Kulturologiya –mədəniyyət nəzəriyyəsindən daha geniş bir elm sahəsidir ki; hazırda bu elmin başqa sosial- numanitor ellərin heç birinə bənzəməyən fuksyiyaları və nəzəriyyəsi mövcuddur



Yüklə 2,66 Mb.
Pdf görüntüsü
səhifə137/146
tarix08.09.2018
ölçüsü2,66 Mb.
#67188
növüDərs
1   ...   133   134   135   136   137   138   139   140   ...   146

446 


susilə,  rənglərdən  də  istifadə  olunmuş,  ölən  adamın  şəx-

siyyətini,  cinsini,  peşəsini  diqqətə  çatdıran  təsvirlərə  üs-

tünlük verilmişdir. Umbakı qəbir təsvirləri forma və məz-

munca  yeni  olsa  da,  Qobustan  ənənələrindən,  burada  ya-

ranmış  tarixi-ənənəvi  kökdən  uzaq  düşməmişdir.  Həmin 

yerdə qədim tarixi ənənə yenə də davam etməkdədir. 

Məlumdur  ki,  Azərbaycanda  islam  dini  yayıldıqdan 

sonra  canlıların  təsvirini  yaratmağa,  ruhanilər  tərəfındən 

məhdudiyyət qoyulurdu. Lakin bu qadağalara baxmayaraq 

incəsənətin tarixi ənənələri sənətkarlar tərəfindən müxtəlif 

vasitələrlə  qorunub  saxlanılmışdır.  Xüsusilə,  memarlıqda 

bədii  toxuculuq  sənətində,  dulusçuluqda,  başqa  məişət 

əşyaları  üzərində  bədii  təsvirlərdən  istifadə  olunması  ilə 

baglı, bir çox tarixi faktlar vardır. Məsələn, Bakının “İçəri 

şəhər”  adlanan  memarlıq  nümunələrinin  çoxunda  şir, 

öküz, göyərçin, qoç təsvirlərindən simvolik məqsədlə isti-

fadə olunmuşdur. İçəri şəhərdə 1314-cü ildə inşa olunmuş 

qədim  məbədlərdən  birinin  giriş  qapısının  üstündə  maral 

və başqa şirəbənzər heyvanın təsviri həkk olunmuşdur. 

Azərbaycanın  qədim  təsviri  sənətində  şirlər  qəhrə-

manlıq,  mərdlik,  igidlik  rəmzi  kimi  geniş  yer  tutmuşdur. 

Qala qapıları üzərində həkk olunan şirlər uzun əsrlər boyu 

öz  qəzəbli  baxışlarını  yadelli  düşmənlərin  üzərinə  yö-

nəltmiş, bütün Azərbaycan xalqını onlar kimi qorxmaz və 

mərd olmağa ruhlandırmışdır. 

Azərbaycanın  qədim  memarlıq  abidələri  üzərində 

göyərçin  təsvirlərinə  bu  gün  daha  çox  rast  gəlmək  müm-

kündür. Bu da xalqımızm humanist baxışlarını, sülhsevər-

liyini  əks  etdirən  rəmzlərdir.  Məhz  lap  qədimlərdən  evlə-

rin  pəncərələri  üstündə,  divarlarda,  müxtəlif  əşyalar  üzə-

rində  göyərçin  fiqurları  və  s.  təsvirlər  həmin  arzu  və 



447 


istəkdən yaranmışdır. Bu qədim ənənə müasir kənd evləri-

nin kirəmitində, qapı, pəncərə bəzəklərində indi də davam 

etməkdədir. 

Ənənəvilikdə  yaranan  yeniliklər  dialektik  inkişaf 

qanunları  əsasında baş verir.  Hər şey ibtidai rüşeym  üzə-

rində təşəkkül tapır. Lakin bu təşəkkül kor-koranə köhnəni 

təkrarlamaqdan ibarət deyildir. Hər bir yenilik köhnə üzə-

rində həyata qədəm qoysa da, bu və ya digər formada təzə 

kimi özünün təsdiqlənməsinə meyllidir. Danılmaz həqiqət-

dir  ki,  incəsənətdə  də  yenilik  köhnə  estetik  təfəkkürün 

mühafızəkar  mahiyyətli  təzyiqlərinə  məruz  qalır.  Ancaq 

estetik  təfəkkür  ümumi  olaraq  inkişafın  axarından,  onun 

yeni  nəticələrindən  bəhrələnir.  Buna  görə  də  mühafizəkar 

meyllər  get-gedə  fərdiləşir  və  nəhayət,  ümuminin  qəbul 

etdiyi estetik anlayışlara, bədii dəyərlərə tabe olur. Zaman 

daxilində ayrı-ayrı fərdlər də özünün mühafizəkar baxışla-

rından imtina etməli olur. Bu proses nəinki incəsənət alə-

mində,  eləcə  də  ictimai  həyatın  bütün  tərəflərində  baş 

verir. Bu gun insanı fərdi şəkildə qane edən  hər bir pred-

met  sabah  onun  gözündən  düşə  də  bilər.  Əgər  bu  təbii 

qanunauyğunluqlar  olmasaydı,  bəşəriyyətdə  durğunluq 

hökm  sürər,  dünyanın  çox  möcüzəli  yenilikləri  baş 

verməzdi.

117


 

 

15.3. Adət və ənənələrin mənəvi-əxlaqi dəyərlər 



sistemində yeri 

 

İbtidai  mədəniyyətin  tədqiqatçılarından  biri  olan  Y. 

Lipis də qədim insanların asudə vaxt həddinin çox olduğu-

                                                 

117

İlqar Hüseynov,Tural Əfəndiyev. Kulturologiya tarixi. Bakı, Mars-Print, 



2012. səh.119 


448 


nu və onların müxtəlif vərdişlərə yiyələnmək imkanlarının 

genişliyini  qeyd  etmişdir.  Çox  zaman  bu  boşluqlar  incə-

sənət  əhəmiyyətli  dini  mərasimlərlə  doldurulmuşdur.  Din 

və  incəsənətin  vəhdəti  ayin  və  mərasimləri  emosionallaş-

dırmışdır. Ayin və mərasimlərdə ictimai şüurun dinlə bağlı 

olan  tərəflərinə  daha  çox  üstünlük  verilmişdir.  Dini  şüur 

adət və ənənələrin əsas aparıcı xəttini təşkil etsə də, bədii 

təfəkkürlə  qovuşmuş,  bir  cəm  halında  incəsənətlə  əlaqəli 

şəkildə  təşəkkül  tapmışdır.  Dini  şüur  ilkin  mərhələdə 

incəsənətə  üstün  gələrək  onu  uzun  əsrlər  boyu  özündən 

asılı vəziyyətdə saxlamışdır. Bu da dini mahiyyət daşıyan 

adət və ənənələrdə  mühafızəkarlığın, eyni zamanda varis-

lik  prinsipinin  üstünlük  təşkil  etməsindən,  dinin  bir 

ideologiya  kimi  ictimai  şüurun  başqa  formaları  üzərində 

güclü təsirə malik olmasından irəli gəlmişdir. Dini adət və 

ənənələr kainat və tanrı duyğusu ilə cəmiyyətdə dərin kök 

atmışdır. Dini adət və ənənələrin qanun halına düşdüyünü 

və kütləvi olduğunu nəzərə alan alman alimi Herbert Kün 

yazmışdır ki, “qanun kosmikdir, müasir sənətkar da yara-

dır, daş dövrünün sənətkarı da. Onların hər ikisinin qəlbin-

də  eyni  arzular,  eyni  hisslər  -  kainat  və  tanrı  duyğusu 

özünə  yer  tapmışdır”.  İngilis  tədqiqatçısı  Andre  Bredli 

incəsənətin tarixən dindən asılı vəziyyətdə inkişaf etdiyini 

söyləmişdir.  Amerikan  sənətşünası  Feybleman  isə 

incəsənəti dini hisslərin və əhval-ruhiyyənin ifadə vasitəsi 

adlandırmışdır.  Herbert  Ridə  görə,  “biz  keçmişə  baxanda 

incəsənətlə  dinin  əl-ələ  verib,  tarixin  qaranlıqları  içindən 

bir yerdə çıxdıqlarını görürük”. Herbert Ridin fikrincə isə 

onlar  çoxlu  əsrlər  boyu  bir-biri  ilə  ayrılmaz  surətdə  bağlı 

olmuşdur.  Lakin  bu  alimlərin  demək  olar  ki,  əksəriyyəti 

dinlə incəsənəti bir-birinə bağlayan cəmiyyətdə qanuni hal 



Yüklə 2,66 Mb.

Dostları ilə paylaş:
1   ...   133   134   135   136   137   138   139   140   ...   146




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə