Kulturologiya –mədəniyyət nəzəriyyəsindən daha geniş bir elm sahəsidir ki; hazırda bu elmin başqa sosial- numanitor ellərin heç birinə bənzəməyən fuksyiyaları və nəzəriyyəsi mövcuddur



Yüklə 2,66 Mb.
Pdf görüntüsü
səhifə11/146
tarix08.09.2018
ölçüsü2,66 Mb.
#67188
növüDərs
1   ...   7   8   9   10   11   12   13   14   ...   146

34 


iqtisadi inkişafıın xarakteri, məqsədi, miqyası, sürəti, mər-

hələləri,  istiqaməti  və  həmin  tədbirlərin  reallaşdırma  me-

xanizmi  cəmiyyətin  ümumimilli  mənafeyinə  cavab  verən 

sosial yönümlü, tənzimlənən sürətli iqtisadiyyata keçməyə 

zəmin yaratsın. Bu isə ilk növbədə bu proseslərdə dövlətin 

fəal rolunun təmin edilməsini tələb edir.  

İqtisadi  islahatların  xarakteri  və  prinsipləri,  habelə 

reallaşma  mexanizminin  tədqiqi  ümumi  iqtisadi  inkişafın 

və  sosial  tərəqqinin  vahid  universal  modelini  tələb  edir. 

Hər bir ölkə özünün tarixi, siyasi, ənənəvi struktur inkişa-

fının peal vəziyyətinə, iqtisadi təhlükəsizlik və müstəqillik 

tələblərinə  cavab  verən  inkişaf  modelini  seçməlidir.  Bu 

prosesdə beynəlxalq əməkdaşlığın dinamik inkişaf etdiril-

məsi, onun yeni forma və modellərinin axtarılması hər bir 

şəxs qarşısında məsuliyyət və cavabdehlik hissi qoyur.   

Qeyd  edək  ki,  mövcud  sosial-siyasi  rejimin  dövlət 

quruculuğu,  iqtisadiyyat  və  sosial  sahələrdə  dəyişiklərə 

səbəb  olan  transformasiyası,  həm  də  elmi-texniki  proses-

lərin məzmununa və dinamikasına əsaslı şəkildə təsir gös-

tərir.  Düşüncənin,  psixologiyanın,  sosial  şüurun  dərin 

qatlarında  baş  verən  mövcud  hadisələr  və  proseslər,  eyni 

zamanda  həm  də    ictimaiyyətlə  əlaqələrin  düzgün  qurul-

masında başlıca prioritetə çevrilir.  

      

 

 

 

 

 

 



35 


  II FƏSİL.  Sosial-iqtisadi inkişafın idarə olunmasında 

ictimaiyyətlə əlaqələrin rolu 

 

2.1. İctimaiyyətlə əlaqələr və sosial-iqtisadi inkişafın 

əsas istiqamətləri 

 

İqtisadiyyat- bəşər tarixinin yaranması ilə birgə mey-



dana  gələn,  cəmiyyət  həyatının  təməlini  təşkil  edən  insan 

fəaliyyətinin ən mühüm və başlıca sahəsidir. Çağdaş döv-

rümüzdə  sosial-iqtisadi  inkişafın  əsaslarına  yiyələnmək, 

idarə  olunmanın  qanun  və  kateqoriyalarını  dərindən  öy-

rənmək  olduqca  vacibdir.  Bu  baxımdan  iqtisadiyyat  cə-

miyyətin  mühüm  aparıcı  sahəsi  hesab  edilir.  O,  insan  cə-

miyyətinin  inkişafının  bünövrəsini  və  əsasını  təşkil  edir. 

İqtisadiyyat sahəsi dövlət formalarından, sosial-siyasi qu-

rumlardan,  hüquqi  təsisatlardan  və  s.  daha  qədimdir.  Cə-

miyyətin  sosial-iqtisadi  inkişafının  idarə  olunmasından 

başlayaraq bu günə qədər insanın formalaşmasında olduq-

ca  vacib  proseslər  olmuşdur.  Qeyd  edək  ki,  ibtidai  icma 

quruluşu zamanı ilkin insan cəmiyyəti ( məhz üst paleolit 

dövründən  etibarən)  təbiətlə  şüurlu  şəkildə  mübarizəyə 

başlamışdır. Öz zəruri tələbatlarını ödəmək məqsədini qar-

şıya qoyduğu dövrdən dövlət və onun müvaffiq qurumla-

rının meydana gəlməsinə qədər cəmiyyətdə qlobal hadisə-

lər  olmuşdur.Bəşər  cəmiyyətinin  tərəqqisi  və  sürətli  inki-

şafı  nəticəsində  insanlarda  zaman-zaman  mentalitet  və 

milli  mənlik  şüuru  formalaşmış,  cəmiyyətdə  demokratik 

islahatlar gercəkləşdirilmiş, dövlətin  sosial-siyasi qurum-

ları  yaranıb  fəaliyyətə  başlamışdır.  Hər  bir  cəmiyyətə  xas 

olan iqtisadi sistem və bunun təbiətinə müvafiq mülkiyyət 

növləri,  tipləri  və  formaları  biri  digərini  tamamlamışdır. 

Bütün  cəmiyyətlərdə  maddi  nemətlər  istehsalı  insanların 



36 


həyati  tələbatlarının  yaxşılaşdırılmasına  xidmət  etmişdir. 

İqtisadi  inkişaf  nəticəsində    innovasiya  və  inteqrasiya 

prosesləri  inkişaf  edərək  sürətlənmiş  və  prioritet  sahəyə 

çevrilmişdir.  

Bu  gün  istənilən  bir  ölkədə  iqtisadiyyat,  bütövlükdə 

dövlətin  ən  aparıcı  sahəsi    kimi  xüsusi  əhəmiyyət  kəsb 

edir.  Hər  bir  dövlətin  iqtisadiyyatının  başlıca  məqsəd  və 

vəzifəsi,  öz  ölkəsinin  qüdrətini  artırmaq,  vətəndaşlarının 

maddi  və  mənəvi  tələbatlarını  və  həyat  şəraitini  maksi-

mum şəkildə yaxılaşdırmaq, ölkədə məhsul bolluğu yarat-

maqdır. Bu baxımdan milli iqtisadiyyat özünu 2 istiqamət-

də təsdiqləyir:  

1)  Azad,  müstəqil  şəkildə  fəaliyyət  göstərən  iqtisa-

diyyat;  

2)  Təbii,  tarixi  inkişaf  yolu  ilə  bərqərar  olan  milli 

iqtisadiyyat. 

Bu  gün  normal,  demokratik  inkişaf  edən  ölkələrdə 

vətəndaşların  daima  artmaqda  olan  mövcud  tələbatlarının 

kompleks  şəkildə  ödənilməsi  ölkənin  sosial-iqtisadi  inki-

şafının  idarə  edilməsinin  başlıca  prioritet  istiqamətlərin-

dən  və  məqsədlərindən  biri  hesab  edilir.  Mövcud  proses 

isə bilavasitə, ölkənin maddi-texniki bazasının daim möh-

kəmləndirilməsindən,  istehsal  qüvvələrinin  vüsətli  inkişaf 

etdirilməsindən,  maddi  və  qeyri-istehsal  sahələrinin  dur-

madan  artırılmasından,  geniş  təkrar  istehsalın  təmin  edil-

məsindən daha çox asılıdır. Əgər bunlar cəmiyyətdə dina-

mik şəkildə həyata keçirilərsə, onda iqtisadiyyatın inkişaf 

səviyyəsi də xeyli dərəcədə möhkəmlənəcəkdir.  

XIX  əsrin  50-ci  illərinə  qədər  iqtisadiyyatda  müvəf-

fəqiyyət qazanmağın başlıca amili mövcud resurslara (fay-

dalı qazıntılar, meşə, pambıq, aqrar sahələrə və s.) yol tap-



37 


maq  idi.  Xüsusən  də  xammala  yol  tapmaq  inhisar  üstün-

lüyü  yaradırdı. Bəzən,  hətta  müvafiq istehsalın  yerləşdiyi 

yer  də  birinci  plana  çıxırdı.  Lakin  müstəmləkələrin  tutul-

masının  başa  çatması  nəticəsində  praktiki  olaraq  bütün 

mövcud resurslar bölüşdürülmüşdü. Bununla əlaqədar ola-

raq işin müvəffəqiyyət qazanmasının başqa amili əmtəənin 

istehsalına  çəkilən  xərclərin  dəyəri  saxlanılmaqla  onun  

faydalılğının birinci yerə çıxması idı. Bu mərhələ XX yüz-

illiyin əvvəllərinə qədər davam etmişdi. Onu da qeyd edək 

ki, bazarın hələ tam formalaşmadığı bu  mərhələdə əmtəə, 

yaxud  xidmət  bazarı  ideyasının  yaranması    bu  prosesin 

həyata keçirilməsini daha da sürətləndirmişdi.  

XX yüzilliyin başlanğıcından başlayaraq 1930-cu ilə 

qədər istehsalçılar bazardan sıxışdırılmağa başladı, müvəf-

fəqiyyət  qazanmağın  həlledici  amili  isə  az  xərclə  maksi-

mum  əmtəə  buraxılışını  təmin  etmək  oldu.  Lakin  30-cu 

illərin  böhranı,    repressiya,  devolvasiya  və  sair  hadisələr 

bütün dünyada qlobal iqtisadi, siyasi və sosial dəyişmələrə 

və çəkişmələrə  gətirib çıxartdı. Radikal proseslər baş ver-

di, dünya biznesi tutumlu olan bazarla rastlaşdı. Yəni, nə 

istehsal  etmək,  necə  istehsal  etməkdən  asılı  olmayaraq, 

tələbata uyğun gəlməyən və bu tələbatı həvəsləndirməyən 

məhsul  və  xidmət  istehsalının  əhəmiyyəti  yox  idi.  Bu 

yüzilliyin inqilabi dəyişikliyi – “Nə istehsal edirsənsə onu 

satma,  nə  sata  biləcəksənsə  onu  da  istehsal  et”  ideyası 

oldu.  Tələbi  öyrənən,  müvafiq  fəaliyyət  proqramını  təklif 

edən,  təchizatı  təşkil  edən,  satışı  həvəsləndirən  marketinq 

və  reklam  xidməti  meydana  gəldi.  Bu  xidmət  tez  bir 

zamanda  firmaların  hakimiyyət  orqanlarına  sirayət  etdi. 

Marketinq  və  reklam  xidməti  daha  sürətlə  inkişaf  edərək 

istehlakçının həyat və məişət tərzinin   yaxşılaşdırılmasın-



Yüklə 2,66 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   146




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə