Kulturologiya –mədəniyyət nəzəriyyəsindən daha geniş bir elm sahəsidir ki; hazırda bu elmin başqa sosial- numanitor ellərin heç birinə bənzəməyən fuksyiyaları və nəzəriyyəsi mövcuddur



Yüklə 2,66 Mb.
Pdf görüntüsü
səhifə10/146
tarix08.09.2018
ölçüsü2,66 Mb.
#67188
növüDərs
1   ...   6   7   8   9   10   11   12   13   ...   146

30 


proqramlar qəbul edilmişdir. Bu sənədlər çərçivəsində res-

publikada əsas beynəlxalq konvensiyalar ratifikasiya edil-

miş, bir sıra qanunlar qəbul olunmuş, ictimaiyyətlə əlaqə-

lər  siyasətinin  strateji  məqsədlərinə  nail  olunmasının  əsas 

prioritet istiqamətləri müəyyənləşdirilmişdir: iqtisadi sahə-

nin möhkəmləndirilməsi, mədəni və tarixi irsin mühafizə-

si; yaradıcılıq prosesinin dəstəklənməsi; qarşılıqlı əlaqələ-

rin  hüquqi,  elmi,  informativ  inkişafı,  kadr  hazırlığı  və 

gənc istedadların dəstəklənməsi; milli mənəvi - əxlaqi də-

yərlərin qorunması; turizm infrastrukturunun inkişafı və s.  

 

1.5. Kursun mənimsənilməsində qarşıda duran əsas 

vəzifələr 

 

Hazırki  mövcud  şərait  hər  şeydən  əvvəl,  mülkiyyət 

formalarının  dəyişdirilməsini,  başqa  sözlə,  özəlləşdirmə 

və  “dövlətsizləşdirmə”  prosesinin  həyata  keçirilməsi  əsa-

sında sahibkarlığın sivil inkişafı üçün zəruri şəraitin yara-

dılmasını  və  sürətləndirilməsini  tələb  edir.  Bu  mərhələdə 

başlıca  vəzifə  bazar  münasibətlərinin  və  mövcud  infra-

strukturun  yaradılması  və  inkişaf  etdirilməsidir.  Aydındır 

ki,  bu  gün  iqtisadiyyatı  inhisarsızlaşdırmadan,  pəqabətin 

fəaliyyətini  təmin  etmədən  bazar  münasibətlərini  normal 

formalaşdırmaq  heç  də  mümkün  deyildir.  Əgər,  bu  gün 

respublikamızın  qarşısında  duran  problemləri  ümumi  hal-

da  xarakterizə  etsək,  onların  içərisində  iki  əsas  istiqaməti 

xüsusi  olaraq  qeyd  etmək  olar.  Bu  istiqamətlərdən  biri, 

müstəqillik  əldə  etmiş  respublikamızın  iqtisadi  müstəqil-

liyi və iqtisadi şəraitin qorunması üçün sağlam mühitin və 

milli iqtisadi sistemin formalaşdırılmasının təmin edilməsi 

ilə  bağlıdırsa,  ikincisi  isə,  yeni  iqtisadi  sistemə  keçidlə 




31 


bağlı  istehsal  münasibətlərini  əsaslı  şəkildə  yenidən 

qurmaq  üçün  müvafiq  qanunvericilik  və  hüquqi-normativ 

aktların mövcudluğu ilə bağlıdır. Bu proseslərdə ictimaiy-

yətlə əlaqələrin düzgün qurulması və təşkili olduqca prin-

sipial əhəmiyyət daşıyır.  

       “İctimaiyyətlə  əlaqələr”  fənni  çox  mühüm  vəzifələri 

və  sosial  funksiyaları  yerinə  yetirir:  yaradıcılıq,  ünsiyyət, 

maarifləndirmə,  istirahət  və  əyləncə,  mədəni  fəaliyyətin 

təşkili, iqtisadi-mədəni əməkdaşlıq, sosial qiymətləndirmə 

və  s.  funksiyalar.  Elmin  qarşısında  duran  başlıca  vəzifə-

lərə  isə  aşağıdakılar  daxildir:  cəmiyyətdə  intellektual  sə-

viyyəni  yüksəltmək  və  azərbaycançılıq  məfkurəsini  for-

malaşdırmaq; gənc nəsildə mənəvi əqidə və vətən əxlaqını 

formalaşdırmaq;  cəmiyyətdə  milli  birlik  və  vətəndaşlıq 

həmrəyliyinə  nail  olmaq;  dünyanın  bəşəri  dəyərlərindən 

və  onun  müsbət  nailiyyətlərindən  faydalanmaq;  cəmiy-

yətdə iqtisadi uğurları tətbiq etmək və onu sürətləndirmək; 

qloballaşmanı  və  mədəni  inteqrasiya  prosesini  həyata 

keçirmək;  cəmiyyətdə  dini-əxlaqi  əqidə  və  milli  mənlik 

şüurunu  formalaşdırmaq;    multikultural  və  innovasiyalı 

cəmiyyətin yaradılması və s.  

Sosial-mədəni  sahədə  mədəni  fəaliyyətin  əsas  məq-

sədləri aşağıdakılardan ibarətdir: 

−  müəyyən paradiqmalara  adekvat  mədəni  fəaliyyə-

tin  təkamülünü,  inkişafının  forma  və  metodlarını  müəy-

yənləşdirmək; 

−  mədəni  fəaliyyətin  ümumi,  xüsusi  və  sahəvi  me-

todlarının nəzəri əsaslarını öyrənmək

− sosial - iqtisadi layihə və proqramların hazırlanma-

sı və realizə edilməsində nəzəri və təcrübi vərdişlərə yiyə-

lənmək; 



32 


−  ictimai  fəaliyyətin  ayrı-ayrı  sahələrinin  (mədəni-

yaradıcı fəaliyyət, ictimai-mühafizə fəaliyyəti, sosial maa-

riflənmə fəaliyyəti və s.) texnoloji xüsusiyyətlərini açıqla-

maq; 


−  ictimai  fəaliyyətin  müxtəlif  təşkilati-metodik  for-

malarında  emosional  təsir  vasitələrindən  səmərəli  istifadə 

etməyi öyrənmək; 

−  əhalinin  müxtəlif  təbəqə  və  qruplarına  istiqamət-

ləndirilmiş ayrı-ayrı sosial-iqtisadi şəraitlərdə ictimai layi-

hələndirmənin prinsip və metodlarını tətbiq etmək və s.  

Bu gün insan kapitalının inkişafı və dövlət quruculu-

ğunun  potensial  imkanlarının  gerçəkləşdirilməsi  ilk  növ-

bədə təşkilati,  maliyyə və dünyagörüşü xarakterli məsələ-

lərin həll olunmasını vacib sayır. İctimaiyyətlə əlaqələr sa-

həsində dövlət siyasətinin əsas prioritetləri aşağıdakılardır: 

 



 Milli-ideoloji istiqamətlərin müəyyənləşdirilməsi; 

 



 Dövlət  siyasətində  yeni  infrastrukturların  forma-

laşdırılması; 

 

Mədəniyyət  sərvətlərinin  qorunması,  artırılması 



və mənəvi dəyərlərin mühafizəsi

 



 Milli  turizm  sektorunun  inkişafı  məqsədilə  yeni 

layihələrin  stimullaşdırılması  və  ekoloji  təhlükəsizliyin 

optimallaşdırılması; 

 



İctimaiyyətlə  əlaqələr  sahəsində  müasir  informa-

siya texnologiyalarına və texnoloji modernizasiyada rəqa-

bətə davamlılığın təminatı; 

 



 İctimaiyyətlə  əlaqələrdə  yüksək  ixtisaslı  kadrlara 

olan ehtiyacın təmin edilməsi

 

 Vətəndaşların  konstitusiya  hüquqlarının  qorun-



ması; 


33 


 

 Dünya mədəniyyətinə inteqrasiya və milli özünə-



məxsusluğun inkişafı; 

 



 İctimaiyyətlə əlaqələrdə perspektiv inkişaf istiqa-

mətlərin müəyyənləşdirilməsi; 

 

Mədəni  həyat  şəraitinin  formalaşdırılması,  əhali-



nin mədəni səviyyəsinin və bədii-estetik zövqünün yüksəl-

dilməsi, mürəkkəb məsələlərin həlli və s. 

 Bu  gün  ölkəmizin  sosial-iqtisadi  inkişafının  qarşı-

sında  dayanan  başlıca  vəzifələrdən  biri  bazar  münasibət-

lərinin tənzimlənməsi, iqtisadiyyatın  yeni müstəvidə, sivil 

şəkildə, özünəməxsus və ilgili formada inkişaf etdirilməsi 

məsələsidir.  Bu  baxımdan  beynəlxalq  dünya  təcrübəsinə 

istinad etmənin rolu əvəzsizdir. Mövcud prosesdə  milli və  

beynəlxalq dünya təcrübəsinin cari və perspektiv problem-

lərinin,  iqtisadi  sərfəlilik,  iqtisadi  müstəqillik,  təhlükəsiz-

lik  məsələlərinin  uzlaşdırılması,  iqtisadi  islahatların  mər-

hələləri  və  ardıcıllığının  müəyyən  edilməsi  başlıca  amil 

hesab olunur. Bu prosesdə, həm də iqtisadiyyatın mövcud 

vəziyyəti,  təkrar  istehsal  prosesinin  xüsusiyyətləri,  milli 

mentalitet və innovasiya prosesləri və s. xüsusi əhəmiyyət 

kəsb edir. Yeni iqtisadi sistemin inkişafı nəticəsində möv-

cud iqtisadi sahələrin səmərəliliyi həlledici dərəcədə, eyni 

zamanda  həmin  tədbirlərin  sosial  bazasının  yaradılmasın-

dan,  həmin  prinsiplərin  ümummilli  məqsədə  çevrilməsin-

dən daha çox aslıdır. Belə ki, iqtisadi islahatların gedişin-

də  sosial  ədalətin,  təminatın,  mənəvi  dəyərlərin  nəzərə 

alınmaması  həmin  tədbirlərin  uğur  qazanmasına  ümidi 

kəskin sürətdə azaldır. Biz bu gün respublikamızda sosial-

iqtisadi inkişafın mənəvi əsaslarını,  sivilizasiya amillərini 

bərpa  etməklə  millətin  daxili  enerjisini  hərəkətə  gətirə 

bilərik.  Beləliklə,  elə  strateji  xətt  seçilməlidir  ki,  mövcud 




Yüklə 2,66 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   146




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə