Kulturologiya –mədəniyyət nəzəriyyəsindən daha geniş bir elm sahəsidir ki; hazırda bu elmin başqa sosial- numanitor ellərin heç birinə bənzəməyən fuksyiyaları və nəzəriyyəsi mövcuddur



Yüklə 2,66 Mb.
Pdf görüntüsü
səhifə9/146
tarix08.09.2018
ölçüsü2,66 Mb.
#67188
növüDərs
1   ...   5   6   7   8   9   10   11   12   ...   146

27 


bazarı,  elmi-texniki  yeniliklər  bazarı,  mədəni  istehsal  ba-

zarı  və  s.  Bazar  iqtisadiyyatı  şəraitində  bu  bazarların  hər 

birinin  həm  ayrılıqda  normal  fəaliyyəti,  həm  də  onların 

səmərəli  qarşılıqlı  əlaqəsi  inkişaf  etmiş  və  bazar  infrast-

rukturu  şəraitində  mövcud  olmuşdur.  Bu  baxımdan  bazar 

infrastrukturu  bazarın  müxtəlif  formalarının  fəaliyyəti 

üçün  zəruri  iqtisadi  mühitin  yaranmasına  maksimum 

xidmət  edir  və  nəticədə  bazar  iqtisadi  sisteminin  normal 

fəaliyyəti, bütövlükdə  cəmiyyət üçün həll edilmiş olur. 

İqtisadiyyatın  ümumi  dinamizminin  və  tərəqqisinin 

təmin  edilməsində  sahibkarın  innovasiya  fəaliyyəti  əvəz-

edilməz  əhəmiyyətə  malikdir.  İş  burasındadır  ki,  sahib-

karlıq  fəaliyyəti  bir  tərəfdən  də  məhsul  bolluğu  təmin 

edərək  bazarda  tələblə  təklif  arasında  zəruri  tarazlığın 

yaranmasına gətirib çıxarır. Sahibkar, işgüzar fəaliyyəti ilə 

bağlı  yeni  ideyalarını  reallaşdıraraq  istehsalın  texnika  və 

texnologiyasında,  istehsal  amillərinin  kombinasiyasında 

mütərəqqi  dəyişikliklər  yaradır.  Nəticədə  yeni  növ  məh-

sulların və xidmətlərin meydana çıxması ilə bazarda möv-

cud proseslərdə rəqabət yaranır. Həmin dövrdə öz yenilik-

ləri  ilə  bazarda  tələb  və  təklif  arasında  tarazılığın  pozul-

masına  səbəb  olan  sahibkarlar  innovasiya  fəaliyyəti  nəti-

cəsində əlavə mənfəət qazanmaq imkanı əldə edirlər.   

İqtisadiyyat, tarix, fəlsəfə, hüquq, sosiologiya, psixo-

logiya, pedaqogika, etnoqrafiya, arxeologiya, antropologi-

ya, etika, estetika və s. elmlərlə sıx qarşılıqlı şəkildə inki-

şaf  edən  “İctimaiyyətlə  əlaqələr”  bu  gün  cəmiyyət  həya-

tında  insan  kapitalını  və  şəxsiyyət  amilini  əsas  prioritet 

kimi  qəbul  edir.  Bu  prosesdə  insani  resurslarının  qiymət-

ləndirilməsi dünyəvi təcrübə əsasında həyata keçir. 




28 


 “İctimaiyyətlə  əlaqələr”  mövcud  cəmiyyətdə  öz 

aktuallığı ilə seçilən, dəyərləndirilən və inkişafda innova-

siya  proselərini  tətbiq  edən  prioritet  sahələrdəndir.  Bu 

elmin yazılmış və yazılmamış qanunları mövcuddur. İnsa-

nın həyat fəaliyyətinin təkmilləşməsi, inteqrasiya, innova-

siya  və  multikulturalizm  prosesləri  bu  fənnin  əsas  priori-

tetlərindən sayılır. Bu fənn bəşəri və beynəlmiləldir. Xalq-

ların özünəməxsus həyat tərzi, məişəti, mentaliteti, psixo-

logiyası,  adət  və  ənənələri  və  s.  burada  öz  dərin  ifadəsini 

tapır. Bu fənn universal dəyərləri, mədəni irsi, sosial-iqti-

sadi  komponentləri  real  gerçəklik  və  qarşılıqlı  əlaqəlilik 

prinsipi əsasında öyrənir.  

Bu  gün  elm  işığı  altında  sosial-iqtisadi,    mədəni 

sahələrin qiymətləndirilməsi  olduqca əhəmiyyətli məsələ-

lərdən biri hesab edilir. Bir millətin ictimaiyyətlə əlaqələ-

rini  inkişaf  etdirmək  üçün  hüdudları  aydın  cızılmış,  im-

kanları  gerçəkliklə  hesablanmış  bir  ümumi  ictimaiyyətlə 

əlaqələr siyasətinə böyük ehtiyac vardır. İctimaiyyətlə əla-

qələr  siyasəti  müəyyənləşdirilən  milli  siyasət  hədəflərinə 

uyğunlaşdırılmış  şəkildə  formalaşdırılmalıdır.  Bir  dilin 

qorunması  və  inkişafı,  məhz  onun  gələcək  nəsillərə  düz-

gün  ötürülməsilə  mümkün  olur.  Gələcək  nəsillərə  ötürül-

məyən  dil  isə  ölü  dillər  sırasına  aid  olur.  Dili  ötürmənin 

başlıca  yolu,  milli  təlim-tərbiyə  və  təhsildir.  Azərbaycan 

dili özünün gözəlliyi və bütün zənginliyi ilə yeni nəsillərə 

düzgün  şəkildə  çatdırılmalıdır.  Bir  milləti  təmsil  edən, 

dünyaya tanıdan onun vətəndaşları və görkəmli şəxsiyyət-

ləridir.  Hazırda  şəxsiyyətin  inkişafı  problemi  bir  çox 

aspektlərdən  tədqiq  edilir  və  cəmiyyətdə  aparılan  geniş 

sosioloji tədqiqatlara əsaslanır.  




29 


Avropa  Şurası    ekspertlərinin  hesabatlarında  qeyd 

edilir  ki,  azlıqlara  dair  milli  proqramların  qəbul  edilməsi 

ölkənin  mədəni  çoxçeşidliliyinin  inkişafı  üçün  başlıca 

amil və prioritet hesab edilir. Bu baxımdan dünyanın bəzi 

ölkələri  ilə  bağlanan  ikitərəfli  müqavilələr  və  postsovet 

respublikaları  ilə  ənənəvi  qarşılıqlı  münasibətlərin  qurul-

ması, ölkənin beynəlxalq nüfuzu üçün təqdirəlayiq bir hal 

hesab edilməlidir.  

Son  illərdə  müvafiq  nazirlik  və  qurumlarla  Avropa 

Şurası  arasında  əməkdaşlıq  çərçivəsində  ictimaiyyətlə 

əlaqələr  siyasəti  sahəsində  bir  çox  lazımlı  sənədlər  imza-

lanmışdır. Nazirliyin ictimaiyyətlə əlaqələr siyasəti şöbəsi 

YUNESKO,İSESKO, AŞPA, Avropa Birliyi, TÜRKSOY,  

MDB  və  digər  nüfuzlu  beynəlxalq  təşkilatların  müvafiq 

qurumları ilə uğurlu əməkdaşlıq edir. Azərbaycan Respub-

likasında  aparılan  məqsədyönlü  dövlət  siyasətinin  nəticə-

ləri  özünü  son  illərin  bir  sıra  uğurlu  layihələri  ilə  təsdiq-

ləyir.  


Amerika psixoloqu A.Maslou göstərmişdir ki, insan-

ların  əməllərinin  səbəbləri  təkcə  iqtisadi  amillərlə  yox, 

pulla  ödənilə  bilməyən  müxtəlif  tələbatlarla  bağlıdır. 

Onun bu fikrinə görə işçilərin əmək məhsuldarlığının yük-

səldilməsi fəhlələr və menecerlər arasındakı sosial-iqtisadi 

əlaqələrin yaradılmasından və kollektivdəki sağlam insani 

münasibətlərin formalaşmasından daha çox asılıdır, nəinki 

əmək  haqqının  artırılmasından.  Bunun  üçün  isə,    işçilər 

arasında sağlam əhval-ruhiyənin və   insani münasibətlərin 

yaradılması başlıca prioritet hesab edilməlidir. 

Bu gün ictimaiyyətlə əlaqələr sayəsində Mədəniyyət 

və Turzm Nazirliyi tərəfindən  yerlərdə abidələrin mühafi-

zəsi,  turizm infrastrukturunun inkişafı ilə bağlı konseptual 



Yüklə 2,66 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   146




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə