Kitab Avropa Qonşuluq və Tərəfdaşlıq Aləti Şərq Ölkələri Meşə Sektorunda Hüquq Tətbiqi və İdarəetmə Sisteminin Təkmilləşdirilməsi proqramının ikinci fazası


 MƏKTƏB MEŞƏÇİLİYİNİN YARADILMASI



Yüklə 1,66 Mb.
Pdf görüntüsü
səhifə20/41
tarix08.07.2018
ölçüsü1,66 Mb.
#53891
1   ...   16   17   18   19   20   21   22   23   ...   41

57
 MƏKTƏB MEŞƏÇİLİYİNİN YARADILMASI 
II FƏSİL
Meşəsalma işlərini planlaşdıran zaman əkin sahəsinin kənarında
qiymətli  bitki  qruplaşmasının  olub­olmamasını  müəyyən  etmək
vacibdir.  Çox  zaman  belə  qruplaşmada  nadir  bitki  və  heyvanlar
yaşayırlar. Əhəmiyyətli sahələrə bataqlıqlar, çəmənliklər və s. aiddir.
Relikt və endem bitkilərin bitdiyi belə sahələri qorumaq lazımdır.
Təbii qruplaşmaların biomüxtəlifliyinin qorunub saxlanması ekoloji
şəbəkənin davamlılığına kömək edir.
Təbii  meşələri  “yaxşılaşdırmaq”dan  çəkinmək  lazımdır.  Meşə
talasında meşəsalma işləri aparmaq olmaz. Belə talalarda bir çox
meşə heyvanları, quşlar, həşəratlar qidalanır, yaşayır, nadir bitkilər
məskən  salır.  Qafqaz  nəcib  maralı,  cüyür  və  digər  heyvanların
həyatında meşə talası böyük əhəmiyyətə malikdir.
Meşə tingliyinin yaradılması
Meşəbərpa  işlərinin  aparılması  üçün  məktəb  tingliyinin  yara­
dıl ma sının  böyük  əhəmiyyəti  var.  Məktəb  meşəçiliyində  tingliyin
yaradılması  üçün  2  üsuldan  istifadə  edilir:  səpin  və  əkin.  Meşə
əkini təbii meşənin bərpası üçün daha çox istifadə olunur. Toxum
səpini yüngül qumsal torpaqlarda aparılır. Bu üsul cücərtiləri artıq
rütubətdən və alaqlardan mühafizə edir. Məktəb tingliyində bitki­
lərin becərilməsi ilk növbədə toxum toplamaqdan başlayır.
Meşə tingliyi bir neçə şöbədən ibarət olur;
1).  səpin şöbəsində birillik və ikiillik cücərtilər becərilir;
2).  ağaclar  şöbəsində  nisbətən  böyük  ölçülü  əkin  materialı­
tinglər yetişdirilir;
3).  meyvəçilik  şöbəsində  yabanı  meyvə  bitkiləri  toxumla
artırılır.
Məktəb tingliyində dərman bitkiləri, nadir çoxillik bitkilər şöbə­
ləri də yaratmaq olar. Tingliyin torpaq şəraiti təbii şəraitə uyğun
olmalıdır. Torpaq payızda 30­ 40 sm dərinlikdə şumlanır, alaqlardan
təmizlənir.  Tingliyin  sahəsi  hamar  və  açıq  olmalıdır.  Çay  və  su
hövzələrinin kənarında tinglik salmaq olmaz. Bu halda kök sistemi
düzgün inkişaf etmir və rütubətə təlabat artır.
Məktəb tingliyində gənc meşə çilər əkin materialını becər mək üçün
əv vəlcədən torpağı hazır layıb cərgə lərə bölürlər, toxum ları səpib 2 il
ərzində  cücərtilə rə  qulluq  edirlər.  Mək təbli lərə  bu  işlərin  təşkilində
meşə çilər və mütəxəssislər yaxın dan köməklik göstərirlər.
Tinglik hazırlanan zaman toplanan alaq bitkiləri, bitki qırıntıları
və budaqlardan səmərəli istifadə etmək mümkündür. Bu qırıntılar
mikroorqanizmlərin  təsiri  altında  çürüyərək  torpağın  münbitliyi


58
II FƏSİL 
MƏKTƏB MEŞƏÇİLİYİNİN YARADILMASI
artırır.  Bunun  üçün  1  m  dərin­
likdə  xüsusi  xəndək  qazılıb
həmin bitki qalıqları ora tökülür.
Xəndəyə  və  yaxud  da  taxta
yeşik lərə  ardıcıl  olaraq  azotla
zən gin üzvü gübrə, sellülüoz və
s. karbohidratlarla zəngin xəzəl,
bitki qalıqları, minerallarla zən­
gin  kül  əlavə  edilir.  Hazırlanmış
tullantı  qatlarında  inkişaf  edən
mikro orqanizmlər, həşəratlar, yağış qurdları və s. həmin tullantılarla
qidalanaraq sonda onları parçalayır və münbit torpağa çevirir. Bu
proses  şəraitdən  asılı  olaraq  6­12  ay  (bəzən  daha  çox)  davam
edir. Bu üsulla əmələ gələn çürüntü kompost adlanır və torpağın
məhsuldarlığını artırmaq üçün istifadə olunur. Kompost xəndəyinə
şüşə, metal, plastik qablar və digər zərərli tullantıları atmaq olmaz.
Tinglik üçün o qədər də böyük olmayan açıq, günəşli münbit topraqlı
sahə tələb  olunur.  Sahə kölgə  salan ağaclarla əhatə olunmamalıdır,
çünki  cavan  ağacların  normal  inkişafı  günəş  işığının  bolluğundan
asılıdır. Sahənin ölçüsü 5x10 m olarsa, kifayət edir. Sahənin ölçüsü
becərilən ağacların növündən asılıdır. İlkin təcrübələr zamanı toxum­
ların səpilməsi üçün bir neçə kv.m torpaq sahəsi tələb olunur.
Sahənin  torpağı  yüngül  olmalıdır.  Münbitliyi  az  olan  torpağın
məhsuldarlığını artırmaq üçün əlavə gübrələnmə aparılır. Torpağın
hazırlanması payızda həyata keçirilir. Payızda 40­60 sm dərinlikdə
şumlandıqda torpağın dənəvərliyi, su keçiriciliyi artır, alaq bitkilərinin
kökümsovları və toxumları məhv olur. Payızda şumlanmadan əvvəl
sahəyə üzvü gübrə ­ peyin, kompost və ya torf verilir. Hər kv.m
sahəyə 5­10 kq gübrə verilə bilər.
Erkən  yazda  da  sahəni  toxum  səpini  və  tinglərin  əkini  üçün
hazırlamaq  lazımdır.  Torpaq  bellə  yumşaldılıb,  alaq  bitkilərinin
kökümsovlarından təmizlənir. Yaz şumunda torpağa əlavə olaraq
kompleks  mineral  gübrələr  vermək  olar.  Mineral  gübrələrin  tər­
kibin dəki  azot,  fosfor,  kalium  və  mikroelementlər  bitkilərin  yaxşı
inkişaf etməsinə kömək edir. Orta hesabla 1 kv.m. sahəyə 50­70
qram mineral gübrə verilir. Mineral gübrəni şumdan əvvəl torpağın
səthinə  səpələmək  lazımdır.  Torpaq  belləndikdə  gübrə  sahədə
bərabər miqdarda paylanır.
Torpaq şumlandıqdan sonra dırmıqla hamarlanır. Torpağı şum la­
dıqca hissə­hissə də hamarlamaq olar. Belə olduqda torpağı tapdayıb
bərkitmək  lazım  gəlmir.  Sonra  sahə  20­30  sm  enində  cərgələrə
Şəkil 17. Sərv tingləri


59
 MƏKTƏB MEŞƏÇİLİYİNİN YARADILMASI 
II FƏSİL
bölünür. Cərgələrin eyni ölçüdə və düzgün alınması üçün iki taxta
dirəyə ip bağlanır və cərgə boyunca bərkidilir. Cərgəarasında keçid
üçün dar cığır qoyulur ki, əkilmiş tinglərə qulluq etmək mümkün
olsun.
Cərgələrdə  toxumlar  və  ya  tinglər  növbə  ilə  əkilir.  Bitkilərin
bir  sırada  əkilməsi  başa  çatdıqdan  sonra  növbəti  sıraya  keçmək
lazımdır. Belə olduqda sahə az tapdanır və daha səliqəli görünür.
Toxum tədarükü
Yerli ərazidə bitən ağacların toxum­
ları meşə tingliyinin yara dıl ması üçün
ən  yaxşı  əkin  materi alıdır.  Müxtəlif
ağacların toxum ları müxtəlif vaxtlarda
yeti şir və yığım müddəti fərqlidir. İynə­
yar paqlı ağac ların, göy rüş, cökə, ağca­
qayı nın  toxum ları  yetiş dik dən  son ra
uzun  müd dət  ağac da  qal dığı na  görə
rahat  topla maq  müm kündür.  Digər
ağac lar dan  qızıl ağac,  toz ağacı,  qara­
ğacın  toxum ları  yeti şən  kimi  tökül­
düyünə  görə  diq qət li  olmaq  lazım dır.
Bu bit kilərin cavan ağac ların da daha iri
toxumlar yeti şir. İynə yarpaq lı bitki lər­
də isə əksinə yet kin ağac ların toxum­
larının cücər mə qabiliy yəti yük səkdir.
Meşədə  yalnız  yetkin  ağaclardan
toxum  toplanır.  Bu  ağacların  möh­
kəm gövdəsi, yaxşı inkişaf etmiş çətiri olur. Toxumu toplanan ağaclar
eyni cinsli ağacların əhatəsində olduqda bir qədər uzaqda yerləşən
yetkin ağacların da toxumlarını yığmaq olar. Belə olduqda səpilmiş
toxumdan  alınan  cücərtilərin  davamlılığı  və  genetik  müxtəlifliyi
yüksək səviyyədə olur. Palıd, fındıq, qoz, alma, armud, cökə, göyrüş,
ağcaqayın,  qızılağacın  toxumlarını  torpağın  səthindən  toplamaq
lazımdır. Xırda, zəif inkişaf etmiş, göbələk xəstəliyi və zərəvericilərə
yoluxmuş, yetişməmiş, zədələnmiş toxumlar çıxdaş olunmalıdır.
Palıd qozaları payızda yerə töküləndən sonra yığılır. Bu zaman
yadda saxlamaq lazımdır ki, palıdın ilk tökülən qozaları çox zaman
xəstəliyə və ziyanvericilərə yoluxmuş olur. Qoza məhsulu 30­40%,
bəzən 90% zərərvericilər tərəfindən zədələnə bilər. Bunu müəyyən
etmək üçün qozalar suya tökülür. Zədələnmiş və xəstəliyə yolux­
Şəkil 18. Toxumla artırılan sərv ağacları


Yüklə 1,66 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə