Kbt я25 uot (059) Baş redaktor


Mədəniyyət.Maarif.Təhsil YANV



Yüklə 6,03 Mb.
Pdf görüntüsü
səhifə10/204
tarix24.12.2017
ölçüsü6,03 Mb.
#17748
1   ...   6   7   8   9   10   11   12   13   ...   204

23

Mədəniyyət.Maarif.Təhsil

YANV

AR

Araz Dadaşzadə 

1936-1990 

80 

 illiyi

Ə d ə b i y y a t

 

Molla Pənah Vaqif: 

həyat və yaradıcılığı 

/A.Dadaşzadə; red. 

H.Araslı; AzSSR EA 

Nizami adına Ədəbiyyat 

və Dil İnstitutu.- Bakı: 

AzSSR EA, 1966.- 188 s. 

XVIII əsr Azərbaycan 

lirikası /A.Dadaşzadə; 

red. H.Araslı; AzSSR EA 

Nizami ad. Ədəbiyyat 

İn-tu.-Bakı: Elm, 1980.- 

228 s.

Əhmədov, T. Araz 

Dadaşzadə //Əhmədov 

T. Azərbaycan yazıçıları 

XX-XXI yüzillikdə: ensik-

lopedik məlumat kitabı.- 

Bakı, 2011.- S.67.

Yusifli, C. Araz 

Dadaşzadə elm yolların-

da /C.Yusifli //Ədəbiyyat 

məcmuəsi: Nizami 

adına Ədəbiyyat İn-tunun 

Əsərləri.- 2013.- C.XXIV.- 

S.242-245.

Yusifli, C. Ədəbiyyat-

şünaslığımızda zəngin bir 

portret – Araz Dadaşzadə 

/C.Yusifli //525-ci qəzet.- 

2011.- 25 fevral.- S.7.

İ n t e r n e t d ə

www.anl.az

www.az.wikipedia.org

www.elibrary.azlib.net

Araz Məmməd oğlu Dadaşzadə 1936-

cı il yanvar ayının 30-da Bakı şəhərində, 

akademik  Məmməd  Arif  və  görkəmli 

pedaqoq Zümrüd Axundovanın ailəsində 

anadan olmuşdur. 

1952-1957-ci illərdə S.M.Kirov adı-

na ADU-da (indiki BDU) təhsil almışdır. 

1957-1960-cı  illərdə  Azərbaycan  SSR 

EA-nın  Azərbaycan  Tarixi  Muzeyində 

işləmişdir.

1960-1963-cü  illərdə  Azərbaycan 

SSR  EA-nın  Nizami  adına  Dil  və 

Ədəbiyyat  İnstitutunun  aspiranturasın-

da  oxumuş,  1963-1966-cı  illərdə  Niza-

mi adına Dil və Ədəbiyyat İnstitutunda 

kiçik elmi işçi, 1968-1976-cı illərdə isə 

institutun Orta əsrlər şöbəsinin baş elmi 

işçisi olmuşdur.

Ömrünün böyük bir hissəsi Azərbay-

can Sovet Ensiklopediyasının nəşrə ha-

zırlanması  və  nəşri  ilə  bağlıdır.  1966-

1968-ci  illərdə  ensiklopediyanın  Baş 

redaksiyasında  Ədəbiyyat  və  İncəsənət 

redaksiyasının  müdiri,  1976-1988-ci 

illərdə  isə  baş  redaktorun  birinci  mü-

avini  işləmişdir.  1988-ci  ildən  ömrü-

nün sonunadək ASE-nin Baş redaktoru 

vəzifəsində çalışmışdır. ASE Baş redak-

siya heyətinin və elmi redaksiya şurası-

nın, Azərbaycan Yazıçılar  İttifaqı  təftiş 

komissiyasının  (1976),  “Ədəbiyyat  və 

incəsənət”  qəzeti  redaksiya  heyətinin 

üzvü  (1977-1982;  1988),  1988-ci  ildən 

Azərbaycan  Yazıçılar  İttifaqı  “Xatirə” 

irs  komissiyasının  sədr  müavini, Azər-

baycan EA-nın Terminologiya Komitəsi 

Rəyasət Heyətinin üzvü olmuşdur.

Ədəbi fəaliyyətə 1956-cı ildə “Azər-

baycan gəncləri” qəzetində çıxan “Tərli 

kürəklər”  kinofilminə  yazdığı  eyniadlı 

resenziya ilə başlamışdır. Ədəbiyyat və 

incəsənət  sahəsində  çoxsaylı  məqalə 

və  rəylərin  müəllifidir.  Hekayələri 

“Azərbaycan”, “Kirpi” və bir sıra digər 

nəşrlərdə çap edilmişdir. 

Onun  elmi  fəaliyyəti  XVIII  əsr 

Azərbaycan  poeziyası  və  xüsusilə 

M.P.Vaqifin  həyat  və  yaradıcılığı  ilə 

bağlıdır.

1964-cü ildə namizədlik, 1977-ci ildə 

isə doktorluq dissertasiyası müdafiə et-

mişdir. 

Alim  “Molla  Pənah Vaqif  (həyat  və 

yaradıcılığı)”  (1966),  “Певец  жизни 

(Vaqif  haqqında  düşüncələr)”  (1968), 

“XVIII əsr Azərbaycan lirikası” (1980), 

“Поэзия добра и красоты” (1986) ki-

tablarının müəllifidir. Onun 1968-ci ildə 

M.P.Vaqifin anadan olmasının 250 illiyi 

ilə əlaqədar yazdığı “Molla Pənah Vaqif 

(həyat və yaradıcılığı haqqında oçerk)” 

kitabçası  Azərbaycan,  ingilis,  fransız, 

türk, ərəb, fars, rus dillərində çap edil-

mişdir.

“Odlar yurdu” bədii filminin, diafilm 



və  sənədli  filmlərin  ssenari  müəllifidir. 

Ssenari  müəllifi  olduğu  “Tülküyə  uy-

duqda” kukla multfilmi (1972, rejissor: 

M.Rəfiyev)  ilk  və  yeganə  genişekranlı 

Azərbaycan cizgi filmidir. 

Tərcüməçiliklə  də  məşğul  olmuş, 

R.Taqorun  “Bağban”  əsərini  (1961, 

Anarla  birlikdə)  və  S.A.Tolstayanın 

“Mənim  həyatım”  kitabını  (1981) 

Azərbaycan dilinə tərcümə etmişdir.

1989-cu ildə “Əməkdar elm xadimi” 

fəxri adına layiq görülmüşdür. 

Araz  Dadaşzadə  1990-cı  il  noyabr 

ayının  2-də  vəfat  etmiş  və  Bakıda,  II 

Fəxri Xiyabanda dəfn edilmişdir.

30

Ədəbiyyatşünas



24

Fəlsəfə.İqtisadiyyat

YANV

AR

Teymur Vəliyev

1926-2002

90 

 illiyi

Ə d ə b i y y a t 

İqtisadiyyatın əsasları: 

IX-XI siniflər üçün 

dərslik /T.Vəliyev, 

N.Məmmədov.- Bаkı: 

Maarif, 2003.- 336 s.

İqtisadi nəzəriyyə: 

dərslik /elmi red. 

T.Vəliyev, Ş.Qafarov; 

BDU.- Bakı: Bakı 

Universiteti nəşriyyatı, 

2002.- 516 s.

İqtisadi nəzəriyyə: 

dərslik /müəll. kol. 

və red. T.Vəliyev, 

Ş.Qafarov; rəyçilər: 

M.Meybullayev, 

Ə.Babayev; BDU.- Bakı: 

Azpoliqraf LTD, 2004.- 

514 s.

XIX əsrin ikinci yarısın-

da Azərbaycan iqtisadi 

fikir tarixindən /elmi red. 

T.Vəliyev, A.Həsənov, 

C.Hüseynov və b.; 

Azərbaycan Dövlət 

İqtisad İnstitutu.-Bakı, 

1994.- 62 s. 

İ n t e r n e t d ə

www.anl.az

www.az.wikipedia.org

www.amea-iqtisadiyyat.

org

www.science.gov.az

Teymur  Süleyman  oğlu  Vəliyev 

1926-cı il yanvar ayının 15-də Ağdamda 

anadan olmuşdur.  

Orta təhsilini Ağdamda almış, 1951-ci 

ildə  K.Marks  adına Azərbaycan  Dövlət 

Xalq  Təsərrüfatı  İnstitutunu  (indiki 

ADİU)  bitirdikdən  sonra  aspiranturada 

təhsilini  davam  etdirmiş  və  namizədlik 

dissertasiyası müdafiə etmişdir.

1966-cı  ildə  respublikada  iqtisadiy-

yat  elmi  üzrə  ilk  doktorluq  dissertasi-

yası  müdafiə  edənlərdən  biri  olmuş  və 

Azərbaycan  Dövlət  Xalq  Təsərrüfatı 

İnstitutu yenidən təşkil olunarkən tədris 

işləri  üzrə  prorektor  kimi  fəaliyyət 

göstərmişdir.  1971-ci  ildən Azərbaycan 

Dövlət Universitetində 20 ildən çox ka-

fedra  müdiri  və  12  il  tədris  işləri  üzrə 

prorektor,  Azərbaycan  Dövlət  İqtisad 

İnstitutunda 8 il elm və texnika üzrə pro-

rektor vəzifələrində çalışmışdır. 

T.Vəliyev  1953-cü  ildən  pedaqoji 

fəaliyyətlə məşğul olmuş, respublikanın 

ali  məktəblərində  iqtisadi  nəzəriyyədən 

(siyasi iqtisad) dərs demişdir. Azərbaycan 

Dövlət Pedaqoji İnstitutunda işlədiyi za-

man  İctimai  elmlər  kafedrasında  siyasi 

iqtisad  bölməsinin  rəhbəri, Azərbaycan 

Dövlət  Pedaqoji  İnstitutunda  dekan 

vəzifəsində çalışmışdır.

T.Vəliyevin elmi tədqiqatlarının əsas 

istiqamətlərindən  biri  respublikanın 

sosial-iqtisadi  həyatı,  ümumi  mənafeyi 

baxımından faydalı və mühüm əhəmiyyət 

kəsb edən iqisadi inkişafın tarazlaşması 

problemi olmuşdur. 1972-1987-ci illərdə 

“Ekonomiçeskiye  nauki”  jurnalının  re-

daksiya heyətinin üzvü olmuşdur. SSRİ 

Ali  və  Orta  ixtisas  Təhsili  Nazirliyinin 

Ali Attestasiya Komissiyasının siyasi iq-

tisad üzrə ekspert komissiyasının üzvü, 

Respublika  Ali  və  Orta  İxtisas  Təhsili 

Nazirliyinin elmi-metodiki şurasının si-

yasi  iqtisad  bölməsinin  büro  sədri,  bir 

neçə  namizədlik  və  doktorluq  disser-

tasiyalarının  ixtisaslaşdırılmış  müdafiə 

şurasının sədri, iqtisadiyyat üzrə jurnal-

ların redaksiya heyətinin üzvü, AMEA-

nın  İqtisadiyyat  İnstitutunda  doktorluq 

dissertasiyası  üzrə  ixtisaslaşdırılmış 

müdafiə  şurasının  həmsədri  olmuşdur. 

AzDİU-da nəşr olunan “İqtisad elmləri: 

nəzəriyyə və praktika” jurnalının baş re-

daktoru, iqtisadi nəzəriyyə, kommersiya 

üzrə ixtisaslaşdırılmış müdafiə şurasının 

sədri olmuşdur.

Alim  respublika,  habelə  xarici  ölkə 

nəşriyyatlarında  çap  olunmuş  150-dən 

çox elmi əsərin müəllifidir. 1999-cu ildə 

“İqtisad elminin nəzəri əsaslarının tarixi 

təkamülü”  monoqrafiyası,  2000-ci  ildə 

N.Məmmədovla birgə hazırladığı “İzah-

lı iqtisadi terminlər” adlı lüğət kitabçası 

nəşr edilmişdir.

Elm,  təhsil-təlim  sahəsindəki  xid-

mətləri dövlət tərəfindən qiymətləndiril-

miş,  1981-ci  ildə  “Əməkdar  elm  xa-

dimi”  fəxri  adına  layiq  görülmüşdür. 

1983-cü  ildə  Azərbaycan  SSR  EA-nın 

müxbir  üzvü  seçilmişdir.  1986-cı  ildə 

Azərbaycan  SSR  Ali  Soveti  Rəyasət 

heyətinin Fəxri fərmanı ilə təltif olunmuş-

dur. SSRİ Xalq Təsərrüfatı Nailiyyətləri 

Sərgisinin gümüş medalına, SSRİ-nin və 

Azərbaycan Respublikasının Ali və Orta 

İxtisas Təhsil Nazirliyinin, EA-nın fəxri 

fərmanlarına layiq görülmüşdür.

Teymur Vəliyev 2002-ci il aprel ayı-

nın 3-də Bakıda vəfat etmişdir.



15

Alim


Yüklə 6,03 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   204




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə