Kulturologiya –mədəniyyət nəzəriyyəsindən daha geniş bir elm sahəsidir ki; hazırda bu elmin başqa sosial- numanitor ellərin heç birinə bənzəməyən fuksyiyaları və nəzəriyyəsi mövcuddur



Yüklə 2,66 Mb.
Pdf görüntüsü
səhifə142/146
tarix08.09.2018
ölçüsü2,66 Mb.
#67188
növüDərs
1   ...   138   139   140   141   142   143   144   145   146

461 


keçən  və  ictimai  rəy  gücünə  qorunub  saxlanan  davranış 

qaydaları, vərdişlər nəticəsində həyata keçirilən hərəkətlər 

daxildir. Onlar tarixi inkişaf nəticəsində dəfələrlə təkrarla-

naraq  ənənəyə  çevrilirlər.  Ənənə  isə  latın  sözü  olub  tra-

ditio  −  yəni  tarixən  yaranan  və  nəsildən-nəslə  ötürülən 

mənasında  anlaşılır.  Ayin  isə  latınca  (ritualif)  mərasim 

mənasını  verir  və  müxtəlif  mərasimlərin,  xüsusilə,  dini 

ibadətlərin  təntənəli  anlarıdır.  Mərasim  müəyyən  hərə-

kətlər kompleksinin mahiyyətini əks etdirirsə, ayin onların 

keçirilməsi,  icrası  qaydası  haqqında  təsəvvürlər  yaradır, 

mərasimin quruluşunu müəyyənləşdirir.

121


 

 

15.5. Adət və ənənələr cəmiyyətin sosial-iqtisadi və 



mədəni tərəqqisinin göstəricilərdən biri kimi 

 

Əslində dünyanın bir çox yerindəki qədim qaya təs-

virləri,  xüsusilə,  onların  üst  paleolit  dövründə  yarananları 

“ovsun nəzəriyyəsi” anlayışı baxımından qayalara, mağara 

divarlarına  həkk edilmişdir. Çox ehtimal ki,  ovçuluq  mə-

rasimləri  fövqəltəbiiləşdirilməsəydi,  qədim  daş  dövrünün 

təsviri incəsənəti də yaranmazdı. Aparılan elmi araşdırma-

lar  sübut edir  ki, insanın hər bir hərəkəti təkamülün ilkin 

mərhələsində fövqəltəbiiləşdirilmiş, bəhrələnmək prinsipi-

nə  əsaslanmışdır.  Məsələn,  qədim  daş  dövrünün  adamı 

onun  gündəlik  qida  vasitəsi  olan  heyvanların  şəkillərini 

mağara  divarlarına,  yaxud  da  qaya  daşları  üzərinə  çək-

məklə,  həmin  şəkillər  önündə  sehrbazlıq  mərasimləri  təş-

kil  edirdilər.  Öz  dini  ayin  və  mərasimi  ilə  ovlanacaq 

                                                 

121


İlqar Hüseynov,Tural Əfəndiyev. Kulturologiya tarixi. Bakı, Mars-Print,. 

səh.133 



462 


heyvanın  artıq  ovsunlandığını  zənn  edir,  gələcək  uğuru 

üçün özündə inam və əzmkarlıq hissi yaradırdı.  

Təbii  ki,  bu  proses  gündəlik  həyat  tərzinə  çevrilir, 

ənənəvi  hal  alırdı.  Ənənəvilik  isə  yaranmış  vərdişi  varis 

kimi  nəsildən-nəslə  ötürürdü.  Onların  içərisində  dini  ayin 

və  mərasimlər  çoxluq  təşkil  edirdi.  Ayin  və  mərasimlərin 

mahiyyətindən  irəli  gələrək  insanlar  həm  də  bədii  yaradı-

cılıq  prosesinə  qoşulurdular.  Şəkil  çəkib  onun  ətrafında 

ovsunçuluq  mərasimi  qurmaq  da  adət  və  ənənənin  tərkib 

hissəsi olmuşdur. 

İbtidai  dövrdə  yaşayan  qədim  ovçuların  sehrbazlıq, 

ovçuluq məqsədi ilə çəkdikləri şəkillər və həmin şəkillərin 

ətrafında  icra  olunan  təntənəli  dini  ayinlər  də  mərasimin 

tərkib  hissəsi  olmuşdur.  Məhz  dini  ayin  və  mərasimlərin 

qoyduğu  qayda-qanunlara  uyğun  olaraq  təsviri  incəsənət, 

musiqi  və  söz  sənəti  də,  elə  üst  paleolit  dövründən  etiba-

rən təşəkkül tapmağa başlamışdır. 

Sovet  quruluşunun  ateist  məkanında  incəsənətin 

dinlə  bağlılığı  inkar  edilirdi.  Ç.  Darvinin  “təkamül  nəzə-

riyyəsi”nə əsaslanan materialist alimlər ictimai şüurun bə-

dii tərəfinin dindən asılı olmadan inkişaf etdiyini deyirdi-

lər.  İctimai  şüurun  formalaşmasını,  incəsənətin  meydana 

gəlməsini  birmənalı  şəkildə  əmək  fəaliyyəti  prosesi  ilə 

əlaqələndirirdilər. Bu fikirlə razılaşan Azərbaycanın tanın-

mış alimi, sənətşünası Mehdi Məmmədov yazırdı: “Əmək 

insanın  təkcə  əlini,  bədənini,  təkcə  cismini  deyil,  ruhunu 

da  dəyişdirir,  onu  tədriclə  heyvanat  aləmindən  fərqləndi-

rən  bir  hisslə  −  gözəllik  hissi,  estetik  duyğu  ilə  zəngin-

ləşdirirdi”. 

Sözsüz  ki,  insanın  ictimai  varlıq  kimi  formalaşma-

sında  əməyin  rolu  böyükdür.  Lakin  gözəllik  hissi,  estetik 



463 


duyum  üçün  təkcə  əmək  fəaliyyəti  kifayət  etməmişdir. 

Bədii  təfəkkürün  inkişaf  etməsi  üçün  ruhi  bir  mühitin 

mövcudluğu  tələb  olunmuşdur.  Belə  bir  mühiti  insanlar 

adət, ənənə, mərasim, bayram şəklində yaratmışlar. Həmin 

mühit  zaman-zaman  bədii-estetik  duyumun  təkamülünə 

xidmət etmişdir. Adət və ənənələr varislik prinsipinə sadiq 

qalaraq  ictimai  şüurun  bütün  nümunələrini,  o  cümlədən 

dini, bədii təxəyyülün məhsulunu qoruyub, inkişaf etdirib, 

nəsildən-nəslə, qərinələrdən-qərinələrə ötürə bilmişdir. 

Təbiidir  ki,  ictimai  şüur  forması  kimi  incəsənətin 

təsir  dairəsi  təkamülün  nəticəsi  olaraq  adət  və  ənənə  mə-

kanından kənara çıxa bilmiş, müstəqil sahələrə bölünmüş-

dür.  Ancaq  mahiyyət  etibarı  ilə  adət  və  ənənələrdən  kə-

narda  qala  bilməmişdir.  Bütün  dövrlərdə  incəsənət  bu  və 

ya  digər  formada  adət  və  ənənələrə,  mərasim  və  bayram-

lara xidmət etmişdir. 

Lakin tarixi inkişaf baxımından incəsənətin meydana 

gəlmə səbəblərini, onun adət və ənənələrlə hansı formada 

bağlılığını birmənalı şəkildə söyləmək çətindir. Yəni incə-

sənəti dini anlayışın nəticəsi, yaxud sırf əmək fəaliyyətinin 

məhsulu  kimi  qiymətləndirmək  münasibətimizi  obyektiv-

likdən  uzaqlaşdıra  bilər.  Elə  buna  görə  də,  alimlərin  tari-

xən apardıqları tədqiqatların özündə də konkretlik  yoxdur 

və onların eyni problem ətrafındakı fikirlərində dərin zid-

diyyətlər  vardır.  Məsələn,  G.V.  Plexanov  qeyd  edirdi  ki, 

“İbtidai  dövr  incəsənətinin  tarixini  düzgün  anlamaq  üçün 

əməyin  incəsənətdən  yaşlı  olduğunu,  ümumiyyətlə, 

insanların  predmetlərə,  hadisələrə  əvvəlcə  utilitar  gözlə 

baxdığını  və  yalnız sonra onlara  öz  münasibətində estetik 

baxımdan yanaşdığını dərindən dərk etməliyik.  




Yüklə 2,66 Mb.

Dostları ilə paylaş:
1   ...   138   139   140   141   142   143   144   145   146




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə