Kulturologiya –mədəniyyət nəzəriyyəsindən daha geniş bir elm sahəsidir ki; hazırda bu elmin başqa sosial- numanitor ellərin heç birinə bənzəməyən fuksyiyaları və nəzəriyyəsi mövcuddur



Yüklə 2,66 Mb.
Pdf görüntüsü
səhifə143/146
tarix08.09.2018
ölçüsü2,66 Mb.
#67188
növüDərs
1   ...   138   139   140   141   142   143   144   145   146

464 


Lakin  G.V.  Plexanov  eyni  zamanda  incəsənətin  bu 

və  ya  digər  formalarının  əmək  prosesində  yarandığını  da 

deyirdi. Onun fikrincə, rəqs və mahnı ibtidai insanın əmək 

prosesində  yaranır  və  onu  müşayiət  edir.  G.V.  Plexanov 

yazırdı ki, “ibtidai xalqlarda həmişə iş vaxtı bir hava oxu-

nur. Melodiya burada ikinci dərəcəli bir şeydir, mətn həm-

çinin. Ən başlıcası ritmdir. Mahnının ritmi eynilə işin rit-

mini  təkrar  edir.  Musiqi  də  öz  mənbəyi  etibarı  ilə  əməyə 

borcludur”. 

Buradan belə nəticə çıxır ki, əmək fəaliyyəti ilə bəra-

bər ona uygun gələn incəsənət növü də yaranır. Doğrudan 

da, insan əmək fəaliyyəti prosesində gördüyü işin xarakte-

rinə  uyğun  olaraq  mahnı  oxuya  bilər.  Əgər  söhbət  ibtidai 

ovçuların  əmək  fəaliyyətindən  gedirsə,  günlərlə  pusquda 

dayanıb ov gözləyən ovçunun mahnı oxuması və ya həmin 

prosesdə rəqs etməsi ağlabatan deyil. Ovçunu ritmik hərə-

kətlər etməyə, ovsun  mahnıları oxumağa vadar edən ilkin 

istək,  onun  fövqəltəbii  inamından  irəli  gəlir.  Fövqəltəbii 

inam əmək prosesində bəhrələnmək marağından doğsa da, 

xüsusi halda, ənənə və mərasim şəklində icra olunmuşdur. 

İspaniyanın  Altamira  mağarasında,  Fransanın  Mon 

de Qom mağarasında, Qobustan qayalarında və s. yerlərdə 

aşkar olunmuş qədim təsvirlər və dünyanın başqa yerlərin-

dəki  ibtidai  rəsmlər  üzərində  aparılan  tədqiqatlar  sübut 

edir ki, ac qalmaq qorxusu insanları fövqəltəbii olaraq dü-

şünməyə və hərəkətlər etməyə məcbur etmişdir. Həyat uğ-

runda mübarizə onların fəaliyyətini istiqamətləndirmiş, di-

ni inanclarla zənginləşdirmişdir. İnsanlar özlərinin hiss və 

duyğularını  bəhrələnmək  istədiyi  hadisəyə  və  predmetə 

ilahi  ümidlə  yönəltmişlər.  Bunun  da  nəticəsində  təkrarla-

nan vərdişlər, fövqəltəbii məqsədə xidmət edən hərəkətlər 



465 


ənənəvi  hal  almışdır.  Ənənəvi  xarakter  daşıyan  fəaliyyət 

prosesi  isə  öz  növbəsində  adət  və  mərasimlərin,  bayram 

təntənələrinin yaranmasına səbəb olmuşdur. 

Təbii ki, adət və  ənənələr ictimai formasiyaların xa-

rakterinə  uyğun  olaraq  modernləşməyə  məruz  qalmışlar. 

Lakin  ailə  və  məişətlə,  təbiətlə,  hissi  aləmlə,  peşə  vərdiş-

ləri ilə bağlı olan adət və ənənələrdə mühafizəkarlıq bütün 

quruluşlarda üstünlük təşkil etmiş, onlar formaca müəyyən 

dəyişikliklərə uğrasalar da, mahiyyətcə varislikdən imtina 

etməmiş,  ilkin  məzmunu  qoruyub  saxlaya  bilmişlər.  Bu 

cəhət  adət  və  ənənələrin  bədii-emosional  elementlərinin 

unudulmasında,  nəsildən-nəslə  ötürülməməsində  özünü 

büruzə vermişdir. 

Sovet  kommunist  ideologiyası  və  ona  xidmət  edən 

elmi  mənbələr adət və  ənənələrdə  varisliyin  mövcudluğu-

nu, köhnənin yeni ilə əvəz olunmasının labüdlüyünü iddia 

edirdi.  Məsələn,  O.  Abdullayev  “Sosial  fəallıq  və  yeni 

adət-ənənələr”  adlı  kitabında  vazırdı  ki,  hər  bir  yeni  icti-

mai  quruluş,  keçmiş  ənənələrdən  özünə  lazım  olanlarını 

götürmək,  onları  “özünküləşdirmək”  şərti  ilə  keçmiş  cə-

miyyətlərin adət-ənənələrindən təmizlənir, öz adət- ənənə-

lərini yaradır və inkişaf etdirir. Bunlar yeni adətlər və ənə-

nələrdir. 

Proletkultçular isə XX yüzilliyin 20-ci illərində keç-

mişin  bütün  mənəvi  və  maddi  sərvətlərindən,  tarixi  varis-

likdən  imtina  edib,  “açıq  səhrada”  proletar  mədəniyyəti 

yaratmaq  fıkrinə  düşmüşdülər.  Lakin  nə  proletkultçular, 

nə  də  sonrakı  dövrlərin  sovet  ideoloqları  xalqların  qədim 

mədəni  irsini,  onların  bədii-hissi  ənənələrini  yox  edə  bil-

mədilər.  Keçmişin  müxtəlif  bayram  və  mərasimləri  ən 




466 


amansız  təzyiq  və  təqiblərə  məruz  qalsalar  da,  yaşadılar. 

Sovet həyat tərzi isə çox asanlıqla dağıldı.

122

 

Hər  bir  xalqın  və  millətin  özünəməxsus  yaradıcılıq 



ənənələri, estetik düşüncə tərzi vardır. Dini və siyasi-icti-

mai  quruluşlardan  asılı  olmayaraq  xalqlar  və  millətlər  öz 

ənənələrinə, məşğuliyyət vərdişlərinə daima sadiq qalmış-

lar.  Buna  Bayıl  daşları  üzərindəki  süjetli  pannoları  da 

misal göstərmək olar. İslam dininin cəmiyyətə daha dərin-

dən müdaxilə etdiyi bir dövrdə Bayıl daşları üzərində canlı 

məxluqların  təsvirləri  ilə  yanaşı,  əfsanəvi  −  mifık  obraz-

lara da təsadüf edirik. Həmin daşlar üzərində aslan bədən-

li, qadın başlı, qanadlı sfinkslər, qartal başlı, aslan gövdəli 

qrifonlar  və  Vaq-vaq  adlı  gövdəli  bitki,  budaqlarından 

canlıların baş hissəsi asılmış şəkillər təsvir edilmişdir.

123


 

İncəsənətdə  yaradıcılıq  ənənələrinin  davam  etdiril-

məsinin və təkamülünün əsas amillərindən biri də mövcud 

ictimai  quruluşun  iqtisadi  imkanlarıdır.  Təbii  ki,  iqtisadi 

imkanları geniş olan bir cəmiyyətdə yaradıcılıq tarazlığını 

da  insanlar  arasında  əmin-amanlığı  da  qoruyub  saxlamaq 

mümkündür.  İqtisadi  zəmində  sənətkarın  maddi  təminat 

mühiti  formalaşdıqda  onun  yaradıcılıq  imkanları  da  artır. 

Xüsusilə, təsviri incəsənət və dekorativ-tətbiqi sənət mad-

di materiallar əsasında gerçəkləşir. Məsələn, bədii toxucu-

luqla məşğul olanlar üçün dəzgah, sap, rəng və s. material-

lar tələb olunur. Zərgərlik, misgərlik və s. sənət sahələrin-

də də yaradıcılığın imkanları maddi imkanla vəhdət təşkil 

edir.  


                                                 

122


İlqar Hüseynov,Tural Əfəndiyev. Kulturologiya tarixi. Bakı, Mars-Print, 

2012. səh.82 

123

İlqar Hüseynov,Tural Əfəndiyev. Kulturologiya tarixi. Bakı, Mars-Print, 



2012. Səh.141 


Yüklə 2,66 Mb.

Dostları ilə paylaş:
1   ...   138   139   140   141   142   143   144   145   146




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə