Kulturologiya –mədəniyyət nəzəriyyəsindən daha geniş bir elm sahəsidir ki; hazırda bu elmin başqa sosial- numanitor ellərin heç birinə bənzəməyən fuksyiyaları və nəzəriyyəsi mövcuddur



Yüklə 2,66 Mb.
Pdf görüntüsü
səhifə136/146
tarix08.09.2018
ölçüsü2,66 Mb.
#67188
növüDərs
1   ...   132   133   134   135   136   137   138   139   ...   146

443 


mədəniyyətinə  olan  münasibətlər  də  formalaşdı.  Təbiətin 

rəngarəngliyi  insanların  musiqi  duyğusuna  da  dinamik 

təsir  etdi.  İnsanın  bədii  təfəkkürü  iç  dünyasından  süzüb 

gələn  musiqi  ahənginin  müxtəlif  səslərini  yaratdı,  həmin 

ahənglərlə  yaşamaq  meyli  gücləndi.  Dərdini,  naləsini, 

sevincini,  qəmini  musiqi  dünyasında  ədəbiləşdirmək 

marağı zaman-zaman artdı. Elə buna görə də müxtəlif mu-

siqi alətləri meydana gəldi. İnsanın geyimi, məişəti, həyat 

tərzi dəyişdikcə həmin alətlər də təkamül etdi, bəşəriyyətə 

məxsus olan daha böyük hiss və həyəcanları da bu musiqi 

alətlərində  ifadə  etmək  imkanı  yarandı.  Musiqi  alətləri 

təkmilləşdikcə ahəng və mahnıların da rəngarəng formala-

rı  meydana  gəldi.  Təbii  ki,  bu  prosesdə  milli-psixoloji 

xüsusiyyətlər  də  əməli  rol  oynadı.  Dini  inancların  xarak-

teri  də  musiqinin  milli  ahənginə  təsir  göstərdi.  Xristian 

dünyasının  musiqi  ahəngi  ilə  islam  dünyasının  musiqi 

ahəngi  arasında  fərqli  cəhətlər  meydana  gəldi.  İncəsənətə 

dini  qadağalar  qoyulduğundan  islam  dünyasında  mərsiyə 

xarakterli  solo-mahnılar,  dərviş  mahnıları  spesifik  xüsu-

siyyət  kəsb  etdi.  Uzun  əsrlər  boyu  məhz  həmin  səbəblərə 

görə Azərbaycan  musiqi sənəti  də islam dini ənənələrinin 

təsirindən xilas ola bilməmişdir.  

Dini ənənələr ahəngin və ahəngə uyğun səsin, sözün 

inkişafında  xüsusi  rol  oynamışdır.  Burada  ənənəviliyin, 

adət  və  ənənələrdən  qaynaqlanmanın  əhəmiyyətini  xüsusi 

olaraq qeyd etmək lazımdır. İnsan səslərinin musiqi ahən-

ginə  çevrilməsi  adət  və  mərasimlərdə  daha  çox  üstünlük 

təşkil etmiş, adət və ənənələrin bədii-emosional mühitində 

səslər  musiqi  ahənginə  çevrilmişlər.  Səslər  mərasimdən 

mərasimə  təkrarlandıqca  onların  ritmləri  də  xüsusi  çalar-

larla inkişaf etmişdir. 



444 


 Lakin  unutmaq  olmaz  ki,  ayrı-ayrı  sözlər  əksər 

hallarda səslər kimi hələ heç bir mahiyyət ifadə etmədiyin-

dən insanları təsirləndirə bilməmişdir. Amma bədii obraz-

ların  dili  ilə  söylənəndə  həmin  sözlər  emosional-ifadəli 

mahiyyət  kəsb  edir.  Adət  və  mərasimlərdə,  bayramlarda 

ifadə  olunan  sözlər  isə  bütün  tarix  boyu  xalq  yaradıcılığı 

qaynaqlarından  bəhrələnmiş  və  emosional  ifadəli  olmuş-

lar.  Hər  bir  bayatının,  ağının  konkret  bədii  obrazı  vardır. 

Sözün  ritmik  və  obrazlı  şəkildə  ifadə  olunması  musiqi 

ahəngi  yaradır. Adət və ənənələr zamanı söz, xüsusi milli 

mərasim çərçivəsində intonasiyalı ifadə olunur. Bildiyimiz 

kimi, musiqidə ən əvvəl yaranan onun dilidir. Lakin musi-

qi  dili  melodiya,  intonasiya,  ritm,  lad,  harmoniya,  polifo-

niya, tembr və s. anlayışlardan ayrı mümkün deyildir. Hər 

bir xalqın və millətin özünə məxsus musiqi dili, melodiya 

−  intonasiya  xüsusiyyətləri  vardır.  Onlar  ənənəvi  olaraq 

çoxəsrlik  inkişaf  tarixi  keçmiş,  kənar  milli  elementlərdən 

də  bəhrələnmişlər.  Xalqlar  arasında  milli  əlaqələr  geniş-

ləndikcə adət və ənənələrdə, onun bədii ifadə vasitələrində 

oxşar  meyllər,  əlaqəli  cəhətlər  meydana  gəlmişdir.  Buna 

baxmayaraq  hər  bir  özünəməxsus  melodiya    intonasiya 

xüsusiyyətlərini, milli özünəməxsusluğu, fərdiliyi qoruyub 

saxlaya  bilmişdir.  Məhz  bu  spesifik  xüsusiyyətə  görə 

musiqinin uzun əsrlər boyu dərin milli psixoloji kökə ma-

lik olması hər bir xalqın müəyyən lad, metroritmik, melo-

diya,  intonasiya  və  s.  kimi  milli  xüsusiyyətlərdən  kənara 

çıxa bilməməsinə səbəb olmuşdur. 

Belə  bir  nəticəyə  gəlmək  olar  ki,  insanın  fizioloji 

varlığı yaratdığı və yaşadığı mənəvi aləmin özündə də kö-

kə  bağlılıq,  ənənəyə  sadiqlik  xüsusiyyətlətini  formalaş-

dırır. Bəşəriyyət nə qədər təkamül etsə də, mənəvi kökdən 



445 


tam şəkildə ayrılmaq mümkün deyildir. Mənəviyyatda baş 

verən  modernləşmə  prosesi  isə  forma  və  məzmunu  zən-

ginləşdirən,  bədii  təfəkkürü  müasir  quruluşa,  davranış 

normalarına  uyğunlaşdıran  başlıca  amillərdən  biri  kimi 

dəyərləndirilməlidir. Yəni modernləşmə ənənəvi olanı heç 

zaman  kökündən  silib  ata  bilmir,  əksinə  nə  qədər  inkişaf 

və yeniləşmə baş versə də, köklə bağlı əlamətlər mənəviy-

yatın  bütün  tərəflərində  istər-istəməz  özünü  büruzə  verir. 

Elə  buna  görə  də  peşəkar  incəsənətin  bütün  növlərində 

xalq yaradıcılığının əlamətlərini görmək mümkündür. 

Bir həqiqəti bilmək lazımdır ki, lap qədim zamanlar-

dan  insanların  adət,  ənənə,  mərasim  incəsənəti  yaranmış-

dır. Totemlərin, şamanların mərasimlər zamanı öz bədən-

lərini müxtəlif rənglərlə bəzəməsini, xüsusi mərasim rəqs-

lərini  və  mahnılarını  ifa  etmələrini  buna  misal  gostərmək 

olar. Hətta dəfn mərasimlərində də özünəməxsus incəsənət 

xüsusiyyətləri  yaranmış  və  bu  xüsusıyyət  indi  də  davam 

etməkdədir. Qobustan  ərazisində aparılan arxeoloji qazın-

tılar zamanı neolit dövrünün qəbirlərindən üzərində müx-

təlif  canlıların  şəkilləri  çəkilmiş  daşlar  aşkar  edilmişdir. 

Buradakı  Böyükdaş  dağı  ətəyindəki  qəbirlərin  birinin  baş 

daşı  insan  heykəli  formasına  bənzəyir.  Qədim  insanlar 

dəfn  olunmanın  xarakterik  cəhətlərini  bu  heykəldə  əks 

etdirməyə cəhd etmişlər.  

Qobustan  ərazisində  orta  əsrlərə  aid  olan  qəbir 

daşları  da  aşkar  edilmişdir.  Bu qəbir daşları  üzərində  ov 

səhnəcikləri,  müxtəlif bədii  yazı ornamentləri təsvir olun-

muşdur. Qəbirüstü təsvirlər oyma üsulu ilə icra edilmişdir. 

Lakin əsası XVI əsrin ikinci yarısında qoyulmuş Umbakı, 

adlanan  yerdəki  qəbiristanlıqda  daşlar  üzərinə  çəkilən 

şəkillərin  forma  və  məzmunu  yeniləşmişdir.  Burada  xü-



Yüklə 2,66 Mb.

Dostları ilə paylaş:
1   ...   132   133   134   135   136   137   138   139   ...   146




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə