Kitab Avropa Qonşuluq və Tərəfdaşlıq Aləti Şərq Ölkələri Meşə Sektorunda Hüquq Tətbiqi və İdarəetmə Sisteminin Təkmilləşdirilməsi proqramının ikinci fazası


 MƏKTƏB MEŞƏÇİLİYİNİN YARADILMASI



Yüklə 1,66 Mb.
Pdf görüntüsü
səhifə6/41
tarix08.07.2018
ölçüsü1,66 Mb.
#53891
1   2   3   4   5   6   7   8   9   ...   41

19
 MƏKTƏB MEŞƏÇİLİYİNİN YARADILMASI 
IFƏSİL
kol  bitkilərinin  çiçəklənməsi  və  meyvə  əmələ  gətirməsi  üzərində
fenoloji müşahidələr”, “Meşədə çoxyarusluluğun tədqiq olunması”,
“Tükənmiş meşə sahələrinin bərpa olunmasının müşahidəsi”, “Meşə
biotoplarında  heyvan  növlərinin  biomüxtəlifliyinin  öyrənilməsi”,
“Koğuşunda  quşların  yuva  qurduğu  ağacların  aşkar  edilməsi  və
xəbərdarlıq  işarələrinin  yerləşdirilməsi”,  “Meşəyə  antropogen
təsirin qiymətləndirilməsi”, “Nadir bitkilərin qorunması və toxumla
artırılması” və s.
Tədqiqat  işlərinin  nəticələrinə  əsasən  referatlar  və  ya  ekoloji
layihələr  tərtib  olunur.  Tədris  ilində  keçirilən  məktəb  ekoloji
konfranslarına,  gənc  meşəçilərin  meşələrin  qorunmasına  həsr
olunmuş baxış ­ müsabiqələrinə təqdim olunan referatlar və ekoloji
layihələr  məruzə  edilir.  Gənc  meşəçilərin  əldə  etdikləri  nəticələr
və meşələrin ekoloji vəziyyətinin yaxşılaşdırılması barədə təklifləri
müzakirə edilir. Ən yaxşı layihə, referatlar seçilərək rəğbətləndirilir
və verilən təkliflərin həyata keçirilməsi üçün tədbirlər görülür.
Məktəb meşəçiliyi əsas üç istiqamətdə fəaliyyət göstərir:
1.  ekoloji təhsil;
2.  bölmələr üzrə sinifdənxaric tədbirlər;
3.  praktik fəaliyyət.
Məktəb  proqramından  fərqli  olaraq  şagirdlər  könüllü  olaraq
arzuladıqları  fəaliyyət  növü  ilə  məşğul  olurlar.  Mövsümdən  asılı
olaraq plan üzrə işlər dərsdənkənar vaxtlarda aparılır.
Məktəb meşəçiliyi guşəsi 
Məktəb  meşəçiliyi  guşəsi  meşələrin  qorunması  ideyasının
məktəblilər arasında təbliğ etmək üçün ən əlverişli vasitəsir. Gənc
meşəçilər  dəstəsinin  fəaliyyəti  barədə  bütün  məlumatlar  guşədə
yerləşdirilən  elanlar  lövhəsinə  vurulur.  Xüsusi  lövhədə  meşəçilər
üçün ayrılmış meşə sahəsinin sxemi, ekoloji xəritəsi və fəaliyyət
planı nümayiş etdirilir. Bu materiallar məktəb meşəçiliyinin praktik
fəaliyyətində yardımçı ola bilər.
Dəstə üzvləri xüsusi divar qəzeti tərtib edə bilərlər. Divar qəzetində
dərc olunan görülən işlər, meşənin ekoloji vəziyyəti barədə məlumatlar,
reydlərin  hesabatları,  maraqlı  faktlar  və  bioloji  müxtəlifliyə  aid
yazılar ekoloji biliklərin artırılmasına kömək edir. Elanlar lövhəsində
kütləvi tədbirlərin keçirilməsi barədə elanları yerləşdirmək olar. Meşə
tingliyindən gətirilən ağacların məktəbyanı sahədə əkilməsi barədə
elan digər məktəbliləri də laqeyd qoymayaraq, yaşıllaşdırma işlərində
fəal iştirak etmə yə həvəsləndirir. Məktəb meşəçiliyi guşəsində quru­


20
I FƏSİL 
MƏKTƏB MEŞƏÇİLİYİNİN YARADILMASI
dulmuş bitki orqanlarından herbarilər, ağac budaqlarından, qabıqdan,
toxum lardan hazırlanmış maketlər, tablolar, ikebanalar, mozaikalar,
pannolar və digər yaradıcılıq işləri nümayış etdirilir. Bu eksponatlar
meşələrə  və  bitki  örtüyünə  aid  mövzuların  tədrisində  əyani  vəsait
kimi  istifadə  oluna  bilər.  Meşə  bitkilərinin  müxtəlif  qruplarının
yarpaqlarından  herbarilər  hazırlamaq  olar.  Herbarilər  kol,  ağac,
ot  bitkilərinə,  qida,  dərman  və  texniki  bitkilərə  aid  tərtib  olunur.
Bitkilərin müxtəlif orqanlarının morfoloji quruluşunu öyrənmək üçün
yarpaq  ayasının  forması,  damarlanma,  kök  sisteminin,  çiçəklərin
quruluşunu,  gövdələrin  formasını  nümayiş  etdirən  herbarilər
nəzəri  biliklərin  əyani  surətdə  möhkəmləndirilməsinə  kömək  edir.
Ərazinin meşələrində yayılmış kol və ağac növlərinin toxumlarından,
meyvə lərindən  ibarət  kolleksiyalar,  ən  çox  yayılmış  xəstəliklər  və
ziyanvericilərin zədələdiyi yarpaq nümunələri meşə florası ilə yaxın­
dan tanış olmağa imkan verir. Herbari və kolleksiyalarda eksponatın
hazırlanma tarixi, toplandığı yer və adı göstərilir.
Nadir bitki və heyvanların kolleksiya üçün toplanması qadağan­
dır.  Nəsli  kəsilməkdə  olan  növlərin  tükənməsinin  qarşısını  almaq
məqsədilə  onların  foto­şəkillərini  və  ya  rəsmlərini  çəkmək  daha
məqsədəuyğundur.  Meşədə  təsadüf  etdiyiniz  nadir  bitki  və  ya
heyvan növünü foto ­ obyektiv vasitəsilə əks etdirib məktəb sərgi­
sində  nümayiş  etdirə  bilərsiniz.  “Nadir  təbiət  inciləri”  adlı  rəsm
sərgisində  məktəbli  dostlarınızın  yaradıcılıq  işləri  ilə  tanış  olmaq
daha maraqlı olar. Belə sərgiləri rayon və şəhər səviyyəsində də
təşkil  etmək  mümkündür.  Nümayiş  olunan  foto  və  rəsmlər  həm
məktəblilərin, həm də valideynlərin, ictimaiyyətin nümayəndələrinin
meşələr haqqında biliklərini genişləndirir.
Məktəb meşəçiliyi guşəsində meşəçilik, ekologiya və digər təbiət
elmlərinə aid dərsliklərin, dərs vəsaitlərinin, elmi kitabların olması
zəruridir. Yaxşı olar ki, məktəb meşəçiliyinin yaradılması tarixi və
fəaliyyəti  haqqında  məlumatlar  toplu  halında  guşədə  saxlanılsın.
Bu  yeni  nəsillər  tərəfindən  gənc  meşəçilər  hərəkatının  davam
etdirilməsində yardımçı ola bilər.
Məktəb meşəçiliyinin fəaliyyəti
Məktəblilərin  “Gənc  meşəçilər”  dəstəsində  fəaliyyəti  müəyyən
qaydalar üzrə təşkil olunur:

Təbiətdə hər bir canlı gözəl və əvəzsizdir. Bu canlıların foto­
sunu  və  ya  rəsmini  çəkmək  etik­mənəvi  tələblərə  uyğun
olub onların qorunmasına kömək edir.


21
 MƏKTƏB MEŞƏÇİLİYİNİN YARADILMASI 
IFƏSİL

Məktəb  meşəçiliyi  müəyyən  məqsəd  ətrafında  birləşmiş
şagirdlərin  könüllü  birliyidir.  Buradakı  diskussiyalar  və
müzakirələr  ciddi  məntiqi  dəlillər  əsasında  qurulmalı,
hər  kəsin  fikrinə  xüsusi  hörmətlə  yanaşılmalı,  şüar  və
sitatlardan nisbətən az yararlanmaq lazımdır.

“Yalançı  elmilik”­  məruzə  və  referatlar  həddindən  artıq
mürəkkəb (bəzən də səhv) terminlərlə tərtib olunmamalıdır.
İstənilən  çıxış  və  məruzələr  sadə,  aydın  və  maraqlı
məzmunda olmalıdır. Unutmayın ki, sadəlik dahilikdir.

Məktəb  meşəçiliyində  “zərərli”  və  “faydalı”  terminləri
istifadə edilə bilməz. Təbiətdə “zərərli” canlı yoxdur. Meşə
ekosistemində hər bir canlının öz yeri və mövqeyi vardır. İlk
baxışda  zərərli  görünən  fəaliyyət  ekoloji  sistemin  normal
vəziyyətdə inkişafına şərait yaradır. Çürüməkdə olan ağac
kötüklərindəki mikroorqanizmlər ­ meşənin sanitarları kimi
oduncağın  parçalanmasına  kömək  edir.  Zəif  inkişaf  edən
ağacların üzərindəki ağacovan həşəratlar həmin ağacların
yerində  sağlam  bitkilərin  inkişafına  şərait  yaradır.  Xəstə
ağac və kolların üzərindəki həşəratlar daha güclü, dözümlü
və uyğunlaşmış bitkilərin inkişafına kömək edir.

Məktəb  meşəçiliyi  könüllü  uşaq  birliyi  olsa  da,  dəstədə
ciddi intizam qaydalarına riayət olunmalıdır. Lakin istənilən
fəaliyyətdə  dəstə  üzvlərinə  eyni  tələblərlə  yanaşmaq
düzgün deyil. Buna görə yaradılan bölmələrdə hər şagird öz
arzusuna və bacarığına uyğun fəaliyyət növünü seçə bilər.
Aydındır  ki,  elmi  tədqiqata  marağı  olan  şagirdlər  nəzarət
reydlərində  iştirak  etmək,  və  yaxud  da  meşəbəyi  olmağı
arzulayan şagird aşağı siniflərdə mühazirə oxumaq istəmir.
Hər hansı fəaliyyətdə şagirdlər öz yaradıcılıq təşəbbüslərini
və istedadlarını tam nümayiş etdirmək imkanı əldə edirlər.

Fəaliyyət zamanı güc tətbiq etmək məqsədəuyğun deyildir.
Çox vaxt meşədə qanunsuz ağac qırmaları, balıq və ya heyvan
ovu ilə məşğul olan insanlar aqressiv hərəkətlərə meylli olur.
Belə  insanlarla  rastlaşdıqda  izahat  işləri  aparmaqla  daha
düzgün münasibətə nail ola bilərsiniz. Əgər gənc meşəçilər
dəstəsi kimi meşədəki tullantıları hamının gözü qarşısında
toplayırsınızsa, bu hərəkətlə adi izahatdan daha çox fayda
əldə  edib,  ətrafdakı  insanları  təbiəti  mühafizə  işinə  cəlb
edə  bilərsiniz.  Yaxşı  olar  ki,  meşədə  qanun  pozucuları  ilə
rastlaşdıqda onların haqqında əlaqədar təşkilatlara məlumat
verəcəyiniz barədə xəbər darlıq edəsiniz.


Yüklə 1,66 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə