Kitab Avropa Qonşuluq və Tərəfdaşlıq Aləti Şərq Ölkələri Meşə Sektorunda Hüquq Tətbiqi və İdarəetmə Sisteminin Təkmilləşdirilməsi proqramının ikinci fazası



Yüklə 1,66 Mb.
Pdf görüntüsü
səhifə7/41
tarix08.07.2018
ölçüsü1,66 Mb.
#53891
1   2   3   4   5   6   7   8   9   10   ...   41

22
I FƏSİL 
MƏKTƏB MEŞƏÇİLİYİNİN YARADILMASI

Məxfilik və özündən razılıq hissi dəstənin üzvü olan digər
yoldaşlarınızın narazılığına səbəb ola bilər. Meşənin sirləri
barədə bildiklərinizi dostlarınızla bölüşün.
Azərbaycanın gənc meşəçiləri
Ümummilli  lider  Heydər  Əliyevin  xüsusi  diqqət  və  qayğısı
sayəsində  Azərbaycanda  yaşılıqların  artırılması,  xüsusi  mühafizə
olunan təbiət ərazilərinin yaradılması, təbii sərvətlərin qorunması
üçün  həyata  keçirilən  tədbirlər  müdrik  və  uzaqgörən  siyasətin
nəticəsidir.  Ulu  öndərin  əkilən  hər  bir  ağacı  “təbiətin  bəzəyi”,
“insanların sağlamlığı” adlandıraraq insanları yaşıllıqları artırmağa
səsləyən  çağırışı  müasir  gənclik  üçün  örnəkdir.  Onun  müdrik
sözləri hər bir vətəndaşın həyat amalına çevrilərək dünyanı sarıyan
ekoloji böhrandan çıxış yolunu göstərir: “...Təbii sərvətlərə qayğı
ilə  yanaşılması,  genofondun  qorunması,  ekoloji  sağlamlıq  və
digər ekoloji problemlər ayrılıqda hər bir dövləti düşündürsə də,
problemləri yalnız birgə səylərlə həll etmək mümkündür. Təbiətin
ölkəmizə bəxş etdiyi zəngin sərvətlərə xüsusi qayğı ilə yanaşmaq,
belə  misilsiz  xəzinələri  bəşəriyyətin  gələcəyi  naminə  qorumaq
üzərimizə düşən başlıca vəzifələrdəndir”.
Ulu  öndərin  layiqli  davamçısı,  Azərbaycan  Respublikasının
Prezidenti  İlham  Əliyevin  rəhbərliyi  altında  bu  gün  ölkədə  həyata
keçirilən geniş miqyaslı tədbirlər ətraf mühitin yaxşılaşdırılmasına və
təbii sərvətlərin davamlı istifadəsinə yönəlməklə hər birimizin ekoloji
məsuliyyətini  artırır.  Təbiətin  nadir  incilərinin  qorunub  saxlanması
və ekoloji problemlərin həlli istiqamətində ölkə rəhbərliyinin böyük
diqqəti və qayğısı sayəsində düşünülmüş və məqsədyönlü işlər həyata
keçirilir.  Respublikamızda  səhralaşmaya  qarşı  mübarizə,  meşələrin
artırılması və bərpası, təbii sərvətlərin davamlı istifadəsi, alternativ
enerji  mənbələrinin  istifadəsi,  ekoloji  tarazlığın  bərpa  edilməsi,
əhalinin mənalı istirahətini təşkil etmək üçün görülən işlər təbiətin
qorunub saxlanmasına və insanların sağlamlığına xidmət edir.
Ölkəmizidə yaşıllaşdırma, yenidənqurma və abadlaşdırma işləri
böyük vüsətlə davam edir. Gənc meşəçilər də böyük həvəslə bu
işlərdə yaxından iştirak edirlər.
Şamaxı  rayonunun  meşələri  Böyük  Qafqaz  dağlarının  cənub
ətəklərində  yerləşir.  Meşələr  müalicəvi  bitkilərlə,  yabanı  meyvə  və
giləmeyvələrlə  zəngindir.  Fıstıq,  vələs,  palıd,  göyrüş,  ağcaqayın,
qaracöhrə, cır alma və s. bitkilər meşə florasını təşkil edir. Təbii halda
bitən fındıq, qoz, palıd, fıstıq, şam, əzgil, yemişan, zoğal, ardıc və s.


23
 MƏKTƏB MEŞƏÇİLİYİNİN YARADILMASI 
IFƏSİL
bitkilər  meşələrin  bəzəyidir.  Şamaxı  rayonunun  Şərədil  kəndi  rayon
mərkəzindən  20  km  məsafədə  Ağsu  yolunun  kənarında  uca  Təngi
dağının ətəyində yerləşir. Şərədil kənd orta məktəbinin “Gənc meşəçilər”
dəstəsinin  yaxınlıqdakı  “Təngi”  meşəsində  yarat dığı  ekoloji  cığır
meşəyə istirahətə gələnlərin və turistlərin flora və fauna ilə yaxından
tanışlığına imkan verir. Marşrut boyu cığır tullantılardan təmizlənərək
ekoloji turizm həvəskarlarının təbiət obyektlari ilə tanış olması üçün
məlumat lövhələri yerləşdirilib. Bu işdə meşəbəyi uşaqlara yaxından
kömək edir. Meşədə bitən 300­500 yaşlı palıd ağacları gənc meşəçilər
tərəfindən  himayəyə  götürülüb.  Məktəyanı  sahədə  əkilmiş  çinar,
tut, palıd və ağaclara müntəzəm qulluq edilir. Məktəblilər tərəfindən
məktəbin həyətində bir ha sahədə bütün dünyada şöhrət tapmış qədim
“Mədrəsə”  üzüm  sortu  becərilir.  Meşədə  ekoloji  tədqiqatlar  zamanı
məktəblilər  heyvanların  davranışını  müşahidə  edərək  ekosistemdə
onların yeri və rolu haqqında məlumat toplayırlar. Müşahidələr zamanı
xüsusi təyinedicilərdən və fotoaparatdan istifadə olunur.
Şamaxı  Rayon  Ekoloji  Tərbiyə
və Təcrübəçilik Mərkəzi nin, Sabir
adına  qəsəbə  orta  mək təbi nin,
Avaxil  kənd  orta  məktəbinin  və
digər  kənd  məktəb ləri nin  gənc
meşə çiləri  tarla qoru yu cu  meşə
zolaq ları nın  salın ma sında,  əhali
arasın da təbliğat və yaşıllaşdırma
iş lərin də  yaxından  iştirak  edirlər.
Şamaxı  rayonu  Keçmədin  kənd
orta  məktəbinin  “Gənc  meşəçilər  dəstəsinin  üzvləri  tez­tez  təbiətin
qoynunda  olur,  Pirqulu  meşələrini  füsunkar  təbiətini  öyrənməklə
təbiətin gözəlliyindən xüsusi zövq alırlar. Meşələrin bütün komponent­
lərinin  öyrənilməsini  qarşıya  məqsəd  qoyaraq  məktəblilər  xüsusi
fəaliy yət planı üzrə tədqiqatlar aparırlar. Məktəb meşəçiliyində “Meşə­
həyat dır:  Onu  öyrən,  sev,  təbliğ  et  və  qoru!”,  “Meşənin  faunası  və
florası”,  “Planetin  yaşıl  ciyərləri”,  “Su  dirilik  mənbəyidir”,  “Meşələr
müharibə  təhlükəsindən  qorunmalıdır”  mövzularında  məşğələlər
keçirilir.  Şahdağ  Milli  Parkının,  Şamaxı  Rayonu  Meşə  Mühafizəsi  və
Bərpası  Müəssisəsinin  əməkdaşlarının  iştirakı  ilə  tez­tez  görüşlər,
məktəb  konfransı  təşkil  olunur.  Məktəbyanı  sahədə  meşə  bitkiləri
üzərində  təcrübə  işləri  aparılır,  bitkilər  toxum  və  qələm  vasitəsilə
artırılır.  Şamaxı  rayonunun  meşə  təsərrüfatının  işçiləri  məktəblilərə
meşəçilik  üzrə  tövsiyələr  verir,  tədqiqatların  aparılmasına  köməklik
göstərirlər. 
Şəkil 4. Şamaxı rayonunun gənc meşəçiləri


24
I FƏSİL 
MƏKTƏB MEŞƏÇİLİYİNİN YARADILMASI
Hacıqaqbul rayonu Ə.Ağayev adına Kolanı kənd orta məktəbinin
“Gənc  meşəçilər”  dəstəsi  Kür  çayının  kənarında  olan  Tuqay
meşələrinin öyrənilməsində və qorunmasında iştirak edirlər. Düzənlik
tipli  meşələrə  Azərbaycanda  Tuqay  meşələri  deyilir.  Hacıqabul
rayonunun Kür çaynım sahilində yerləşən kəndləri tuqay meşələri ilə
əhatə  olunmuşdur.  Tuqay  meşələrində  ağyarpaq  qovaq,  söyüd,
uzunyarpaq  palıd,  tut  ağacları,  böyürtkən,  qaratikan  kolları  və  s.
bitkilər üstünlük təşkil edir. Kolanı kənd məktəbinin “gənc meşəçilər”
dəstəsinin  üzvləri  tuqay  meşələrinin  flora  və  faunasını  tədqiq  edir,
son illərdə meşələrin tükənməsi səbəblərini araşdırırlar. Ekologiya və
Təbii Sərvətlər Nazirliyinin Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin
əməkdaşları  ilə  birlikdə  Hacıqabul  rayonunun  Meynəman,  Talış,
Kolanı  və  Abdulabad  kəndlərinin  məktəbliləri  tuqay  meşələrinin
bərpa  olunmasında  və  Hacıqabul  magistral  avtomobil  yolunun
kənarının yaşıllaşdırılmasında yaxından iştirak edirlər. Hər həftənin
şənbə  günlərində  gənc  meşəçilər  ağacların  əkilməsində,  yeni
tingliklərin  yaradılmasında  meşəçilərə  köməklik  göstərirlər.  Xüsusi
tingliklərdə artırılan bitkilərdən tuqay meşələrinin bərpa edilməsində
istifadə  edilir.  Gənc  meşəçilər  meşələrin  qorunmasında  fəallıq
göstərərək əhali arasında təbliğat aparırlar.
Böyük  Qafqazın  cənub  yamac­
larında yerləşən İsmayıllı rayonunun
dağlıq və dağətəyi hissəsi meşələrlə
örtülüdür.  Bu  ərazidə  yaradılmış
İsmayıllı Dövlət Qoruğu və Şahdağ
Milli  Parkı  Böyük  Qafqazın  cənub
yamac larının şərq hissə si nin təbiət
komplekslərini  qorumaq,  xüsu silə
bitki  və  heyvanat  aləmini,  torpaq
örtüyünü mühafizə edib zənginləşdirmək məqsədi daşıyır. İsmayılllı
Rayon Ekoloji Tərbiyə və Təcrübəçilik Mərkəzinin gənc meşəçiləri
meşə bitkilərini toxumla artıraraq 1150 ədəd akasiya, palıd, fıstıq
ağaclarından  ibarət  məktəb  tingliyi  yaratmışlar.  Dərnək  üzvləri
rayonda tez­tez keçirilən bir sıra ekoloji tədirlərdə iştirak edir, əhali
arasında  meşələrin  qorunmasına  dair  təbliğat  və  maarıfləndirmə
tədbirləri  həyata  keçirirlər.  Meşə  tingliyində  becərilən  ağaclar
meşəsalma və meşəbərpası işlərində geniş istifadə olunur.
İsmayıllı  rayonunun  Tircan,  Cülyan,  İvanovka  və  digər  kənd
məktəblərinin  gənc  meşəçiləri  il  ərzində  meşələrin  qorunmasına
aid bir çox tədbirlərdə iştirak edirlər. Meşə ağaclarının məktəbyanı
sahədə artırılması ənənəvi şəkildə davam etdirilir. Məktəblilər tez­
Şəkil 5. İsmayıllı r. ETTM­in meşə tingliyi


Yüklə 1,66 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə