə əməl etməyə çalışır. Hakimiyyət tərəfindən zorla 

qəbul  etdirilmiş  estetik  idealın  isə  könülsüz  icraçılarına 

çevrilirlər,  onların  real  iştirakçısı  yox,  proqnozlaşdırılmış 

cansız fiqurları olurlar. 




Yüklə 2,66 Mb.

Dostları ilə paylaş:
1   ...   134   135   136   137   138   139   140   141   ...   146




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə