Kulturologiya –mədəniyyət nəzəriyyəsindən daha geniş bir elm sahəsidir ki; hazırda bu elmin başqa sosial- numanitor ellərin heç birinə bənzəməyən fuksyiyaları və nəzəriyyəsi mövcuddur



Yüklə 2,66 Mb.
Pdf görüntüsü
səhifə7/146
tarix08.09.2018
ölçüsü2,66 Mb.
#67188
növüDərs
1   2   3   4   5   6   7   8   9   10   ...   146

20 


keçmişdir. Bu dövr ərzində ulularımızın kecdiyi tarixi şə-

rait  mürəkkəb  mərhələlərlə  qarşılaşsa  da,  zamanın  aman-

sız  sınaqlarına  təmkinlə  sinə  gərərək  yiyələndikləri 

mənəvi  dəyərləri  taleyin  ümudinə  buraxmamış,  cəmiyyət 

həyatının bütün inkişaf mərhələlərində baş vermiş ictimai-

iqtisadi və siyasi hadisələrin fövqündə dayanmışdır.  

Müasir  cəmiyyətin  inkişafında  ictimaiyyətlə  əlaqə-

lərin  rolu  əvəzsizdir.  İctimaiyyətlə  əlaqələrin  idarəedilmə  

sferası əhəmiyyətli investisiya imkanlarına malik olmaqla 

bərabər,  bu  gün  ölkənin  iqtisadi-siyasi  həyatında  mühüm 

əhəmiyyətə  malikdir.  İctimaiyyətlə  əlaqələr  müxtəlif 

fəaliyyət  növlərini:  biznes  əlaqələrini,  işgüzar  münasibət-

ləri,  asudə  vaxtı,  istirahət  və  əyləncənin  təşkilini  özündə 

cəmləşdirir.  Bu  proses  insanların  şüuruna,  onlar  arasında 

olan  qarşılıqlı  sağlam  münasibətlərə  təsir  göstərməklə 

bərabər,  həm  də  cəmiyyətdə  şəxsiyyətin  sosial-iqtisadi, 

mədəni  təkamülünə,  yaradıcılıq  qabliyyətlərinin  daha  da 

inkişaf  etdirilməsinə  köməklik  göstərir.  Bu  gün  maliyyə 

bazarında  hüquqi  normalar  idarəetmə  sistemi  üçün 

olduqca  əhəmiyyətlidir.  Belə  ki,  hazırda  dövlətin  bu 

sahəyə olan diqqəti və  dəstəyi ictimai özünüidarəetmədə, 

iqtisadi-hüquqi  bazanın  möhkəmləndirilməsində,  həmçi-

nin bazar  münasibətlərinin tənzimlənməsində və vətəndaş 

cəmiyyətinin qurulmasında xüsusi önəm kəsb edir.  

  

1.3  Kursun əsas məqsədi və vəzifələri 

 

“İctimaiyyətlə  əlaqələr”  fənni  cəmiyyətdə  baş  verən 

demokratik  proseslərin  tərəqqisi  ilə  bağlı  olaraq,  gündən-

günə  zənginləşir,  ictimai,  elmi-texniki  və  siyasi  həyatda 

baş verən  yenilikləri özündə  əks etdirir. Elmin  əsas vəzi-



21 


fəsi ən uzaq keşmişdə yaşamış insanların mədəni həyatını 

qiymətləndirmək,  hərtərəfli  araşdıraraq  təhlil  etmək  və 

əlaqəlilik fonunda qarşılıqiı fəaliyyəti qiymətləndirmək və 

öyrənməkdən  ibarətdir.  Elmi-texniki  tərəqqi,  ictimai 

həyatın  dinamizmi,  beynəlxalq  iqtisadi  əlaqələrin  geniş-

lənməsi,  internet,  rəqəmsal  texnologiyaları,  peyk  televizi-

yası  və  s.  kimi  informasiya-kommunikasiya  vasitələrinin 

güclü inkişafı bu gün  yeni sistem keyfiyyəti  olan ümum-

bəşəri dəyərlərin formalaşmasına gətirib çıxarmışdır.  

İctimaiyyətlə  əlaqələr  insanın,  cəmiyyətin,  dövlətin 

və  ümumilikdə  bəşər  mədəniyyətinin  öyrənilməsi  və 

tədqiqində  mühüm  mahiyyətə  malikdir.  Elmin  metodo-

logiyası cəmiyyətin, insan və şəxsiyyətin dərk edilməsidir. 

Onun  ümumi  metodoloji  əsasını  tarix,  məntiq,  dialektika, 

iqtisadiyyat,  ontologiya,  qnesologiya,  sosioiogiya  və  s. 

təşkil edir. Mühüm amillərdən biri də cəmiyyətin öyrənil-

məsinə,  dövlətin  və  ümumilikdə  bəşəriyyətin  ilkin  əsası 

olan  insan  və  şəxsiyyətin  kamilləşməsinə  yardım  etmək-

dir.  Kamil  insan  bu  məsələdə  başlıca  idrak  obyekti  hesab 

edilir.  Burada  əsas  məqsəd  varlığı  tərəqqi  istiqamətində 

dəyişdirmək, insanı bəşəriyyətin mövcud sosial-mədəni və 

iqtisadi təcrübəsi əsasında tərbiyə edib formalaşdırmaqdır.  

“İctimaiyyətlə  əlaqələr”  fənni  xalqın  həyati  maraq-

larını  əks  etdirən  dəyərlər  sisteminin  formalaşdırılmasına 

yardım edir. Elmin bu sahəsi dövlət quruculuğu istiqamə-

tində  prioritet  məqsədlərin  müəyyənləşdirilməsi  və  düz-

gün  strateji,  iqtisadi  və  mədəni  siyasətin  formalaşması 

üçün  hərtərəfli  zəmin  yaradır.  “İctimaiyyətlə  əlaqələr” 

fənni  insan  və  cəmiyyət,  sivilizasiya  və  təbiət  arasındakı 

münasibətləri  əks  etdirən  və  bu  münasibətləri  bir  çox  as-

pektlərdə sosial-iqtisadi, fəlsəfi, mədəni və ictimai müstə-



22 


vidə nəzərdən keçirir. Müasir cəmiyyətin inkişafında insa-

nın hərtərəfli və kamil bir şəxsiyyət kimi formalaşmasında 

ictimai-humanitar  elmlər  şəbəkəsində  xüsusi  yer  almış 

“İctimaiyyətlə  əlaqələr”  fənninin  çox  böyük  tarixi  əhə-

miyyəti vardır.  

İctimaiyyətlə  əlaqələr  sferasında  menecment  fəaliy-

yəti mövcud elmi-texniki hadisələrin idarə edilməsi istiqa-

mətində  həyata  keçirilən  məqsədəuyğun,  kompleks,  intel-

lektual  və  təsərrüfatçılıq  işinin  əsasıdir.  Eyni  zamanda 

əlaqələr sahəsinin menecmenti rəhbərlik və idarəetmə sis-

temində  təşkilatçılıq  fəaliyyətini  həyata  kecirən  işgüzar 

şəxs  hesab  edilməklə,  intellektual  mülkiyyətin  təkrar  is-

tehsalı prosesində iqtisadi münasibətlərin idarə olunmasını 

öyrənir, tənzimləyir və insan kapitalının hazırlanması pro-

sesini  sürətləndirir.  Bu  baxımdan  yüksək  ixtisaslı  mütə-

xəssislərin  hazırlanması  prosesinin  özü    də  ictimaiyyətlə 

əlaqələr sferasında menecmentinəsas funksiyası sayılır.  

Menecment  ictimaiyyətlə  əlaqələr  sferasında  aşağı-

dakı əsas funksiyaları yerinə yetirir: 

1. Elmi funksiya. Menecment ictimaiyyətlə əlaqələr 

sistemində  təsərrüfat  fəaliyyətinin  əsas  anlayışlarını  və 

qanunauyğunluqlarını  elmi  əsaslarda  formalaşdırir  və  in-

tellektual  mülkiyyətin  hazırlanması,  bölüşdürülməsi  və 

istifadəsi ilə əlaqədar olan prosesləri həyata keçirir. 



2.  Dərk  etmə  (idrak)  funksiyası.  Menecment 

iqtisadiyyatın  idarə  olunması  qanunauyğunluqlarını  aşkar 

edir,  ictimaiyyətlə  əlaqələr  sferasında  müxtəlif  iqtisadi 

proseslərin mürəkkəb qarşılıqlı əlaqələrini müəyyən edir.  



3.  Proqnozlaşdırma  funksiyası.  Qərar  qəbul  etmək 

üçün  iqtisadi  proqnozlar  və  ehtimal  olunan  göstəricilər 

menecmentdə mühüm əhəmiyyətə malikdir.  



Yüklə 2,66 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   146




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə