Kitab Avropa Qonşuluq və Tərəfdaşlıq Aləti Şərq Ölkələri Meşə Sektorunda Hüquq Tətbiqi və İdarəetmə Sisteminin Təkmilləşdirilməsi proqramının ikinci fazası



Yüklə 1,66 Mb.
Pdf görüntüsü
səhifə9/41
tarix08.07.2018
ölçüsü1,66 Mb.
#53891
1   ...   5   6   7   8   9   10   11   12   ...   41

28
I FƏSİL 
MƏKTƏB MEŞƏÇİLİYİNİN YARADILMASI
mühitinin qorunması naminə gənc nəslin səylərini birləşdirir. “Bizim
bir planetimiz və bir gələcəyimiz vardır və bu gün biz gənclər necə
planetdə ya şa maq istədiyimizə qərar ver mə li yik” sözləri hər kəsin
eko loji məsuliyyətini artır maq la yanaşı, ətraf mühitə sağ lam mü­
na sibət göstərməyə səs ləyir.
Təbiət və onun nemətləri insanı yaşatmağa qadirdir. Bir şərtlə 
ki, onu sevməyi və sevdirməyi bacarasan. Bizim mürəkkəb dünya­
mızda canlı və cansız təbiət qarşılıqlı əlaqədədir. Təbiət çox zərif 
və incədir. Canlı təbiətə qarşı kobud və düşünülməmiş münasibətin 
nəticəsi fəlakətli ola bilər. Planetimizdə həyat unikal və təkrarsızdır. 
Buna görə də Yer kürəsinin hər bir sakini təbii sərvətlərin indiki və 
gələcək nəsillər üçün qorunub saxlanmasına görə bütün bəşəriyyət 
qarşısında məsuliyyət daşıyır. 
Şəkil 10. RETTM­in gənc ekoloqları «Yaşıl Azərbaycan» aylığında


29
 MƏKTƏB MEŞƏÇİLİYİNİN YARADILMASI 
II FƏSİL
II fəsil 
Meşəçiliyin əsasları
Kitabın bu hissəsində siz meşənin nədən ibarət olması, inkişaf
və  bərpa  olunma  qanunauyğunluqları,  meşə  tingliyində  işlərin
təşkili, meşəsalma tədbirləri və bitkilərə qulluq qaydaları barədə
ətraflı məlumat ala bilərsiniz.
Meşəşünaslıq  ­  meşənin  təbiəti  haqqında  elm  sahəsi  olub,
meşə çiliyin  elmi  əsaslarından  bəhs  edir.  Meşəçilik  isə  meşənin
inkişaf qanunlarına uyğun olaraq qorunmasının və bərpasının əsas
üsullarını öyrənməyə imkan verir.
Meşəçiliyin maraqlı yaranma tarixi vardır. Bütün tarixi dövrlərdə
meşələr bəşəriyyətin həyatında mühüm rol oynayaraq yaşayış üçün
insanları hər vasitə ilə tikinti materialı, odun, qida, dərman bitkiləri
və s. təmin etmişdir. Zaman keçdikcə insanların sayı artmış, meşə
sərvətlərindən daha çox istifadə olunmağa başlanmışdır. Nəticədə
qırılmış  meşələrin  yerində  kənd  təsərrüfatı  sahələri,  yaşayış
məntəqələri meydana çıxmışdır. Tezliklə insanlar başa düşmüşlər
ki,  bu  qayda  üzrə  davam  etsələr  meşələrdən  tamamilə  məhrum
ola bilərlər.
Meşəçilik  haqqında ilk  təsəvvürlər qədim  Roma imperiyasında
yaranmışdır. B.e.ə. 234­149­cu illərdə Katon adlı filosof “Torpaq­
şünaslıq”  əsərində  göstərirdi  ki,  üzümlüklərdə,  əkin  sahələrinin
kənarında, xüsusi olaraq ayrılmış yerlərdə söyüd, qovaq, göyrüş,
sərv,  şam  və  digər  ağaclarını  torpağa  olan  tələbkarlığını  nəzərə
alaraq əkmişlər. B.e.ə. V əsrdə Kolumella kənd təsərrüfatı haqqında
traktatında  meşəsalma  üsulları,  ağac  cinslərinin  xüsusiyyətləri
barədə məlumat verirdi. Roma alimi Piliniy (b.e.ə. 23­79­cu illər)
bu  məlumatları  “Təbiətşünaslıq  tarixi”  əsərində  ümumiləşdirdi.
Piliniyin  fikrincə  meşə  təbiətin  insana  bəxş  etdiyi  ən  qiymətli
nemət olub, tikinti materialı, mal­qara üçün yem, əkin sahələrinin
qoruyucu zolağı və şəhərləri sel sularından mühafizə edən sipərdir.
XVII­XVIII  əsrlərdə  sənayeninn  inkişafı  nəticəsində  oduncağa
olan  tələbat  getdikcə  artdı.  Meşə  ehtiyatyatlarının  sürətlə  azal­
ması  dünya  ictimaiyyətinin  narahatlığına  səbəb  oldu.  İlk  dəfə
XVIII  əsrdə  Almaniyada  meşəçilik  təsərrüfatlarının  davamlı  isti­
fadəsi  barədə  çağırışlar  səsləndi.  Beləliklə,  almaniyalı  meşəçilər
tərəfindən  tədarük  olunan  oduncağın  əvəzinə  qırılmış  meşələrin
yenidən bərpa olunması barədə təşəbbüs irəli sürüldü. Bu ideyalar


30
II FƏSİL 
MƏKTƏB MEŞƏÇİLİYİNİN YARADILMASI
sonradan digər  Avropa ölkələrində  də  tətbiq  olunmağa başlandı.
XX  əsrdə  meşələrin  davamlı  istifadəsi  barədə  təkliflər  1992­ci
ildə Rio­de­Janeyro şəhərində keçirilən BMT­nin ətraf mühit üzrə
beynəlxalq konfransında səsləndirildi. Konfransda Davamlı İnkişaf
Konsepsiyası, meşələrin davamlı idarə olunmasının əsas prinsipləri
qəbul edildi.
Avropa  İttifaqının  təşəbbüsü  ilə  2005­ci  ildə  Sankt­Peterburq
şəhərində  44  ölkənin  nümayəndələrinin  iştirakı  ilə  keçirilən  bey­
nəl xalq  konfransda  “Avropa  İttifaqının  qonşuluq  siyasəti  şərq
ölkələrinin  və  Rusiyanın  meşə  sektorunda  hüquq  tətbiqi  və
idarəetmə  sisteminin  təkmilləşdirilməsi”  (ENPİ  FLEG)  proqramı
qəbul edilib. Bu proqramda meşələrin qanunsuz qırılmasının qarşı­
sının  alınması,  meşə  ehtiyatlarının  davamlı  istifadəsi  və  bərpa
olun ması  məsələləri  əsas  vəzifələr  kimi  göstərilir.  Azərbaycan
Respublikasının qoşulduğu bu proqram üzrə ölkəmizdə meşələrin
qorunması  və  artırılması  üçün  geniş  miqyaslı  tədbirlər  həyata
keçirilir.
Azərbaycan  qədim  dövrlərdə  başdan­başa  meşələrlə  örtülü
olmuşdur.  XIX  əsrin  mütəfəkkir  ziyalısı,  dahi  təbiətşünas  Həsən
bəy Zərdabi Azərbaycan təbiətinin tarixinə nəzər salaraq yazırdı:
“Bizim  dağlarımız  vaxtilə  sıx  meşələrlə  örtülü  olmuş,  sonra  bu
meşələr  qırılmış  və  bunun  nəticəsində  çaylarımızda  olan  suyun
miqdarı  azalmışdır”  (H.B.Zərdabi  Seçilmiş  əsərləri.  Bakı,  1960).
Zaman ötdükcə əkinçiliyin və maldarlığın sürətli inkişafı nəticəsində
meşələrin ərazisi insan tərəfindən zəbt olunmuşdur.
XX əsrin əvvəllərində ölkə ərazisində olan meşələr sahibkarlar
arsında  bölüşdürülmüşdü.  Qiymətli  ağac  növləri  kəsilib  xaricə
ixrac  olunurdu.  20­ci  illərdən  başlayaraq  dövlət  mülkiyyətinə
keçən  meşə  fonduna  ciddi  nəzarət  tətbiq  olundu.  Keşən  əsrin
orta larından etibarən elmi­tədqiqat institutlarının alimləri, meşə­
çilik  təsərrüfatlarının  mütəxəssisləri  meşələrin  öyrənilməsi  və
artırılması  sahəsində  böyük  elmi  nailiyyətlər  əldə  etdilər.  Kənd
təsərrüfatında  əkin  sahələrinin  kənarlarında  tarlaqoruyucu  meşə
zolaqları  salınmağa  başlandı.  Meşə  əkinlərinin  sahəsi  ildən­ilə
artırıldı.
Buna baxmayaraq meşə ehtiyatlarının qeyri­səmərəli istifadə si
ölkədə  meşəsiz  sahələrin  genişlənməsinə  səbəb  olurdu.  Dağları­
mızın  yamaclarını  bəzəyən  meşələrin  torpaqqoruyucusu,  su  və
iqlim tənzimləyici rolu məlum olsa da, sürətlə gedən meşəsizləşmə
prosesində  iqlim  dəyişiklikləri  zamanı  leysan  yağışlar  torpağın
münbit qatını yuyaraq çaylara axıdır, sel suları torpaqların yuyul­


Yüklə 1,66 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə