Kbt я25 uot (059) Baş redaktor



Yüklə 6,03 Mb.
Pdf görüntüsü
səhifə14/204
tarix24.12.2017
ölçüsü6,03 Mb.
#17748
1   ...   10   11   12   13   14   15   16   17   ...   204

31

Tarixdə bu gün

15 

illiyi

Azərbaycanın Avropa Şurasına üzv 

seçilməsi

2001

YANV

AR

2001-ci  il  yanvar  ayının  25-də  Av-

ropa  Şurası  Parlament  Assambleyası-

nın  Strasburqdakı  qərargahının  qarşı-

sında  respublikamızın  üçrəngli  bayrağı 

yüksəldilmiş,  ölkəmizin AŞPA-ya  tam-

hüquqlu üzv qəbul edilməsi ilə əlaqədar 

ulu  öndər  Heydər  Əliyevin  iştirakı  ilə 

təntənəli mərasim keçirilmişdir. Bunun-

la da Azərbaycanın Qərbə inteqrasiyası 

istiqamətində irəliyə doğru mühüm ad-

dım atılmışdır.

Müstəqil dövlətimizin həyatında de-

mokratik ictimai və siyasi dəyişikliklərin 

baş  verməsi,  beynəlxalq  standartlara 

uyğun yeni qanunların qəbul olunması, 

Konstitusiyada və qanunlarda insan hü-

quq  və  əsas  azadlıqlarının  təsbit  olun-

ması, Azərbaycanın  insan  hüquqları  və 

əsas  azadlıqlarının  müdafiəsi  haqqın-

da  Avropa  Konvensiyasına  qoşulmağa 

hazır  olmasını  bəyan  etməsi  ölkəmizi 

Avropa  ailəsinə  daha  da  yaxınlaşdır-

mışdı. Azərbaycanda  qəbul  olunan  qa-

nunların  Avropa  Şurasının  ekspertləri 

tərəfindən  yüksək  qiymətləndirilməsi 

Avropa  məkanının  diqqətini  ölkəmizə 

yönəltmişdi. 

Bununla 

birlikdə, 

Azərbaycanın  dövlət  başçısı  Heydər 

Əliyevin 1996-cı il 8 iyul tarixli “Avro-

pa  Şurası  və  Azərbaycan  Respublikası 

arasında əməkdaşlıq proqramının həyata 

keçirilməsi  üzrə  tədbirlər  haqqında” 

Sərəncamı  Avropa  Şurası  ilə  ölkəmiz 

arasında  əməkdaşlığın  yaradılmasında 

və növbəti illər üçün fəaliyyət planı kimi 

mühüm əhəmiyyət kəsb etmişdir.

1998-ci il yanvar ayının 20-də “Av-

ropa Şurası və Azərbaycan Respublikası 

arasında əməkdaşlığın dərinləşdirilməsi 

sahəsində tədbirlər haqqında”, 1999-cu il 

mayın 14-də “Azərbaycan Respublikası 

ilə Avropa Şurası arasında əməkdaşlığın 

dərinləşdirilməsi  və  Azərbaycan  Res-

publikasının  Avropada  mənafelərinin 

müdafiə  edilməsi  sahəsində  tədbirlər 

haqqında”  Heydər  Əliyevin  imzaladığı 

Sərəncamlar ölkəmizin Avropa Şurasına 

qəbul edilməsi üçün səylərin artırılmasına 

və məqsədyönlü fəaliyyətə böyük zəmin 

yaratmışdı. Ulu öndər Azərbaycanın Av-

ropa Şurasına üzvlük naminə fəaliyyətini 

getdikcə  gücləndirmiş,  bu  yönümdə 

riskli  və  prinsipial  addımlar  atmaqdan 

belə çəkinməmişdir.

Nəhayət,  2001-ci  il  yanvarın  17-də 

Avropa  Şurası  Nazirlər  Komitəsinin 

nümayəndələri  səviyyəsində  keçirilmiş 

iclasda  Azərbaycan  Respublikasının 

Avropa Şurasına tamhüquqlu üzv qəbul 

edilməsinə dair tarixi qərar qəbul olun-

muşdur.  Ölkəmizin  şuraya  üzv  olması 

ilə respublikamız Avropa ilə əlaqələrinin 

tarixində yeni mərhələyə qədəm qoydu. 

Bu  qurum  müstəqil  Azərbaycan  üçün 

yeni,  habelə  daha  yüksək  tribuna  kimi 

qiymətləndirilirdi.  Ən  başlıcası  isə, 

ölkəmiz  informasiya  blokadasından  çı-

xaraq öz milli maraqlarını, əsl həqiqətləri 

olduğu  kimi  beynəlxalq  ictimaiyyətin 

diqqətinə  çatdırmaq  istiqamətində 

qətiyyətli addımlar atdı.

AŞPA-nın  Azərbaycan  parlamen-

ti  nümayəndə  heyətinin  iştirak  et-

diyi  ilk  sessiyasından  başlayaraq 

Ermənistan-Azərbaycan,  Dağlıq  Qara-

bağ münaqişəsinə dair reallıqları özündə 

əks etdirən sənədlər yayıldı. Əməkdaşlıq 

möhkəmləndikcə  AŞPA-nın  müxtəlif 

dövlətlərdən  olan  üzvləri  ölkəmizin 

qarşılaşdığı problemlər, torpaqlarımızın 

20 faizinin Ermənistan silahlı qüvvələri 

tərəfindən işğal olunması və bu işğal za-

manı  bir  milyondan  artıq  soydaşımızın 

öz  doğma  ev-eşiklərindən  didərgin  sa-

lınmaları barədə müfəssəl məlumat əldə 

etdilər.

25

Ə d ə b i y y a t

Azərbaycan və Avropa 

Şurası /M.F.Axundov 

adına Azərbaycan Milli 

Kitabxanası; tərt. ed.: 

G.Hüseynova, A.Babayeva.- 

Bakı, 2008.- 90 s.

İmaməliyeva, Ü. 

Azərbaycanın Avropa 

Şurası ilə əlaqələri: siyasi 

əməkdaşlığın istiqamətləri 

/Ü.İmaməliyeva; elmi 

red. R.Mirzəzadə.- Bakı: 

Şirvannəşr, 2007.- 166 s.

Mehdiyev, A. Azərbaycan 

Avropa Şurasında: 2001-

2005 /A.Mehdiyev; red. 

T.Kazımov.- Bakı: Elm və 

təhsil, 2011.- 246 s.

Süleymanov, E. Azərbaycan 

10 il Avropa Şurasında 

/E.Süleymanov; elmi red. 

E.Lintner; [ön söz. müəl. 

J.P.Anri].- Bakı: Xəzər, 

2011.- 45 s.

Əhmədov, E. Azərbaycanın 

Avropa Şurasına üzvlüyü 

ölkəmizin dünya birliyinə 

inteqrasiyasını daha da 

sürətləndirib /E.Əhmədov 

//Xalq qəzeti.- 2012.- 25 

yanvar.- S.4.

İ n t e r n e t d ə

www.anl.az

www.mfa.gov.az



32

Tarixdə bu gün

Azərbaycan Respublikası Mədəniyyət

 və Turizm Nazirliyi 

2006

YANV

AR

Azərbaycan  Respublikası  Prezidentinin  30 

yanvar  2006-cı  il  tarixli  Fərmanı  ilə Azərbaycan 

Respublikası  Mədəniyyət  Nazirliyi  əsasında 

Mədəniyyət  və  Turizm  Nazirliyi  yaradılmış-

dır.  Azərbaycan  Respublikası  Prezidentinin  18 

aprel  2006-cı  il  tarixli  393  nömrəli  Fərmanı 

ilə  Mədəniyyət  və  Turizm  Nazirliyi  haqqında 

əsasnamə  təsdiq  edilmişdir.  Bu  əsasnamə  əsasən 

yeni  nazirliyin  fəaliyyətinin  əsas  istiqamətlərini, 

vəzifələrini,  hüquqlarını,  fəaliyyətinin  təşkili 

məsələlərini müəyyən edir.

Nazirlik  əsasən  dövlət  büdcəsindən  maliyyə-

ləşir. Bakı şəhərində yerləşir. 

Mədəniyyət və Turizm Nazirliyi - mədəniyyət, 

incəsənət, turizm, tarix və mədəniyyət abidələrinin 

qorunması, nəşriyyat, kinematoqrafiya sahələrində 

dövlət siyasətini tənzimləyən icra hakimiyyəti or-

qanıdır. 

Nazirlik  sisteminə  daxil  olan  ali  və  orta  ixti-

sas təhsil müəssisələrinin, uşaq musiqi, incəsənət, 

rəssamlıq  və  muğam  məktəblərinin  fəaliyyətinə 

nəzarəti  həyata  keçirmək,  tədris  plan  və  proq-

ramlarını  müvafiq  qaydada  təsdiq  etmək,  təhsil 

müəssisələri şəbəkəsinin inkişafı və maddi-texniki 

bazasının gücləndirilməsi üçün tədbirlər görür. 

Nazirlik  tarix  və  mədəniyyət  abidələrinin  qo-

runması,  kinematoqrafiya  və  turizm  sahələrində 

qanunvericiliklə  nəzərdə  tutulmuş  hallarda  və 

qaydada müvafiq fəaliyyət növlərinə xüsusi razı-

lıq  (lisenziya)  və  ya  xüsusi  icazə,  habelə  hüquq 

müəyyənedici sənədlər verir, yüksək bədii dəyərli 

əsərlərin  yaradılması  ücün  dövlət  sifarişlərini 

həyata  keçirir,  dövlət  mülkiyyətində  olan 

muzeylərin,  kitabxanaların,  rəsm  qalereyalarının 

və sərgi salonlarının fondlarını zənginləşdirmək və 

komplektləşdirmək məqsədi ilə maddi mədəniyyət 

və nəşr nümunələrini satın almaq, onların qorun-

ması,  uçotu,  mühafizəsi,  təbliği  və  nümayişini 

təmin etmək kimi vəzifələri də icra edir.

Hazırda  Mədəniyyət  və  Turizm  Nazirliyi-

nin  fəaliyyət  dairəsinə  28  teatr,  6308  tarix  və 

mədəniyyət abidəsi, 1 sirk və 12  konsert müəssisəsi, 

3002 kitabxana (işğal olunmuş ərazilərdə 927 ki-

tabxana), 2708 klub, 189 dövlət muzeyi (filiallarla 

birlikdə), 234 uşaq musiqi, incəsənət və rəssamlıq 

məktəbi,  33  rəsm  qalereyası  və  sərgi  salonu,  21 

dövlət qoruğu, 60 mədəniyyət və istirahət parkı, 1 

zoopark, Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki 

Mərkəz,  4  asudə  vaxt  Mərkəzi,  6  təsərrüfat 

təşkilatı,  “Azərbaycanfilm”  də  daxil  olmaqla  7 

film  istehsalı  studiyası,  134  şəhər  və  rayon  ki-

noteatrı,  Dövlət  Film  Fondu  (Naxçıvan  filialı  ilə 

birlikdə),  Respublika  Kitabxana  Kollektoru,  bir 

qəzet  (“Mədəniyyət”),  iki  jurnal  (“Mədəniyyət.

az”,  “Baku  Guide”)  redaksiyası,  Dövlət  Tu-

rizm  İnstitutu,  Bakı  Xoreoqrafiya  Akademiya-

sı,  Azərbaycan  Milli  Kitabxanası,  Respublika 

Mədəniyyət Müəssisələri İşçilərinin İxtisasartırma 

Mərkəzi, Mingəçevir Turizm Kolleci, Milli Kuli-

nariya Mərkəzi, 62 şəhər və rayon mədəniyyət və 

turizm şöbəsi, Naxçıvan MR Mədəniyyət və Tu-



30

10 

illiyi


Yüklə 6,03 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   204




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə