Kbt я25 uot (059) Baş redaktor



Yüklə 6,03 Mb.
Pdf görüntüsü
səhifə9/204
tarix24.12.2017
ölçüsü6,03 Mb.
#17748
1   ...   5   6   7   8   9   10   11   12   ...   204

21

Tarix

65 

illiyi

İsmayıl  Hacıyev

1951    

YANV

AR

İsmayıl Muxtar oğlu Hacıyev 1951-

ci il yanvar ayının 21-də Naxçıvan MR 

Culfa  rayonunun  Xanəgah  kəndində 

anadan olmuşdur.

1968-ci  ildə  Göydərə  kənd  orta 

məktəbini  bitirmişdir.  1970-1974-cü 

illərdə APİ-nin  (indiki ADPU)  tələbəsi 

olmuşdur.

1974-1977-ci  illərdə  Culfa  rayonu-

nun Xoşkeşin kənd məktəbində müəllim 

kimi fəaliyyət göstərmişdir. 1978-2003-

cü  illərdə  Naxçıvan  Dövlət  Pedaqo-

ji  İnstitutunda  (indiki  NDU)  müəllim 

işləmişdir.  1992-ci  ildə  namizədlik 

1999-cu ildə isə doktorluq dissertasiyası 

müdafiə  etmişdir.  1983-1984-cü  illərdə 

NDU-da  ictimai-peşələr  fakültəsinin 

dekanı,  1984-1985-ci  illərdə  tarix-

filologiya  fakültəsinin  dekan  müavini, 

1994-1996-cı  illərdə  Naxçıvan  Özəl 

Universitetində,  1996-1997-ci  illərdə 

NDU-da elmi işlər üzrə prorektor, 1997-

2003-cü illərdə tədris işləri üzrə prorek-

tor  vəzifələrində  çalışmışdır.  2000-ci 

ildən  NDU-nun  professorudur.  2003-

cü  ilin  yanvarında  AMEA  Naxçıvan 

bölməsinin sədri, 2007-ci ilin aprelində 

isə AMEA Rəyasət Heyətinin üzvü se-

çilmişdir.  2003-cü  ildən  AMEA-nın 

akademiki, 2002-ci ildən Nyu-York EA-

nın həqiqi üzvüdür.

30-a yaxın monoqrafiya, kitab, kitab-

ça, dərs və tədris vəsaitlərinin, 200-dən 

artıq  elmi  məqalənin  müəllifidir.  Elmi 

əsərlərindən 34-ü xaricdə çap olunmuş-

dur. “Heydər Əliyev və milli-tarixi yad-

daşın bərpası”, “Mustafa Kamal Atatürk 

və Naxçıvan”, “Azərbaycan Milli Elmlər 

Akademiyasının  Naxçıvan  Bölməsi”, 

“İntibahın  15  ili”,  “Azərbaycan  Xalq 

Cümhuriyyəti  və  Naxçıvan”  və  s. 

əsərləri  elmi  sahədə  ciddi  qəbul  edilir. 

Onun  rəhbərliyi  ilə  ikicildlik  “Naxçı-

van ensiklopediyası” (2005), “Naxçıvan 

abidələri” ensiklopediyası (2008), Nax-

çıvan  tarixi  atlası  (2010)  nəşr  edilmiş-

dir.


Beynəlxalq  səviyyəli  sammit,  sim-

pozium və elmi konfranslarda iştirak və 

məruzələrlə çıxış etmişdir.

Akademik AMEA Naxçıvan Bölmə-

sinin “Xəbərlər” jurnalının baş redakto-

ru, İxtisaslaşdırılmış Dissertasiya Şura-

sının  sədri,  Respublika  ET-nin  Təşkili 

və Əlaqələndirmə Şurasının, AMEA-nın 

“Məruzələr”i, “Xəbərlər”i (Tarix, fəlsəfə 

və  hüquq  seriyası),  “Dialoq  Avrasiya” 

(Türkiyə), “Tarix və onun problemləri” 

və başqa jurnalların redaksiya heyətinin, 

Azərbaycan  Milli  Ensiklopediyasının 

Redaksiya Heyətinin üzvüdür. 

2000-ci  ildə  II  çağırış  Naxçıvan 

MR Ali Məclisinin, 2005-ci ildə III ça-

ğırış  Azərbaycan  Respublikası  Milli 

Məclisinin deputatı seçilmişdir.

Onun  rəhbərliyi  ilə  2  doktorluq,  11 

namizədlik  dissertasiyası  müdafiə  edil-

mişdir. 35-dən artıq monoqrafiya və ki-

tabın elmi redaktorudur.

İ.Hacıyev  2001-ci  ildə  ABŞ-ın 

Bioqrafiya  İnstitutunun  “İlin  ada-

mı”  tituluna,  2010-cu  ildə  isə  “Qızıl 

medal”ına  layiq  görülmüşdür.  2008-ci 

ildə  Y.Məmmədəliyev  mükafatı,  2009-

cu ildə Türkiyə Cümhuriyyəti Avrasiya 

Kültür  və  Sənət  Qurumunun,  Hüseyn 

Qazi Kültür və Sənət Vəqfinin mükafat-

ları ilə təltif edilmişdir. 

2009-cu ildə “Əməkdar elm xadimi” 

fəxri adına layiq görülmüşdür.

21

Akademik

Ə d ə b i y y a t

Ermənilərin Azərbaycana 

qarşı ərazi iddiaları və 

qanlı cinayətləri: [mo-

noqrafiya] /İ.Hacıyev; 

red. H.Səfərli.- Naxçıvan: 

[Əcəmi], 2012.- 191 s. 

Heydər Əliyev 

siyasəti: tarixdə və 

günümüzdə: [monoq-

rafiya] /İ.Hacıyev; red. 

Ə.Qasımov.-Naxçıvan: 

[Əcəmi NP Birliyi], 

2013.- 293 s.

Naxçıvan qədim Şərq si-

vilizasiyaları ilə sıx bağlı 

olan diyar: [3 cilddə] 

/İ.Hacıyev.- Naxçıvan: 

[Əcəmi], 2014.- 119 s.

Naxçıvan Muxtar Respub-

likasının ictimai-siyasi 

həyatı, sosial-iqtisadi və 

mədəni inkişafı: 1991-

2011-ci illər /İ.Hacıyev; 

elmi red. E.Cəfərli.- Bakı: 

[Əcəmi], 2011.- 271 s.

Rüstəmov, F. Azərbaycan 

elminin layiqli 

nümayəndəsi: Akade-

mik İsmayıl Hacıyev-60 

/F.Rüstəmov //Azərbaycan 

müəllimi.- 2011.- 4 fev-

ral.- S.11.

www.science.gov.az

www.meclis.gov.az

www.az.wikipedia.org



22

Tarix

110  

illiyi

Sara Aşurbəyli 

1906-2001 

YANV

AR

Sara Balabəy qızı Aşurbəyli 1906-cı 

(digər sənədlərə görə 1905-ci) il yanvar 

ayının  27-də  Bakıda,  neft  sənayeçisi 

Bala bəy Aşurbəyovun

 

ailəsində dünya-



ya gəlmişdir. 1913-cü ildə “Müqəddəs 

Nina”    Bakı  qız  tədris  müəssisəsinin 

aşağı  hazırlıq  sinfinə  qəbul  olunmuş, 

1917-1920-ci  il  inqilabi  hadisələri 

təhsilini bitirməyə mane olmuşdur. 

1925-ci  ildə  İstanbulda  Müqəddəs 

Janna  d-Ark  adına  kolleci  bitirmiş-

dir.  1925-30-cu  illərdə  ADU-nun 

şərqşünaslıq fakültəsinin tarix şöbəsində 

təhsil  almışdır. Təhsil  illərində  BXMŞ 

məktəblərində müəllimlik etmiş, 1928-

ci  ildən  1931-ci  ilədək  Azərbaycan 

Dövlət 

Muzeyində, 



Azərbaycanı 

Öyrənən  Cəmiyyətin  tarix-etnoqrafiya 

şöbəsində elmi işlə məşğul olmuş, daha 

sonra Azərbaycan Dövlət Elmi-Tədqiqat 

İnstitutunda elmi katib işləmişdir. 1933-

1937-ci illərdə - əvvəlcə SSRİ EA Za-

qafqaziya Filialı Azərbaycan Şöbəsinin 

tarix bölməsində, daha sonra SSRİ EA 

Azərbaycan Filialının Tarix İnstitutunda 

kiçik elmi işçi vəzifəsində çalışmışdır.

1937-ci  ilin  əvvəlində  qısa  müddət 

Leningrad  Şərqşünaslıq  İnstitunda 

işləmişdir.  1941-ci  ildə  APİ-nin  xari-

ci  dillər  fakültəsini  bitirmişdir.  Həmin 

il  Ə.Əzimzadə  adına  Azərbaycan 

Rəssam-lıq  Məktəbini  də  bitirmiş, 

Azərbaycan  Dram  Teatrında  rəssam-

dekorator  işləmişdir.  Ali  təhsilini 

başa  vurduqdan  sonra  Azərbaycan 

Dövlət  Universitetində  baş  müəllim, 

Azərbaycan  Pedaqoji  İnstitutunda  de-

kan vəzifəsində çalışmışdır.

Sonralar  Azərbaycan  Tarixi  Muze-

yində  Orta  əsrlər  tarixi  şöbəsinin  mü-

diri, Azərbaycan  Elmlər Akademiyası-

nın  Şərqşünaslıq  İnstitutunda  baş  elmi 

işçi, Tarix  İnstitutunda  elmi  katib,  baş 

elmi işçi və aparıcı elmi işçi vəzifəsində 

işləmiş, 1993-cü ildən ömrünün sonuna 

qədər  Azərbaycan  Milli  Elmlər  Aka-

demiyasının  Arxeologiya  və  Etnoq-

rafiya  İnstitutunun  aparıcı  elmi  işçisi 

vəzifəsində çalışmışdır.

1949-cu ildə Leninqrad Şərqşünaslıq 

İnstitutunda dissertasiya müdafiə edərək 

tarix  elmləri  namizədi,  1965-ci  ildə 

Tbilisidə  monografiya  üzrə  dissertasi-

ya müdafiə etdikdən sonra tarix elmləri 

doktoru elmi dərəcəsinə yiyələnmişdir.

 S.Aşurbəyli Azərbaycan Rəssamlar 

İttifaqının üzvü idi. Dəfələrlə müxtəlif 

sərgilərdə  iştirak  etmişdir.  Rus,  ingi-

lis,  fransız,  alman,  ərəb,  fars  və  türk 

dillərini bilirdi.

Bu  böyük  alimin  fəaliyyəti  icti-

mai  xarakter  daşımışdır.  Təsadüfi  de-

yil  ki,  ulu  öndər  Heydər  Əliyev  90 

illiyi  münasibətilə  alimə  göndərdiyi 

məktubda  onun  elmi  və  ictimai 

fəaliyyətini  belə  səciyyələndirmişdir: 

“...Sizin  tarixi  həqiqətlərə  istinad 

edən  fundamental  elmi  tədqiqatlarınız 

Azərbaycan elminə sədaqətlə xidmətin 

parlaq nümunəsidir”.

Azərbaycan tarixşünaslığındakı fun-

damental və akademik fəaliyyətinə görə 

alim müxtəlif fəxri adlar, orden və me-

dallarla  təltif  edilmişdir:  1982-ci  ildə 

Azərbaycanın  “Əməkdar  elm  xadimi” 

fəxri  adına  layiq  görülmüş,  1986-cı 

ildə Azərbaycan SSR Dövlət Mükafatı 

laureatı  olmuşdur.  1986-cı  ildə  “Xalq-

lar  dostluğu”  ordeni  ilə,  1996-cı  ildə 

isə “Şöhrət” ordeni ilə təltif edilmişdir. 

Xəzər  Universitetinin  Fəxri  doktoru 

adını almışdır.

Sara xanım Aşurbəyli 2001-ci il iyul 

ayının  17-də  vəfat  etmişdir.  Görkəmli 

alimin  xatirəsi  əbədiləşdirilmiş,  Bakı 

küçələrindən birinə onun adı verilmiş-



dir.

Ə d ə b i y y a t

Bakı şəhərinin tarixi: 

Orta əsrlər dövrü /Sara 

Aşurbəyli.- Bakı: [Əbilov, 

Zeynalov və oğulları], 

2005.- 696 s.

Şirvanşahlar dövləti 

/S.Aşurbəyli; ön söz. 

E.Günaydın; tərc.ed. 

İ.Umudlu (azərb.), Ə.N. 

Əfəndiyev (ing.); rəssam. 

İ.Məmmədov.- Bakı: 

Apostrof, Parni iz Baku

2009.- 564 s.

Şirvanşahlar dövləti /Sara 

Aşurbəyli.- Bakı: [Əbilov, 

Zeynalov oğulları], 2006.-

189 s.

Şirvanşahlar dövləti: 

VI-XVI əsrlər 

/S.Aşurbəyli; ruscadan 

tərc. ed. A.Bağırov; red. 

E.Məmmədyarova.- Bakı: 

Avrasiya press, 2006.-

416 s.

Vəzir, M. Sara Aşurbəyli 

/Mehriban Vəzir //Vəzir 

M. Dəyişikliklərə cəsarəti 

çatan örnək xanımlar       

/Rasional İnkişaf uğrunda 

Qadınlar Cəmiyyəti 

(RİQC); layihənin müəl. 

və rəhb. Ş.İsmayılova.- 

Bakı, 2008.- S.35-36.

İ n t e r n e t d ə

www.anl.az

www.az.wikipedia.org

www.ebooks.az

27

Tarixçi alim


Yüklə 6,03 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   204




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə