Kitab Avropa Qonşuluq və Tərəfdaşlıq Aləti Şərq Ölkələri Meşə Sektorunda Hüquq Tətbiqi və İdarəetmə Sisteminin Təkmilləşdirilməsi proqramının ikinci fazası


 MƏKTƏB MEŞƏÇİLİYİNİN YARADILMASI



Yüklə 1,66 Mb.
Pdf görüntüsü
səhifə10/41
tarix08.07.2018
ölçüsü1,66 Mb.
#53891
1   ...   6   7   8   9   10   11   12   13   ...   41

31
 MƏKTƏB MEŞƏÇİLİYİNİN YARADILMASI 
II FƏSİL
masına səbəb olurdu. Meşə ağaclarının qanunsuz qırılması, mal­
qaranın  otarılması  nəticəsində  boşalmış  sahədə  inkişaf  edən
kolluqlar  torpaq  eroziyasının  qarşısını  ala  bilmirdi.  Bitki  örtüyü
məhv olan ərazilərdə zəhərli alaq bitkilərinin inkişafı və yarğanların
əmələ gəlməsi təbii landşaftın deqradasiyasına səbəb olurdu. Eyni
zamanda  əsrlər  boyu  formalaşmış  bitki  və  heyvan  növlərindən
ibarət bioloji müxtəliflik tükənərək təbiəti yoxsullaşdırırdı.
Azərbaycanın  görkəmli  alimi,  akademik  Həsən  Əliyev  ilk  dəfə
olaraq  XX  əsrdə  meşələrin  acınacaqlı  vəziyyəti  və  təbiətin  taleyi
barədə  “Həyəcan  təbili”  əsərini  qələmə  aldı.  Alimin  gənc  nəslə
ünvanlanan tövsiyələri bü gün də öz aktuallığını itirməmişdir: “Əsas
məsələ  yeni  nəslə  ətrafına  ağıllı  nəzərlə  baxmağı  öyrətməkdir.
Təbiəti  duymaq,  oxumaq,  lazım  gələndə  bütün  “hisslərini  səfərbər
eləyib” onun keşiyində durmağı bacarmaq psixologiyasını böyüyən
nəslə aşılamaq ən yaxşı təbiət dərsidir”. O göstərirdi ki, torpaq, su
hava, yaşllıq, canlı aləm və bütün bunlarla insanların təması təbiətin
ahəngidir. Ölkəmizin hər bir vətəndaşı təbiətin ahəngini qorumalıdır.
Vaxtı ilə Azərbaycanın meşələrlə başdan başa örtüldüyünü qeyd edən
alimi meşə örtüyünün sıradan çıxması çox narahat edirdi. O, Avropa
ölkələrində meşələrin davamlı istifadəsini misal göstərərək dünyada
balta səsini silah səsindən, güllə yarasından da qorxulu hesab edirdi.
Akademik Həsən Əliyev öz kitabında ölkəmizin misilsiz sərvəti
olan Talış, Zaqatala, Göy­göl, Batabat, Kür sahili Tuqay meşələrinin
gözəlliyini və zənginliyini xüsusi qeyd edir, bu sərvətin qayğısına
qalmağın  vacibliyini  vurğulayırdı.  Vaxtı  ilə  Azərbaycana  qonaq
gələn,  səyahətçilər  və  alimlər  meşələrimizin  gözəlliyinə  valeh
olaraq onları öz əsərlərində təsvir edirdilər. Dahi alim meşələrimizi
balta  səsindən,  güllə  yarasından  qorumağı,  bu  gözəlliyin  qədrini
bilməyi,  “gənc  nəsli  kiçik  yaşlarından  meşələrin  əsrarəngiz  bitki
aləmi, quşların, heyvanların həyatı ilə tanış etməyi” tövsiyyə edirdi.
O  göstərirdi  ki,  məktəblilər  “hər  bir  çiçəyin,  gülün  adını,  bioloji
xüsusiyyətlərini  bilməli,  kökü  kəsilməkdə  olan  bitkiləri  mühafizə
etməyi,  çoxaltmağı,  qayğısına  qalmağı,  quşları  və  heyvanları
səsindən tanımağı” bacarmalıdırlar.
Akademik  Həsən  Əliyev  yazırdı:  “Meşə­sərvətimiz,  var­döv­
lətimiz, meşə­məişətimizin bir hissəsidir. Meşə olan yerdə məhsulu
yığışdırmaqla  qurtarmaz,  xəstəlik  olmaz.  Yaşıllıq  əhatəsində
insanı  işıqlı  fikirlər  öz  ağuşuna  alır,  xoş  əhval­ruhiyyə,  qurub­
yaratmaq eşqi güclənir. Məlum həqiqətdir ki, meşəni Yer kürəsinin
bu  yaşıl  kəmərini  bircə  an  təsəvvür  etməsək,  deməli,  bəşər  də
yoxdur. Ölçüsüz­biçisiz yaşıllığa hücum insana qarşı yönəlmiş ən


32
II FƏSİL 
MƏKTƏB MEŞƏÇİLİYİNİN YARADILMASI
ağır, müharibədir. İnsan ağlı, insan zəhməti bu “müharibəni” dəf
etməyə  qadirdir”.  Dahi  alimin  bu  sözləri  hər  bir  vətəndaş,  gənc
meşəçi üçün örnək, vətənə, təbiətə böyük məhəbbətin, qayğıkeş
münasibətin bariz təcəssümüdür.
“Həyəcan təbili”nin səslənməsi bütün ictimaiyyəti, o cümlədən
gənclərimizi də meşələrin qorunmasında yaxından iştirak etməyə
həvəsləndirdi. XX əsrin 70­ci illərində Azərbaycanda gənc təbiətçilər
stansiyalarında,  orta  məktəblərdə  yaradılan  ilk  “Gənc  meşəçilər”
dəstələri bu hərəkata qoşularaq əməli fəaliyyət göstərirdilər. Körpə
balıqların xilas edilməsi, nadir bitkilərin və heyvanların qorunması,
yaşıllıqların artırılmasında gənc təbiətçilər həvəslə iştirak edirdilər.
Meşənin  gənc  dostları  meşəbəyilərinin  yaxın  köməkçilərinə
çevrilərək meşə ehtiyatlarının qorunmasında səylə çalışırdılar.
Hazırda  ölkəmizin  meşəətrafı  rayonlarında  məktəb  meşəçiliyi
yenidən yaradılır. “Gənc meşəçilər” dəstələri xüsusi olaraq ayrılmış
meşə  sahələrinə  nəzarət  edir,  meşənin  qırılmasını,  bitki  və
heyvanat aləminin insan fəaliyyətinin təsirini öyrənirlər. Ölkəmizin
bütün  bölgələrində  meşələrin  bərpa  olunmasına  və  yeni  meşə
zolaqlarının salınmasına xüsusi tələbat vardır. Bu işdə hər birimiz
yaxından  iştirak  etməklə  yaşıl  sərvətimizi  qoruyub  artıra  bilərik.
Meşələrin  artırılması  bizim  və  gələcək  nəsillərimizin  sağlam  və
firavan həyatının təmin olunması deməkdir.
Naxçıvan  Muxtar  Respublikası  Şahbuz  rayonu  Biçənək  kənd 
orta məktəbində təşkil olunmuş “Gənc meşəçilər” dəstəsi Batabat 
meşələrinin  bioekoloji  xüsusiyyətlərini  öyrənir.  Batabat  meşələri 
növ müxtəlifliyinə görə o qədər də zəngin olmasa da özunəməxsus 
floraya  malikdir.  Burada  26  növ  ağac,  125  növ  kol  və  yarımkol 
bitkilərinə  təsadüf  olunur.  Batabat  meşələri  üçün  şərq  palıdı, 
göyrüş, quşarmudu, ağcaqayın, armud ağacları, yemişan, itburnu, 
böyürtkən  və  digər  kollar  səciyyəvidir.  Gənc  meşəçilər  meşələrdə 
bitkilərin yaruslar üzrə yerləşməsini tədqid edərək bitkilər arasında 
qarşılıqlı  əalaqələri  təyin  edirlər.  Biçənək  kənd  orta  məktəbinin 
tədris­təcrübə  sahəsində  müxtəlif  ərazilərdən  toplanmış  nadir 
və  nəsli  kəsilməkdə  olan  bitkilərin  toxumla  artırılması  və  əkin 
materiallarının  meşələrin  bərpa  olunmasında  istifadəsi  həyata 
keçirilir. Bu bitkilər üzərində müntəzəm olaraq ekoloji monitorinq və 
fenoloji müşahidələr aparılır, onların ekoloji xüsusiyyətləri, cücərmə 
qabiliyyəti,  çiçəkləmə  və  toxumvermə  xüsusiyyətləri  öyrənilir.  Bu 
məqsədlə  yaxınlıqdakı  meşənin  ərazisindən  məhvolma  təhlükəsi 
altında  olan  bitkilərin  toxumları  toplanıb,  aqrotexniki  qaydalara 
uyğun becərilir. 


Yüklə 1,66 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə