Kitab Avropa Qonşuluq və Tərəfdaşlıq Aləti Şərq Ölkələri Meşə Sektorunda Hüquq Tətbiqi və İdarəetmə Sisteminin Təkmilləşdirilməsi proqramının ikinci fazası


 MƏKTƏB MEŞƏÇİLİYİNİN YARADILMASI



Yüklə 1,66 Mb.
Pdf görüntüsü
səhifə12/41
tarix08.07.2018
ölçüsü1,66 Mb.
#53891
1   ...   8   9   10   11   12   13   14   15   ...   41

35
 MƏKTƏB MEŞƏÇİLİYİNİN YARADILMASI 
II FƏSİL
qəhvəyi rəngli, hamar, qırışıq, pulcuqşəkilli və s. olur. Kökün gövdə
ilə birləşdiyi hissə kök boğazı adlanır. Ağaclarda kök boğazından
bir, kollarda isə bir neçə gövdə inkişaf edir. Hündür boylu ağaclar
25 m­dən yuxarı, orta boylu 15­25 m, nisbətən alçaq boylu 7­15
m, daha alçaq boylu ağaclar 5­7 m hündürlükdə olur.
Ağacın  yarpaq,  çiçək  və  meyvələrlə  örtülü  yuxarıya  doğru
şaxələnmiş hissəsi ağacın çətiri adlanır. Ağacların çətiri piramida
şəkil li, konusvari, qövsvarı və salxımvarı olmaqla fərqlənir. Palıd,
cökə, ağcaqayın ağacları sıx çətirli, tozağacı, göyrüş ağacları isə
seyrək çətirlidir. Ağacların çətirləri bir­birinə qovuşaraq meşə örtü­
yünü əmələ gətirir.
Ağacların  kök  sistemi  onları  torpaqda  möhkəmləndirərək
qida  maddələrinin  mənimsənilməsinə  kömək  edir.  Əsas  kökdən
yan  və  əlavə  köklər  inkişaf  edir.  Əlavə  köklər  yan  kökdən  fərqli
olaraq gövdənin aşağı hissəsindən, həm də əsas kökdən başlanğıc
götürə bilər. Quruluşuna görə kök sisteminin əsas 2 tipi vardır: mil
və  saçaqlı.  Mil  kök  sistemində  əsas  kök  inkişaf  edərək  torpağın
dərinliyinə  doğru  gedir  (palıd,  şam  ağacları).  Belə  kök  sistemi
ağacların davamlı olmasına şərait yaradır. Saçaqlı kök sistemində
mil  kök  o  qədər  də  nəzər  çarpmır  və  ya  yaxşı  inkişaf  etmir.  Yan
köklər gövdədən inkişaf edərək torpağın səthində yerləşir (tozağacı,
əsməqovaq). Qarışıq kök sistemində həm əsas, həm də əlavə köklər
yaxşı inkişaf edib bir­birindən seçilmir (qızılağac, ağcaqayın, cökə).
Müxtəlif tipli torpaqlarda kök sistemi müxtəlif cür inkişaf edir.
Məsələn,  bataqlıqlaşmış  torpaqlarda  şam  ağacının  kök  sistemi
saçaqlı,  quru  torpaqlarda  isə  mildir.  Meşə  tingliyində  becərilən
palıd ağaclarının kök sistemi bir qədər kəsilir ki, mil kök sıradan
çıxdıqda saçaqlı kök sistemi inkişaf etsin. Belə ağacları bir yerdən
başqa  yerə  köçürmək  daha  asan  olur.  Gövdənin  üzərindəki
tumurcuqlardan zoğlar inkişaf edir. Yarpaqlar yarpaq ayası, saplaq
və yarpaq altlığından ibarət olur. Yarpaqlardakı yaşıl rəngli xlorofil
piqmenti  günəş  enerjisinin  təsiri  altında  üzvü  maddələr  əmələ
gətirir. Fotosintez prosesində bitkilərin istehsal etdikləri oksigenin
Yer kürəsində həyatın əmələ gəlməsində böyük əhəmiyyəti vardır.
Çiçək tumurcuqlarından çiçəklər inkişaf edir. Bitkilərdə bir cinsli
və ikicinsli çiçəklər fərqləndirilir. İkicinsli çiçəklərdə həm dişiciklər,
həm  də  erkəkciklər  vardır.  Bircinsli  çiçəklər  isə  yalnız  dişicikdən
və yaxud erkəkcikdən ibarət olur. İkicinsli çiçəkləri olan ağaclarda
həşəratlar və külək vasitəsilə çarpaz tozlanma, eyni zamanda öz­
özünə tozlanma gedir (məs; cökə, itburnu və s.). Müxtəlif cinsli
çiçəkləri olan bitkilər birevli və ikievli olmaqla iki qrupa ayrılır. İkievli


36
II FƏSİL 
MƏKTƏB MEŞƏÇİLİYİNİN YARADILMASI
bitkilərdə tozcuqlar olan çiçəklər və dişicik olan çiçəklər müxtəlif
ağaclarda yerləşir (söyüd, qovaq). Belə bitkilər həm erkək, həm də
dişi fərdlərdən ibarət qrup halında bitir. Əgər yaxınlıqda müqabil
cinsdən  olan  ağaclar  yoxdursa,  ikievli  bitkilərdə  meyvə  əmələ
gəlmir. Ağaclarda çiçəklər sırğa, süpürgə, mürəkkəb süpürgə, çətir,
salxım və s. tipli çiçək qrupları əmələ gətirir. Ağacların meyvələri
qoza, qozmeyvə, qanadmeyvə və s. müxtəlif formalı olur.
Beləliklə, ağac və kol bitkilərinin əsas fərqləndirici cəhəti çoxillik
gövdədir.  Ağaclarda  bir,  kol  bitkilərində  isə  bir  neçə  gövdə  olur.
Ağacın  gövdəsi  oduncaqdan  ibarətdir.  Gövdənin  eninə  kəsiyində
illik  halqalar  görünür.  Oduncağın  əsas  tərkib  hissəsi  uzunsov
hüceyrələrdən ibarət ağac liflərdir. İynəyarpaqlı ağaclarda bu liflər
3­4  mm  uzunluqda  olub  traxeidlər  adlanır.  Bəzi  ağac  növlərində
(palıd,  şam,  göyrüş)  oduncağın  mərkəzi  hissəsi  tünd  rəngli  olub
özək adlanır. Oduncaqda ölü hüceyrələrdən ibarət borular vardır.
Yaz  mövsümünündə  borular  yayda  olduğuna  nisbətən  enli  olur.
İynəyarpaqlı ağaclarda (şam, ardıc, giləmeyvəli qaracöhrə) qətranlı
maddənin ifraz olunduğu borular da vardır.
Ağacların ömrü nə qədərdir?
Aşağıdakı  cədvəldə  bəzi  ağac  növlərinin  orta  həyat  dövrü
göstərilir.
Cədvəl 1.
Ağac növlərinin orta hündürlüyü və həyat dövrü.

Ağacların növü
Hündürlüyü (m) Həyat dövrü (il)
1.
Qızılağac
15­20 (25)
50­70
2.
Qovaq
35
80­100 (150)
3.
Quşarmudu (üvəz)
4­10 (15­20)
80­100 (300)
4.
Sərv
15­20
100­dən artıq
5.
Tozağacı
20­30 (35)
150 (300)
6.
Qarağac
25­30 (35)
150 (300­400)
7.
Göyrüş
25­30 (40)
150­200 (350)
8.
Alma
10 (15)
200­ə qədər
9.
Armud
20 (30)
200 (300)
10. Şam
20­40 (45)
300­400 (600)
11. Cökə
30 (40)
300­400 (600)
12. Fıstıq
25­30 (50)
400­500
13. Ardıc
1­8 (12)
500 (800­1000)
14. Giləmeyvəli qaracöhrə
15 (20)
1000 (2000­4000)
15. Palıd
30­40 (50)
1500


37
 MƏKTƏB MEŞƏÇİLİYİNİN YARADILMASI 
II FƏSİL
Meşə - ekoloji sistemdir
İlk baxışda meşəni seyr edən insan ayrı­ayrı ağacları və kolları
müşahidə edərək, ümumilikdə bitkilərin arasındakı əlaqələri dərin­
dən təsəvvür edə bilmir. Meşə florasına daxil olan ağac və kollar
bioekoloji  qanunauyğunluqlara  əsasən  inkişaf  edən  mürəkkəb
sistemdir.
Meşə  ekosistemləri  müxtəlifdir.  Şamlıq  meşəsi,  palıd  meşəsi,
qarışıq və sadə meşələr bir­birindən inkişaf xüsusiyyətlərinə, bitki
və  heyvanat  aləminə,  təkamül  tarixinə  görə  fərqlənir.  Meşənin
əsas hansı əlamətləri vardır?
Azərbaycan Respublikasının Meşə Məcəlləsində göstərilir: “Meşə­
bioloji cəhətdən qarşılıqlı əlaqəli və öz inkişafında bir­birinə təsir
göstərən torpağın, suyun, ağac, kol və ot bitkilərinin, heyvanların,
mikroorqanizmlərin və ətraf mühitin digər hissələrinin vəhdətidir.
Meşə  fondu  sahələrinə  isə  meşə  sahələri,  habelə  meşə  bitkiləri
ilə örtülü olmayan meşə və qeyri­meşə torpaq sahələri aid edilir”
(maddə 1).
Mürəkkəb meşələrə misal olaraq palıd­vələs, fıstıq­vələs meşə­
sini göstərmək olar. Eynicinsli ağaclardan ibarət meşələrə isə sadə
meşələr deyilir. Sadə meşələrdə ağaclar təxminən eyni hündürlükdə
və bir yarusda, mürəkkəb meşələrdə isə müxtəlif hündürlükdə və
bir  neçə  yarusda  yerləşir.  Beləliklə,  mürəkkəb  meşədə  işıqsevən
ağacların seyrək çətirləri altında kölgəyədavamlı ağac və kol bitki­
ləri inkişaf edir. Azərbaycanın qarışıq meşələrində birinci yarusda
palıd,  ikinci  yarusda  vələs,  ağcaqayın,  cökə,  qarağac,  üçüncü
yarusda kol bitkiləri, dördüncü yarusda çoxillik ot bitkiləri və beşin­
ci yarusda mamırlar, göbələklər yerləşir.
Meşədəki  ağacların  çətiri  bir­birinə  sıx  qovuşur.  Buna  baxma­
yaraq məhv olmuş ağacların yerində boşluq yarana bilər. Bundan
əlavə  ot  bitkilərinin  gur  inkişaf  etdiyi  meşə  talası  olur.  Meşədən
kənarda  bitən  ağac  qruplarında  isə  ağacların  çətiri  daha  enli  və
yaxşı  inkişaf  etmiş  olur,  gövdənin  aşağı  hissəsində  budaqlanma
başlanır. Halbuki, meşədə ağaclar sıx bitdiyinə görə budaqlanma
gövdənin yuxarı hissəsindən başlanır. İstisna olaraq kölgəyədavamlı
ağaclarda budaqlanma aşağı hissədə müşahidə olunur, ağacların
çətiri isə nisbətən ensiz olur.
Meşədəki ağacların gövdəsi hündür və düzdür. Ağacların çətirləri
altında cavan ağaclar, kol bitkiləri ikinci və üçüncü yarusu əmələ
gətirir. Alt yarusda ot bitkilərinin xüsusi meşə növləri bitir. Bu növlər
çöllərdə  və  çəmənlikdə  bitən  ot  bitkilərindən  fərqlənir.  Qaranlıq


Yüklə 1,66 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə