Kbt я25 uot (059) Baş redaktor



Yüklə 6,03 Mb.
Pdf görüntüsü
səhifə12/204
tarix24.12.2017
ölçüsü6,03 Mb.
#17748
1   ...   8   9   10   11   12   13   14   15   ...   204

27

27

Kitabxanaşünaslıq.Biblioqrafiya

Respublika Elmi Kənd Təsərrüfatı 

Kitabxanası 

1921

YANV

AR

Müstəqil  Azərbaycan  Respubli-

kasında  qədim  və  zəngin  tarixə  ma-

lik  olan  sahəvi  kitabxanalardan  biri 

də  Respublika  Elmi  Kənd  Təsərrüfatı 

Kitabxanasıdır  (REKTK).  Kitabxana 

cəmiyyətimizin intellektual-mənəvi po-

tensialının  artmasında,  aqrar  siyasətin 

və kənd təsərrüfatı elminin təbliğində, 

elm  və  texnikanın  inkişafında  əvəzsiz 

rol  oynayır.  Respublika  Elmi  Kənd 

Təsərrüfatı  Kitabxanası  1921-ci  ildə 

Xalq  Torpaq  Komissarlığı  (XTK) 

tərəfindən yaradılmış və l923-cü il ap-

rel ayının 12-də XTK-nın 47/213 saylı 

əmri ilə Mərkəzi Kənd Təsərrüfatı Ki-

tabxanası  kimi  fəaliyyətə  başlamışdır. 

1967-ci ildən Azərbaycan SSR Nazirlər 

Sovetinin Respublika  Kənd Təsərrüfatı 

Nazirliyi  nəzdində  Respublika  Elmi 

Kənd Təsərrüfatı  Kitabxanası  kimi  öz 

fəaliyyətini davam etdirir. 

REKTK  Respublika  Prezidentinin 

fərman  və  sərəncamlarını  təbliğ  edən, 

respublikanın nazirlik, şirkət, idarə və 

müəssisələrinə, elmi-tədqiqat və layihə 

institutlarına,  elm  və  texnika,  kənd 

təsərrüfatı  sahəsində  tədqiqat  aparan 

ayrı-ayrı  mütəxəssislərə,  tələbələrə, 

aspirantlara  və  magistratura  pilləsində 

təhsil  alanlara  məlumat-biblioqrafiya 

va kitabxana xidməti göstərən respub-

lika mərkəzi hesab olunur.

1982-ci ildən Respublika Elmi Kənd 

Təsərrüfatı  Kitabxanası  respublikada 

kənd təsərrüfatı ədəbiyyatı üzrə depo-

zitar mühafizə mərkəzidir. 

Kitabxana  -  M.F.Axundov  adı-

na  Azərbaycan  Milli  Kitabxanası, 

Azərbaycan  Tibb  Universitetinin  Ki-

tabxanası, Bakı Dövlət Universitetinin 

Elmi  Kitabxanası,  Respublika  Elmi 

Pedaqoji Kitabxanası və s. ilə sıx əlaqə 

qurmuşdur.  REKTK-sı  Azərbaycan 

Respublikasında  kənd  təsərrüfatı  ki-

tabxanaları üzrə elmi metodiki mərkəz 

hesab olunur. 

REKTK  ənənəvi  kitab  təbliği  və 

kitabxana-biblioqrafiya xidmətlərindən 

əlavə xarici ölkələrin jurnallarını, dövri 

və ardı davam edən nəşrlərini, avtore-

feratları,  plakatları  və  digər  sənədləri 

özündə əks etdirən, metodiki fəaliyyətlə 

məşğul olan böyük müəssisədir.

Kitabxananın  fondunda  1  005  655 

nüsxə  milli  və  xarici  dillərdə  olan  ki-

tab,  jurnal,  ensiklopediya,  lüğətlər 

və  digər  nəşrlər  toplanmışdır.  Sahəvi 

aspektlər  üzrə  fondun  tərkibi  ictimai-

siyasi,  kənd  təsərrüfatı  və  elmlər  üzrə 

qarışıq ədəbiyyatlardan ibarətdir. Nadir 

nüsxələr fondunda 3000 nüsxəyə yaxın 

ədəbiyyat  mühafizə  olunur.  Kitabxana 

Azərbaycan  Respublikası  ərazisində 

yerləşən 51 şəbəkə və 39 filial kitabxa-

naya mərkəzləşdirilmiş formada meto-

diki köməklik göstərir.

Respublika  Elmi  Kənd  Təsərrüfatı 

Kitabxanası kitabxanalararası mübadilə 

yolu  ilə  MDB-nin  47  kənd  təsərrüfatı 

kitabxanaları ilə kitab mübadiləsi apa-

rır,  eləcə  də  Polşa,  Koreya,  Fransa, 

Almaniya, Türkiyə  və  başqa  ölkələrin 

kitabxanaları ilə sıx əlaqə yaradır. Ha-

zırda Respublika Elmi Kənd Təsərrüfatı 

Kitabxanasında 5 şöbə (Elmi-metodik, 

Xidmət,  Komplektləşdirmə,  kitabişləmə 

və 


kataloqlaşdırma, 

Məlumat-


biblioqrafiya, 

Depozitar 

fondun 

mühafizəsi), 3 bölmə fəaliyyət göstərir. 



21

Ə d ə b i y y a t 

Cəfərov, A. Respublika 

Elmi Kənd Təsərrüfatı 

Kitabxanasında oxucula-

ra kitabxana xidmətinin 

müasir vəziyyəti və inkişaf 

istiqamətləri /A.Cəfərov 

//Kitabxanaşünaslıq və 

informasiya.- 2010.- №3.- 

S.67-75.

Qardaşov, R. Respublika 

Elmi Kənd Təsərrüfatı 

Kitabxanasının biblioq-

rafik fəaliyyətinin əsas 

istiqamətləri /R.Qardaşov    

//Kitabxanaşünaslıq və 

Biblioqrafiya.- 2008.- 

№1(22).- S.184-188. 

Quliyeva, V. Respublika 

Elmi Kənd Təsərrüfatı 

Kitabxanası müstəqillik 

illərində /V.Quliyeva        

//Kitabxanaşünaslıq və 

İnformasiya.- 2014.- №3.- 

S.125-130.

İ n t e r n e t d ə

www.anl.az

www.static.bsu.az

www.files.preslib.az

95 

 illiyi


28

1

Tarixdə bu gün

Yeni il

YANV

AR

Dünya xalqlarının böyük əksəriyyəti 

yeni  ilin  başlanğıcını  dekabrın  31-dən 

yanvarın 1-nə keçən gecə qeyd edirlər. 

Yeni il Yer kürəsinin bütün guşələrində 

dini  etiqadlarından  asılı  olmayaraq 

müxtəlif  xalqlar  tərəfindən  geniş  qeyd 

olunan  ən  məşhur  bayramlardandır. 

Yeni  ili  bayram  etməklə  insanlar  belə 

hesab  edirlər  ki,  bütün  uğursuzluq  və 

kədərli  anlar  köhnə  ildə  qalır,  yeni  il 

yeni arzular və ümidlər gətirir.

Yeni il bayramı Azərbaycanda da ge-

niş qeyd edilir. Bu bayramın öz tarixçəsi 

var. Bəzi fərziyyələrə görə Yeni ili ilk 

dəfə qədim çinlilər qeyd ediblər. Digər 

mənbələrdə  bu,  qədim  germanlar  və 

romalıların  adı  ilə  bağlanır.  Başqa  bir 

mənbə  isə  ənənənin  Mesopotamiyada 

yarandığını  sübut  etməyə  cəhd  etmiş, 

bayramın yaranmasının azı 25 əsrlik ta-

rixi olduğunu iddia etmişdir.

Yeni ilin yanvarın 1-dən hesab olun-

ması  xristianlığın  tarixi  ilə  bağlıdır. 

Rəvayətə görə, İsa peyğəmbər dekabrın 

24-də  anadan  olduğu  üçün  xristianlar 

bu günü İsa Məsihin doğulması şərəfinə 

Milad  bayramı  kimi  qeyd  edirlər.  Mi-

lad bayramının ilkin mənbəyi hər il qış 

günəş  duruşu  zamanı  (21-25  dekabr) 

“xilaskar allahın doğulması” ilə əlaqədar 

keçirilən qədim bütpərəst mərasimi ol-

muşdur. Milad bayramını ilk dəfə Roma 

xristian icmaları keçirmişdir. Bu bayram 

431-ci ildə qanuniləşdirilmişdir. Bizim 

istifadə etdiyimiz təqvim də məhz mi-

ladi təqvim adlanır. Bu təqvimə əsasən 

yeni il yanvarın 1-dən başlanır.

Yeni ilin rəmzlərindən biri Şaxta ba-

badır.  Şaxta  babanı  müxtəlif  ölkələrdə 

müxtəlif  cür  adlandırırlar.  Bütün  hal-

larda  Şaxta  baba  uşaqların  sevimli-

sidir.  Yeni  il  gecəsində  onlar  evlərə 

heç  vaxt  əliboş  gəlmir,  torbalarındakı 

hədiyyələrlə uşaqları sevindirirlər.

Dekabrın 31-i gecəsi insanlar bayram 

süfrəsi ətrafında toplaşırlar. İlin başa çat-

dığını  göstərən  saat  zənginin  təntənəli 

sədaları altında sağlıqlar söyləyir, sonra 

isə şampan şərabı ilə dolu qədəhləri toq-

quşdurur, yeni ildə bir-birinə xoş günlər 

və sağlamlıq arzulayırlar.

Yeni  il  bayramını  al-əlvan,  bərli-

bəzəkli yolkasız təsəvvür etmək qeyri-

mümkündür.  Əlbəttə,  bu  yolka  təbii 

küknar  ağacından  olsa  və  yarpaqları 

ətir  saçsa  daha  gözəl  olardı.  Amma 

təbiəti  qorumaq  naminə  süni  yolka-

larla  da  keçinmək  olar.  Çoxları  yolka 

bəzəmək  ənənəsini  də  xristian  diniylə 

əlaqələndirir.  Əslində  isə,  həyat  rəmzi 

olan yolkanın bəzənməsi tarixi xristian-

lıqdan əvvəl başlamış və hansısa bir dinlə 

bağlı deyil. Yeni il yolkası haqqında ilk 

yazılı  məlumat  XVI  əsrə  təsadüf  edir. 

Həmin  mənbələrə  görə,  o  vaxt  alman 

şəhəri  olan  Strasburqda Yeni  il  gecəsi 

həm  kasıb,  həm  də  adlı-sanlı  zadəgan 

ailələrində şam ağacları rəngli kağızlar, 

meyvələr  və  şirniyyatla  bəzədilirmiş. 

Vaxt keçdikcə bu adət bütün Avropaya 

yayılır.  Amerikaya  isə  yolkanı  bura-

da  məskunlaşan  almanlar  gətirmişlər. 

1851-ci  ildə  burada  ilk  dəfə  təntənəli 

şəkildə yolka fənərlərinin yandırılması 

mərasimi keçirilmişdir. O vaxtdan hər il 

Yeni il bayramında Ağ evin qarşısında 

bu mərasim keçirilmiş, beləcə yolka bü-

tün dünyada məşhurlaşmışdır.

Ə d ə b i y y a t

 

Əlibalaqızı, S. Dünyada 



Yeni il: Fərqli ənənə və 

mərasimlər /S.Əlibalaqızı                 

//Mədəniyyət.- 2014.- 30 

dekabr.- S.15.

İkramqızı, F. Yeni il gəzə-

gəzə... /F.İkramqızı //İki 

sahil.- 2012.- 26 dekabr.- 

S.22.

İkramqızı, F. Yeni ili necə 

qarşılamalı? /F.İkramqızı 

//İki sahil.- 2013.- 29 

dekabr.- S.13.

Mustafayev, O. Dün-

ya xalqlarının yeni il 

ənənələri /O.Mustafayev 

//Azərbaycan müəllimi.- 

2012.- 28 dekabr.- S.12.

İ n t e r n e t d ə

www.anl.az

www.az.wikipedia.org

www.sun.az

www.teqvim.az

1


Yüklə 6,03 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   204




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə