Kbt я25 uot (059) Baş redaktor



Yüklə 6,03 Mb.
Pdf görüntüsü
səhifə13/204
tarix24.12.2017
ölçüsü6,03 Mb.
#17748
1   ...   9   10   11   12   13   14   15   16   ...   204

29

Tarixdə bu gün

25

illiyi

İstiqlal Muzeyi

1991 

YANV

AR

Azərbaycan İstiqlal Muzeyi 1991-ci il 

yanvar ayının 9-da yaradılmışdır. Muzeyin 

yaradılmasında məqsəd ən qədim zaman-

lardan  müasir  dövrə  qədər  Azərbaycan 

xalqının  mədəni-tarixi  həyatındakı  mü-

hüm hadisələri və xalqımızın azadlığı uğ-

runda çarpışan fədailərin mübarizə yolunu 

əks etdirməkdir. Muzeydə 20 000-dən ar-

tıq eksponat mövcuddur. Burada rəsm və 

heykəltaraşlıq  əsərləri,  xəritələr,  şəkillər, 

kitablar,  pul  əskinazları  və  başqa  ekspo-

natlar nümayiş etdirilir. Azərbaycanın ilk 

dövlət  muzeyi  olan  İstiqlal  Muzeyinin 

əsası 1919-cu ilə qoyulmuşdur. 

Muzey  6  zaldan  ibarətdir.  1-ci  zalda 

Azərbaycanın  dövlət  rəmzləri  -  nümayiş 

olunur.  Burada  XVIII  əsrin  II  yarısın-

da  Azərbaycanın  xanlıqlara  bölünməsi, 

Azərbaycan uğrunda Rusiya ilə İran ara-

sında  gedən  müharibələrə  (1804-1828), 

Gülüstan  (1813)  və  Türkmənçay  (1828) 

müqavilələrinin  bağlanmasına  dair  mate-

riallar da yer almışdır. Həmçinin, işğal al-

tında olan Cəbrayıl və Füzuli rayonlarının 

tarix-diyarşünaslıq  muzeylərinin  ekspo-

natları da nümayiş olunur.

2-ci ekspozisiya zalı XIX əsrin II yarı-

sından XX əsrin əvvəllərinədək olan dövrü 

əhatə edir. Burada mədəniyyət və elm, neft 

sənayesinin inkişafı ilə bağlı xeyli sayda 

materiallar yer almışdır. 1918-ci il 31 mart 

soyqırımına həsr olunmuş fotofaktlar, ar-

xiv  materialları,  sənədlər,  Azərbaycan 

Xalq  Cümhuriyyətinin  fəaliyyətini  əks 

etdirən materiallar bu ekspozisiya zalında 

nümayiş etdirilir. 

İstiqlal  Muzeyinin  3-cü  zalı  Cənubi 

Azərbaycanın  Məşrutə  hərəkatını  əks 

etdirən  materiallarla  zəngindir.  Burada 

1905-1911-ci  illər  azadlıq  hərəkatının 

rəhbəri Səttarxan və onun silahdaşlarının, 

fədai  dəstələrinin  fəaliyyəti,  həmçinin  o 

dövrdə  Azərbaycanın  iqtisadiyyatının, 

mədəniyyətinin inkişafını əks etdirən ma-

teriallar yer almışdır. 

Repressiya  illərini  və  Böyük  Vətən 

müharibəsində  ön  və  arxa  cəbhədə 

qəhrəmanlıq  göstərən  azərbaycanlıların 

qəhrəmanlığını  əks  etdirən  materiallar 

muzeyin 4-cü ekspozisiya zalında nüma-

yiş olunur. 

Qarabağ hadisələri muzeyin 5-ci zalın-

da əks olunmuşdur. Burada 1988-ci ildən 

başlayaraq  Ermənistanın  Azərbaycana 

qarşı  işğalçılıq  müharibəsi  nəticəsində 

zəbt olunmuş rayonları,  1990-cı ilin qan-

lı  yanvar  hadisələrini,  Xocalı  faciəsinin 

dəhşətlərini  əks  etdirən  fotolar,  müxtəlif 

sənədlər, nümayiş olunur. 

Müasir  Azərbaycan  tarixi  muzeyin 

6-cı  ekspozisiya  zalında  nümayiş  etdiri-

lir.  1993-cü  il  iyun  ayının  15-də  Heydər 

Əliyev  Bakıya  gəlişi  -  Milli  Qurtuluş 

Günü  tarixindən  başlayaraq  ölkəmizin 

keçdiyi  inkişaf  yolu  haqqında  muzeyin 

ziyarətçilərinə geniş məlumat verilir. Bu-

rada  müstəqil  Azərbaycanın  dövlət  və 

ordu quruculuğunu, xarici siyasətini, iqti-

sadiyyatını, Azərbaycanın tarixi üçün çox 

əhəmiyyətli  olan  “Əsrin  müqaviləsi”nin 

(1994)  bağlanması,  ölkəmizin  mədəniy-

yətini,  beynəlxalq  təşkilatlarda  iştirakını 

əks  etdirən  fotoxronika  nümayiş  olun-

maqla yanaşı, Ulu öndər Heydər Əliyevin 

siyasi  kursunun  layiqli  davamçısı  olan 

Prezident İlham Əliyevin fəaliyyətini əks 

etdirən materiallar diqqəti cəlb edir. 

İstiqlal  Muzeyi  Muzey  Mərkəzində 

yerləşir.  Muzey  üçün  Bakıda  yeni  bina 

inşa edilir.

Ə d ə b i y y a t

 

Fariz. “Ümid yeri”: 



İstiqlal Muzeyi hərbi 

hissədə Milli Qur-

tuluş Günü ilə bağlı 

tədbir keçirib /Fariz                      

//Mədəniyyət.- 2014.-    

13 iyun.- S.14.

İstiqlalımızın muzeyi 

- Azərbaycan İstiqlal 

Muzeyi: İlk rəsmi dövlət 

muzeyi... //Azadlıq.- 

2012.- 9 may.- S.14.

Şəmsi, F. İstiqlal Mu-

zeyi: müstəqilliyimizin 

yaşıdı /F.Şəmsi                   

//Respublika.-2014.- 6 

dekabr.- S.6.

Şəmsi, F. “İstiqlal 

Muzeyinin fəaliyyətində 

Azərbaycan dövlətçili-

yinin təbliğatı böyük 

yer tutur” /F.Şəmsi             

//Palitra.- 2012.- 14 

sentyabr.- S.11.

İ n t e r n e t d ə

www.anl.az

www.az.wikipedia.org

www.azadliq.info

www.citylife.az

9


30

Tarixdə bu gün

Ümumxalq Hüzn Günü

1990 

YANV

AR

20  Yanvar  faciəsi  Azərbaycan  xal-

qının hüzn və şərəf günüdür. Xalqımız 

bu faciədə həyatdan getmiş övladlarına 

matəm  saxlamaqla  bərabər,  eyni  za-

manda onların şəhidlik zirvəsinə baxa-

raq başını dik tutmalıdır. Çünki Vətən 

və torpaq şəhidləri ilə ucalır. 26 il öncə 

Azərbaycan xalqının taleyində də nəhs 

və qorxunc günlər yaşanırdı. Xalqımız 

qırmızı imperiyanın “Qızıl ordusu”nun, 

sovet hərb maşınının hücumuna məruz 

qalmış,  təcavüzə  uğramış,  günah-

sız  insanlar  gülləbaran  edilmiş,  milli 

heysiyyətimız  tankların  tırtılları  altına 

atılmışdı.

20 Yanvar faciəsi Azərbaycan xalqı-

nı qorxutmaq, onun milli oyanışını, tor-

paq  (Qarabağ)  uğrunda  mübarizliyini 

məhv edib sındırmaq məqsədi daşıyan 

mənfur planın tərkib hissəsi idi. Unut-

mamalıyıq  ki,  20  Yanvar  Azərbaycan 

xalqının tarixində, sadəcə, ağı və acı ilə 

xatırlanacaq  gün  deyil,  həm  də  xalqı-

mızın şan və şərəf günüdür. 1990-cı ilin 

20  yanvarı  Azərbaycanın  istiqlaliyyət 

yolunun  ilk  şəhidlik  zirvəsi  idi.  Ötən 

illər  ərzində  “Qanlı  Yanvar”ın  tarixi, 

mənəvi,  siyasi  və  s.  aspektləri  təhlil 

edilmiş,  hadisəyə  Azərbaycan  dövləti 

tərəfindən hüquqi qiymət verilmişdir.

...Həmin  gün  Azərbaycanın  o 

vaxtkı  rəhbərliyinin  istəyi  və  SSRİ 

rəhbərliyinin  əmri  ilə  Azərbaycanda 

kommunist rejimini saxlamaq və milli 

azadlıq  hərəkatını  boğmaq  məqsədilə 

Bakıya  böyük  bir  ordu  (rəsmi  rəqəm 

35  mini  göstərir)  yeridilmişdir.  SSRİ 

Müdafiə Nazirliyi, Daxili İşlər Nazirli-

yi və Dövlət Təhlükəsizlik Komitəsinin 

hazırlayıb həyata keçirdiyi “Udar” adlı 

əməliyyatda  əsas  rolu  xüsusi  təyinatlı 

“ALFA” və SSRİ DTK-nın “A” təxribat 

qrupları  oynayırdı.  Sovet  qoşunlarının 

təcavüzü  nəticəsində  Bakıda  faciə  za-

manı 137 insan öldürülmüş, 744 nəfər 

ağır  xəsarət  almış,  841  nəfər  isə  qa-

nunsuz  olaraq  həbs  edilmişdir.  Sovet 

ordusunun  əməliyyatları  nəticəsində 

200 mənzil, ev, şəxsi və dövlət əmlakı 

dağıdılmışdır.  Öldürülənlər  arasında 

beş  millətin  nümayəndələri,  qadın-

lar  və  uşaqlar  var  idi.  Qara  Yanvarın 

indiyədək özündə saxladığı sirlər çox-

dur. 100 cildlik istintaq materialının 69 

cildi Bakıdan Moskvaya, keçmiş SSRİ 

Prokurorluğuna  aparılmış  və  bir  daha 

geri qaytarılmamışdır. 

XX əsrdə totalitarizmin törətdiyi ən 

qanlı terror aktları sırasında 20 Yanvar 

cinayəti də var. Bu, bəşəriyyət və insan-

lıq əleyhinə törədilmiş dəhşətli əməl idi. 

Dinc əhaliyə qarşı həyata keçirilən cəza 

tədbirləri zamanı 1949-cu ilin Cenevrə 

Konvensiyasının,  Beynəlxalq  Hərbi 

Tribunalın Əsasnaməsinin, Beynəlxalq 

İnsan  haqları  Bəyannaməsinin,  insan 

haqlarına  dair  digər  beynəlxalq  aktla-

rın  çoxsaylı  müddəaları  pozulmuşdu. 

Bu məqamlar 20 Yanvar hadisələri ilə 

bağlı  aparılmış  ən  səthi  tədqiqatlarda 

da təsdiqlənir. 

O  gün  Moskvada  matəm  saxlayan 

Heydər Əliyevin etiraz səsi bütün dün-

yaya  yayılmışdı.  O  gün  heç  kəs  ba-

şını  aşağı  əymədi,  “Azadlıq!”  sədası 

göylərə qalxdı. Biz o azadlığı qanımız 

bahasına əldə etdik... İndi nəyin baha-

sına olursa-olsun biz hamımız azadlığı-

mızı qorumalıyıq. Budur bizim şəhidlər 

qarşısında müqəddəs borcumuz!

Ə d ə b i y y a t

Ağla, qərənfil, ağla...: 

Bakı. Fəlakətin gerçək 

məqamları /M. A. Qasımo-

va, O. B. Qasımov ; red. Ə. 

Ə. Qasımov.-Bakı: [s. n.], 

2014.-244 s.

Məhərrəmov, V.M. 

Qanlı gecə, qanlı tarix 

/V.M.Məhərrəmov.- Bakı: 

Hərbi Nəşriyyat, 2011.- 95 

s.

20 yanvar. Tariximizin qan-

lı və şanlı səhifəsi /layih. 

rəh. Ə.Həsənov, A.Aslanov; 

tərt., red. Ə.Mehdiyev, 

V.Əliyev, D.İsmayılov, 

E.Qədirli; tərc.: 

N.İsmayılov, N.Xıdırov, 

Ş.Əliyev [və b.].- Bakı: 

AzərTAc, 2014.- 353 s.

Tariximizin qanlı yad-

daşları  Xalqımızın 

hüquq və azadlıqlarının 

tapdandığı 20 Yanvar, 

Xocalı faciələri və 31 Mart 

azərbaycanlıların soyqırı-

mı günü hər il ümumxalq 

hüzn günü kimi geniş qeyd 

edilir /Məmmədhəsən        

//Azad Azərbaycan .-2015.- 

18 yanvar.- S. 5.

Sarıyeva, İ. Gənc nəslin 

vətənpərvərlik tərbiyəsində 

20 Yanvar ibrətləri... 

/İ.Sarıyeva //Bakı xəbər.- 

2014.- 17-19 yanvar.- S.15.

www.20 january.az

20



Yüklə 6,03 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   204




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə