Kulturologiya –mədəniyyət nəzəriyyəsindən daha geniş bir elm sahəsidir ki; hazırda bu elmin başqa sosial- numanitor ellərin heç birinə bənzəməyən fuksyiyaları və nəzəriyyəsi mövcuddur



Yüklə 2,66 Mb.
Pdf görüntüsü
səhifə6/146
tarix08.09.2018
ölçüsü2,66 Mb.
#67188
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   146

17 


tədqiqində  idealı  yox,  məhz  müasir  dünyanın  obyektiv 

reallıqlarını  seçir  və  ümumbəşəri  dəyərlərə  istinad  edir. 

Eyni  zamanda  həyat  reallıqlarını,  cəmiyyətdə  yaşayıb 

yaradan fərdin sosial-iqtisadi və mənəvi tələbatını öyrənir, 

şəxsiyyətin  hərtərəfli  inkişaf  edib  kamilləşməsinə  müsbət 

təsir göstərən müxtəlif vasitə və üsulları aşkar edir.   

Bazar  münasibətlərinə  uyğun  idarəçiliyin  və  sərbəst 

sosial-iqtisadi  sistemin  qurulması  bu  gün  inzibati-amirlik 

metodlarının  əvəzinə,  çoxsaylı  təsərrüfatçı  subyektlərə 

əsaslanan  yeni, sivil təsərrüfat mexanizminin yaradılması-

nı  zəruriləşdirir.  İllər  boyu  iqtisadi  nəzəriyyəçilər,  tədqi-

qatçılar bazar münasibətlərinin xüsusiyyətlərinə istinad et-

miş və azad rəqabət şəraitində işləməyi əsas götürmüşlər. 

Dünyanın  inkişaf  etmiş  ölkələrində  bazar  sisteminin  tə-

şəkkülü  və  formalaşması  prosesi  300  ilə  yaxın  bir  dövrü 

əhatə  etmiş,  deməli,  bu,  çətin  və  uzun  sürən  bir  proses 

olmuşdur.  

İdarəetmə  ictimai-iqtisadi  münasibətlərin  məqsədə-

uyğun təşkil edilməsini, konkret olaraq müəssisənin şöbə-

ləri və bölmələri arasındakı əlaqələri təmin edir. İdarəetmə 

əvvəlcədən nəzərdə tutulmuş hər hansı bir obyektə məqsə-

dəuyğun  təsiretmə  vasitəsidir.  İdarəetmə  bütün  obyektiv 

qanunlar  sisteminin  tələblərinin,  habelə  müasir  cəmiyyətə 

xas  olan  ictimai,  kollektiv  və  şəxsi  mənafelərin  həyata 

keçirilməsi mexanizmidir.  

Həm iqtisadi-mənəvi meyarları, həm struktur, sosial, 

regional, fərdi ölçü və dəyərləndirmələri, həm də inkişafın 

çeşidli,  rəngarəng  və  qeyri-sabitliyini  idarəetmənin  asan-

lıqla müəyyən edilməyən kateqoriyalarına aid etmək olar. 

Bu proses özünü həm də, tam bir sistem kimi ictimaiyyətlə 

əlaqələrin ayrı-ayrı sahələrinin bərabərsizliyində,  əhalinin 



18 


elitar  və  kütləvi  mədəniyyətinin  inkişafındakı  dispropor-

siyalarda, mədəni sərvət və nailiyyətlərdən istifadədə, gen-

der  mütənasibliyində,  ölkənin  müxtəlif  regionlarının  qey-

ri-bərabər ictimai inkişafında da  göstərir. Bu isə, ictimaiy-

yətlə  əlaqələrin  sosial-iqtisadi  təsisatlarının  inkişaf  priori-

tetlərinin  seçimi  məsələsini  aktual  problemlər  sırasına  çı-

xarır.  Sadalanan  məsələlər  ictimaiyyətlə  əlaqələr  və    icti-

maiyyətlə əlaqələr siyasəti sahəsində  yenilikçi islahatların 

keçirilməsinə  yardımçı  olan  model  proqramların  tərtibini 

və müvəffəqiyyətlə həyata keçirilməsini təkidlə tələb edir. 

Perspektiv  və  reallıqların  dəqiqliklə  həyata  keçirilməsi 

üçün belə zəruri proqramların hazırlanması və reallaşdırıl-

ması bu gün olduqca əhəmiyyətlidir.  

İctimaiyyətlə  əlaqələr  mövcud  modellər  sistemidir. 

Bu  sahə  eyni  zamanda  mənəvi-siyasi  dəyərləri,  əxlaqi-

davranış qaydalarını, adət və ənənələrin məcmusunu özün-

də ehtiva  edir. Yəni, ictimaiyyətlə əlaqələr sahəsi həm də 

cəmiyyətin  kompleks  inkişaf  qanunlarına  istinad  edir.Bu 

baxımdan ölkənin  mövcud ictimaiyyətlə əlaqələr siyasəti,  

obyektiv  amillərin  mövcudluğu  şəraitində  təşəkkül  tapır. 

Bu  amillər  bilavasitə  mövcud  obyektə  təsir  göstərməklə 

kifayətlənməyib,  həm  də  müəyyən  mənada  onun  təcəssü-

münün  zaman-məkan  xüsusiyyətlərini  özündə  birləşdirir. 

Ölkənin  ictimaiyyətlə  əlaqələrinə  yaxından  bələd  olmaq 

üçün  mövcud olan ümumi vəziyyətlə daha yaxından tanış 

olmaq imkanını verir.  

Bazar  iqtisadiyyatı  şəraitində  ictimaiyyətlə  əlaqələr 

prosesində menecment fəaliyyəti diqqəti özünə xüsusi cəlb 

edir.  Menecment  firmanın  və  ya  müəsisənin  idarə  edən 

şəxsi  və  ya  işgüzar  təşkilatçısı  hesab  edilir.  Menecment 

sosial-ictimai  mühitdən  daha  çox  asılılığını  təzahür 



19 


etdirməklə  bərabər,  eyni  zamanda  mövcud  iqtisadi  yeni-

liklərin  texnologiyalarının  əlamətlərini  də  özündə  birləş-

dirir.  Onun  əsas  vəzifəsi  mövcud  istehlakçıların  zəruri 

tələblərinə  cavab  verən,  müəsisənin  fəaliyyətinin  gəlirlili-

yini və onun başqa sabit vəziyyətini təmin edən məhsul və 

xidmət istehsalını təşkil etməkdir.  

Müasir  biznes  və  ictimaiyyətlə  əlaqələr  sahəsinin 

problem  və  maraqlarının  ümumiliyi  təkcə  texnoloji  xüsu-

siyyətlərlə şərtlənmir. Bu texnoloji xüsusiyyətlərin özü də 

dərin  və  prinsipial  amillərlə  bağlıdır.  Müasir  biznes  və 

ictimaiyyətlə əlaqələr sferası bu gün sosial-iqtisadi əmək-

daşlığa  daha  geniş    şəkildə  məhkumdur.  Bu  baxımdan 

sosial-ictimai və iqtisadi sfera  yalnız dövlətin maraqlarını 

həyata keçirən sahə kimi mövcud olub inkişaf edə bilməz. 

Qeyri-büdcə  maliyyə  mənbələrinin  cəlb  olunması,  sosial-

ictimai sferanın maliyyə, sənaye və ticarət kapitalı, ictimai 

hərəkat  və  təşkilatlarla  aktiv  əməkdaşlıq,  müasir  şəraitdə 

mədəni-tarixi  irsin  saxlanılmasının,  yaradıcı  potensialın 

təkrar  istehsalının,  ictimai  həyatın  inkişafının  ən  mühüm 

şərtidir.  Bazar  iqtisadiyyatı  şəraitində  biznesin  özü  də 

sosial-iqtisadi  sahə  ilə  əlaqədardır  və  bir  çox  sosial 

vəzifələri  həyata  keçirir.  Firmanın  imici  və  şöhrətinin 

formalaşması və inkişafı, bilavasitə himayəçilik və xeyriy-

yəçilik,  kollektivlə  iş,  iqtisadi  əməkdaşlığın  genişləndiril-

məsi,  reklam  və  marketinq  kompaniyası,  satışa  maraq 

yaratmaq tədbirləri və s. ilə əhatə olunur. 

 Müasir  cəmiyyətdə  biznes  və  ictimaiyyətlə  əlaqələr 

prosesi  sanki  bir-birini  tamamlayır  və  biri  digərindən 

ayrılmazdır.  Unutmamaq  lazımdır  ki,  qədim  və  zəngin 

tarixə  malik  olan  xalqımız  elmə,  mədəniyyətə,  iqtisadi 

təfəkkürə  yiyələnmək  ücün  min  illərlə  təkamül  yolu 



Yüklə 2,66 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   146




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə