Kitab Avropa Qonşuluq və Tərəfdaşlıq Aləti Şərq Ölkələri Meşə Sektorunda Hüquq Tətbiqi və İdarəetmə Sisteminin Təkmilləşdirilməsi proqramının ikinci fazası


 MƏKTƏB MEŞƏÇİLİYİNİN YARADILMASI



Yüklə 1,66 Mb.
Pdf görüntüsü
səhifə15/41
tarix08.07.2018
ölçüsü1,66 Mb.
#53891
1   ...   11   12   13   14   15   16   17   18   ...   41

43
 MƏKTƏB MEŞƏÇİLİYİNİN YARADILMASI 
II FƏSİL
aran  rayonlarında  0,5­2%­ə  qədər  azalır.  Dağ  yamaclarında  və
dağ çaylarının vadilərində meşələr ərazinin 95%­ni tutduğu halda,
düzənlik sahələrin yalnız 5%­i meşəlikdir, Naxçıvan MR­da isə bu
rəqəm 0,4% təşkil edir.
Azərbaycanın işğal olunmuş xüsusi mühafizə olunan ərazilərinin
sahəsi 44,3 min hektardır. Bu Respublikada qorunan təbii ərazilərin
təxminən  10%­ni  təşkil  edir.  İşğal  altında  olan  261  min  hektar
meşə  fondu  sahəsinin  təbii  sərvətlərinə  və  bioloji  müxtəlifliyinə
çox ciddi ziyan vurulur. İşğal olunmuş Zəngilan rayonu ərazisində
yerləşən  Bəsitçay  Dövlət  Təbiət  Qoruğunda  107  ha  sahədə  yaşı
400­2000  il  arasında  olan  şərq  çinarlarının  nadir  təbii  ağaclığı
məhv  edilir.  Bu  ərazilərdə  bitən  qiymətli  ağac  cinslərinin  kəsilib
aparılması biomüxtəlifliyi kritik həddə çatdırmışdır.
Azərbaycan Respublikasının ərazisində meşələr öz funksiyalarına
görə  eroziyaya  qarşı  (torpaq  qoruyucu),  su  qoruyucu  (meşə
döşənəyi),  çay  kənarlarındakı  qoruyucu  meşələr  (Kür  çayı  sahili
tuqay meşələri), şəhər yaşıllığı (parklar və bağlar), yol kənarındakı
qoruyucu meşələr, istirahət və sanitar məqsədli kurort ərazilərdəki
meşə sahələri və s. qruplara bölünür.
Azərbaycanın  florasına  125
fəsiləyə və 930 cinsə daxil olan ali
bitkilərin  4500  növü  daxildir.
Bunlardan 48 fəsiləyə, 135 cinsə
mənsub olan 450 növ ağac və kol
bitkisi Respub lika mızın meşə lə rin­
də  bitir.  Bu  isə  Res pub lika  flora­
sın dakı  bitki  növ ləri nin  10%­ni
təşkil  edir.  Azər bay can  den dro­
florası nın  tər kibin də  70  regional
endem növə təsa düf edilir. Bu da
ümu mi ağac və kol bitki növ ləri­
nin 16%­i demək dir. Bio loji cəhət­
dən öz inkişafında bir­birinə qar­
şı lıqlı  təsir  göstərən  bitki  və
hey vanat  alə mi nin,  mikro orqa­
nizm lərin vəh dətin dən ibarət olan
meşə  sahələri  Azərbaycanın  ən  qiymətli  milli  təbii  sər vəti  hesab
olunur (www.eco.gov.az ).
Azərbaycan  meşələrinin  geniş  ərazisi  Böyük  Qafqaz  sıra  dağ­
larının  cənub  və  şimal­şərq  yamaclarındadır.  Bu  meşələr  Azər­
baycan  ərazisindən  başlamış,  Dağıstan  sərhəddinə  kimi  uzanır.
Şəkil 12. Qax meşəsi


44
II FƏSİL 
MƏKTƏB MEŞƏÇİLİYİNİN YARADILMASI
Meşələr Azərbaycanın şimal­şərqində, əsasən Qusar, Quba, Dəvəçi,
Siyəzən və Xızı inzibati rayonlarından cənub­qərb istiqamətindəki
ərazini əhatə edir. Xızı rayonundan cənub­qərb istiqamətində meşə
massivi tədricən azalır və tam meşəsiz sahə ilə əvəz olunur. Böyük
Qafqazın cənub makroyamacında Şamaxı rayonu ərazisində meşə
massivi yenidən bərpa olunur və dağ yamacları ilə fasilə vermədən
başdan­başa  örtük  yaratmaqla  Gürcüstan  Respublikasının  sər­
həd dinə  kimi  uzanır.  Burada  meşələr  əsasən  İsmayıllı,  Qəbələ,
Oğuz, Şəki, Qax, Zaqatala və Balakən inzibatı rayonlarının dağlıq
hissəsini əhatə edir. Meşə massivi ara vermədən cənub yamacı ilə
qərb istiqamətində Gürcüstan ərazisinə doğru uzanır.
Respublikamızın  Şimal­Qərbində  Eldar  düzünün  bozdar  yayla­
sında üçüncü dövr qalığı olan endemik və relikt Eldar şamı meşəliyi
kiçik bir sahədə saxlanmışdır. Eldar şamı meşəliyində ardıc, püstə,
qaratikan  və  30­35­dək  digər  ali  bitkinin  olması  buranın  dağ­
kserofit bitkiliyinə aid ediməsinə imkan verir.
Meşələrin geniş ərazisindən biri də Kiçik Qafqaz sıra dağlarının
yamaclarıdır. Burada meşələr ayrı­ayrı massivlər şəklində əsas dağ
qollarının şimal, şimal­şərq və şərq yamaclarını örtür. Yalnız Cənubi
Qarabağ  ərazisində  meşə  massivi  ara  verir  və  İran  sərhəddinə
çatmır. Bundan əlavə meşələrə adacıq şəklində Naxçıvan Muxtar
Resublikasında Şahbuz rayonu ərazisində, Küküdağ yamaclarında
təsadüf edilir.
Meşələrin geniş massivindən
biri  də  Talış  dağ  yamaclarını
əhatə  edir.  Burada  meşələr
Astara, Lənkəran, Lerik, Masallı,
Yardımlı,  Cəlilabad  və  qis mən
də  Biləsuvar  inzibati  rayon­
larının  ərazisində  yayıl mış dır.
Talış regionunda çay kəna rında
yalan qoz  və  qızıl ağac  bitkilkəri
çox  vaxt  iri  meşə lik  cəngəl liyi
yaradır.  Qızılağacın  başqa  bir
növü  Talışın  bataq lıq  meşələri
üçün  səciyyəvidir.  Talış  meşələrində  əncirin  yerli  endemik  növü,
çəpər  sarmaşığı,  gəndalaş,  cilin  müx təlif  növləri,  ürəkotu,  dişə,
bataqlıqlarda  süsənlik  cəngəlliyi,  sarı  bataqlıq  süsəni,  qurbağaotu,
bataqlica  xüsusi  formasiyalar  yaradır.  Talışın  düzən  meşəliklərinin
səciyəvi  ağac  cinslərindən  dəmirağac  və  şabalıdyarpaq  palıdı
göstərmək olar. Burada Qafqaz vələsi, iki növ azat ağacı, qarağac,
Şəkil 13. Lənkəranda dəmirağacı meşəsi


45
 MƏKTƏB MEŞƏÇİLİYİNİN YARADILMASI 
II FƏSİL
alça,  qovaqdan  ibarət  hirkan  tipli  meşəliklərə  rast  gəlinir.  Bu
meşələrin dənizə baxan yamacında Lənkəran akasiysı, cökə və s.
bitkilər xüsusi qarışıq meşəlik əmələ gətirir.
Meşələrin az hissəsi Kür və Araz çayları sahili boyunca uzanır və
Tuqay tipli massiv şəklində lentvari ərazini tutur. Kür çayı boyunca
nadir Tuqay meşələri yayılmışdır. Kürboyu meşələr torpaqqoruyucu,
sahil bərki dici,  iqlimtənzimləyici  rol  oyna maqla  ətraf  sahələrdən
fərqli ekoloji mühitin yaran masına səbəb olmuşdur. Bu meşə lərdə
ağyarpaq  qovaq,  çay  tikanı,  sumax,  sarağan,  itburnu,  söyüd,
qara ğac, şabalıdyarpaq palıd, göyrüş, iydə, tut, ağ akasiya, saqqız
ağacı,  qlediçiya,  ağcaqayın,  kollardan  yulğun,  nar,  ölməz  kol,
böyürtkən, qaratikan və s. bitir. Meşələrdə çaqqal, tülkü, canavar,
porsuq, dovşan, kirpi, çöl donuzu, sığırçın, bayquş, sarıköynək, arı
quşu, şanapipik, ağacdələn, qaratoyuq, alabaxta və s. yayılmışdır.
Türyançay dövlət qoruğu nun
ərazisində saqqız ağacı, püstə,
ardıc  ağaclarının  bitdiyi  seyrək
arid  meşələrdə  turac,  kəklik,
qırqovula  rast  gəlinir.  Hazırda
Tuqay  meşələrinin  70%­dən
çox  hissəsi  insan  fəaliy yətinin
təsi ri altında tükən mək üzrədir.
Meşə lər  təbii  yolla  özünübərpa
qabiliy yətinə malik olsa da güc­
lü  antropogen  təsir  bu  bərpa
prosesinə mane olur. İllər boyu
əkin  sahələrinin  geniş ləndi ril­
məsi, odun tədarükü, mal­qaranın otarılması və s. tuqay meşələrinin
artı mına mənfi təsir göstərərək meşəliklərin seyrəlməsinə və boşluq­
larla əvəz olunmasına səbəb olub.
Quba­Xaçmaz, Qarabağ zonalarında və Alazan­Əyiriçay çökək­
liyində lokal formalı düzən meşəlikləri yayılmışdır. Bu meşəliklərin
əsasını uzunsaplaq palıd, qarağac, yemişan, əzgil və s. təkil edir.
Alazan­Əyiriçay  vadisi  meşəliklərində  yuxarıda  göstərilən  növ­
lərdən başqa, ağcaqayın, cökə, göyrüş, qarağac, armud kimin ağac
növləri sarmaşan bitkilərdən isə ağ əsmə, daş sarmaşığı, yabani
üzüm çox yayılmışdır.
Azərbaycanın əsas meşə formasiyaları aşağıdakılardır:
1.  Qarmaqvari şamdan ibarət iynəyarpaqlı meşələr
2.  Ardıc seyrək meşəlikləri
3.  Şərq fıstığından ibarət fıstıq meşələri
Şəkil 14. Tuqay meşələri


Yüklə 1,66 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə