Kulturologiya –mədəniyyət nəzəriyyəsindən daha geniş bir elm sahəsidir ki; hazırda bu elmin başqa sosial- numanitor ellərin heç birinə bənzəməyən fuksyiyaları və nəzəriyyəsi mövcuddur



Yüklə 2,66 Mb.
Pdf görüntüsü
səhifə141/146
tarix08.09.2018
ölçüsü2,66 Mb.
#67188
növüDərs
1   ...   138   139   140   141   142   143   144   145   146

458 


həkəli  oyunlar  və  s.  milli-estetik  şüurun  formalaşmasında 

böyük rol oynamışdır. 

Üçüncü  qrupa,  ailə  və  məişət  adətləri,  mərasimləri, 

ənənələri  aiddir.  Bunların  içərisində  toy  mərasimi  milli-

estetik dəyərlərin tərənnümçüsü, təkamülçüsü kimi xüsusi 

əhəmiyyət kəsb edir. Toy mərasimi hər bir xalqin, millətin 

milli-etnik  davranış  normalarını,  vərdişlərini,  ailə-məişət 

etikasını  varislik  baxımından  yaşatmaqla  yanaşı,  həm  də 

xalqın  bədii  yaradıcılığının  mənbəyi  kimi  də  böyük 

əhəmiyyət kəsb etmişdir. 

Toylar  çox  qədim  tarixə  malikdir  və  bəşər  tarixi 

boyu insanların mənəvi tərbiyə vasitəsi kimi özünəməxsus 

rolu olmuşdur. Əgər ailə dövlətin tərkib hissəsidirsə, toy-

lar  da  ailənin  ilk  təməli,  həm  də  mənəvi  həyatımızın  xoş 

əhval-ruhiyyələrlə dolu anıdır. Çünki toylar əvvəldən axı-

ra qədər bədii sözlərlə, musiqi və mahnılarla, xalq rəqsləri 

və  tamaşaları  ilə  müşayiət  olunur.  Qızgörmə,  qızseçmə, 

nişantaxma  nəğmələri,  bəyi  və  gəlini  tərif  edən  mahnılar 

xalq toylarına bədii-estetik təravət gətirir. 

 

Buradan  belə  nəticə  çıxır  ki,  irsən,  ənənəvi  olaraq 



müasir  insanlarımıza  varis  kimi  çatmış  hər  bir  mənəvi 

sərvət, davranış və əxlaq normaları müəyyən tarixi səciyyə 

daşıyır.  Tarixən  yaranmış  mütərəqqi  ənənələr  yaddaşları-

mızdan  heç  zaman  silinmir,  müasir  dövrdə  də  rəftar  və 

davranışlarımızda yeni keyfıyyətl dəyişiklikləri yaratmağa 

qadirdirlər. Bu keyfiyyətlər özünü təkcə qəhrəmanlıq hiss-

lərinin formalaşmasında büruzə vermir. Onlar eyni zaman-

da əməklə bağlı olan adət və ənənələrin geniş vüsət tapdı-

ğı tarixi-ənənəvi köklərlə bağlıdır. Elə buna görə də qədim 

dövrlərdən  başlayaraq  indiyə  qədər  milli  xüsusiyyətlə-

rimizi  özündə  əks  etdirən  əmək  bayramlarımız,  adət  və 



459 


mərasimlərimiz  öz  mənəvi  dəyərlərini  qoruyub  saxlaya 

bilmişlər. 

Milli  ruh  dünyanın  bütün  xalqlarında  irsi  xarakter 

daşıyır, hər varisin mənəviyyatında yaşayır. Elə buna görə 

də  hər  bir  fərdin  abstrakt  düşüncəsi  də  milli  ruhdan,  irqi 

kökdən  bəhrələnir.  Allahı  öz  idrakında  təsvir  edən  fərd 

onu  öz  irqinə,  öz  nəslinin  görkəmli    nümayəndəsinə  bən-

zədir.  Rəssamın  çəkdiyi  ikonalar  da  məhz  onun  əcdadla-

rına  oxsayır.  İrsi  əlamətlər  onun  istifadə  etdiyi  rənglərdə 

də özünü büruzə verir. Bu xarakterik xüsusiyyət bədii ədə-

bıyyatda  da  mövcuddur.  Heç  kəsə  sirr  deyildir  ki,  türk 

dünyasının  ana  kitabı  olan  “Kitabi-Dədə  Qorqud”  dasta-

nının  motivləri  müasir  yazarların  ruhuna  da  hopmuşdur. 

Elə  bu  səbəbdən  də  Nəbi  Xəzrinin  “Əfsanəvi  yuxular”, 

“Burlaxatun”, Arif Abdullazadənin “Ulu Qorqud”, Nüsrət 

Kəsəmənlinin “Dəli Domrul” poemaları Kitabi-Dədə Qor-

qud”  motivləri  əsasında  yaranmışdır.  Həmin  əsərlər  ayrı-

ayrı üslublarda, janrlarda yazılsalar da, Dədə Qorqud döv-

rünün  ruhunu,  mənəvi  çalarlarını  yenidən  ictimai-bədii 

fikrə  çatdıra  bilmişdir.  Məsələn,  xalq  şairi  Nəbi  Xəzri  də 

vaxtilə  öz  müsahibələrinin  birində  etiraf  etmişdir  ki,  “Əf-

sanəvi  yuxular”  poeması  “Kitabi-Dədə  Qorqud”un  emo-

sional  təsiri  nəticəsində  yaranmışdır.  Poemanın  mövzusu 

“Salur Qazanın  evinin  yağmalanması”  boyundan  götürül-

müşdür. Müəllif Qazan xanın və onun ətrafındakı yaxınla-

rının  başına  gələn  hadisələri  müasirlik  baxımından  təcəs-

sümləşdirsə  də,  dastanda  təsvir  olunan  bədii  obrazların 

ruhundan, mühitindən ayrı düşmür.

120

 

                                                 



120

İlqar Hüseynov,Tural Əfəndiyev. Kulturologiya tarixi. Bakı, Mars-Print, 

2012. Səh. 100 



460 


Əgər  mədəni  irsin,  tarixi  ənənələrin  əhəmiyyəti 

olmasaydı, onlar tədqiq olunmazdı, unudulardı. Dünyanın 

bütün  mədəni  xalqları  özünün  mədəni  irsini  dərindən  öy-

rənir  və  ondan  müxtəlif  formalarda  bəhrələnir.  Azərbay-

can xalqı da özünün zəngin mədəni irsinə malikdir. Lakin 

təəssüflər olsun ki, onların hələ tam şəkildə öyrənilməmiş 

nümunələri  də  vardır.  Xüsusilə,  təsviri  sənət  tariximizin 

unudulmuş məqamlarının tədqiqinə və ondan müasir həya-

tımızda daha kütləvi şəkildə istifadə edilməsinə diqqəti ar-

tırmaq lazımdır.  

Varisin  mövcud  mədəni  irsdən  bəhrələnmək  imkanı 

isə  təbii  ki,  zaman  və  məkandan  çox  asılıdır.  Xüsusilə, 

ictimai-siyasi  quruluşlar,  mədəni  irsin  sahibinin  müstəqil-

lik dərəcəsi, onun mövcud yaradıcılıq potensialı və s. vari-

sin bəhrələnmək imkanının əsas amilləridir. Azadfıkirlilik 

məkanında  ictimai  quruluşun  demokratik  potensialı  daha 

çox üzə çıxır və hər bir fərd özünün istedad və bacarığını, 

biliyini nümayiş etdirmək imkanı əldə edir. Varisin tarixi 

ənənələrdən  öyrənmək  imkanları  artır.  Azadfıkirlilik  mü-

hiti sərbəst yaradıcılıq məkanına, imkanına çevrılir. 

Qədim şərq, eləcə də antik dövr öz azadfıkirliliyi ilə 

fərqlənmiş və bunun da nəticəsində elm, mədəniyyət, iqti-

sadiyyat  daha  sürətlə  inkişaf  etmişdir.  Nəhəng  heykəllər, 

möhtəşəm  memarlıq  abidələri  meydana  gəlmişdir.  Yunan 

incəsənəti və poetikası dünyada tarixi təkamülün əsas nü-

munələrindən  birinə  çevrilmişdir.  Misir  ehramları  və  mi-

fologiyası  meydana  gəlmişdir.  Həmin  dövrdə  yaranmış 

hər  bir  yeniliyin  mənbəyi  azadfıkirlilik  və  başqa  real 

səbəblər olmuşdur. 

Ümumiyyətlə,  adət  anlayışına  tarixin  müxtəlif  mər-

hələlərində  adamlar  arasında  sabitləşmiş,  nəsildən-nəslə 



Yüklə 2,66 Mb.

Dostları ilə paylaş:
1   ...   138   139   140   141   142   143   144   145   146




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə