49
MƏKTƏB MEŞƏÇİLİYİNİN YARADILMASI
II FƏSİL
bitkilərdən qarmaq vari şama
( Pinus Hamata L.) Kiçik Qaf
qazda, GoyGöldə, Tovuz rayonu
ərazisində Şamlıq və Bö yük Qış
laq kənd ləri ətrafı meşə lərdə,
Böyük Qafqazda Qusar rayonu
meşələrində təsa düf edilir.
Eldar oyuğu adlanan 400 haa
yaxın sahədə kserofit şəraitdə
Eldar şamı ( Pinus Eldarica L.),
əsa sən təzə və rütubətli fıstıq
meşə lərində qaraçöhrə ( Taxus
Bacaata L.) enliyarpaqlı cins lər
lə qarışıq halda təsadüf edi lir.
Belə meşəliklərə Böyük Qaf qaz
da Qəbələ rayonunda Həm zəli
kəndində, Pirqulu və Oğuz rayo
nu meşələrində, Xızı, Dahardibi
adlanan meşələrdə, Kiçik Qaf
qaz da GöyGöl, Gədə bəy meşə
lərin də, Talış dağlarında Lerik rayonu Hamazat kəndi ətrafı meşə
lər də təsa düf edilir.
İynəyarpaqlı cinslərdən ən geniş ərazidə yayılmışı ardıc meşələridir.
Azərbaycan meşələrində Qazax ardıcı ( Juniperus Salina L.), uzunsov
ardıc ( C. Oblonga), cırtdan ardıc ( C. Pugmaca), alçaqboy ardıc ( C.
Depressa), qırmızı ardıc ( C.Polycarpos) və s. növləri bitir. Ardıc
meşələrinin ən geniş sahəsi Bozdağda, Naxçıvan meşələrindədir.
Ardıcın çox da geniş olmayan sahələrdə seyrək meşələri də vardır.
Ardıc meşələri çox vaxt saqqız ağacı ilə qarışıq bitir. Belə meşələrdə
kol bitkilərindən doqquzdon, murdarça, qaratikan, cır nar, sarağan,
acılıq və s. təsadüf olunur. Meşənin ot örtüyü kserofit bitkilərdən
tonqalotu, daraqotu, çobantoxmağı, yovşan və s. bitkilərdən ibarətdir.
Tuqay meşələri ağyarpaq qovaq, uzunsaplaq palıd, söyüd, qarağac
və s. bitkilərdən ibarətdir. QanıxƏyriçay vadisində qızılağac, yalan
qoz, cökə, söyüd, qovaq və s. bitir. Talış dağlarında və böyük Qaf
qazın cənub yamacında Qəbələ rayonu ərazisində üçüncü dövrün
relikt bitkilərindən olan dəmirağacı yayılmışdır. Xaçınçayın Əyriçayla
qovuşduğu sahədə saqqızağacı meşələri vardır. Şabalıd ağacı
əsasən Böyük Qafqazın cənub yamaclarınfda Qəbələ, Qax, Zaqatala
rayonlarında bitir. Şərq çinarınıln təbii meşəliyi isə yalnız hazırda
işğal altında olan Zəngilan rayonu Bəsitçay dərəsi ərazisindədir.
Şəkil 16. Giləmeyvəli qaracöhrə
50
II FƏSİL
MƏKTƏB MEŞƏÇİLİYİNİN YARADILMASI
Azərbaycan Respublikası Prezidentinin 24 mart 2006cı il tarixli
sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında bioloji
müxtəlifliyin qorunması və davamlı istifadəsinə dair Milli Strategiya
və Fəaliyyət Planı”nda meşələrin bərpası, qorunub saxlanması
və davamlı istifadəsi, meşələrin idarə olunmasında yerli əhalinin
rolunun gücləndirilməsi, xüsusi mühafizə olunan təbiət ərazilərində
tədristəcrübə işləri üçün lazımi şəraitin yaradılması, ekoturizmin
inkişaf etdirilməsi əsas fəaliyyət istiqamətləri kimi qəbul edilmişdir.
Azərbaycanın xüsusi əhəmiyyətli meşə sahələri
Hazırda ölkəmizdə ümumi sahəsi 892546,49 hektar olan
xüsusi mühafizə olunan təbiət əraziləri, o cümlədən, 9 milli park,
11 dövlət təbiət qoruğu və 24 dövlət təbiət yasaqlığı fəaliyyət
göstərir. Ümumilikdə, xüsusi mühafizə olunan təbiət əraziləri ölkə
ərazisinin 10,3 %ni, o cümlədən, milli parklar 3,7%ni təşkil edir.
Dövlət qoruqları bütün təbiət komplekslərini təbiətin etalonları
kimi saxlamaqla yanaşı, həm də təbiətə insanların təsirinin, təbii
proseslərin elmi cəhətdən öyrənilməsini həyata keçirən regional
elmitədqiqat idarələridir. Milli Parkların, qoruqların elmitədqiqat
fəaliyyəti il boyu müşahidələrin və çoxillik tədqiqatların təşkili yolu
ilə həyata keçirilir. Meşələrdə ekoloji şəraitin öyrənilməsi, təbiətin
mühafizəsinin elmi əsaslarının hazırlanması, canlı orqanizmlərin
genofondunun qorunub saxlanılması, təbii ehtiyatların bərpası
və səmərəli istifadəsi məqsədi ilə ayrıayrı təbiət obyektlərinin,
təbii proseslərin öyrənilməsi qorunan ərazilərin əsas vəzifələridir.
Qorunan ərazilərin sayı artsa da, ölkənin hər yerində təbii sərvətlərin
davamlı istifadəsi və qorunması hər bir vətəndaşın borcudur.
Azərbaycanın xüsusi mühafizə olunan təbiət abidələri siyahısına
daxil edilmiş xüsusi əhəmiyyətli meşə sahələri də dövlət tərəfindən
qorunur.
Saqqız ağacı meşəliyi Ağdam rayonunda, ümumilikdə, 732
ha sahəni əhatə edir. Yayıldığı məkan Ağdam rayonunda Qarabağ
düzü, Xaçınçayın sol sahilindəki Sultanbud ərazisidir. Saqqız ağacı
mezofil meşə formasiyalarına xas olan unikal növdür. Elmitəcrübi
əhəmiyyət daşıyan bu saqqız ağacı ağaclarının diametri 2532 sm,
hündürlüyü 812 m, yaşı isə 370400 ildir.
Çinar meşəliyi Ağdərə rayonunun Tərtərçay hövzəsində 5 ha
sahəni əhatə edir. Qarışıq palıdfıstıq meşəliyidir.
Şümşadlıq Astara rayonunun Maşxan ərazisində 3 ha, Alaşa
ərazisində 6 ha, Ovala, Böyük Ovala və Miki ərazisində 1,5 ha sahəni
əhatə edir. ŞümşadlıqHirkan florasının ən qədim nümayəndələrindən
51
MƏKTƏB MEŞƏÇİLİYİNİN YARADILMASI
II FƏSİL
olub, üçüncü dövrün relikt meşəliyi kimi qalmışdır. Həmişəyaşıl
hirkan şümşadının qaracöhrə, pirkal, danaya və bigəvər bitkiləri ilə
qruplaşması əhəmiyyətlidir. Şümşad ağaclarının hündürlüyü 815
m, diametri isə 1036 sm, orta yaşı 200300 ildir.
Çinar meşəsi Balakən rayonunun əsasən Himbulçay sahili və
Qullar kəndi ərazisində 25 ha sahədə yayılmışdır. Üçüncü dövrün
relikti olan təbii çinar meşəsində ağacların gövdələrinin diametri
16140 sm, hündürlüyü 812 m, yaşı 230250 ildir.
Palıdqarağac meşəsi Bərdə rayonunun “Xan meşəsi” adlanan
ərazisində 62 ha sahədə yayılmışdır. Palıdqarağac meşəsi 180
200 illik ağaclardan ibarət olan təbii meşədir. Tərkibində palıd,
qarağac, yunan qozu, yemişan üstünlük təşkil edir. Ağacların orta
diametri 3032 sm, hündürlüyü18 mdir.
Palıd meşəsi Bərdə rayonunun Balabəy meşəsi adlanan
ərazisində 1,5 ha sahədə yayılmışdır. 180200 illik təbii palıd
qarağac meşəsi olub, tərkibinə palıd, qarağac, yunan qozu,
yemişan və s. ağaclar daxildir. Ağacların gövdələrinin orta diametri
3032 sm, hündürlüyü 18 mdir.
Fıstıq-göyrüş, palıd, şam ağacları Gədəbəy rayonunun Kollu
kəndi və Gödəkdərə kəndi ərazisində salınan süni meşəliklərdə 2 ha
sahəni, fıstıq ağacları “Şamlıq” ərazisində 2 ha, şamküknar, şam
palıd meşəliyi Qalakənddə 1 ha və fıstıq “Qamış meşə” adlanan
ərazidə 1 ha sahəni əhatə edir. Bu meşəlik süni meşəlik olub 70
80 il öncə 15200 meyilliyə malik dağ yamaclarında əkilmişdir.
Meşələr əsasən, göyrüş, fıstıq, palıd və şam ağaclarından ibarətdir.
Dağ yamaclarındakı süni meşələrin etalon forması kimi xüsusi
əhəmiyyətə malikdir. Diametrləri 36 sm, hündürlükləri 2730 m,
orta yaşları 8090 ildir.
Pirkal meşəliyi Xankəndində Badarçay hövzəsi və ”Yeddi
kilsə” ərazisində 20 ha sahəni əhatə edir. Pirkal meşəliyimeşəaltı
pirkaldan ibarət fıstıqpalıd meşəsidir.
Azat meşəliyi Xocavənd rayonunun Qarakənd kəndi
ərazisində 0,5 ha sahədə yayılmışdır. Bu meşəlik üçüncü dövrün
relikt ağaclarıdır. Ağacların diametri 24 sm, hündürlüyü 12 m, orta
yaşı 100 ildir.
Sumaq meşəliyi İsmayıllı rayonu ərazisində Zeyvə, Gülyan
və Mücü kəndində, ümumilikdə, 500 ha sahədə yayılmışdır. Sənaye
əhəmiyyətli meşə sahəsi hesab olunur.
Ayı fındığı meşəsi Kəlbəcər rayonunda dəniz səviyyəsindən
15002100 m yüksəklikdə 968 ha sahədə yayılmışdır. Ayı fındığına
Azərbaycanın digər meşələrində çox nadir hallarda rast gəlinir.
Dostları ilə paylaş: |